Məhkəmə qərarları › İş №2(102)-48/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-48/2023

10.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-48/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi 10.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)3792/2022 saylı qətnaməsindən cavabdeh X Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 10 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına g örə, İddiaçı ilə Cavabdeh X arasında bağlanmış 01 dekabr 2010-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh X “quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə” işə qəbul olunmuşdur. Socar-ın “boşdayanmaya yol verilən iş yerlərində işçilərin məşğulluğunun təmin edilməsi” haqqında 24 iyun 2020-ci il tarixli əmrinə əsasən X X4 X, Xvə X və X və bu müəssisələrə xidmət göstərən Socar-ın digər qurumlarına tapşırılmışdır ki, “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, cari ilin may ayının 1-dən fəaliyyəti dayandırılmış aşağıdakı yataqların idarə edən təşkilat və struktur bölmələrinə, eləcə də onlara xidmət göstərən Socar-ın strukturuna daxil olan digər servis müəssisələrinin aidiyyəti departament, bölüm və istehsalat sahələri üzrə boşdayanma yaranacaq vəzifələrin siya hısı sahə üzrə vitse-prezidentlə razılaşdırılaraq Socar-ın Baş ofisinin insan Resursları Departamentinə təqdim edilməsi,- Bibiheybət; - Lökbatan-Puta-Quşxana; ŞabandağŞubam-Yasamal-Atəşgah; Korgöz-Qızıltəpə-Şonqar; Qaradağ (Ə.C.Əmirov adına NQÇİyə aid olan); - Qalmaz (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan); - Umbaki; - Tərsdəllər; Qala; - Buzovna-Maştağa; - Siyəzən monoklinalı; Həmin müəssisələrdə başqa işəkeçirilmə və vakant olan vəzifələrə müvəqqəti əvəzetmə əməliyyatlarının dayandırılması, həmin müəssisələrdə kənardan işə qəbul, başqa işə keçirilmə (Socar-ın daxili normativ sənədlərin tələbləri nəzərə alınmaqla qiymətləndirmə nəticələrinə uyğun işçilərin yerləşdirilməsi, yüksək və çox yüksək əhəmiyyətli vəzifələrə və 03 iyun 2010-cu il tarixli, 72 nömrəli əmri ilə təsdiqlənmiş 04 nömrəli əl avədə göstərilən vəzifələr üzrə işçilərin vəzifəyə təyin olunması istisna olmaqla) və vakant olan vəzifələrə müvəqqəti əvəzetmə əməliyyatlarının dayandırılması və yalnız istehsalat zərurəti olduğu hallarda bu əmrin 3.3cü yarımbəndinə uyğun olaraq tədbirlərin görülməsi (15 oktyabr 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş dəyişiklik), qiymətləndirmə dövründə Baş ofis İRD ilə razılaşdırılmaqla işçilərin məşğulluğunun təmin olunması üçün müəssisə tərəfindən müvafiq daxili təlimlər (mentorluq proqramları, İnkişaf planları) həyata keçirilməsi, “X-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramın təsdiq edilməsi, x-ın Baş Ofisinin insan Resursları Departamentinə (A.Bəkirli) tapşırılmışdır ki, Socar-ın aidiyyəti qurumları ilə birlik də boşdayanmalara yol verilən iş yerlərində çalışan işçilərin dairəsinin müəyyən edilməsi, onların “X-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun müəyyən edilməsi üzrə” Proqramda iştirakının təşkil edilməsi və həmin proqramı müvəffəqiyyətlə keçmiş işçilərin yerləşdirilməsi üçün tədbirlərin görülməsi, proqramdan müvəffəqiyyətlə keçə bilməmiş işçilərin qanunvericilik və X-ın daxili normativ sənədləri ilə müəyyən olunmuş digər proqram və qaydalara qoşulmaları üçün aidiyyəti işəgötürənlərə lazımi təkliflərin verilməsi, X üzrə yaranan vakant yerlərə ilk növbədəboşdayanmada olan işçilərin yerləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi, Xüzrə İRD-yə müvafiq qaydada təqdim olunmuş vakant yerlərin komplektləşdirilməsində boşdayanmada olan və sərbəstləşən işçilərin də iştirakı nı təmin etmək üçün ilk növbədə şirkətdaxili vakansiyaların elan edilməsi və onların müsabiqələrə cəlb edilməsi üçün tədbirlərin görülməsi (15 oktyabr 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş dəyişiklik), bu əmrin icrasından irəli gələn digər məsələlərin həll edilməsi, bu əmrin 1-ci bəndinə uyğun olaraq fəaliyyəti dayandırılmış yataqlar və bu yataqlara xidmət göstərən servis müəssisələrinin mövcud infrastrukturunun saxlanması üçün tələb olunan işçi heyəti nəzərə alınmaqla, digər işçilərin məşğulluğu “X-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramı, eləcə də bu əmrlə müəyyən edilmiş digər proqram və qaydalara uyğun olaraq təmin edilməsi, X üzrə qanunvericiliklə nəzərdə tutulan təqaüd yaşına çatacaq və güzəştli şərtlərə əsa sən təqaüd alan işçilərin işdən azad olunmasının stimullaşdırılması istiqamətində təkliflərin hazırlanması əmr edilmişdir. X-ın 17 yanvar 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “X-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqram və X 03 iyul 2012-ci il tarixli əmr-qərarının müddəaları boşdayanmalara yol verilən iş yerlərində çalışan işçilərə şamil edilmişdir. Socar-ın 17 yanvar 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “X-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq üçün müraciət etmə müddəti bu əmrin qüvvəyə mindiyi tarixdən 3 (üç) ay sonra, həmin proqramın tətbiq olunma olma müddəti isə müraciət etmə müd dətinin bitdiyi vaxtdan 2022-ci ilin aprel ayınadək müəyyən edilməsi, əmrin icrasına nəzarət XKadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti X.Məmmədova, İqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımova və Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti X həvalə edilmişdir. Socar-ın Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli əmrinə əsasən “X-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən “NX adları saxlanılmaqla, kadr, maliyyə, təchizat və digər qeyriistehsalat funksiyaları “Azneft” İB-nin İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında müvafiq istehsalat qurumları yaradılması, 2.3 və 5 saylı texnoloji nəqliyyat departamentlər i kadr, maliyyə, təchizat və digər qeyriistehsalat funksiyaları “X İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında 1 və 2 saylı Nəqliyyat idarələri yaradılması, “X” X-nin bu əmrə əlavədə verilmiş yeni idarəetmə strukturunun təsdiq edilməsi, bu əmrlə müəyyən edilmiş struktur dəyişiklikləri qüvvədə olan qanunvericiliyə və X-ın 003.2013 standart sənədinə uyğun olaraq aparılması, “X” X-yə (X tapşırılması, bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin bu əmrin qüvvəyə minmə tarixinə olan debitor və kreditor borclarının, hüquq və öhdəliklərinin təhvil aktına uyğun X müvafiq qaydada ötürülməsi təmin edilməsi, bu əmrlə X yenidən təşkil edilmiş struktur bölmələrində çalışan işçilərin əmək münasibətlərinin davam etdirilməsi imkanları araşdırılması və bu istiqamətdə qüvvədə olan qanunvericiliyə, X-ın daxili normativ sənədlərinə və müqavilə münasibətlərinə uyğun olaraq tədbirlərin görülməsi, Socar-ın Baş ofisinin İnsan Resursları Departamenti (İnsan Resursları Departamenti) ilə birlikdə X üzrə aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin X-ın 24 iyun 2020-ci il tarixli “Boşdayanmaya yol verilən iş yerlərində işçilərin məşğulluğunun təmin edilməsi haqqında” əmri ilə təsdiq edilmiş “X-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramına uyğun olaraq X-ın digər müəssisə və təşkilatlarında yerləşdirilməsi, bu mümkün olmayan hallarda isə xtətbiq olunan digər proqram və təminatlara qoşulması ilə bağlı təkliflərin verilməsi, X-ın Baş ofisinin İqtisadiyyat və Uçot İdarəsi ilə birlikdə bu əmrlə X yenidən təşkil edilmiş struktur bölmələrinin, o cümlədən Xnin idarəetmə aparatının ştat və işçi sayı, eləcə də Xn gəlir və xərclər smetası barədə təkliflərin “Şirkətin idarəetmə strukturuna daxil olan qurumlarda əmək normalarının, onların təşkilati strukturunun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiya”sına (Komissiya) 7 (yeddi) gün müddətində təqdim edilməsinin təmin edilməsi, bu əmrlə “X yenidən təşkil edilmiş struktur bölmələrinin təsis sənədlərinin əsl nüsxələrinin X-ın Baş ofisinin Hüquq İdarəsinə (Hüquq İdarəsi) təhvil verilməsinin təmin edilməsi, X-ın Baş ofisinin Xi ilə birlikdə bu əmrlə “X” Xnin yenidən təşkil edilmiş struktur bölmələrinə məxsus sənədlərin arxivləşdirilməsi və qanu nvericiliklə müəyyən edilmiş müddətlər daxilində saxlanılmasının təmin edilməsi, bu əmrin icrasından irəli gələn digər məsələlərin həll edilməsi, bu əmrə və X-ın digər daxili normativ sənədlərinə uyğun olaraq X-nin yenidən təşkil edilmiş struktur bölmələrinin strukturuna, ştat cədvəllərinə və buna uyğun olaraq işçilərin optimal sayına yenidən baxılması və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, İnsan Resursları Departamentinə (X bu əmrin 5.2-ci və 5.3-cü bəndlərinin icrasından irəli gələn məsələlərlə bağlı Xə lazımi köməkliyin göstərilməsinin təmin edilməsi, Hüquq İdarəsinə (Xv) tapşırılsın ki, bu əmrə uyğun olaraq struktur dəyişikliyi ilə əlaqədar olaraq, lazımi hüquqi dəstəyin göstərilməsi təmin edilməsi bu əmrin icrasından irəli gələn digər məsələlərin həll edilməsi, bu əmrin i crasına nəzarət X-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitseprezidenti Xhəvalə edilməsi əmr edilmişdir. X tərəfindən İddiaçı ünvanlanmış 21 yanvar 2021-ci il tarixli işçilərin sayının azaldılması haqqında məktuba əsasən X-ın Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulmuşdur. Bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarm aq üçün o, bir iş günü əmək funksiyasının icrasından azad edilə bilər. Əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və razılıqları olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Xvə X-in 3 iyul 2012ci il tarixli 81/14-29ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən, o, orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət almaq üçün 1 ay müddətindən gec olmayaraq, əmək müqaviləsinə xitam verilməs i barədə rəhbərliyə müraciət edə və ya “Xüzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşula bilər. X ünvanlanmış 09 aprel 2021-ci il tarixli məktubuna əsasən X strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatlarının ixtisar olunması ilə əlaqədar işçilərə “işçilərin sayının azaldılması haqqında” bildiriş vərəqələri paylanılmışdır. Yuxarıda göstərilənlərə əsasən bildiriş vərəqələrini almaqdan imtina etmiş qoşmada adları olan işçilərə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən münasibət bildirməyi xahiş olunmuşdur. X Komitəsinin 19 may 2021-ci il tarixli iclasının 07-k saylı protokolundan çıxarışa əsasə n gündəlikdə olan məsələlərdən biri də “işçilərin sayının azaldılması haqqında” Xn rəisinin 09 aprel 2021-ci il tarixli məktubu müzakirə olmuşdur. İclasın qərarı ilə həmçinin həmin məktuba müsbət rəy verilməsi də qərara alınmışdır. X əmək müqaviləsinin ləğv edilməsi haqqında 3 avqust 2021-ci il tarixli əmrinə əsasən X əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, bağlanmış əmək müqaviləsinə uyğun olaraq on ildən çox əmək s tajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. X tərəfindən verilmiş arayışa əsasən Socar-ın 01 sentyabr 2020-ci il tarixli X strukturunun optimallaşdırılması haqqında” əmrinə və həmin əmrə dəyişiklik edilməsi barədə 08 aprel 2021-ci il tarixli əmrinə əsasən X strukturu yenidən təşkil edilmiş, işçilərin yeni ştat cədvəlinə uyğun səmərəli yerləşdirilməsi məqsədi ilə qiymətləndirilmə prosesi şirkətin müvafiq əmri əsasında qüvvədə olan qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Qiymətləndirmə nəticələrinə uyğun olaraq reytinq formalaşdırılmışdır. Reytinq siyahısına əsasən X 24 nəfər quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi bildirişə düşmüşdür. Onlardan 3 nəfəri 5 misli almış, 4 nəfə ri başqa idarələrdə işlə təmin olunmuş, 1 nəfər rəhmətə gedmiş və digərləri isə topladığı ballara əsasən idarədə boş vakant yer yarandıqca yerləşdirilmişdir. Hal-hazırda bildirişdə qalan işçiləri olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X iş üzrə cavabdeh qismində cəlb edilməsi, sonuncunun 03 avqust 2021-ci il tarixli 851 saylı əmrinin ləğv olunması, onun X idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 03 avqust 2021-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi, X müştərək qaydad a 3.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1970-ci il tarixdə Laçın rayonu, Qarakeçdi kəndində doğulmuş, 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüşdür. 1991-1993-cü illərdə könüllü olaraq cəbhəyə getmiş, Qarabağ və ətraf rayonlarda gedən döyüşlərdə iştirak etmişdir. 2010-cu il tarixdən 03 avqust 2020-ci il tarixədək X idarədə qazmaçı köməkçisi işləmişdir. Bu müddətdə işdə heç bir problemi və səhlənkarlığı olmamışdır. Hətta rəhbərliyin əmrlərini vaxtında və layiqincə yerinə yetirməklə rəğbət qazanmışdır. Sonuncu rəhbərlik tərəfindən ona işdən azad olunması ilə bağlı ərizə yazması bildirilmişdir. O, səbəbini bilmək istədikdə işçi çox olduğu və onların işçiyə ehtiyaclarının olmadığını bildirmişlər. O, isə onun bir övladının Qarabağ müharibəsi iştirakçısı, digərinin isə tələbə olduğunu, həyat yoldaşının isə 2-ci qrup əlil olduğunu bildirmişdir. Onun ailəsi az təminatlı ailə olmuş, heç bir yerdən gəlirləri olmuş, evdə tək pul qazanan özü olmuşdur. Belə ki, 03 avqust 2021-ci il tarixdə onu çağırıb işdən çıxarma barədə əmri ona təqdim etmişlər. Sonradan işə bərpa olunmaq istəsə də, artıq o, işdən azad olunduğundan onu işə bərpa etməkdən imtina etmişlər. İş üçün müraciət etdiyi yerlərdə ondan əmək kitabçasını tələb etmişlər. Məhz cavabdehin onu öz işinə bərpa etməkdən imtinası, qanunsuz olaraq onu işdən azad etməsi nəticəsində ağır maddi çətinliklərlə məruz qalmışdır. O, cavabdeh qismində Xqeyd etmiş, anc aq onun işdən çıxarılmağı barədə əmri X vermişdir. Məhz cavabdehin qanunsuz sərəncamı ilə işdən azad olunmağı nəticəsində o, işsiz qalmış, öhdəsində 4 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən şəxs olaraq ağır maddi durumda olmuş, bu müddət ərzində mənəvi sarsıntı keçirmişdir. Daha sonra iddiaçı iddia tələbi həcminin azaldılmasına dair ərizə təqdim edərək, yalnız X qarşı iddianı müdafiə etdiyini və cavabdeh qismində X -nin tanınmasını, həmçinin mülki işin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmrin ləğv olunması, işə bərpa və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səb ail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilərək, iddiaçı barəsində olan Xnin 03 avqust 2021-ci il tarixli, 851 saylı əmrinin ləğv olunması, iddiaçının cavabdehin X adına idarədə quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 03 avqust 2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X tərəfindən Həmkarlar İttifaqına müvafiq məktub 9 aprel 2021-ci il tarixdə, yəni xəbərdarlıq məktubundan 2 ay yarım müddətdən sonra ünvanlanmışdır. Həmkarlar İttifaqı Komitəsinin 19 may 2021-ci il tarixli protokol-qərarının surətindən isə görünür ki, “işçilərin sayının azaldılması haqqında” X rəisinin 09 aprel 2021ci il tarixli məktubuna müsbət rəy verilmişdir. Məhkəmə hesab etmişdir ki, 21 yanvar 2021-ci il tarixdə verilmiş xəbərdarlıq məktubunun müddəti bitdikdən sonra 29 mart 2021-ci il tarixdə iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi il əlaqədar xitam verilməsi barədə əmr qəbul edilmədiyi üçün sözügedən xəbərdarlıq məktubu sonuncu qeyd edilən müddətdən sonra artıq hüquqi qüvvəyə malik olmamışdır. Məhkəmə, qeyd etmişdir ki, xəbərdarıq məktubunun verilməsinə baxmayaraq iddiaçı ilə əmək münasibətləri 03 avqust 20 21-ci il tarixə kimi davam etmişdir. İşəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq 2 aylıq xəbərdarlıq müddətində (29 mart 2021-ci il tarixədək) iddiaçı barəsində Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2ci bəndlərinə əsasən Həmkarlar İttifaqına müvafiq məktub ünvanlanmamış, iddiaçı ilə 29 mart 2021-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsinə razılıq almamış və yuxarıda qeyd edildiyi kimi müddətin sonunda əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etməmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən həmkarlar ittifaqı təşkilatı sözügedən məktubun daxil olduğu gündən (09 aprel 2021-ci il) ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən həm əmək qanunvericiliyinin yuxarıda göstərilən normalarının tələblərinə, həm də tərəflər arasında əmək müqaviləsinin 9.1-ci bəndinin tələblərinə ciddi əməl edilməmişdir. Məhkəmə həmçinin cavabdeh tərəfin iddiaçının nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (Əmək Məcəlləsinin 79-cu maddəsi), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (Əmək Məcəlləsinin 78-ci maddəsi) sırasında olmamasına dair iddiaya olan etirazının dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçı sadalanan kateqoriyalara aid olan şəxs olmasa da, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə bağlı Əmək Məcəlləs inin 77 və 80-cı maddələrinin tələblərinə uyğun prosedur qaydalarına vaxtında əməl edilmədiyi, pozulduğu üçün barəsində qəbul edilmiş əmr qanuni və əsaslı sayıla bilməz. Bu prosedur qaydalarının pozuntusu iddiaçının işdən çıxarılması üçün xəbərdarlıq müddəti bitəndən 4 ay sonra işdən çıxarılması, xəbərdarlıq müddətində deyil, onun bitməsindən 10 gün sonra Həmkarlar İttifaqına müvafiq təqdimat verilməsi, xəbərdarlıq veriləndən 2 ay yarım sonra həmkarlardan razılıq alınması üçün müraciət edilməsi, bu razılığın isə Həmkarlar İttifaqına məktubun daxil olduğu gündən 10 gündən gec verilməsi, sonuncunun razılığından da 2 ay yarım sonra əmək müqaviləsininə xitam verilməsi barədə əmr verilməsində özünü ifadə etmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının bildirdiyi kimi onun təxminən 16 iyun 2021-ci il tarixdən xəstələndiyi üçün bülletenə çıxması həmin tarixədək (16 iyun 2021ci il) prosedur qaydalarının artıq pozulmasının mövcudluğu halını aradan qaldırmamışdır. İddiaçı tələbində məcburi iş buraxma günləri üçün 03 avqust 2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün həmçinin mükafatların hesablanaraq ona ödənilməsini də tələb etməsinə baxmayaraq məhkəmə qeyd etmişdir ki, bu müddət ərzində onun işdən çıxarılması əsası ilə iş yerində işləmədiyi faktdır və qanunsuz olaraq işdən çıxarıldığına görə ona bu müddət ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələr ödənilməsi nəticəsinə gəlinmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində isə əmək haqqı və ona əlavə ödəniş verilməsi nəz ərdə tutulsa da, mükafatların verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Əgər iddiaçı işdən çıxarılmamışdan əvvəl işəgötürən tərəfindən ona əmək haqqı ilə yanaşı və ya digər formada mükafatlar verildiyi üçün tələbində də həmin mükafatları nəzərdə tutursa, belə olan halda məhkəmə qeyd etmişdir ki, bu mükafatlar onun iş yerində əmək vəzifələrini yerinə yetirərkən əldə etdiyi nailiyyətlər nəticəsində və ya işəgötürənin öz daxili maliyyə imkanları əsasında təşəbbüsü ilə verilmiş həvəsləndirici ödənclər olmuşdur. Hazırki halda isə iddiaçı 03 avqust 2021-ci il tarixdən qətnamə icra olunan müddətə qədər faktiki olaraq işləmədiyi halda ona bu müddət üçün işəgötürən tərəfindən həmçinin mükafatların da hesablanıb verilməsi tələbinin təmin edilməsini məhkəmə əsaslı saymamış və eyni z amanda qeyd etmişdir ki, qətnamə icra olunduğu təqdirdə bu ödəncin də əmək haqqı və əlavələrlə birlikdə verilməsi yenə də işəgötürənin hüququ olaraq qalmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 2, 70, 71, 74, 77, 80, 154, 157, 158, 300-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik edən, məruzəçi, Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xəbərdarlıq məktubunu almamasını, ondan ümumiyyətlə məlumatlı olmamasını bildirmiş, cavabdeh isə xəbərdarlığın iddiaçıya rəsmi qaydada təqdim olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabd eh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 2, 70, 71, 74, 77, 80, 154, 157, 158, 300-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən hallar iddia tələbinin təmin edilməsi üçün əsas olmamışdır. Çünki, birinci instansiya məhkəmə si də qətnamədə belə nəticəyə gəlmişdir, iddiaçı Əmək Məcəlləsinin 78 və 79-cu maddələrində nəzərdə tutulan əmək müqaviləsinin ləğv edilməsini qadağan edən işçilər kateqoriyasına aid olmamışdır. Həmçinin iş üzrə iddiaçı işlədiyi vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı minimum 52 baldan yuxarı bal toplayanlar işdə saxlanılmaq hüququ əldə etmiş, digərləri ilə bağlanan əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Kassator qeyd etmişdir ki, məhkəmənin qənaətinə görə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin müddəası pozulmuşdur. Bu qənaətə gələrkən məhkəmə nəzərə almamışdır ki, işə götürən tərəfindən işçinin işdən çıxarılması məsələsinə baxılması üçün 09 aprel 2021-ci ildə Həmka rlar İttifaqı Komitəsinə müraciət edilmiş, Komitə tərəfindən işəgötürənin müraciətinə 19 may 2022-ci ildə baxılması işəgötürənin səlahiyyətinə aid məsələ deyil və bu hal işçinin hüququnu pozmur. Məhkəmə nəzərə almamışdır ki, əmək müqaviləsi ləğv edilərkən, işçinin qanunla müəyyən edilmiş qaydada təminat hüquqları həyata keçirilmişdir. Kassator kassasiya şikayətini Əmək Məcəlləsinin 10, 70, 78, 79, 80-ci, habelə Mülki Prosessual Məcəlləsinin 88, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənil mək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

16. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə

35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə

71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhk əmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 “b” bəndi- işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qə rar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək i stəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 158.1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, X tərəfindən Həmkarlar İttifaqına müvafiq məktub 9 aprel 2021-ci il tarixdə, yəni xəbərdarlıq məktubundan 2 ay yarım müddətdən sonra ünvanlanmışdır. Həmkarlar İttifaqı Komitəsinin 19 may 2021-ci il tarixli protokol-qərarının surətindən isə görünür ki, “işçilərin sayının azaldılması haqqında” Xrəisinin 09 aprel 2021ci il tarixli məktubuna müsbət rəy verilmişdir. Məhkəmə hesab etmişdir ki, 21 yanvar 2021-ci il tarixdə verilmiş xəbərdarlıq məktubunun müddəti bitdikdən sonra 29 mart 2021-ci il tarixdə iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi il ə laqədar xitam verilməsi barədə əmr qəbul edilmədiyi üçün sözügedən xəbərdarlıq məktubu sonuncu qeyd edilən müddətdən sonra artıq hüquqi qüvvəyə malik olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, xəbərdarıq məktubunun verilməsinə baxmayaraq iddiaçı ilə əmək münasibətləri 03 avqust 2021-ci il tarixə kimi davam etmişdir. İşəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq 2 aylıq xəbərdarlıq müddətində (29 mart 2021-ci il tarixədək) iddiaçı barəsində Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Həmkarlar İttifaqına müvafiq məktub ünvanlanmamış, iddiaçı ilə 29 mart 2021-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsinə razılıq almamış və yuxarıda qeyd edildiyi kimi müddətin sonunda əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etməmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən həmkarlar ittifaqı təşkilatı sözügedən məktubun daxil olduğu gündən (09 aprel 2021-ci il) ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən həm əmək qanunvericiliyinin yuxarıda göstərilən normalarının tələblərinə, həm də tərəflər arasında əmək müqaviləsinin 9.1-ci bəndinin tələblərinə əməl edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin iddiaçının nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin ( Əmək Məcəlləsinin 79-cu maddəsi), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (Əmək Məcəlləsinin 78-ci maddəsi) sırasında olmamasına dair iddiaya olan etirazının dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçı sadalanan kateqoriyalara aid olan şəxs olmasa da, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə bağlı Əmək Məcəlləsinin 77 və 80-cı maddələrinin tələblərinə uyğun prosedur qaydalarına vaxtında əməl edilmədiyi, pozulduğu üçün barəsində qəbul edilmiş əmr qanuni və əsaslı sayıla bilməz. Bu prosedur qaydalarının pozuntusu iddiaçının işdən çıxarılması üçün xəbərdarlıq müddəti bitəndən 4 ay sonra işdən çıxarılması, xəbərdarlıq müddətində deyil, onun bitməsindən 10 gün sonra Həmkarlar İttifaqına müvafiq təqdimat verilməsi, xəbərdarlıq veriləndən 2 ay yarım sonra həmkarlardan razılıq alınması üçün müraciət edilməsi, bu razılığın isə Həmkarlar İttifaqına məktubun daxil olduğu gündən 10 gündən gec verilməsi, sonuncunun razılığından da 2 ay yarım sonra əmək müqaviləsininə xitam verilməsi barədə əmr verilməsində özünü ifadə etmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının bildirdiyi kimi onun təxminən 16 iyun 2021-ci il tarixdən xəstələndiyi üçün bülletenə çıxması həmin tarixədək (16 iyun 2021ci il) prosedur qaydalarının artıq pozulmasının mövcudluğu halını aradan qaldırmamışdır. İddiaçı tələbində məcburi iş buraxma günləri üçün 03 avqust 2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün həmçinin mükafatların hesablanaraq ona öd ənilməsini də tələb etməsinə baxmayaraq məhkəmə qeyd etmişdir ki, bu müddət ərzində onun işdən çıxarılması əsası ilə iş yerində işləmədiyi faktdır və qanunsuz olaraq işdən çıxarıldığına görə ona bu müddət ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələr ödənilməsi nəticəsinə gəlinmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində isə əmək haqqı və ona əlavə ödəniş verilməsi nəzərdə tutulsa da, mükafatların verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Əgər iddiaçı işdən çıxarılmamışdan əvvəl işəgötürən tərəfindən ona əmək haqqı ilə yanaşı və ya digər formada mükafatlar verildiyi üçün tələbində də həmin mükafatları nəzərdə tutursa, belə olan halda məhkəmə qeyd etmişdir ki, bu mükafatlar onun iş yerində əmək vəzifələr ini yerinə yetirərkən əldə etdiyi nailiyyətlər nəticəsində və ya işəgötürənin öz daxili maliyyə imkanları əsasında təşəbbüsü ilə verilmiş həvəsləndirici ödənclər olmuşdur. Hazırki halda isə iddiaçı 03 avqust 2021-ci il tarixdən qətnamə icra olunan müddətə qədər faktiki olaraq işləmədiyi halda ona bu müddət üçün işəgötürən tərəfindən həmçinin mükafatların da hesablanıb verilməsi tələbinin təmin edilməsini məhkəmə əsaslı saymamış və eyni zamanda qeyd etmişdir ki, qətnamə icra olunduğu təqdirdə bu ödəncin də əmək haqqı və əlavələrlə birlikdə verilməsi yenə də işəgötürənin hüququ olaraq qalmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh XCavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)-3792/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar