Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-48/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3061/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə m ahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 218972 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında 2 blok, 9 mərtəbədə 4 otaqlı sahəsi 63.32 kv.m. olan mənzil Məmmədov Rafiq Paşayeviçin adına rəsmiləşdirilmişdir. 3. 146 saylı MKİS-nin arayışından görünür ki, mərhum Məmmədov Rafiq Paşayeviç xx.xx.1990-cı il tarixli ölüm şəhadətnaməsinə əsasən vəfat etmişdir. Vəfat edən günədək Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 15/ 74 saylı bina 40 nömrəli mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olub yaşamışdır.
4. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, X9, X6, X10, Cavabdeh, X13, X11 ünvan 2 ünvanında qeydiyyatdadır.
5. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin A Z-İ seriyalı, 409206 nömrəli nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, X11 və X3 nikahı xx.xx.2014-cü il tarixdə nikahları ləğv edilmiş, xx.xx.2014-cü il tarixdə 163 nömrəsi qeyd edilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsi ilə X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən 15/17 saylı evin, 40 nömrəli mənzilindən istifadə hüququ tanınmış və o, azyaşlı uşağı – 28 yanvar 2008-ci il təvəllüdlü X6 ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1, İddiaçı2 Əli qızı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzil mərhum atası Məmmədov Rafiq Paşayeviç və 5 (beş) nəfər ailə üzvü İddiaçı2 Əliheydər qızı, İddiaçı1, X12, X11 və X8 adına 01 avqust 1986-cı il tarixli order verilmişdir. Atası Məmmədov Rafiq Paşayeviç 10 dekabr 1990-cı ildə vəfat etmişdir. Cavabdeh X11 ilə faktiki nikah münasibətlərində olmuşlar, rəsmi nikahları 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır. X11 ilə cavabdeh arasında 2013-cü ilin noyabr ayında mübahisə olduğundan cavabdeh 28 yanvar 2008- ci il təvəllüdlü X4 götürərək evdən çıxıb getmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2014-ci il tarixli qətnaməsi ilə X11 ilə cavabdeh arasında 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmış nikahları pozulmuşdur. Cavabdeh həmin vaxtdan bu günə kimi həmin ünvanda yaşamamışdır. Hal-hazırda onlarda olan məlumata əsasən cavabdeh Bakı şəhəri, Məştağa qəsəbəsində yaşayır. Onlara məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzildə cavabdeh yaşamadığından və o onların ailə üzvü hesab edilmədiyindən mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin Bakı şəhəri Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, cavabdeh mübahisəli mənzili 2013-cü ilin noyabr ayında könüllü tərk edib gedərək özünə başqa yaşayış yeri seçilmiş və həmin vaxtdan bu günə kimi həmin ünvanda yaşamır. X1 ilə cavabdeh arasında olan 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmış nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2014-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Üçüncüsü, cavabdeh artıq ailə üzvü olmadığından, mübahisəli mənzildən 9 (doqquz) ilə yaxın müddətdir ki, çıxıb özünə başqa yaşayış yeri seçmişdir. Bununla da onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim N.A.Cəfərli) 2(008)-1073/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş dir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddia ərizələrində cavabdehin 2013-cü ilin noyabr ayında mənzildən könüllü getməsini, mənzilə ehtiyacı olmadığı üçün qayıtmadığını bildirsələr də, işin hallarından müəyyən edilir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən cavabdehin mübahisəli mənzildən istifadə hüququ tanınmış və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə hazırki mülki iş üzrə preyudisial xarakter daşıyır və buna görə də, iddia təmin edilə bilməz. İddiaçılar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinə əsasən cavabdehə kompensasiya verməklə cavabdehin qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət edə bilər.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mənzilin mərhum sahibi olan Rafiq Məmmədovun övladlarından biri olan İlqar Məmmədov cavabdeh ilə ailə qurduqdan sonra cavabdeh mənzilə gəlin gəlmiş və mənzildə yaşamağa başlamışdır. İlqar ilə cavabdehin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Belə olan halda, iddiaçıların cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiaları Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından deyil xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından həll olunmalı idi.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) 2(103)-3061/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının Cavabdeh qarşı birgə sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddialarının rədd edilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını səhv müəyyən etmiş, birinci instansiya məhkəməsinin müəyyən etmiş hesab etdiyi hallar sübuta yetmir. Birinci instansiya məhkəməsi işin hallarını səhv müəyyən etdiyindən i ş üzrə tətbiq olunan maddi hüquq normalarını da səhv tətbiq etmişdir. Belə ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə əsasında yaranmamışdır. Həmin qətnamənin özündən də görünür ki, hazırkı iş üzrə cavabdeh Məmmədova (Orucova) Aysel Sənhan qızı ilə X11 ilə 2006-cı ildə faktiki nikaha daxil olmaqla mübahisəli evə gəlin kimi köçüb orada yaşadığı vaxtdan yaranmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların istinad etdikləri və xx.xx.2009-cu il tarixdə qüvvədə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar münasibətlər xx.xx.2000-ci il tarixdən sonra, lakin xx.xx.2009cu il tarixədək, yəni cavabdehin 2006-cı ildə mənzilə köçməsi zamanı yarandığından, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə iddiaçıların təklif etdikləri qaydada, yəni xx.xx.2009-cu il tarixdə qüvvədə minmiş Mənzil Məcəlləsinin 30.4cü maddəsinin tələbləri baxımından həll edilə bilməz. Mübahisə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “Respublika məhkəmələri tərəfindən mə nzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə görə, belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Həmin qərardan görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və sair bu kimi halları təsdiq edən sənədlər aid ola bilər. Hazırkı işdə belə sənədlər yoxdur. İddiaçılar cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçdüyünü bildirsələr də, cavabdehin mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsini n olması, yaxud cavabdehin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi barədə sübutlar təqdim etməmişlər.
19. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiaçıların tələbi əsassızdır. Mənzil cavabdehin yeganə və daimi yaşayış yeridir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehin yaşayış yerində yalnız uzun müddət olmaması onun mənzilə istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Mütləq sübuta yetməlidir ki, cavabde h yaşayış yerini daimi əsaslarla dəymişdir.
20. İddiaçılar hazırki iş üzə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehə, işə baxmış Rayon Məhkəməsinin bildirdiyi kimi, kompensasiya verməyə borclu deyillər. Rayon Məhkəməsinin bu kimi yanaşması səhv olmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli mənzildə yaşamaması ilə bağlı onu qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)2551/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə kimi həmin mənzilə köçməmişdir.
22. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə veril miş icra vərəqəsi həmin İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən Şöbənin icraatındadır. Hazırki iş üzrə iddiaçılara (qeyd edilən iş üzrə cavabdehlərə) icra sənədinin könüllü icra edilməsi ilə bağlı İcra Şöbəsi tərəfindən bildiriş verilsə də, onlar icra sənədini icra etməmişlər və İcra Şöbəsinin verdiyi təqdimata baxmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsini, hazırki iş üzrə iddiaçıların (qeyd edilən iş üzrə cavabdehlərin) İcra Şöbəsinə məcburi qaydada gətirilmələrini qərara alınmışdır. Bununla da müəyyən edilir ki, hazırki iş üzrə iddiaçılar hazırki iş üzrə cavabdehin mübahisəli mənzilə köçməsinə, yaşamasına qəsdən mane olurlar.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikas ında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin evdən istifadə hüququ olub, lakin o, evi tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüquqlarını itirmişdir. Belə ki, həmin şəxsin evdən istifadə etməsi ilə bağlı müna sibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətdə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsində olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində əvvəlki göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsində istifadə hüququ itirilmiş sayılır. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Bu qayda qanunun analogiyasına əsasən xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə də tətbiq edilir. Odur ki, göstərilən əsasla cavabdeh evdən istifadə hüquqları xitam olunmuşdur. Həmçinin hazırkı mübahisə üzrə tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığı müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi işin hallarını yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Məhkəmə həmçinin təqdim olunmu ş sübutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçılar müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunması üçün heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. İddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 X5:
28. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qa nun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
29. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
30. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmi ş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
31. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
32. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış s ahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
43. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh, İlqar Məmmədovla 2006cı il dən faktiki, 2011-ci ildən rəsmi nikah münasibətləri əsasında mübahisəli mənzildə yaşamışdır. Onların ailə münasibətləri 2013-cü ildə pozulmuş, cavabdeh qızı ilə başqa ünvana getmiş, 2014-cü ildə nikahları ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehin sözügedən mənzilindən istifadə hüququ tanınmış və uşağı ilə birlikdə oraya köçürülməsi qət edilmişdir (§ 5-6).
44. Qanuna əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır (§ 37). 45. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlə r və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
46. Bu baxımdan apellyasiya məhkəməsi mübahisəyə qeyd olunan normaları tətbiq etməkdə haqlı olsa da, həmin qaydalar çərçivəsində meydana gəlmiş istifadə hüququnun (bu fakt daha əvvəl məhkəmə aktı ilə təsbit olunmuşdur) aradan qalxması ilə bağlı halları lazımi şəkildə araşdırmamış və mübahisəli hallara düzgün hüquqi qiymət verməmişdir.
47. Məhkəmə tərkibi qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış istifadə hüququnun qanuni əsaslarla aradan qalxması da mümkündür.
48. Belə ki, həmin Məcəllənin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getd ikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir (§ 3132).
49. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servit ut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
50. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar, cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçdüyünü bildirsələr də, sonuncunun mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsinin olmasını, yaxud cavabdehin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi barədə sübutları təqdim etməmişlər (§ 18).
51. Kollegiya bu mövqeyi kifayət qədər əsaslandırılmış və mübahisənin düzgün həlli üçün yetərli hesab etmir. Ona görə ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasl a istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verə bilər.
52. Belə hallar qiymətləndirilərkən istifadə hüququ sahibinin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi və s.), etməmişsə bunun səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.
53. Baxılan işdə cavabdehin 2013-cü ildən mübahisəli mənzildə deyil, başqa ünvanda yaşadığı mübahisəsizdir. İddiaçılar hazırkı iddianı xx.xx.2022-ci ildə qaldırmışlar. Bundan sonra, yəni xx.xx.2022-ci ildə Cavabdeh mübahisəli evə köçürülməsi barədə 2014-cü ildə çıxarılmış məhkəmə qərarı üzrə icra vərəqəsi verilmiş və sonrakı tarixlərdə icra hərəkətləri aparılmışdır.
54. Kollegiya vurğulayır ki, bu kimi hallar mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə məhkəmə aktının olmasına baxmayaraq, 8 ildən artıq müddət ərzində başqa ünvanda qalmasının və həmin məhkəmə qərarı üzrə icra hərkətlərinin aparılmamasının səbəblərini, cavabdehin bu müddət ərzində mübahisəli mənzildə yaşamaq üçün özündən asılı olan hüquqi hərəkətləri edib-etməməsini, iddiaçıların buna maneçilik yaradıbyaratmamasını və bu qərarın 52-ci bəndində göstərilən digər əhəmiyyətli halları araşdırmamış, iddianın qaldırıldığı vaxtadək tərəflər arasındakı münasibətlərə hüquqi qiymət vermədən, gəldiyi nəticənin əsaslarından biri kimi xx.xx.2022-ci il tarixdən sonrakı icra hərəkətlərinə istinad etmişdir.
56. Qeyd olunanlar maddi hüquq normalarınının düzgün tətbiq olunmadığına, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 33-36, 38).
57. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflər də qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
58. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X7 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 27-28).
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
60. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sü butları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
61. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
62. Təkrar apelyasiya baxışı zama nı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3061/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.