Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-48/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X6 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1110/2024 nömrəli iş üzrə 01 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə ba xan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktından görünür ki, X19 Təsərrüfatına Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə 65 ha torpaq sahəsi ayrılmışdır;
3. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 aprel 2015-ci il tarixli, 21(104)-105/2015 nömrəli qərarından görünür ki, üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2013-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı “X12” MMC-nin cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı Cəmiyyətin istifadəsində olan Ceyrançöl qış otlaq ərazisindən 65 ha torpaq sahəsinin ayrılması barədə sər əncam verilməsinin və həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiasının rədd olunması qərara alınmışdır;
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, 2-1(102)-891/2015 nömrəli qərarından görünür ki, iddiaçı “X12” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır;
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 07 yanvar 2024-cü il traixli mütəxəssis rəyindən görünür ki, Torpağa mülkiyyət, sahiblik və daimi istif adə hüququna dair B 000725 nömrəli Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 ha torpaq sahəsinin 3,82 ha hissəsi X19 Təsərrüfatına ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir;
6. Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi 01 noyabr 2007-ci il tarixli, 152 nömrəli sərəncamdan görünür ki, X2 ərizəsi nəzərə alınması və Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır;
7. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi X8 arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 422 manat icarə haqqı ödənilməsi şərti ilə 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir;
8. Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi 01 fevral 2022-ci il tarixli, 17 nömrəli sərəncamdan görünür ki, Cavabdeh2 ərizəsinin nəzərə alınması və Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar to rpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır;
9. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış 01 fevral 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməsi şərti ilə 9 ay müddətinə icarəçinin istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, X19 Təsərrüfatına B 000725 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı üzrə daimi istifadəyə verilmiş 65 hektar torpaq sahəsindən cavabdehlərin çıxarı lması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon X14 İK Rəyasət Heyətinin 16 noyabr 1995-ci il tarixli qərarı ilə X19 Təsərrüfatına B 000725 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı əsasında 65 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi əkin üçün nəzərdə tutulmuşdur. Cavabdehlər həmin torpaq sahəsinin təxminən 30-35 hektar hissəsini zəbt edərək əkin üçün istifadə etmişlər. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsə də, bu nəticəsiz qalmışdır.
12. Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli (hakim F.Əliyev) qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 000725 nö mrəli Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin zəbt etdikləri 3,82 ha hissəsindən çıxarılması qət edilmişdir.
13. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsinə əsasən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
14. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi işə baxılmasına cəlb edilmiş və alınan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 hektar torpaq sahəsinin 3,82 hektar hissəsi «X19 Təsərrüfatına» ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir.
15. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatlar ı müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır.
16. Bundan başqa mütəxəssis tərəfindən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş mübahisəli torpaq sahəsinin arxiv məlumatları əldə edilərək rəy onun əsasında verilmişdir.
17. Həmçinin məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə cavabdehlərin hüquqlarının olub-olmaması da məhkəmə tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Cavabdehlər yalnız icarə müqaviləsi təqdim etmişdirlər ki, hazırda da, həmin icarə müqaviləsi qüvvədən düşmüşdür.
18. Bundan başqa cavabdehlər tərəfindən təqdim olunan qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinadən onların etirazları araşdırılmışdır. Araşdırma üzrə aşkar edilmişdir ki, həmin qərarlarda hazırda iddiaçının istinad etdiyi və onun adına rəsmiləşdirilən «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktı ləğv edilməmişdir. Nə qədər ki, həmin Dövlət Aktı qüvvədədir cavabdeh tərəfin dövlət aktının saxta sənədlər əsasında verilməsi barədə dəlilləri qəbuledilən deyildir.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.5, 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4 maddələri, Torpaq Məcəlləsinin 111 maddəsi və Mülki Prossesual Məcəlləsinin 60., 217.3, 218.1, 216-220 maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 01 noyabr 2007-ci il tarixdən Tovuz RİH başçısının 152 nömrəli sərəncamı ilə 586 ha torpaq sahəsi əvvəl atasına, sonra isə onun icarəsinə verilmişdir. İlk olaraq 15 il müddətində bağlanılmış icarə müqaviləsi, sonradan hissə-hissə artırılmışdır. Torpaq sahəsi onun icarə və istifadəsində olmaqda davam edir, eləcədə Dövlət qarşısında vergiləri vaxtında ödəmişdir. 07 yanvar 2024-cü il tarixli mütəxəssis rəyi əsassız və qanunsuzdur. Belə ki, yerli rayon icra hakimiyyətləri başçıları dövlət fonduna bağlı olan hər hansı torpaq sahəsinin vətəndaşa və ya hüquqi şəxsə icarəyə verilməsi zamanı müvafiq olaraq əmlak məsələlərinə nəzarət edən qurumun rəyini alır. Belə olan halda, iddiaçı ilə onun torpaq sahəsi üst-üstə düşməsi mümkün deyil. Ona görə də mütləq qaydada komkleks ekspertiza təşkil edilməli və ədalətli araşdırma əldə olunmalıdır. Tovuz RİH başçısının müvafiq sərəncamları qanuni olmaqla yanaşı, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi sahəsində səlahiyyətlərini ehtiva edir və hər hansı qanunvericilik aktı bunu istisna etmir.
22. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1110/2024 saylı, 01 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov - sədrlik edən və məruzəçi, M.Mustafayev və F.Mehtiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyb oğlu və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, 2-1(102)891/2015 nömrəli qərarından müəyyən olunur ki, Ceyrançöl qış otlaq sahələri əvvəllər Gədəbəy rayon İcra Hakimiyyətinin tabeliyində olsada, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2003-cı il tarixli qərarı ilə qış otlaq sahələri Tovuz rayon İcra Hakimiyyətinin tabeliyinə keçmişdir. Tovuz rayon İcra Hakimiyyətinin 01 noyabr 2007-ci il tarixli sərəncamı ilə hazırkı iş üzrə mübahisə olan torpaq sahəsi X2 icarəsinə verilmiş və bu barədə onunla icarə müqaviləsi bağlanmışdır. 2007-ci ildən İsrafil Kazımov həmin torpaq sahəsinin icarəçisidir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 saylı dövlət aktında qeyd olunmuşdur ki, dövlət aktı verilir Gədəbəy Kəndli (fermer) təsərrüfatına X9, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarına əsasən təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 65,0 ha kənd təsərr üfatı məsulları istehsalı üçün torpaq istifadəsinə verilir. İşdə olan digər dövlət aktında eynilə Fatma Bağırovanın adına olan dövlət aktında olan bütün məlumatlar (dövlət aktının nömrəsi, torpaq sahəsi, aktın nömrəsi və s) qeyd edilməklə yanaşı aktda Fatma Bağırovanın adı deyil X3 adı qeyd edilmişdir. Hər iki dövlət aktında Fatma Bağırovanın və Rəfail İsmayılovun adı başqa ölçüdə olan həriflərlə yazılmışdır, hər iki dövlət aktı eyni qərarla eyni yerə verilməklə Gədəbəy kəndli (fermer) təsərrüfatının adı ilə yanaşı birində Fatma Bağırovanın, digərində isə İddiaçı adı yazıldığından həmin aktlar sübut kimi qəbul edilə bilməz. Rəfail İsmayılovun istər torpaq sahəsinin icarəsindən imtina barədə ərizəsi, istərsədə belə ərizə vermədiyi barədə kassasiya şikayətinə əlavə etdiyi ərizəsi iş üçün əhə miyyətini itirir. Gədəbəy kəndli (fermer) təsərrüfatının təsisçisinin Fatma Bağırova olması və Gədəbəy kəndli (fermer) təsərrüfatının iddiaçı “X12” MMC-yə çevrilməsi təsdiq edilmədiyindən vaxtilə X19 təsərrüfatına ayrılmış torpaq sahəsinin “X12” MMC-yə verilməsi barədə tələb əsaslı sayıla bilməz.
24. Göründüyü kimi, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı əsasında Gədəbəy kəndli (fermer) təsərrüfatına X10, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 saylı dövlət aktı verilsə də, lakin yuxarıda da qeyd olunduğu kimi aktın qanuniliyi və əsaslığı iddiaçı “X12” MMC-nin cavabdehlər Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası DT və XK-nin Tovuz rayon şöbəsinə qarşı Ceyrançöl qış otlaq sahəsindən ayrılmış 65 ha torpaq sahəsinin Gədəbəy kəndli (fermer) təsərrüfatının istifadəsinə verilməsi barədə sərəncamın verilməsi, həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın verilməsindən imtina edilməsinin qanunazidd hesab edilərək qeyd olunan 65 ha torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə sərəncamın, habelə yerquruluşu planından çıxarış verilməsi tələbinə dair işə baxılarkən hüquqi qiymət verilmiş və Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı əsasında verilmiş, yəni Gədəbəy Kəndli (fermer) təsərrüfatı- X11, eləcədə Gədəbəy Kəndli (fermer) təsərrüfatı-X3 adları qeyd olunmuş B 000725 saylı hər iki dövlət aktı mötəbər sübut kimi qəbul edilməmişdir. Bu da onu deməyə əsas verir ki, qeyd olunan hər iki sənəd üzrə mübahisəli torpaq s ahəsindən istifadə üçün artıq hüquq yaranmır.
25. Məhkəmə xüsusilə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2003-cı il tarixli qərarı ilə qış otlaq sahələri Tovuz rayon İcra Hakimiyyətinin tabeliyinə keçdikdən sonra, Tovuz rayon İcra Hakimiyyətinin 01 noyabr 2007-ci il tarixli sərəncamı ilə Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla, cəmi 586 hektar torpaq sahəsi 15 il müddətə X4 icarəyə verilmişdir. Həmin vaxt Rəfail İsmayılov bundan məlumatlı olmış, hətda ərizə verərək buna etirazının olmamasını bildirmişdir.
26. Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla, cəmi 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməklə 09 ay müddətinə icarəyə verilməsi barədə Tovuz rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2022-ci il tarixli, 17 nömrəli sərəncamı ilə Cavabdeh2 verilmiş və bu barədə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarını nəzərə almadan iddianı qismən təmin etmişdir.
27. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 238.1, Torpaq Məcəlləsinin 49, 111.1, 111.2, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 87.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə yekun akt çıxararkən yalnız cavabdehin təqdim etdiyi sənədə əsaslanmış, mütəxəssis rəyini, iddiaçı tərəfindən əlavə edilmiş sənədləri nəzərə almamış, mütəxəssis rəyinə istinad etmədiyi halda, ekspertiza təyin edə bilsə də, ekspertiza təyin etməməklə çıxarılan məhkəmə aktının “hüquqi həqiqətə” yox şifahi mülahizələrə əsasən çıxarılmasına nail olmuşdur. Eyni zamanda, məhkəmə qətnamə qəbul edən zaman qüvvədən düşmüş sənədə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
33. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 X5:
34. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
35. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
38. Maddə
49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və dig ər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
39. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
40. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şə rait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Baxılan işdə iddiaçı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktına əsaslanaraq bildirmişdir ki, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə X19 Təsərrüfatına ayrılmış 65 ha torpaq sahəsinin bir hissəsini qanunsuz sahibliyində saxlayan cavabdeh həmin sahədən çıxarılmalıdır.
49. Cavabdeh2 iddiay a etiraz edərək mübahisəli əraziyə icarə müqaviləsi əsasında sahiblik etdiyini bildirmişdir.
50. Birinci instansiya məhkəməsi cavabdehlərin zəbt olunan 3,82 ha hissədən çıxarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyi ilə cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 hektar torpaq sahəsinin 3,82 hektar hissəsi «X19 Təsərrüfatına» ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. İddiaçının istinad etdiyi Dövlət Aktı qüvvədədir. Cavabdehlərin mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur, onların təqdim etdikləri icarə müqaviləsi qüvvədən düşmüşdür (§ 14-18).
51. Apellyasiya məhkəməsi daha əvvəl baxılmış inzibati iş üzrə məhkəmə qərarına istinadən qeyd etmişdir ki, iddiaçının əsaslandığı dövlət aktı həmin işdə mötəbər sübut kimi qəbul edilməmişdir. Bu da onu deməyə əsas verir ki, həmin sənəd üzrə mübahisəli torpaq sahəsindən istifadə üçün artıq hüquq yaranmır. Məhkəmə həm də ona istinad etmişdir ki, Tovuz rayon İcra Hakimiyyətinin 01 noyabr 2007-ci il tarixli sərəncamı ilə 586 hektar torpaq sahəsi 15 il müddətə X4 icarəyə verildiyi vaxt Rəfail İsmayılov bundan məlumatlı olmış, hətda ərizə verərək buna etirazının olmamasını bildirmişdir. Bundan əlavə, Ceyrançöl qış otlağının 586 hektar torpaq sahəsinin 09 ay müddətinə icarəyə verilməsi barədə Tovuz rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2022-ci il tarixli, 17 nömrəli sərəncamı ilə Cavabdeh2 verilmiş və bu barədə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır (§ 24-26).
52. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
53. İddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. İşin müəyyən edilmiş edilmiş halları baxımından tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
54. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, i ddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
55. İddiaçı mübahisəli sahə üzərində özünün subyektiv hüququnu təsdiqləyən sənəd kimi Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə X19 Təsərrüfatına ayrılmış 65 ha torpaq sahəsinin ayrılması haqqında B 000725 nömrəli Dövlət Aktına əsaslanır. Aktda İddiaçı da adı qeyd olunmuşdur.
56. İş materiallarına B 000725 nömrəli Dövlət Aktının və onun kökündə dayanan sənədlər əlavə olunmuş, hətta sahənin koordinatları aidiyyəti dövlət orqanı tərəfindən müəyyən edilmişdir. Həmin sənədin ləğv edilməsi və ya başqa formada hüquqi qüvvədən düşməsi məhkəmə araşdırmasında aşkar edilməmişdir.
57. Belə olan halda, apelyasiya məhkəməsinin daha əvvəl baxılmış işdə “B 000725 nömrəli Dövlət Aktının da mötəbər sübut kimi qəbul edilməməsi və sahədən istifadə üçün artıq hüquq yaranmaması” barədə mövqeyi əsaslı sayıla bilməz.
58. O da qeyd edilməlidir ki, həmin sənəd iddiaçının tələbinin əsasına qoyulduğuna görə mübahisə (şübhə) halında onun qüvvədə olub-olmadığını, hüquqi nəticə yaradıbyaratmadığını, eləcə də məhz iddiaçıya fiziki şəxs kimi öz adından iddia qaldırmağa səlahiyyət verib-vermədiyni tərəflərin iştirakı ilə araşdırmaq və bu yoxlamanın nəticəsinə görə məsələyə əsaslandırılmış hüquqi qiymət vermək işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsinin vəzifəsi olmuşdur. Lakin məhkəmə bu vəzifəni yerinə yetirməmişd ir.
59. Mübahisəli sahənin 3,82 hektar hissəsinin cavabdehlərin sahibliklərində olması işin müəyyən edilmiş halıdır. Apellyasiya məhkəməsi bu sahibliyin qanunsuz olmadığını Tovuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında icarə münasibətlərinin olması ilə əsaslandırmışdır.
60. Bununla belə məhkəmə icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin həmin əqdin iştirakçısı olmayan iddiaçı üçün hansı nəticələr yaratmasına, eləcə də kassatorun dəlillərindən biri olan, icarə müqaviləsinin müddətinin artıq başa çatması halına münasibət bildirməmişdir.
61. Bundan əlavə, apellyasiya məhkəməsi torpaq sahəsinin 15 il müddətə X4 icarəyə verilməsinə iddiaçının ərizə ilə etiraz etmədiyinə istinad etmişdir. İş materiallarında olan, Ali Məhkəmənin 2-1(102)-891/2015 nömrəli, xx.xx.2015-ci il tarix li qərarından görünür ki, İddiaçı notarial ərizəsində “...Mən Ceyrançöl ərazisində 65 ha torpaq sahəsindən istifadə etmədiyim üçün onun geri qaytarılmasına dair nə yazılı, nə də şifahi formada İscra Hakimiyyətinə müraciət etməmişəm. Əgər mənim adımdan belə bir müraciət varsa, o, saxtalaşdırılmışdır” ifadələri qeyd olunmuşdur.
62. Belə olan halda sözügedən ərizənin həqiqətən də iddiaçı tərəfindən verilib verilmədiyinin, əgər verilmişsə, nə vaxt, hansı formada və hansı quruma təqdim edildiyinin, hansı hüquqi nəticəni yaratdığının və bu işin həllinə təsirinin nədən ibarət olduğunun müəyyənləşdirilməsi əhəmiyyətli olmuşdur. Bu istiqamətdə də məhkəmə tərəfindən lazımi araşdırma aparılmamış, sübut tədqiq edilməmiş və qiymətləndirilməmişdir.
63. Belə olan halda, irəli sürülmüş iddia müvafiq maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun şəkildə həll edilmiş sayıla bilməz.
64. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 41-46).
65. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən və onlara qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
66. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X7 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 33-34).
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbə r tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
68. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
69. Təkrar apellyasiya baxışın da tərəflərin izahatları və dəlilləri dinlənilməli, sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1110/2024 nömrəli iş üzrə 01 iyul 2024-cü il tarixli qətnaməs i ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.