Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-480/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Həsənov Hüseyn Xeybər oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və kirayə pulu tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9664/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(002)898/2019 saylı qətnaməsi ilə (hakim G.İ.Əhmədova) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və kirayə pulu tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9664/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev), İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq özünə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, **ndə yerləşən ** evin ** mənzilindən cavabdehin çıxarılmas ı, həmin mənzilə aid kirayə haqqı olaraq 12.04.2017-ci il tarixdən 12.02.2019-cu il tarixə kimi olan müddət üçün, hər ay 250 manat olmaqla, cəmi 5.500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Mənzil əvvəllər iddiaçının qardaşı X8 məxsus olmuşdur. Rəhim rəsmi olaraq nikahda olmamış, nikaha girmədən cavabdeh ilə ailə qurmuş və onların 1 uşaqları doğulmuşdur. Rəhim iddiaçıdan 60.000 ABŞ dolları məbləğində borc pul almış, sonradan həmin pulu qaytara bilməmişdir. İddiaçı pulu Rəhimdən tələb etdikdə Rəhim pulun əvəzi olaraq mülkiyyətində olan mənzili “Bağışlama müqaviləsi” əsasında ona bağışlamaqla borcu ilə hesablaşmışdır. Lakin həmin vaxt mənzildə cavabdeh müvəqqəti olaraq yaşamışdır. Mənzil iddiaçının adına qeydiyyatdan keçdikdən sonra iddiaçı cavabdehin mənzildən çıxmasını tələb etmiş və mənzili kirayə verəcəyini bildirmişdir. Belə ki, iddiaçı, həmin mənzili 250 manata kirayə vermək istədiyindən, cavabdehə bu barədə bildirmişdir ki, əgər cavabdeh mənzildə yaşamaq istəyirsə, hər ay 250 manat kirayə pulu verməlidir. Lakin cavabdeh mənzildən çıxmamış və ötən müddət ərzində iddiaçıya kirayə haqqını verməkdən imtina etmişdir. Cavabdehin ona məxsus mənzildə kirayə haqqı ödəmədən yaşaması iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdehdən iddiaçıya məxsus mənzildən çıxması dəfələrlə tələb edilsə də, cavabdeh, buna etinasız yanaşaraq mənzildən çıxmaq istəmir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Həsənov Hüseyn Xeybər oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh nə iddiaçının, nə də iddiaçının qardaşı RRin ailə üzvü olmadığından məhkəmələrin onlar arasında yaranmış etibarlı ailə münasibətlərinə istinad etməsi düzgün deyil. Eyni zamanda, cavabdehin 2015-ci ildən mübahisəli mənzildə fasiləsiz yaşamasına görə mənzildən istifadə hüququ əldə etməsi ilə bağlı gəlinən qənaət absurddur. Belə ki, hər hansı şəxsin qanunla qorunan mülkiyyət hüququnu pozmaqla əmlakı zəbt etməsi və orada əsl mülkiyyətçinin və onun ailə üzvü olan qardaşının həmin əmlakdan istifadəsinə mane çilik yaratması, istifadə hüququnun yaranmasına əsas olan şərt deyil. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Həsənov Hüseyn Xeybər oğlu kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məh kəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkili Həsənov Hüseyn Xeybər oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etmə yi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, iddiaçı 26.04.2017-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs X10 olmuşdur. -Mübahisəli mənzilin yerləşdiyi ünvana xidmət göstərən 109 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş 211 nömrəli, 15.02.2019-cu il tarixli arayışdan görünür ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatsız yaşayır. -“Atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 266313 nömrəli şəhadətnamədən görünür ki, iddiaçının qardaşı RR 05.07.2014-cü il tarixdə doğulmuş X6 atası hesab edilmişdir. -“Doğum haqqında” AZ-İİİ seriyalı, 372781 nömrəli şəhadətnamədən görünür ki, X11 05.07.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası RR, anası Cavabdehdır. -Bakı Şəhəri Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 439 nömrəli 1 0.11.2017-ci il tarixli arayışdan görünür ki, RRin mübahisəli mənzildə övladı Əli Piriyev və Cavabdeh ilə 2015-ci ildən daimi qeydiyyatdadırlar. -aktın (iş v. 25) məzmunundan görünür ki, Cavabdeh 2015-ci ilin mart ayından həyat yoldaşı RP və azyaşlı oğlu Ə ilə birlikdə fasiləsiz olaraq yaşamışlar. RR 2017-ci ilin may ayından həmin ünvanda yaşamır. -19.11.2017-ci il tarixli ərizəndən görünür ki, X1, X2, X3 öz imzaları ilə ərizə tərtib edərək qeyd etmişlər ki, Cavabdeh, həyat yoldaşı RR və azyaşlı oğlu Əli Piriyev ilə birlikdə mübahisəli mənzildə fasiləsiz olaraq yaşamışlar. RR 2017-ci ilin may ayından bu günə kimi həmin ünvanda yaşamır. -29.12.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən” görünür ki, satıcı qismində X9 mübahisəli mənzili alıcı qismində RRə satmış və həmin müqavilə Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur. -ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarışdan” görünür ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında RRin adına daşınmaz əmlakın dövlət reyestrində 10.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır. -09.04.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlama müqaviləsindən” görünür ki, hədiyyə verən qismində RR mübahisəli mənzili hədiyyə alan qismində bacısı olan iddiaçıya hədiyyə etmiş və müqavilə Bakı Şəhəri 3 saylı Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur. -Qa radağ Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qiyabi qətnaməsindən (İş № 2(002)-818/2017) görünür ki, iddia təmin edilmiş, həmin iş üzrə Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. -Qaradağ Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli qətnaməsindən (İş № 2(002)-818/2017) görünür ki, həmin iş üzrə iddiaçı RRin həmin iş üzrə Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. -Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 080583 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, Bakı şəhəri, Xətai qəsəbəsi, M. Hadi küçəsində yerləşən 69 nömrəli yaşayış evinin 20 nömrəli mənzili RRin ad ına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. -109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 334 və 335 nömrəli, 01.04.2019-cu il tarixli arayışlardan görünür ki, İddiaçı və X10 mübahisəli mənzildə 24.04.2017-ci il tarixdən qeydiyyatdadırlar, lakin həmin mənzildə yaşamırlar. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 16.04.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli, 2(002)818/2017 nömrəli qiyabi qətnaməsinin icrasından dönüş edilməsinə dair həmin iş üzrə Cavabdeh ərizəsinin təmin edilməsi, Qaradağ Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli, 2(002)-818/2017 nömrəli qiyabi qətnaməsinin icrasından dönüş edilməsi, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ və qeydiyyatının bərpa edilməsi q ərara alınmışdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil əvvəllər iddiaçının qardaşına məxsus olmuşdur. Cavabdeh iddiaçının qardaşı ilə faktiki nikah münasibətlərində olmuş və onlar mübahisəli mənzildə yaşamışlar. Daha sonra mənzil cavabdeh tərəfindən iddiaçıya bağışlanmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin ona məxsus mənzildə yaşayaraq onun mülkiyyət hüquqlarını pozduğunu və bu səbəbdən cavabdehin həmin mənzildən çıxarılmalı olduğunu bildirmişdir. İddianı rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh nə onun, nə də onun qardaşı RRin ailə üzvü olmadığından birinci instansiya məhkəməsinin onlar arasında yaranmış etibarlı ailə münasibətlərinə isti nad etməsi düzgün deyil. Eyni zamanda, cavabdehin 2015-ci ildən mübahisəli mənzildə fasiləsiz yaşamasına görə mənzildən istifadə hüququ əldə etməsi ilə bağlı gəlinən qənaət absurddur. Belə ki, hər hansı şəxsin qanunla qorunan mülkiyyət hüququ pozmaqla əmlakı zəbt etməsi və orada əsl mülkiyyətçinin və onun ailə üzvü olan qardaşının həmin əmlakdan istifadəsinə maneçilik yaratması, istifadə hüququnun yaranmasına əsas olan şərt deyil. Apellyasiya instansiyası məhkəməsihesab etmişdir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş 19.12.2017-ci il tarixli, 2(002)818/2017 saylı qətnamə ilə iddiaçı RPin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edildiyindən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yara nmamasının müəyyən edilməsi hazırki mübahisə çərçivəsində həll edilə bilməz. İş materiallarından göründüyü kimi Cavabdeh mübahisəli mənzilə istifadə hüququ artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması hazırki işin mübahisəsiz halı olduğundan, onun sözügedən mənzildən çıxarılması yolverilməzdir. Belə ki, mənzildən istifadə hüququ həmin mənzildə yaşamaq hüququnu da özündə ehtiva edir. A pellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olduğundan və bu səbəbdən, tərəflər arasında kirayə münasibətləri yaranmadığından, cavabdehdən iddiaçının xeyrinə kirayə haqqının tutulması barədə tələb də təmin oluna bilməz və bu tələbi təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə m üqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417. 1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9664/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-480/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-480/2020
04.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver