Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-480/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin əsasları, işəgötürənin əmrinin imzalanma səlahiyyəti, ədalətli araşdırma hüququ, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(105)-1590/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 avqust 2017-ci il tarixli əmrlə İddiaçı Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinə yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 16 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunda, nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq sonuncunun çalışdığı Yük avtomobili sürücüsü peşəsi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilərək 12 noyabr 2020-ci il tarixdən etibarən iş yeri Saatlı rayonundan Salyan rayonuna keçirilməsi barədə xəbərdar olunmuşdur. İşçiyə Azərbaycan Resp ublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq bu xəbərdarlığı aldığı gündən 1 (bir) təqvim ayı sonra (12 dekabr 2020-ci il tarixdən etibarən) yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyəcəyi təqdirdə, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacağı, bu da mümkün olmadıqda isə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəyi barədə məlumat verilmişdir.
3. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 18 noyabr 2020-ci il tarixli ərizəsinə əsasən o, 16 noyabr 2020-ci il tarixli bildirişi aldığını göstərmiş, Saatlı rayonunda yaşadığını, cəmiyyətin Saatlı rayonundakı fəaliyyətində heç bir dəyişiklik olmadığını və fəaliyyət göstərdiyini əsas gətirərək, cəmiyyətdə heç bir əmək şəraitinin şərtlərinin dəyişməsi mövcud olmadığı nəticəsinə gəlmiş və iş yerinin dəyişdirilməsinə razı olmaması, əvvəlki iş yerində fəaliyyətinin davam etdirilməsini istədiyini bildirmişdir.
4. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 25 noyabr 2020-ci il tarixli xəbərdarlığa əsasən, sonuncu heç bir üzrlü səbəb bildirmədən 05 noyabr 2020-ci il tarixindən etibarən tam iş günləri işə gəlməmiş və dəfələrlə telefon zənglərinə cavab verməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini, eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. İşçiyə 3 (üç) gün ərzində işə gəlməmə səbəbini rəsmi surətdə bildirməsi təklif olunmuş, əks təqdirdə, A zərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 03 dekabr 2020-ci il tarixli ərizədə göstərmişdir ki, idarə etdiyi avtomobil cəmiyyət tərəfindən ondan geri alınmış və cəmiyyətin kadrlar şöbəsindən əməkdaşları, yəni Gündüz Rəsulov və Amil Nəcəfov tərəfindən ona işə çıxmamağı bildirilərək əlavə məlumat verəcəklərini demişlər. Bundan başqa, cəmiyyətin heç bir nümayəndəsi tərəfindən zəng olunmamış və cəmiyyətdə olan mobil nömrələri işlək vəziyyətdədir. Ona məlumat verildiyi andan o, əvvəlki iş yerində, yəni cəmiyyətin Saatlı rayonundakı Lokan Anbarında fəaliyyətini davam etdirəcəkdir. Əlavə olaraq qeyd etmək istəyir ki, 2020-ci ilin noyabr ayı üçün əmək haqqı almamışdır. O, avtomobili təhvil verdikdən sonra boşdayanma barədə cəmiyyətə yazılı və şifahi qaydada məlumat vermişdir. Odur ki, boşdayanmaya görə 2020-ci ilin noyabr ayı üçün əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir.
6. Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli 646/K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 16 dekabr 2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MMC-yə q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrinin ləğv edilərək, iddiaçının əvvəlki, yəni Cavabdeh MMC-də sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cəmiyyətdə işlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirmiş, heç bir intizam tənbehinə məruz qalmamışdır. MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrini qanunsuz və əsassızdır, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı ümumiyyətlə qanunsuzdur. Belə ki, iddiaçıya cəmiyyətdə olan ixtisarla bağlı işdən azad olunmağı bildirilmiş və bu barədə onda səlahiyyətli şəxslərin səs yazısı da vardır. Bütün bunlarla yanaşı, əmri Cəmiyyətin İnsan Resursları üzrə mütəxəssisi vermiş və həmin şəxs tərəfindən imzalanmışdır.
9. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 42, 43.1, 44, 68, 70-ci maddələrinə istinad edərək göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri əmək şəraitinin şərtlərinin dəyişməsidir. Əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq işəgötürən tərəfindən işçiyə 16 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış və 12 noyabr 2020-ci il tarixdən yük avtomobili sürücüsü kimi çalışdığı iş yerinin Saatlı rayonundan Salyan rayonuna keçirilməsinə dair mür aciətə yazılı cavabının verilməsi işçinin diqqətinə çatdırılmışdır. İddiaçı 18 noyabr 2020-ci il tarixli müraciətə cavab məktubunda verilən təklifə razı olmadığını bildirmiş, əmək şəraitinin dəyişmədiyini məktubunda qeyd etsə də, bu halları təsdiq edəcək sübutlarını məktubunda qeyd etməmiş, məhkəməyə də təqdim edə bilməmişdir. Həmçinin, işçi və işəgötürən arasındakı rəsmi yazışmalara məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, mülki iş materiallarına əlavə olunmuş 11 noyabr 2020-ci il tarixli işçinin üzrsüz səbəbdən işə gəlməməsi barədə aktdan, iddiaçıya ünvanlanmış 25 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan, 18 dekabr 2020-ci iİ tarixli məktubdan və s. sənədlərdən görünür ki, işəgötürən tərəfindən işçi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işçi heç bir üzr lü səbəb təqdim etmədən bütün iş günü ərzində iş yerinə gəlməmiş, nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş işçi barəsində işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən çıxarılmış xx.xx.2020-ci il tarixli 646/K saylı əmr qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Bütün bunlar təsdiq edir ki, işəgötürən əmək şəraitinin dəyişməsi ilə əlaqədar işəgötürən tərəfindən işçi müəssisəyə dəvət edilmiş, işçi əmək mübahisəsinin həlli ilə bağlı müəssisəyə gəlməmiş, buna dair üzrlü səbəblərini təqdim etməmiş və bununla da müqavilə üzrə öhdəliyini pozmaqla qanunvericiliyin tələblərinə əməl etməmişdir.
11. Məhkəmə daha sonra qeyd etmişdir ki, Əmək Məcəlləsinin 72-ci m addəsinin “a” bəndi işçinin bütün iş günü işə gəlməməsini üzrlü hesab edən istisna hal olaraq özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi hallarını nəzərdə tutmuşdur. Belə ki, işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında vəzifə öhdəliklərini yerinə yetirmək məsuliyyətini daşıyan İddiaçı 05 noyabr 2020-ci il tarixdən etibarən bütün iş günü ərzində işə gəlməməsinin üzrlü səbəbləri barədə işəgötürənə məlumat verməməklə, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(105)-1590/2022 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadənin və T.O.Quliyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)4477/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qiymətləndirmə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə ümumi olaraq qiymət verərək hesab etmişdir ki, həmin dəlillər formal mülahizələr kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(105)-1590/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinin, 68-ci maddəsinin 2-ci hissəsinin, 70-ci maddəsinin “b” və “ç” bəndlərinin, Mülki Prosessual Məcəllənin 8, 9, 77.1, 88, 385, 388 və 390-cı maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, işəgötürən iddiaçının iş yerini dəyişməsinə razı olmadığı halda, onu başqa işə keçirilməli, bu mümkün olmadığı halda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə işdən azad etməli idi. Həmçinin cavabdeh tərəfind ən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı olunmamış, əmr səlahiyyətsiz şəxs tərəfindən qəbul edilmiş və bununla bağlı məhkəmələr tərəfindən araşdırma aparılmamışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək mün asibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məc əllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü, c) bəndinə əsasən isə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzə rdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində on un ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərl ə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdiril dikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 23. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstit usiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrində n şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
26. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçı həm iddia ərizəsində, həm də, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində onun barəsində verilmiş işəgötürənin əmrini mübahisələndirərkən dəlillərdən biri kimi əmrin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasını göstərmişdir.
27. Həqiqətən, iş materialların da olan (i.v. 83) Cavabdeh MMC-nin 16 dekabr 2020ci il tarixli əmrindən çıxarış MMC-nin İnsan Resursları Departamentinin müdiri Pərviz Qasımov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Əmrin özü (onun təsdiq olunmuş surəti) məhkəmələrə təqdim olunmamış, iddiaçının qeyd olunan dəlilinə münasibətdə cavabdeh mövqeyini bildirməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə əmrin cavabdeh Cəmiyyətinin səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilib-edilməməsinin müəyyən olunması istiqamətində hər hansı araşdırma aparılmamışdır. Apellyasiya məhkəməsi həmçinin apellyasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verməmiş və ümumi ifadə ilə apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını göstərmişdir.
28. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 12 no yabr 2020-ci il tarixdən iş yerinin dəyişdirilməsi barədə məlumatlandırılmış, onun razılığı olmadığı halda 1 təqvim ayı sonra, yəni 12 dekabr 2020-ci il tarixdən başqa vəzifəyə keçirməsi mümkün olmasa, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam veriləcəyi barədə xəbərdar olunmuşdur. İddiaçı işəgötürənlə yazışmalarında həmin təkliflə razılaşmamış və əvvəlki iş yerində fəaliyyətini davam etmək istəməsini bildirmişdir.
29. İş materiallarından 12 noyabr 2020-ci il tarixdən sonrakı dövrdə iddiaçının iş yerinin hansı yaşayış məntəqəsi olması müəyyən olunmur. Belə ki, cavabdehin 16 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunda iş yerinin artıq 12 noyabr 2020-ci il tarixdən Saatlı rayonundan Salyan rayonuna dəyişildiyi qeyd edilmişdir. Halbuki, Əm ək Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinin məzmunundan görünür ki, işəgötürən işçini əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə azı bir ay əvvəl məlumatlandırmalıdır. Bu müddət ərzində iddiaçıdan yeni əmək şəraitində işləməyi tələb etmək əmək qanunvericiliyi ilə nəzərdə tutulmamışdır.
30. Nəzərə alınmalıdır ki, iddiaçıya 12 dekabr 2020-ci il tarixədək iş yerinin dəyişməsi barədə razılıq verməsi təklif olunduğu və o, həmin təkliflə razılaşmadığı üçün, işəgötürən Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş hərəkətləri etməli idi. Cavabdeh isə 12 dekabr 2020-ci il tarixdə iddiaçını başqa vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü əsaslandırmamış, əmək müqaviləsini həmin tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə deyil, 4 gü n sonra Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir.
31. Bu nöqteyi-nəzərdən, iddiaçının işə getməməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin özünün Məcəllənin 56-cı maddəsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır.
32. Lakin apellyasiya məhkəməsi qətnaməsində qeyd olunan istiqamətdə qiymətləndirmə aparmamış, əmək müqaviləsinin xitamının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə qeyri-mümkünlüyünü, Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə isə zərurəti əsaslandırmamışdır.
33. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbə b olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir.
34. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən iddia ərizəsinin və verilmiş apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verilməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5, 392.2-ci maddələrinin tələbləri pozulmuşdur.
35. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyət ə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
37. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
38. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
39. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyek tiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(105)-1590/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.