Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-480/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-480/2024 Açar sözlər: “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin inzibati binasında 13 mart 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Binəqədi rayon İcra hakimyyəti başçısının xx.xx.2000-ci il tarixli 489 nömrəli Sərəcamına görə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı 29 iyul 1999-cu il tarixli Sərəncamına əsasən, Sulutəpə qəsəbəsi ərazisində X3 fərdi yaşayış sahəsinin tikintisi üçün 600 kv metr torpaq sahəsi ayrılmışdır. 2. 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li etibarnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə X5 Bakı şəhəri Binəqədi RİHB-nin xx.xx.2000-ci il tarixli 489 №-li sərəncamın əsasən Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv metr torpaq sahəsinin 300 kv metr hissəs ini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 52 (əlli iki) il müddətinə verilmişdir və 29 sentyabr 2059-cu il tarixədək qüvvədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazis ində olan 600 kv metr torpaq sahəsindən və həmin sahzədə yaxın qohumu X2 öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi və etibarnamə əsasında onun istifadəsinə verilmiş mənzildən istifadə hüquqlarına xitam verilərək çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsində tikinti işlərinin layihə sənədləri əsasında aparılmış, sərəncamdan irəli gələn göstərişləri X5 qanunauyğun şəkildə icra etmişdir. Sərəncamın surətləri Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbə nümayəndəliyinə və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə göndərilmişdir. Yaxın qohumu Aslan Qəniyev ona ayrılmış 600 kv metr torpaq sahəsində iki otaqlı ev inşa etmiş və həmin evdən istifadə etmək üçün ona AR-İİ № 112990 nömrəli 2 sentyabr 2020-ci il tarixli 60 il müddətinə Etibarnamə vermişdir. Həmin etibarnamə xx.xx.2080-ci il tarixədək qüvvədədir. O, yaxın qohumu Aslan Qəniyevə məxsus iki otaqlı evi Cavabdeh Fəxrəddin oğluna ailə üzvləri ilə birlikdə yaşamaq üçün kirayəyə vermişdir. İndi isə onları həmin mənzildən çıxara bilmir. Özünün ailə üzvlərinin sayının çoxalması ilə əlaqədar yaşadıqları ünvandakı evlərinin darısqal olmasına görə artıq cavabdehin və onun ailə üzvlərinin Sulutəpə qəsəbəsindəki yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə zərurət yaranmışdır. Cavabdeh dəfələrlə xəbərdar etməsinə baxmayaraq, cavabdeh könüllü olaraq evindən çıxmaq istəmir. Ona görə də məhkəməyə müraciət e tmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh iddiaya etiraz edərək, iddiaçının subyektiv hüququ olmadığı üçün iddia tələbi rədd olunmasını xahiş etmiş, göstərmişdir ki, iddia edilən yaşayış evi onlara məxsusdur, iddiaçı ona verilmiş etibarnaməyə əsasən iddia tələbi irəli sürmüşdür ki, qüvvədə olan qanunvericilyə görə həmin etibarnamə ilə hazırkı iddia tələbini irəli sürmək qadağandır.
6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 iyun 2023-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv metr torpaq sahəsində daşınmaz əmlakın yerini müəyyənləşdirməyə imkan verən məlumatlar qeyd edilmədiyindən, sorğunun cavablandırılmas ı mümkün olmamışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3151/2023 nömrəli, 31 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakim X6) iddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı iddiası rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv metr torpaq sahəsindən və həmin ərazidə yaxın qohumu X2 öz şəxsi vəsaitləri hesabına inşa etdirdiyi və etibarnamə əsasında onun istifadəsinə verilmiş mənzildən istifadə hüquqlarına xitam verilərək, çıxarılmaları tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv metr torpaq sahəsi X2 istifadəsinə verilmiş və həmin torpaq sahəsində yerləşən yaş ayış evi isə özbaşına tikilidir və yaşayış evinə iddiaçının, yaxud onun təmsil eitdiyi şəxsin mülkiyyət hüququ tanınmamışdır. İddiaçı iddianın əsası kimi 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li etibarnaməni məhkəməyə təqdim etmiş olsa da, həmin etibarnamə ilə verilmiş səlahiyyətlər iddiaçının mübahisəli evlə bağlı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun yaranmasına əsas ola bilməz. Belə ki, həmin etibarnamə ilə iddiaçıya yalnız X2 adından Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv metr 300 kv metr hissəsi ilə əlaqədar sərəncam hüquqlarının həyata keçirilməsi səlahiyyəti verilmişdir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsinə, Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.8, 180.1 və 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 9.1, 9.3, və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, Cavabdeh Fəxrəddin oğluna qarşı “yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması” tələbinə dair iddia ərizəsinin tam təmin edilərək cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması barə də qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi onun xəbəri olmadan keçirilmiş, sübutları təqdim etmək hüququndan məhrum edilmişdir. Məhkəmə Mülki Məcəllənin 39, 152, 157 və 180-ci maddələrinə və habelə Mülki Prosessual Məcəllənin 4.1 və 5.1-ci maddələrinə istinad etməklə səhv nəticəyə gəlmiş, həmin maddi və prosessual hüquq normalarını düzgün təfsir etməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv metr torpaq sahəsində yaxın qohum X2 fərdi yaşayış evi tikdirilməsi üçün xx.xx.2000-ci il tarixli 489 saylı Binəqədi rayon İcra hakimiyyətinin başçısı tərəfindən Sərəncam verilmişdir. Demək ki, barəsində söhbət edilən ev qətnamədə qeyd edildiyi kimi özbaşına tikili deyil, səlahiyyətli dövlət orqa nı nümayəndəsi, Binəqədi rayon İcra hakimiyyətinin başçısının sərəncamı əsasında tikilmiş evdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5975/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.T. Axundova (sədrlik edən və məruzəçi), C. C. Musayeva, F. F. Babayev ) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 2(001)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
13. Apellyasiya məhkəməsi öz mövqeyini, iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 489 №-li Sərəncamına əsasən X3 Sulutəpə qəsəbəsi ə razisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li Etibarnaməyə görə X1 Elçin Ağamirzə oğluna Bakı şəhəri Binəqədi rayon İcra Başçısının xx.xx.2000-ci il tarixli 489 №li Sərəncamına əsasən ona məxsus olan Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv metr torpaq sahəsinin yerləşən 300 kv metr hissəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 29 sentyabr 2059-cu ilədək qüvv ədədir. Mübahisə predmeti olan torpaq və mənzilə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair məhkəməyə sübut təqdim edilməmişdir.
14. Apellyasiya məhkəməsi iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi X2 istifadəsinə verilmişdir.
15. Birinci instansiya məhkəməsinin 2(001)-1339/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, X5 da hazırkı iş üzrə İddiaçı qarşı oxşar iddia tələbi ilə mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə mövgeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu ma ddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1., 139.3, 180.1., 152.1, 152.2, 152.3, 152.4. və 362.1.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1., 14.2, 77.1.və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, xx.xx.2023-cü il tarixli 2(103)5975/2023 saylı qətnaməsinin ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edirik.
18. Kasassiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı 29 iyul 1999-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayon İcra Başçısının 489 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış sahəsinin tikintisi üçün yaxın qohumu X3 600 kv metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikinti işlərinin layihə sənədləri əsasında aparılması qeyd olunmuşdur. Sərəncamdan irəli gələn göstərişləri X5 qanunauyğun şəkildə icra etmişdir. Sərəncamın surətləri Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbə nümayəndəliyinə və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə göndərilmişdir. Yaxın qohumu Aslan Qəniyev ona ayrılmış 600 kv metr torpaq sahəsində 2 (iki otaqlı) ev inşa etmiş və həmin evdən istifadə etmək üçün ona AR-İİ № 112990 nömrəli 02 sentyabr 2020-ci il tarixli 60 (altmış) il müddətinə Etibarnamə verilmişdir. Həmin etibarnamə xx.xx.2080-ci il tarixədək qüvvədədir.Məhkəmə onnu iddia qaldırmağa subyektiv hüququnun olmaması arədə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmal ıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
23. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
28. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçün cü şəxsə təqdim edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə ba xılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə h əqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2023 nömrəli iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.