Məhkəmə qərarları › İş №2(102)-4801/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4801/2022

11.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4801/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta məbləğinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3238/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublik ası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2008-ci il tarixdən AR Prokurorluq orqanlarında, xx.xx.2021-ci il tarixdən isə AR Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru vəzifəsində, ədliyyə mayoru hərbi rütbəsində xidmət edir. 2. xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, ədliyyə mayoru İddiaçı xx.xx.2021-ci il tarixli təqrirlə müraciət edərək, xx.xx.2021-ci il tarixdə xidmət zama nı Respublika Hərbi Prokurorluğunun inzibati binasında pilləkənlərdən düşərkən ayağının burxulması nəticəsində aldığı “sol aşıq sümüyünün medial kənarının qopmuş sınığı” xəsarətlə əlaqədar olaraq sosial sığorta müavinəti verilməsi məsələsinə Respublika Hərbi Prokurorluğunun müvafiq komissiyasında baxılmasını və sığorta ödənişi almaq üçün “sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq rəy”in verilməsini xahiş etmişdir. Komissiyanın xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı almış olduğu “sol aşıq sümüyünün medial kənarının qopmuş sınığı” az ağır dərəcəli bədən xəsarətinin bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar olması qənaətinə gəlinmişdir.

3. Ədliyyə mayoru İddiaçı xx.xx.2008-ci il tarixdə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş və onun orta aylıq əmək haqqısı 4270 manat 94 qəpik təşkil edir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, İddiaçı AR Nazirlər Kabinetinin 04 may 2018-ci il tarixli 203-16 nömrəli qərarına əsasən vəzifə maaşı 1150 manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarına əsasən prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə 1150 manat; Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 175-4 saylı qərarına əsasən rütbə maaşı 130 manat; xidmət illərinə görə əlavə haqq 45% olmaqla 517 manat 50 qəpik təşkil edir.

4. Azərbaycan Respublikası ƏN Məhkəmə Tibbi Ekspertiza və X1 1074№-li Aktına əsasən, İddiaçı məhkəmə-tibbi müayinəsi keçiri lmiş, müəyyən edilmişdir ki, İddiaçı almış olduğu xəsarət-sol aşıq sümüyünün kənari qopmuş sınığı, bərk küt əşya təsirindən törənmişdir, şəxsin müayinəsi zamanı özünün göstərdiyi tarixdə (xx.xx.2021) və şəraitdə əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.

5. İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məktubundan görünür ki, iddiaçının 5 illik əsas əmək haqqı, rütbə maaşı və xidmət ili üçün 107850 manat təşkil edir. Beləliklə, xəsarətin dərəcəsinə uyğun olaraq sığorta ödənişi sığorta məbləğinin 10%-ni, yəni 10785 manat təşkil edir. 6. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məktubundan görünür ki, İddiaçı 21 may 2021-ci il tarixə kimi olan 5 illik əmək haqqısının ümumi məbləği 158427 manat 00 qəpik təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanması, ona əlavə olaraq 40466 manat 28 qəpik məbləğində sığorta ödənişinin, həmin məbləğ üzrə gecikdirilmiş hər gün üçün 0,1 faiz həcmində dəbbə pulunun və ödənilmiş 211 manat 40 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 21 may 2021-ci il tarixdə saat 12 radələrində Respublika Hərbi Prokurorluğunun inzibati binasında pilləkanla düşərkən sol ayağının burxularaq yıxılması nəticəsində “sol aşıq sümüyünün medial kənari qopmuş sınığı” xəsarəti almışdır. Aldığı xəsarətlə bağlı xidməti yoxlama aparılması üçün tərəfindən Respublika Hərbi Prokurorluğuna müraciət edilmiş, komissiyanın qərarına əsasən, xidməti fəaliyyəti zamanı xəsarət aldığı müəyyən edilmiş və sığorta ödənişi almaq üçün arayış verilmişdir. O, 05 avqust 2021-ci il tarixdə həmin arayışla yanaşı Dövlət Sığorta Kommersiya Şirkətinə son 5 illik əmək haqqı barədə arayışları və aldığı xəsarətlə bağlı verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini də təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X1 xx.xx.2021-ci il tarixli 1074 saylı rəyinə əsasən, aldığı xəsarət az ağır xəsarət növü kimi qiymətləndirilmiş və əmək fəaliyyətinin u zun müddətə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilmiş orta aylıq əmək haqqının cəmi barədə arayışa əsasən, həmin məbləğ 4270 manat 94 qəpik təşkil etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılan araşdırma nəticəsində ekspertin qərarına məhəl qoyulmadan, həqiqətə uyğun qərar verilməyərək və heç bir əsas olmadan aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Lakin, həmin məbləğ də natamam şəkildə hesablanmış, yalnız aylıq əmək haqqı nəzərə alınaraq ona 25625 manat 64 qəpik əvəzinə 10785 manat ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, sığorta şirkəti tərəfindən aldığı az ağır xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi düzgün qiy mətləndirilməklə ağır xəsarət kateqoriyasına uyğun olaraq ona 5 illik əmək haqqının 20%-i məbləğində 51251 manat 28 qəpik məbləğində sığorta ödənişi ödənməli idi. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə sığorta ödənişinin düzgün hesablanıb tam şəkildə ödənilməsi üçün cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək ona əlavə olaraq 40466 manat 28 qəpik ödənilməsini tələb etməsinə baxmayaraq, sığorta ödənişini ödəməkdən imtina edilmişdir. Hərbi prokurorluq tərəfindən təqdim edilmiş arayışa əsasən ona verilən orta aylıq əmək haqqı 4270 manat 94 qəpik təşkil edir. Riyazi hesablamalara uyğun olaraq 4270,94 x 60=256025,64 manat. Onun 20%-i 51251,28 manat. 51251,28 manatdan ona verilən 10785 manat. Geriyə qalan məbləğ isə 40466,28 manat təşkil edir. Son olaraq bildirdi ki, sığorta ödənişi ayrılarkən qanunvericiliyin tələbləri nəzərə alınmamış, düzgün hesablama aparılmamış, ona 51251 manat 28 qəpik ödənilməli olduğu halda, 10785 manat pul verilmişdir. Ona əlavə olaraq 40466 manat 28 qəpik məbləğdə sığorta ödənişi ödənilməlidir.

9. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Qanununun 3cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1, 157.1, 157.2, 157.3cü maddələrinə, «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.4, 38-ci maddələrinə, «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5, 6, 7-ci maddələrinə istinad etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbi ilə razılaşmayaraq və məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə verilmiş vəsatət təmin edilmiş, vəsatətə uyğun olaraq AR-nın Hərbi Prokurorluğuna İddiaçı sığorta hadisəsi baş verən tarixə müəyyən olunmuş 5 illik əmək haqqının məbləği barədə sorğu verilmiş, xx.xx.2022-ci il tarixli cavabdan məlum olmuşdur ki, iddiaçı sığorta hadisəsi baş verən tarixə müəyyən olunmuş 5 illik əmək haqqı 158427 manat təşkil etmişdir. Sığorta ödənişi hesablanarkən məhz həmin məbləğ əsas götürülməlidir. Sorğuya verilmiş cavaba əsasən, sığorta olunanın 5 illik əmək haqqı 158427 təşkil edir. Həmin məbləğin 15%-i, yəni 158427 x 15%=23764,05 manat təşkil edir. Beləliklə, sığorta olunana 23764,05 manat sığorta ödənişi şirkət tərəfindən verilməlidir. Digər tərəfdən Qanuna əsasən az ağır xəsarətə görə faiz nisbətinin yeni əlavə edilməsi məhkəmə tərəfindən qanunun geriyə qüvvəsinin yolverilməzliyi kimi başa düşülməməlidir. Çünki, sığorta hadisəsi nəticəsində şəxsin xəsarətinin az ağır qiymətləndirilməsinə görə sığorta ödənişinin verilməsi həmin vaxt qanunvericiliklə tənzimlənmirdi və bu, qanunda kolliziya hesab olunurdu. Lakin, qanuna edilən dəyişikliklə az ağır xəsarətə görə faiz nisbəti qanuna əlavə edilmiş, qanunda olan boşluq aradan qaldırılmışdır. Sığorta olunana ödənilməli olan 23764,05 manat sığorta ödənişinin 10785 manat hissəsi ödənildiyindən, 23764,05-10785=12979,05 manat sığorta ödənişi iddiaçıya ödənilməlidir. Buna görə də, iddianın həmin hissədə təmin edilməsinə, yəni 12979,05 manat vəsaitin iddiaçıya ödənilməsinə etirazı y oxdur və hətta məhkəmə iddianı təmin etmədən də bu vəsait iddiaçıya ödənilə bilər. Lakin, iddiaçı sığorta ödənişinin gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun hesablanmasını tələb etmişdir. İddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Son olaraq bildirdi ki, iddiaçı ödənilmiş 211,40 dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə əgər iddia tələbini onun 12979 manat hissəsində təmin edərsə, dövlət rüsumu da həmin məbləğə uyğun olaraq müəyyən edilməlidir. Sonda, cavabdehin nümayəndəsi iddia ərizəsinın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-470/2022 nömrəli iş üzrə 4 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 20900,40 manat məbləğində sığorta ödənişinin və 241,40 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-13/30 -14084/04 №-li Arayışına əsasən iddiaçının 21 may 2021-ci il tarixə kimi olan 5 illik əmək haqqısının ümumi məbləği 158427 manat 00 qəpik təşkil edir. Onun 20% isə 31685 manat 40 qəpik təşkil edir, 31685 manat 40 qəpik məbləğindən verilən cəmi məbləğ 10785 manat. Geriyə qalan məbləğ isə 20.900 manat 40 qəpik təşkil etmişdir. Həmin məbləğdə cavabdehdən tutulmalıdır.

13. Məhkəmə iddianın “dəbbə pulunun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona sığorta ödənişinin 10785 manatı xx.xx.2021-ci il tarixdə ona ödənilməsinin bildirsə də, bununla bağli hər hansı bir sənəd məhkəməyə təqdim etmədiyindən həmin hissədə təmin edilməməlidir.

14. Məhkəmə gəldiyi nəticəni “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

16. Qətnamədən həmçinin cavabdeh Azərbaycan Respublikası Dö vlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3238/22 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) İddiaçı apellyasiya şikayəti tamamilə, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin olunması, 40466 (qırx min dörd yüz altmış altı) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində sığorta ödənişi, 2589 (iki min beş yüz səksə n doqquz) manat 82 (səksən iki) qəpik məbləğində dəbbə pulu və 241 (iki yüz qırx bir) manat 40 (qırx) qəpik dövlət rüsumunun cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Göründüyü kimi, əmək haqqının tərkibinə sığorta şirkətinin istinad etdiyi kimi təkcə aylıq əmək haqqı və maaşa əlavələr deyil, bütün ödənişlər daxildir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, sadalanan qanunvericilik normalarının tələblərini, mövcud məhkəmə təcrübəsini, o cümlədən sığorta hadisəsi baş verən vaxt az ağır xəsarətə görə sığorta ödənişinin verilməs ini tənzimləyən norma olmadığından ağır xəsarətə görə sığorta məbləğinin 20 %-i həddində sığorta ödənişinin ödənilməsi təcrübəsinin tətbiq olunduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya orta aylıq əmək haqqının 5 illik məbləğinin 20 %-i həddində sığorta ödənişi edilməlidir. Sığorta hadisəsinin baş verdiyi vaxt qüvvədə olan qanunvericilikdə xəsarətin yalnız 2 növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və sığorta ödənişinin buna uyğun olaraq hesablanması üçün əsas ola bilməz. Ekspert rəyinə əsasən xəsarət az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən səhvə yol vermiş, sığorta hadisəsi baş verən zaman, yəni xx.xx.2021-ci il tarixində iddiaçının orta aylıq əmək haqqının 5 illik məbləğini əsas götürməli olduğu halda, maddi hüquq normalarını düzgün tətbiq etməyərək son 5 illik əmək haqqının ümumi məbləğini əsas götürmüşdür.

20. Apellyasiya instansiya məhkəməsi iddia tələbini dəbbə pulunun tutulması hissəsində də əsaslı saymış və qeyd etmidir ki, işdə olan TT**********32210785 nömrəli, xx.xx.2021-ci il tarixli «Kassa mədaxil orderi»nin surətindən görünür ki, 10785 manat məbləğində sığorta ödənişi Kapital bankda açılmış ********* saylı hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə köçürülmüş və həmin sığorta ödənişi iddiaçı tərəfindən hesabdan götürülmüşdür.

21. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız saymış və qeyd etmişdir ki, MPM-nin 217.2-ci mad dəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il tarixdə, yəni sığorta hadisəsi baş verən vaxt yaranmışdır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə az ağır xəsarətə görə 15 % sığorta ödənişinin verilməsini nəzərdə tutan “ç” bəndi isə həmin hadisədən 6 ay sonra xx.xx.2021-ci il tarixli Qanunla əlavə olunmuş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə sığorta hadisəsinin baş verdiyi vaxt az ağır xəsarətə görə sı ğorta ödənişi məhkəmələr tərəfindən ağır xəsarətə görə nəzərdə tutulan qaydaya uyğun hesablandığından sonradan qanunda az ağır xəsarətə görə sığorta ödənişinin sığorta məbləğinin 15 %-i həddində müəyyən edilməsinə dair normanın nəzərdə tutulması iddiaçının vəziyyətinin ağırlaşdırılması kimi qiymətləndirilməli və tətbiq edilməməldir. Bu mövqe “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsinin də tələbinə uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində aparılmış icraat zamanı iddiaçı ona verilməli olan sığorta ödənişi məbləği hesablanarkən təqdim etdiyi arayışlara istinad edilməli olduğunu iddia etsə də, həmin arayışlar iddiaçının orta aylıq əmək haqqını təsbit etdiyindən, iddiaçının, həqiqətən, Qanunun istinad olunan maddəsinə uyğun olaraq 5 illik əmək haqqının dəqiqləşdirilməsi ilə bağlı cavabdeh Şirkət tərəfindən vəsatətlə məhkəməyə müraciət edilmişdir. Vəsatət təmin edilmiş, məhkəmə tərəfindən iddiaçının əməkdaşı olduğu quruma onun sığorta hadisəsi baş verən tarixə hesablanmış 5 illik əmək haqqının miqdarının öyrənilməsi ilə bağlı sorğu verilmişdir. Sorğuya gələn cavabla məlum olmuşdur ki, İddiaçının sığorta hadisəsi baş verən tarixə, yəni xx.xx.2021-ci il tarixinə hesablanmış 5 illik əmək haqqı 158.427 manat təşkil etmişdir. Qanunda birmənalı olaraq sığorta məbləğinin sığorta olun anın 5 illik əmək haqqının cəmi olduğu müəyyən olunmuşsa, bu halda iddiaçının təqdim etdiyi orta əmək haqqı ilə bağlı arayışlara sığorta ödənişinin hesablanmasında istinad edilə bilməz. Sığorta məbləği sığorta olunanın 5 illik əmək haqqı məbləğini təşkil edir ki, məhkəmənin sorğusuna verilmiş cavaba əsasən, bu məbləğ 158.427 manat təşkil edir. Qanunun 5-ci maddəsinin “ç” bəndinə uyğun olaraq az ağır xəsarət halında sığorta ödənişi sığorta məbləğinin 15%-i miqdarında müəyyən edilmişdir, yəni 158427 x 15% = 23.764,05 manat. Həmin məbləğdən 10785 manat Şirkət tərəfindən ödənildiyinə görə Şirkət tərəfindən iddiaçıya əlavə olaraq 12.979,05 (23.764.05 - 10785 = 12.979.05) manat ödənilə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi Qanunla imperativ qaydada müəyyən edilmiş 5 illik əmək haqqı məbləğini 5 illik orta aylıq əmək haqqı ilə eyniləşdirmiş, beləliklə, mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçının etiraz daxil olmuşdur. Etirazda şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

27. Maddə 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyas ının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir.

28. Maddə 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

29. Maddə 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 30. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq i ş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

31. Maddə 157-ci maddəsinin 3-cü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

32. Maddə 177-ci maddəsinin 1-ci və 4-cü hissələrinin tələbinə əsasən orta əmək haqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

38. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

42. Əvvəla, kolegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Ona görə işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı dəlillər əsaslı deyil.

43. Beləki, kassasiya şikayətinin iki dəlilindən biri-iddiaçının orta alıq əmək haqqının düzgün hesablanmaması ilə bağlıdır. Həmin dəlili işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı olduğundan kassasia baxışının predmeti ola bilməz. Nəzərə almaq lazımdır ki, bu dəlil işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı deyil.

44. Kassatorun 2-ci dəlili maddi hüquq normasının düzgün tətbiq olunmaması ilə bağlıdır. Beləki, cavabdeh “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin düzgün tətbiq olunmadığını qeyd edir.

45. Qeyd olunan dəlilə apellyasia məhkəməsi tərəfindən ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il tarixdə, yəni sığorta hadisəsi baş verən vaxt yaranmışdır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə az ağır xəsarətə görə 15 % sığorta ödənişinin verilməsini nəzərdə tutan “ç” bəndi isə həmin hadisədən 6 ay sonra xx.xx.2021-ci il tarixli Qanunla əlavə olunmuş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Sığorta hadisəsinin baş verdiyi vaxt az ağır xəsarətə görə sığorta ödənişi məhkəmələr tərəfindən ağır xəsarətə görə nəzərdə tutulan qaydaya uyğun hesablandığından so nradan qanunda az ağır xəsarətə görə sığorta ödənişinin sığorta məbləğinin 15 %-i həddində müəyyən edilməsinə dair normanın nəzərdə tutulması iddiaçının vəziyyətinin ağırlaşdırılması kimi qiymətləndirilməli və tətbiq edilməməldir. Bu mövqe “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsinin də tələbinə uyğundur.

46. Kassasiya instansiyası məhkəməsi mübahisəli məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.

47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Qeyd olunan halları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qə r a r a a l d ı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3 238/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar