Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4804/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)****/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx.xx.2019-cu il tarixli, 2(055)****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh q arşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 5000 manatın, 30 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəm i 5130 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Babayev, N.Mirzəyev, Q.Kərimov) xx.xx.2020-ci il tarixli, 2(106)-****/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Cavabdeh məhkəməyə kasasiya şikayətindən imtina etməsi barədə notariat qaydasında təsdiq edilmiş ərizə ünvanlayaraq, kasasiya şikayətindən imtina etdiyini bildirib, imtinanın qəbul edilməsini və kasasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyasında icraata xitam verilir. Həmin Məcəlləsinin 410.3-cü maddəsinə əsasən, kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası Cavabdeh kasasiya şikayətindən imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin kasasiya şikayətindən imtinası qəbul edilməli və kasasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 410, 416, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayətindən imtinası qəbul edilsin və kasasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4804/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4804/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver