Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4805/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4805/22 (Açar sözlər: müstəsna aidiyyət; ərazi aidiyyəti) Bakı şəhəri 22 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və 23.08.2022 Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1689/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə 22 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus, xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 40-dan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bərdə Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(021)-438/2022 nömrəli (hakim E.Əhmədov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildən çıxarılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli qətnamə sinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1689/2022 nömrəli mülki iş üzrə 31 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi və mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın əsasını mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması təşkil edir və bu növ iddia tələbinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq d aşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılır.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 33, 34, 35, 39.1, 40.1, 152.1.3, 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1689/2022 saylı mülki iş üzrə 31 may 2022-ci il tarixli qərardadının ləğv edilməsini, Bərdə Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olduğundan iddiaçı ona qarşı iddianı Bərdə Rayon Məhkəməsinə vermi şdir. Kassator şikayətində MPM-in 35 və 39-cu maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın, yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia verməmiş, xüsusi mülkiyyətində olan mənzilə heç bir hüququ olmayan cavabdehin çıxarılması barədə iddia vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
10. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülki yyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
11. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
12. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsi də iddianı icraata götürüb mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. İddianın əsasını mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması təşkil edir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu növ iddia tələbinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılır.
16. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müstəsna aidiyyət ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Belə ki, həmin maddəyə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məqsədi daşınmaz əmlakla bağlı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasından ibarət olması hazırkı mübahisənin müstəsna aidiyyət qaydaları ilə baxılması üçün əsasdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilərək, hazırkı mübahisə üzrə ərazi aidiyyəti düzgün müəyyən edildiyindən, formal mülahizə xarakterli kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 417.1.1., 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(104)-1689/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.