Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4807/2022 09.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Xəlil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəll ənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə qaytarılmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyaların 2(102)-3138/2022 nömrəli, 24 aprel 2022-ci il tarixli qərardadından görünür ki, iddiaçının cavabdehlərə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” barədə iddia tələblərinə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə aidiyyətlə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən zəruri mövqe bildirilmişdir. Bu halda, kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilsəydi belə, mümkün hesab edilərək icraata qəbul edilə bilməzdi. Ona görə də, cavabdehin kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4807/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4807/2022
09.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver