Məhkəmə qərarları › İş №2(102)-4809/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4809/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4809/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(075)1206/2019, hakim E.M.Mehdiyev) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən 20000 ABŞ dollarının İddiaçı1 xeyrinə və 2000 ABŞ dollarının İddiaçı2 xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-730/2020, hakimlər G.Q.Abbasov, M.M.Hüseynov, E.Ş.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2019-cu il tarixdə İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 22000 ABŞ dollarının alınaraq 20000 ABŞ dollarının İddiaçı1, 2000 ABŞ dollarının İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına və təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin ed ilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, İddiaçı1 Nadir Abdurahmanovla xx xxxxxxx 1999-cu il tarixdə nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından xx xxx 2000-ci il tarixdə Elvin və xx xxxxx 2003-cü il tarixdə Novruz adlı uşaqları doğulmuşdur. Nadir Abdurahmanov xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Rusiya Federasiyası Moskva şəhər notariat dairəsinin notariusu tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş Nadir Abdurahmanov vərəsəsidir və ondan qalmış mirası qəbul etmişdir. Qeyd edilənlər isə, xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş mərhum X1 borclular qarşısındakı tələb hüququnun ondan qalmış mirası faktiki və rəsmi olaraq qəbul etmiş vərəsəsi olan arvadı İddiaçı1 keçməsini deməyə əsas verir. Habelə, mərhumun övladları Novruz və Elvin öz adlarından bütün hərəkətləri etmək hüququnu beş il müddətinə İddiaçı2 etibar etməklə, İddiaçı2 vasitəsi ilə mərhum atalarının borclular qarşısındakı tələb hüququnun ondan qalmış mirası faktiki və rəsmi olaraq qəbul etmiş vərəsəsi olan anaları İddiaçı1 tərəfindən tələb etməsinə razılıq vermişlər. İddiaçılar mərhum Nadir Abdurahmanov tərəfindən cavabdehə müxtəlif vaxtlarda olmaqla pomidor məhsullarının alınıb Rusiyaya göndərilməsi məqsədilə, ümumilikdə 85000 ABŞ dolları pul göndərildiyinə, sonuncunun onların etibarından sui-istifadə edərək pulu geri qaytarmadığna, bundan sonra Nadir Abdurahmanovun vəfat etdiyinə, cavabdehin həmin məbləği yalnız 22000 ABŞ dolları hissəsində etiraf etdiyinə istinad edərək, həmin məbləğin cavabdehdən onların xeyrinə tutulması barədə hazırki iddia tələbini irəli sürmüşlər. Tərəflər arasındakı bundan əvvəlki məhkəmə mübahisəsi zamanı Cavabdehnun nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində mərhum Nadir Abdurahmanov tərəfindən aralarındakı şifahi razılıq əsasında pomidor məhsulunun alınması üçün Cava bdeh hər dəfəyə 10000 ABŞ dolları olmaqla, cəmi 20000 ABŞ dolları pulun verildiyi, həmçinin, İddiaçı2 tərəfindən Cavabdeh 2000 ABŞ dollarının verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsaslı olması Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)398/2019 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi və arvadı Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsində ifadə olunan etirafı və müxtəlif tarixli pul köçürülməsi sənədləri ilə təsdiq olunur. Həmin pul köçürülməsi sənədləri ilə iddia tərəfinin Cavabdeh göndərdiyi pul məbləğlərinin 20000 ABŞ dollarından artıq olması müəyyən edilir. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, o cümlədən Cavabdeh göndərilmiş pul məbləğlərinin qaytarılması haqqında hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə g əldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar