Məhkəmə qərarları › İş №2(102)-481/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-481/2023

01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-481/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1843/2022 nömrəli, 19 sentyabr 2022-ci il ta rixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi xx.xx.1957-ci il tarixdə Dəvəçi rayonu, Sarvan kəndində anadan olmuş, Sumqayıt şəhəri, 17-ci mkr. ev 57, mənzil 12-də qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun, Dəvəçi rayonu Sarvan kənd kolxozunda xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Dəvəçi rayonu, Sarvan kəndində anadan olmuşdur. xx.xx.1 974-cü il tarixdən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləmişdir. Bu faktı onunla birgə işləmiş şahidlər təstiq edə bilərlər. Faktın təsdiqi yalnız məhkəmə qətnaməsi ilə mümkündür.

4. Şahid qismində dindirilən X2 bildirmişdir ki, o, Dəvəçi rayonu, Sarvan kənd kolxozunda işləmiş, Ərizəçi da onunla birgə Dəvəçi rayonu Sarvan kənd kolxozunda xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləmişdir.

5. Şahid qismində dindirilən X1 bildirmişdir ki, o, Dəvəçi rayonu, Sarvan kənd kolxozunda işləmiş, Ərizəçi da onunla birgə Dəvəçi rayonu Sarvan kənd kolxozunda xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) Ərizəçi Dəvəçi rayonu Sarvan kənd kolxozunda 01 may 1974-cü il tarixdən 01 aprel 1978-ci il tarixə kimi kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini şahidlərin ifadələrinə istinadən əsaslandırmış və ərizənin əsaslı olduğunu hesab etmişdir.

8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 14, 77, 217, 307, 308 və 311-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Maraqlarına toxunan şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlilliyə görə pensiya alan bir sıra vətəndaşların onlara əlillik təyin edilməsi zamanı əsas götürülmüş sənədlər nəzərd ən keçirilərkən 2020-ci ilin iyununda Sumqayıt şəhəri üzrə bir sıra vətəndaşların sosial ödənişlərin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciəti zamanı iş stajının təsdiq edilməsi qismində təqdim etdikləri məhkəmə qətnamələrində işin faktiki hallarına əsaslı şübhələr yaranmışdır. Belə ki, müvafiq qətnamələr üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, 30-a yaxın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair eyni region, eyni kateqoriya şəxslər barəsində eyni hakim tərəfindən eyni şahidlərdən istifadə olunmaqla 2016-2017-ci illər ərzində qəbul edilmiş qətnamələrdə ciddi pozuntulara yol verilmişdir. Araşdırma zamanı ortaya çıxmış şübhəli məqamlar Sumqayıt Şəhər Məhkəməsinə müraciət zamanı bu məhkəmənin 04 avqust 2021-ci il tarixli cavab məktubu ilə öz təsdi qini tapmışdır Həmin mülki işlərdən biri olan Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə Dəvəçi rayonu Sarvan kəndi kolxozunda kolxozçu işləməsi faktı müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə Dəvəçi rayonu Sarvan kəndi kolxozunda kolxozçu kimi işlədiyini, əmək kitabçası və əmək fəaliyyətinə dair sənədlərin əldə edilməsinin mümkün olmadığını bildirmişdir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı il ə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(060)-5155/2017 nömrəli qətnaməsinə əsasən şahidlər ərizəçi ilə eyni müəssisədə birlikdə işləmələrini təsdiq edən hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 19 sentyabr 2022-ci il tarixli, 2(105)-1843/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Ərizəçi maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən işin bütün hallarını araşdırmamışdır.

13. Belə ki, ərizəçi xx.xx.1974-cü ildən xx.xx.1978-ci ilədək Dəvəçi rayonu Sarvan kənd kolxozunda kolxozçu işləməsini bildirsə də, bu faktı təsdiq edən əmək kitabçası mövcud deyil, həmçinin əmək kitabçasının mövcud olmaması əmək kitabçasının itməsi, yanması faktı qeydə alınmamış, arxivin məhv olmasına səbəb olan hər hansı təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəçi qaçqın və ya məcburi koçkün olmadığı halda qe yd edilən Qaydaların 2.5-ci bəndinə istinad edərək ərizəni təmin etmişdir. Həmçinin iş materiallarında şahid qismində dindirilmiş S.B.Rüstəmova və M.Ş.Məmmədovun qeyd edilən illərdə həmin İdarədə işləməsini təsdiq edən hər hansı sübutlar (arayış, əmək kitabçası) iş materiallarında mövcud deyildir. Məhkəmə yalnız şahidlərin ifadələrinə istinadən ərizəçinin də onlarla birlikdə qeyd ediləni darədə işləməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi, ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 14, 78, 80, 217 və 308-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə ərizəçinin işləməsi ilə bağlı faktı təsdiqləyən şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir, halbuki ərizəçi qeyd edilən kolxozda işlədiyi halda bu barədə sənəd əldə edə bilməmiş, buna səbəb isə onun işləməsi ilə bağlı həmin kolxoz tərəfindən müvafiq qeydlərin arxivə verilməməsi olmuşdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarına görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Konkret halda ərizəçi qeyd edil ən kolxozda işləmiş, lakin o bu barədə qeydləri əldə edə bilməmiş və bu səbəbdən də o qeyd edilən kolxozda işləməsi ilə bağlı hüquqi faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçinin əmək kitabçasının itməsi və kolxozda işləyən şəxslərlə bağlı məlumatın arxivə verilməməsi ərizəçinin günahı deyildir və o buna görə cavabdehlik daşımır. Bundan əlavə, məhkəmə ərizəçinin məhkəmə prosesində iştirakını təmin etməmiş və bu səbəbdən də o ərizədə qeyd olunan halları təsdiqləyən sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Bundan başqa, qətnamə 2017-ci ildə qəbul edilmiş və həmin qətnamə maraqlı tərəfə göndərilmiş və qətnamə əsasında müəyyən edilmiş əmək stajı ümumi staja daxil edilməklə maraqlı tərəf ərizəçiyə pensiya hesablamışdır. Lakin həmin qətnamədən apellyasi ya şikayəti verilməmiş, birdən birə 5 il sonra qeyd edilən qətnamə apellyasiya qaydasında baxılaraq xüsusi icraat qaydasında verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə 5 il sonra hazırki işə ərizəçinin iştirakı olmadan baxmış, ona maraqlı tərəfin apellyasiya şikayətinin surətini göndərməmiş və həmin şikayətdə qoyulan dəlillərlə bağlı sübutlar təqdim etmək imkanı verməmiş, bununla da AR MPM-nin 77, 88-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Maraqlarına toxunan şəxs kassasiya şikayətinə apelyasiya şikayətinin məzmununa uyğun etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(105)-1843/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. T ətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 46.Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.4. məhkəmə bildirişini.

24. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

25. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qa ytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

26. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqan ına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

27. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

30. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclas ının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya instansiyası işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. 39.Belə ki, apellyasiya instansiyası məhk əməsi işə apellyasiya qaydasında baxarkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxs olan Ərizəçi iştirakı olmadan baxılmışdır.İş materiallarında maraqlı tərəfin apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə saat 15:10-da Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında baxılacağına dair Ərizəçi və maraqlı tərəf kimi “Dövlət Sosial Müdafiə Fondu” X7 ünvanlanmış bildiriş mövcud olsa da, həmin bildirişin Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində nəzərdə tutulan üsullardan hər hansı birinə uyğun şəkildə ərizəçiyə rəsmi qaydada verilməsi təsdiqlənmir. 40.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə iştirak edən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməm əsi və işə onun iştirakı olmadan baxılması həmin işdə iştirak etməli şəxsi tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək, etirazlarını bildirmək imkanından məhrum edə biləcəyi kimi, məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması imkanını da məhdudlaşdırır. 41.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş ərizəçinin iştirakı olmadan baxıldığına görə Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 2(105)-1843/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. 42.Apellyasiya instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən əsasla hətta kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilib iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab etmir.

43. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanı aradan qaldırmaqla yanaşı hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar verdi: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(105)-1843/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar