Məhkəmə qərarları › İş №2(102)-4811/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4811/2019

26.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4811/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı X4 Cavabdeh oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 oktya br 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddiaçı X4 Cavabdeh oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər E.Şamayev və X.Sarıyev) Nəsimi rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı azyaşlı uşağı 26 sentyabr 2008-ci il təvvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən tikiliyə köçürülmasi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnam ə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia verərək, onun azyaşlı uşağı olan 26 sentyabr 2008-cı il təvvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxar ıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, X7 ilə Cavabdeh ilə 26 may 2007-ci il tarixdə rəsmi nikaha girmişlər. 2007-ci il tarixdə iddiaçı Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarından 2 sentyabr 2008-ci il təvvəllüdlü X adlı qızı doğulmuşdur. Cavabdeh 2017-ci ilin iyun ayından Polşaya getmişdir. İddiaçı uşaga baxa bilmədiyindən sözügedən mənzildən çıxaraq ünvan 3 ünvanında yerləşən atasının kirayədə qaldığı evə qayıtmışdır. İddiaçı bildirir ki, 2007-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdehin atası evinə gəlin köçmüş, lakin sonradan, cavbadehlə birgə nikah dövründə eyni həyətdə hazırki ev tikilmiş, 2008-ci ildən 2018-ci ilin mart-aprel ayına kimi orada yaşamışdır. Cavabdehin bildirir ki, mübahisəli ev ona məxsus deyil, evləri atası X tikmişdir və ev atasına məxsusdur. Mübahisəli ev özbaşına tikili olduğu üçün iddiaçı həmin evə köçürülə bilməz. İşin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur, mübahisəli ev özbaşına tikilidir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı 2007-ci ildə cavabdeh ilə nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, bu münasibətlərindən onların 1 uşağı doğulmuşdur. Məhkəmə kollegiyası cavabde hin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəf mübahisəli evin atasına məxsus olması, onun tərəfindən inşa olunmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə işdə olanMənzil Kommunal İstismar Sahəsi tərəfindən ünvan 1 ünvanında yerləşən evə dair 33 saylı evin sxemi Cavabdeh adına tərtib olunmuşdur. İş materiallarında olan izahatlarından məlum olur ki, iddiaçı uşağı ilə birlikdə mübahisəli evdə uzun müddət yaşamışdır. Azərbaycan Res publikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən bu maddi hüquq normasının tələbindən mübahisəli evin hüquqi statusuna yanaşdıqda müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bil ər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə kollegiyası Mülki Məcəllənin “Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi” adlı 11-ci maddəsinin tələbini və işin hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, özbaşına tikinti olması, iddiaçını azyaşlı uşağı ilə birlikdə evə köçürülməsini tələb etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilm əz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kol legiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar