Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4811/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh“X5 Kompleksi” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, cavabdeh “X5 Kompleksi” MMC-nin nümayəndəsi X1 və vəkili X6 oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(105)-1375/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşəgötürən “X5 Kompleksi” MMC ilə işçi İddiaçı arasında 01 aprel 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı bağban kimi işə götürülmüşdür. Müqavilənin 2.1-ci bəndində müqavilə müddəti 01.10.2019-cu il tarixədək müəyyən edilmişdir. 2. “X5 Kompleksi” MMC-nin 01.10.2019-cu il tarixli əmri ilə, kompleksdə bağban vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasının qanunsuz hes ab edilərək iş yeri olan “X5 Kompleksi” MMC-də bağban vəzifəsinə bərpa olunması, qanunsuz olaraq işləməkdən məhrum edilmiş müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 01 sentyabr 2016-cı il tarixdə “X5 Kompleksi” MMC-yə işə qəbul edilmişdir. 01.04.2017-ci il tarixdə əmək müqaviləsinə əsasən “X5 Kompleksi” MMC-nin əmri ilə idarəyə bağban işinə qəbul edilmişdir. İdarənin 25.10.2018-ci il tarixli 24 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən mövsümi işlə əlaqədar müvəqqəti işdən azad olunmuşdur. MMC-nin 01.04.2019cu il tarixli 03 saylı əmri ilə müəssisəyə müvəqqəti bağban işinə qəbul edilmişdir. İdarənin 01.10.2019-cu il tarixli 2961 saylı əmri ilə Əmək Məcəlləs inin 68-ci maddəsinin b bəndinə əsasən müqavilənin vaxtı bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Bütün bunları 10 gün əvvəl, 14 noyabr 2020-ci il tarixdə əmək kitabçasını idarədən aldıqdan sonra bilmişdir. O, heç bir qanunvericiliyi pozmamış, işinin öhdəsindən layiqincə gəlmiş, işlədiyi müddətdə onun heç bir cəzası da olmamışdır. 01.04.2017-ci il tarixli əmək müqaviləsinin müddətsiz olması barədə bankdan elektron sistemdən bildiriş çıxardıqda bilmişdir. Həmin müqaviləni ondan gizlədərək ona verməmişlər. Bundan qabaq ona iş yerindən demişlər ki, müdiriyyət tərəfindən oktyabr ayından öz hesabına məzuniyyətdədir. Həmin bildirişi müdirə təqdim etmiş, müdir həmin bildirişi oxuyandan sonra ona öz hesabına əmr ilə məzuniyyətdə olduğunu demişdir. Lakin əmrin surətini istədikdə ona verməm işlər. Səhəri gün idarənin həm mühasibi, həm də kadrlar şöbəsinin müdiri vəzifəsini icra edən Cəmilə onu yanına çağıraraq təkidlə demişdir ki, başqa işə müvəqqəti olaraq keçirilmişdir. Bütün bunlar 2018-ci ilin noyabr ayının 10-da 24 nömrəli əmrlə olmuşdur.
5. Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh-ə qarşı işə bərpa olunması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b - bəndinin tələblərinə zidd olan hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287,288, 292,294-cü maddələrinə istina dla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(105)-1375/2021 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 16 fevral 2021-ci il tarixli 2(067)-484/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinin tələblərinə zidd olan hüquq pozuntusuna yol verildiyi öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə iddia ərizəsinə əlavə kimi təqdim olunan ərizəyə hüquqi qiymət vermədən, əlavə heç bir araşdırma aparmadan, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə qarşı iddiaçının apellyasiya məhkəməsinə yazdığı etiraz ərizəsində göstərdiyi əsasları nəzərə almadan, X açmaz Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə iş üzrə əsassız, tələsik qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına əhəmiyyət verməmiş, bununla da MPM-nin 8,9,14,217,220-ci maddələrinin tələblərinə riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, idarənin 01.10.2019-cu il tarixli 2961 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndində əsasən müqavilənin vaxtı bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir və qanuna uyğundur. İddiaçının guya əmək müqaviləsinin müddətli olmasından xəbərinin olmaması heç bir sübutla təsdiq edilmir və tamamilə əsassızdır. Əmək müqaviləsinə iddiaçı şəxsən imza etmiş və məhkəmədə də bu faktı etiraf etmiş dir. Müddətli əmək müqaviləsi də müddət başa çatdıqda xitam verilmişdir. Kassator kassasiya şikayətində əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etmiş və həmin maddənin tələblərinə uyğun işdən azad edilmədiyini bildirmişdir. Halbuki, iddiaçı işdən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, Əmək Məcəlləsinin 68-ci maddəsi ilə azad olunmuşdur. İddiaçı məhkəmədən cavabdeh tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan halların pozuntularına yol verildiyi qeyd etmişdir. İşdən çıxma əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi qeyd olunmamışdır. Həmçinin məhkəmədə də qeyd olunan fakt öz əksini tapmamışdır. c) Məhkəmə icraatı iştirakçıl arının izahatları
14. Cavabdeh “X5 Kompleksi” MMC-nin nümayəndəsi X2 və vəkili X6 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdilər.
15. İddiaçı teleqramla müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü sə bəbi barədə sübutu təqdim etməlidir. İddiaçı qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məc əllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə
292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə
294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci mad dələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassasiya kollegiyası hansı halları əsas götürdüyünü əsaslandırdığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə r azılaşır və qeyd edir ki, iddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
24. İşin məhkəmlər tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi üçün Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur.
25. Tərəflər arasında yaranmış münasibətlər müddətli əmək münasibətləridir və məhkəmələr iddianın həllinə haqlı olaraq Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinin müddəalarını tətbiq etmişlər.
26. Məhkəmə kollegiyası iddiaçının onunla əvvəllər bağlanmış əmək müqaviləsinin müddətsiz olduğu halda sonradan müddətli müqavilə bağladığı barədə dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə görə əmək müqaviləsi müddətli və ya müddətsiz bağlana bilər.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir.
28. Buna görə də iddiaçının 01.04.201 9-cu il tarixdə bağlanmış müqavilə ilə müəyyən olunan hüquq və vəzifələrdən kənar tələb irəli sürməsinin qanuni əsası yoxdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanunsuz hesab olunması tələb edilməmişdir.
29. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(105)-1375/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.