Məhkəmə qərarları › İş №2(102)-4812/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4812/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4812/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, iddiaçı “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı “X4 Limit ed” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 13.09.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Şirkətin Bakı şatış şöbəsinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, işəgötürənin 11.01.2019-cu il tarixli, 005/K saylı əmri ilə onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. 2. “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 21.01.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqavilədə Cavabdeh “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 21.11.2019-cu il tarixinədək tam olaraq “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4059 manat əsas borc, 36 gün üçün gecikdirilmiş 730 manat dəbbə pulunun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4819 manat pulun alınaraq iddiaçı “X5 Limited” Şirkətinin Azərbaycan Respu blikasındakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 21.01.2019- cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıya 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 21.11.2019-cu il tarixinədək tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh 4059 ma nat əsas borc, 10 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4099 manat pulun alınaraq iddiaçı “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan borcun etirafı haqqında müqavilədən görünür ki, “X5 Limited” MMC ilə Cavabdeh arasında 21.01.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 21.11.2019-cu il tarixədək, 405.90 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.2.1, 448.1, 882-ci maddələri nə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı ilə onun arasında borcun etirafı və ödəniş qaydası haqqında 21.01.2019-cu il tarixdə müqavilə bağlanmış, guya həmin şirkətə 4059 manat borcunun olduğunu etiraf etmişdir. Lakin bildirir ki, 2019-cu ilin yanvarında əmək kitabçasını almaq üçün müştəri borcunu təsdiq etmişdir. Həmçinin 2018-ci ilin aprel ayında şirkətdən öz ərizəsi ilə işdən ayrılmışdır. 8 ay ərzində şirkət tərəfindən əmək kitabçası ona verilməmiş, müştəri borcunun olduğu bildirilməmişdir. İşdən azad edilərkən şirkətlə müştəri arasında borcun etirafı barədə məlumat imzalanmışdır. Lakin 8 ay ərzində müştəri borcu barədə məlumat verilməmişdir. O, müştərinin şirkətə olan borcunu etiraf etmişdir. Həmin borcun ona heç bir aidiyyəti yoxdur. Bu səbəbdən hesab edir ki, iddia rədd edilməlidir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) cavabdeh X1 apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin olunmamışdır. 10.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddianın əsasını dəyişməyibsə, lak in başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fərqli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir araya sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi nəzə rə almamışdır ki, borc müqaviləsinin istənilən şəxslər arasında bağlanması mümkündür. Cavabdehlə əmək münasibətləri olsa da, cavabdeh maddi vəziyyəti ilə əlaqədar olaraq şirkətdən borc almış, borcu vaxtında qaytara bilməmiş və bununla əlaqədar olaraq borcun etiraf olunması barədə müqavilə bağlamışdır. Cavabdehlə bağlanmış əqd, tərəflərin azad iradə ifadəsi əsasında bağlanmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını araşdırmadan əsassız olaraq mülki işin həlli ilə bağlı əmək münasibətlərini tənzimləyən hüquq normaları tətbiq etməklə əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Lakin iddiaçının nümayəndəsinin məhkəmə çıxışı kimi göndə rdiyi müraciətdə göstərilir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi yolverilməzdir. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən, işəgötürən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Lakin iddiaçı cavabdehlə bu cür müqavilə bağlamamışdır. İşəgötürən cavabdehlə əmək müqavləsinə xitam verdikdən sonra Əmək Məcəlləsinin 87.3-cü maddəsinin tələbinə zidd olaraq əmək kitabçasını vaxtında verməmiş, 10 gün sonra cavabdehə “mövcud borcun etirafı” haqqında müqaviləyə imza atdırdıqdan sonra əmək kitabçasını vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə görə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsızdır. Borc məbləğinin qeyri-yuvarlaq olması faktı da bu məbləğin borc olmadığına, məhz qalıq malın dəyəri olduğuna dəlalət edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdehlə bağlanmış müqavilə onun müəssisəyə mal qalığı ilə bağlı olan borcu deyildir. Cavabdeh işlədiyi dövrdə müxtəlif vaxtlarda şəxsi stifadə üçün ərzaq məhsullarını pulsuz almış və müqavilədə əksini tapmış borc həmin məhsulların ödənilməmiş dəyəridir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi səhhəti (infarkt, şəkər, təzyiq və s.) və pandemiya ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərsə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. Cavabdehin nümayəndəsi qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Pandemiya şəraitinə istinad olunan dəlillə bağlı məhkəmə qeyd edir ki, hazırda tərəfin məhkəmədə iştirakını qeyri-mümkün edən məhdudlaşmalar tətbiq olunmamışdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikd ə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüz ar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsi nə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərə kətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyas ı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktın ın tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi cavabdeh ilə iddiaçı təşkilat arasında əmək müqaviləsi bağlanmış və cavabdehlə iddiaçı arasında əmək münasibətləri yaranmışdır.

24. Daha sonra məhkəmə Əmək M əcəlləsinin 198, 199 və 200-cü maddələrinə, habelə Azərbaycan Respublikası MPM-nin iddianın dəyişdirilməsindən bəhs edən 53-cü maddəsinə istinad edərək göstərmişdir ki, baxılan iş üzrə iddiaçı cavabdehdən pul tələb edir. İddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh 13.09.2017-ci ildən etibarən iddiaçının satış təmsilçisi olaraq işə götürmüşdür. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Beləliklə iddiaçı iddia ərizəsinin əsası kimi cavabdehlə əmək hüquq münasibətlərinə daxil olduğuna və həmin münasibətlər çərçivəsində cavabdehin ona borclu qaldığına istinad etdiyi üçün işə baxmış məhkəmələr iddiaçının əlavə etdiyi və işdə olan digər sübutlara məhz iddianın əsasına uyğun olaraq qiymət verməli və iş üzrə mübahisəni Əmək Məcəlləsinin işçinin maddi məsuliyyətini tənzimləyən müddəalarına uyğun həll etməli idilər.

25. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsassızdır.

26. Çünki, əvvəla iddia tələbində iddiaçı təqdim olunmuş borcun etirafı barədə müqavilənin əmək münasibətləri çərçivəsində bağlandığını bildirməmişdir. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında da bu barədə hər hansı dəlil irəli sürməmişdir.

27. Müqavilədə etiraf olunan borcun əmək münasibətləri prosesində yarandığı barədə nəticəyə gələrkən məhkəmənin bu faktı təsdiq edən hansı sübuta istinad etməsi müəyyən deyil. Bu barədə dəlil yalnız apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilə əsaslanan nəticəyə gələ bilər. Lakin hər bir ha lda məhkəmənin gəldiyi nəticə, sübutların mülki prosessual qaydalara uyğun qiymətləndirilməsinə əsaslanmalıdır.

28. MPM-nin 14.1-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Bu normanın tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilə apellyasiya şikayətinin dəlilini müzakirə etməli, sual-cavab etməklə tərəflərin arasında bağlanmış borcun etirafı barədə müqavilənin əsasında hansı münasibətlərin dayandığın ı, borc məbləğinin yaranma səbəbini araşdırmalı idi. Lakin məhkəmə tərəfindən bu cür araşdırma aparılmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.2.1, 448.1, 882-ci maddələrini tətbiq etmişdir. Əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal dispozitivlik və çəkişmə prinsipləri ilə bir araya sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər.

31. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçı “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı iddia tələbi əmək münasibətlərinə aid olmasına baxmayaraq iddia pul və maddi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət edildiyindən rədd edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində cavabdehə qarşı irəli sürülmüş tələb əmək münasibətlərindən irəli gələn pul və maddi ziyan tələbi kimi deyil, mülki hüquqi əqddən irəli gələn öhdəliyin icrası barədə tələb kimi irəli sürülmüşdür.

33. Verilmiş iddianın həlli zamanı ilk addım tərəflər arasında bağlanmış borcun etirafı haqqında müqavilənin Azərbaycan Respublikası Mülki Məcələsinin 882-ci maddəsində əksini tapmış dispozisiya şərtləri baxımından qiymətləndirilməsindən ibarət olmalıdır.

34. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

35. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

36. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsində bu normadan bəhs olunmamışdır. Məhkəmənin iddianın dəyişdirilməsi barədə ərizənin verilməməsinə istinad etməsi də anlaşılan deyildir. Məhkəmə təqdim olunmuş müqavilənin əmək münasibətləri zamanı yaranmış borca (apellyasiya şikayətində göstərildiyi kimi müştərilərin borcları barədə) görə bağlandığını müəyyən etdiyi halda, bunu mötəbər sübutlarla əsaslandırmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsinin araşdırması işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsiplərinə uyğun deyildir. Buna görə də məhkəmənin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

38. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, mə hkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı)

39. Nəzərə alınmalıdır ki, cavabdeh etiraz dəlillərində məhkəmənin diqqətini Mülki Məcəllənin 339.1-ci maddəsində əqdin etbarsızlığından bəhs edən hallara cəlb edir. Həmin normada göstərilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağla nmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

40. İşə təkrar baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunan ziddiyyətləri aradan qaldırmaqla yanaşı cavabdehin bu dəlilini tərəflərin məhkəmə iclasında iştirakını təmin etməklə onlarla müzakirə edib araşdırmalı, tərəflər arasında müqavilə bağlanarkən müqavilənin etibarsız sayılmasına səbəb olan halların olub-olmamasını müəyyən etməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

41. Cavabdehin nümayəndəsinin cavabdehlə iddiaçı arasında əmək münasibətləri zamanı tam maddi məsuliyyət daşımaq barədə müqavilə bağlanmadığı barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, iş materiallarında iddiaçı ilə cavabdehin arasında 13.09.2017-ci ildə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin surəti əlavə edilmişdir (səh. 108).

42. Cavabdehin nümayəndəsinin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığına görə vəkilin məcburi iştirakını təmin etmək barədə vəsatəti təmin edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi cavabdehin hərbi xidmətdə olması bar ədə, habelə vəkillə müqavilə bağlamaq üçün maddi imkanlarının məhdud olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar