Məhkəmə qərarları › İş №2(102)-4813/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4813/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4813/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli 2(103)10772/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadı ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsind ən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 28 fevral 2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borc üzrə 20.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsinin və 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qə tnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadı ilə Cavabdeh və onun vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasi ya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmlaıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan qəbzin surətindən göründüyü kimi 19 oktyabr 2018-ci il tarixdə Cavabdeh məhkəmənin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətini imza etməklə almış, lakin həmin qətnamədən 28 dekabr 2018-ci il tarixdəkassasiyaşikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qətnamənin surətini Cavabdeh 19 oktyabr 2018-ci il tarixdə şəxsən imza etməklə aldığı halda, həmin qətnamə dən kassasiya şikayəti onun tərəfindən 28 dekabr 2018-ci il tarixdə yəni kassasiya şikayəti vermə müddəti təxminən 9 gün keçdikdən sonra verilmiş, həmçinin Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməmişdir. Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 mart 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar