Məhkəmə qərarları › İş №2(102)-4813/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4813/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4813/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-770/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, 2003-cü ildə iddiaçı əri Qəhrəman Hüse ynovla birlikdə Cavabdeh X markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini 13.000 ABŞ dollarına satın almışlar. Bunun üçün sürücünün adına etibarnamə tərtiblənmişdir. 2006-cı ilin dekabr ayında əri Qəhrəman Hüseynov vəfat etmiş, 2013-cü ilin yanvar ayına kimi Cavabdeh yük avtomobilini adına sənədləşdirilməsini dəfələrlə xahiş etsə də, sonuncu ondan əlavə olaraq 4000 manat pul istəmişdir. Həmin məbləğdə pulu da Cavabdeh vermiş, lakin cavabdeh avtomobili onun adına sənədləşdirməmiş, pulu da qaytarmamışdır. Bu səbəbdən o, Göranboy rayon Polis Şöbəsinə müraciət etmişdir.

2. Cavabdeh, Göranboy rayon Polis şöbəsinə verdiyi izahatda bildirmişdir ki, avtomobilin alınması ilə bağlı ona iddiaçının əri Qəhraman Hüseynov 10.000 manat, sonradan isə İddiaçı 3.000 manat pul vermişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Aygün Səlimova ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 ABŞ dolları və 4000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, KAMAZ -5511 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsus olmuş, həmin avtomobilə görə kimsədən pul almamışdır. Mülkiyyətində KAMAZ -55111 markalı **-BA*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili olmuş, həmin avtomobilə görə 2003cü ildə Qəhrəman Hüseynovun yanında xxdan 11.000 manat pul almış, 4.000 manat borcu qalmışdır. Həmin vaxt alıcı olaraq xxun adına etibarnamə vermişdir. Sonradan oğlunun ölümü ilə əlaqədar həmin etibarnamədən başqa hər hansı rəsmiləşdirmə olmamışdır. Buna baxmayaraq avtomobili xa təhvil vermişdir. Sonuncu avtomobilinin dəyərinin qalan hissəsini uzun müddət ödəmədiyi üçün məhkəmədə iddia qaldıraraq avtomobilin qaytarılmasını tələb etmiş, 2008-ci ildə iddiaçı borcun 3.000 manatını Əli və Etibar adlı şəxslərlə gətirib ona vermiş və pulu xa göndərdiyini, qalan 1.000 manatı avtomobil rəsmiləşdiriləndə O.Kərimovun özü verəcəyini söyləmişdir. O, pulu götürüb və 1.000 manatını Xr adlı şəxsə borc vermişdir. Beləliklə ona yalnız 2.000 manat pul çatmışdır. Bundan sonra qaldırdığı iddiadan imtina etmişdir.

5. Goranboy Rayon Məhkəməsinin (hakim S.Mayılov) xx xxxx 2019-cu il tarixli, 2(045)725/2019 nömrəli qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 30 ( otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi 3000 manatı sonuncuya qaytarmalıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və R.Muradov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)770/20 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissədə ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətində cavabdehin birinci instansiya məhkməsində verdiyi məlumatlardan əlavə qeyd edilmişdir ki, 2008-ci ildə X o, İddiaçı, xxx və x qardaşları ilə görüşmüşdür və İddiaçı xx tərəfindən göndərilən puldan 3000 manat pulu xxx un və xun yanında ona vermişdir. Həmin vaxt Əsədov qardaşlardan biri ondan borc istəmiş və o, həmin 3000 manat puldan 1000 manatı qardaşların birinə vermişdir. Bunu Goranboy Rayon Məhkəməsi zamanı şahid qismində dindirilmiş x, və məhkəməyə ərizə təqdim etmiş xx da təsdiq etmişlər. Bun dan başqa, cavabdehin mülkiyyətində olan “Kamaz”5511-yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmamış, həmin avtomobili o, məhrum Qəhrəman Hüseynova və İddiaçı satmamışdır və həmin avtomobilə görə kimsədən pul almamışdır. O, “Kamaz”-5511-yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 2004-cü ilin sentyabr ayında X1, onun satıcısı İddiaçı yanında 15.000 manata satmışdır, 11.000 (on bir min) manat pulu ona xxun qardaşı X adlı şəxs ödəmiş, 4.000 manat pulu isə xx İddiaçı ilə göndərmiş və İddiaçı xx tərəfindən göndərildiyi puldan 3.000 manat pulu xxx un və xun yanında ona vermişdir, yəni İddiaçı ondan tələb etdiyi pul cavabdehin xxa satdığı avtomobilin puludur. İddiaçı pulu iddia müddəti keçdikdən sonra tələb etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əl də etsin.

15. Maddə 1092.1. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarına istinadən qeyd etmişdir ki, cavabdeh, məhkəmədə izahat verərkən iddiaçının ona 3000 manat məbləğində pul verdiyini etiraf etmişdir. Sonradan həmin məbləğdə pulun cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı müəyyən edilmədiyindən məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 3000 manat məbləğində pul əldə etmiş, həmin məbləğdə pulu iddiaçıya qaytarmamışdır. Hazırkı vəziyyətdə cavabdeh həmin məbləğdə pulu iddiaçıya qaytarmağa borclud ur. Odur ki, iddia qismən təmin edilməklə düzgün nəticəyə gəlinmişdir.

26. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq onu da nəzərə alır ki, cavabdeh 2019-cu ilin mart ayında Goranboy rayon Polis şöbəsində verdiyi izahatda iddiaçıdan 3000 manat pul aldığını etiraf etmişdir. Həmin məbləğdə pulun alınması məhkəməyə verilmiş izahatlarda da əks olunur. Belə olan halda, iddiaçı 3000 manat məbləğində pulu cavabdehə verdiyi sübut etmək yükündən azad olur, həmin pulu keçərli hüquqi əsasla əldə etdiyini, yaxud iddiaçıya qaytardığını sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin hallara dair mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir.

27. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 18-19).

28. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

29. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında h üquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

30. Kollegiya onu da qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində istinad etmədiyi hallar (o cümlədən iddia müddəti) apellyasiya və kassasiya baxışının predmeti ola bilməz. Çünki, şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (§20).

31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-770/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar