Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4814/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iş üzrə Gən cə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)6/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verimiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(058)-01/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh MN № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Samux rayon İstixana kəndində yerləşən 5.0 ha torpaq sahəsinin zəbt etdiyi 0.20 ha hissəsindən çıxarılması, ödənilmiş dövlət rüsumuna gör ə Cavabdeh 10 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi, ekspertiza xərci hesabına Cavabdeh 100 manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 60 manat pulun alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət edilmiş, iddia Cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin öz hesabına sökülməsi hissəsində rədd edilmişdir.
2. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-6/2023 saylı xx.xx.2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 2(058)-01/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin Cavabdeh MN seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Samux rayonu İstixana kəndində yerləşən 5.0 ha torpaq sahəsinin 0.20 ha hissəsindən çıxarılması hissəsində də təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərci olan 350 manat məbləğində pulun İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)6/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məxsus elektron kabinetdə yerləşdirilmişdir. İddiaçıya isə qətnamə poçt vasitəsilə göndərilmiş, üzərində “hal-hazırda bu ünvanda heç kim yoxdur” qeydi ilə zərf geri qaytarılmışdır.
5. İddiaçı qətnamədən kassasiya şikayəti vermşdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (Ş.Rzaquliyev (məruzəçi), hakimlər L.Süleymanov və A.Hüseynzadə) kassasiya şikayəti buna səlahiyyəti olduğunu təsdiq edən etibarnamə şikayətə əlavə olunmadığı halda vəkil Nümayəndə2 tərəfindən imzalandığına görə geri qaytarılmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)6/2023 saylı qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçının vəkili Nümayəndə2 məxsus elektron kabinetdə yerləşdirilmişdir.
8. Vəkil Nümayəndə2 xx.xx.2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-6/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmiş, eyni zamanda həmin qətnamədən kassasiya şikayəti vermişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)6/2023 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)6/2023 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilm əmiş, verdiyi kassasiya şikayəti isə geri qaytarılmış, qərardad vəkil Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)6/2023 saylı qərardadından kassasiya şikayəti vermişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-6/2023 saylı qərardadı ilə iddiaçı X1 nümayəndəsi - vəkil Nümayəndə2 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-6/2023 saylı qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MPMnin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixində, yəni iddiaçının nümayəndəsi qərardadı aldıqdan 3 ay sonra apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti qanunla apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi ü çün müəyyən olunmuş 10 günlük prosessual müddət buraxılmaqla verilmiş, prosessual müddət üzrlü səbəbdən buraxıldığı halda, həmin müddətin bərpası üçün ərizə verilməmişdir. Azərbaycan Respublikası MPMin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (vəkil-Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmamsını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə аktlаrındа еdilmiş yanlışlığın аrаdаn qаldırılmаsı üçün qаnunvеricilik məh kəməyə səlаhiyyət vеrdiyi kimi, iş üzrə yаnlışlıq оlаrаq еtibаrnаmənin müddətinin kеçməsi nəticəsində şikаyətlə bаğlı müddətin üzürlü hеsаb еdilməsi barədə ərizənin məhkəmə tərəfindən qiymətləndirilməsi, ədаlətli оlmаqlа yаnаşı tərəfin prоsеssuаl hüququnun təmini kimi məhkəmə tərəfindən qiymətləndirilə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b) Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
17. Maddə 130.1. Qanunla müəyy ən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.
22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 27.Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməs i vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
30. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, m əhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.2-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilməsi müəyyən olunur.
31. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən məhkəmə aktı cavabdehin elektron kabinetinə yerləşdirildikdən 3 ay vaxt keçdikdən sonra verilmişdir.
32. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, kassasiya şikayəti nin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.
33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-6/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixl i qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.