Məhkəmə qərarları › İş №2(102)-4815/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4815/2019

04.07.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4815/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının nümyəndəsi X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-2971/2018, hakim S.B.Mehrəliyev) iddiaçı Azərbaycan Re spublikası Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks” Birliyinin Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən birdəfəlik müavinət qismində artıq ödənilmiş 3.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-2582/2019, hakimlər T.S.Səmədov, E.C.Kazımov, İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh 07 mart 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömr ük Komitəsi "Azərterminalkompleks” Birliyinin Ümumi şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmiş, 16.10.2017-ci il tarixdə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə "Azərterminalkompleks” Birliyinin direktorunun əmri ilə xitam verilmişdir. Bununla əlaqədar Cavabdeh “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 124-cü maddəsinə əsasən birdəfəlik müavinət təyin edilmiş, sonuncunun hesabına birdəfəlik müavinət qismində 16.400 manat köçürülmüşdür. 21 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks” Birliyi birdəfəlik müavinət məbləğinin 13.400 manat təşkil etdiyi halda, texniki səhv nəticəsində Cavabdeh 16.400 manat ödənildiyinə isinad edərək artıq ödənilmiş müavinətin geri qaytarılmasına dair hazırki iddia ərizəsi ilə m əhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. "Azərterminalkompleks” Birliyinin direktorunun 16 oktyabr 2017-ci il tarixli əmri ilə cavabdeh xidmətdə olmanın son yaş həddinə çatdığına görə həmin tarixdən xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının 07.12.1999-cu il tarixli qanunun ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 24-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsanamənin 12-ci maddəsinin birinci issə sinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara 20 ildən yuxarı xidmət illərinə görə aylıq vəzifə maaşının 20 misli miqdarında müavinət verilir. İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdehin əmək haqqı 670 manat təşkil etmiş, onun hesabına birdəfəlik müvainət kimi 16.400 manat mələğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır; Həmin Məcəllənin 1091.1-ci maddəsinin tələblərinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh dövlət büdcəsinə məxsus olan 3.000 manat məbləğində pulu hüquqi əsas olmadan əldə edərək əsassız varlanmış, sonradan həmin vəsaitin qaytarılmasına dair edilmiş müraciətlərə baxmayaraq həmin məbləği qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkə mə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar