Məhkəmə qərarları › İş №2(102)-4816/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4816/2019

01.07.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4816/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı və cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-205/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üz rə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Elmar Rəhimov) 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin 05.07.2018-ci il tarixli 195 saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 2018-ci ilin yanvar, fevral, mart və aprel aylarının əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödəncin ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 04 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16.10.2018-ci il tarixli qətnaməsi Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin 05.07.2018-ci il tarixli 195 saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 2 saylı region üzrə X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Güləş Federasiyasında 01 may 2010-cu il tarixindən həkim vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Həmin vaxtdan bu günə kimi, öz işini yüksək səviyyədə icra etmiş, nöqsansız işçi kimi hər zaman digər işçilər üçün nümunə olmuşdur. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. İşlədiyi Azərbaycan Güləş Federasiyasında aylıq əmək haqqının vaxtlı-vaxtında ödənilmədiyindən, əsasən 4 il üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə məzuniyyət pulları və 4 ayın əmək haqqı ödənilmədiyindən 06 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin bunun heç bir nəticəsi olmam ışdır. Hətta onu “şikayət etsən səni maddə ilə işdən çıxaracağıq!!!” şəklində təhdid etmiş, ona “çıx get pul yoxdur”, “yada ki, öz xoşunla işdən çıxma barədə ərizəni yaz” deyərək onu geri qaytarmışlar. Ona bildirmişlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilmiş və uzun mübahisədən sonra ona əmək kitabçası verilmişdir. Azərbaycan Güləş Federasiyasında ona olan əmək haqqı borcunun və son haqqhesabın ödənilmədiyi üçün cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 20.07.2018-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi cavabdeh təşkilatın qanunsuz hərəkətləri təsdiq edilmiş və bu da əmrin qanunsuz və əsassız olmasını göstərir. Onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması barədə qənaətə gəlinərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl edilməyərək Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilərkən rəsmiləşdirilmə ilə əlaqədar tələblərə də əməl olunmamışdır. Onun əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyinin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən 05.07.2018-ci il tarixindən ləğv edilsin” əsası qe yd olunduğu halda, onun hansı əmək funksiyasını pozduğu və pozuntuya dair heç bir sübut göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən izahatı alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması, cavabdeh Azərbaycan Güləş Federasiyasının 195№-li, 05 iyul 2018-ci il tarixli əmri ləğv olunmaqla onun həkim vəzifəsinə bərpa edilməsi, 05 iyul 2018-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, 2018-ci ilin yanvar, fevral, mart və aprel aylarının əmək haqqısının, istifadə edilmədiyi məzuniyyət günlərinə görə məzuniyyət pulunun, 2018-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün hesablanmış əmək haqqlarının verilməsinin gecikdirilməsinə görə ödəncin və dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun cavabde hdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara Mülki Prosessual Məcəllənin tələblərin əsasən qiymət verməmişdir. Cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin iddia tələbinin təmin edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə bu hissədə sübutlara obyektiv qiymət verməmişdir. Tərəfləri n izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı 01 may 2010-cu il tarixdə Azərbaycan Güləş Federasiyasında həkim vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. İddiaçı aylıq əmək haqqının vaxtı-vaxtında ödənilmədiyi səbəbindən 06 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş, 2018-ci ilin yanvar, 2018-ci ilin fevral, 2018-ci ilin mart, 2018-ci ilin aprel ayının əmək haqları, 4 il üçün istifadə edilməyən məzuniyyət günlərinə görə məzuniyyət pullarının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 2 saylı region üzrə X3 İddiaçı şikayət ərizəsi əsasında Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən əmək qanunvericiliyinin müddəalarına riayət edilməsi məsələsi araşdırılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 20.07.2018-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin № 195 s aylı, 05.07.2018-ci il tarixli əmri ilə İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05.07.2018-ci il tarixdən xitam verilmişdir. Əsas kimi, işçinin işə üzrsüz səbəbdən çıxmaması barədə təqdimat olmuşdur. Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin ÜFH və Tibbi Nəzarət şöbəsinin koordinatoru Təhmaz Lətifovun rəhbərliyə ünvanladığı 04.07.2018-ci il tarixli Təqdimatında qeyd olunmuşdur ki, Güləş Federasiyasının qadın güləşi üzrə həkimi İddiaçı 16 aprel 2018-ci il tarixdən bu günə kimi məlum olmayan üzrsüz səbəbdən işə çıxmır. Dəfələrlə onunla müxtəlif üsullarla əlaqə yaratmağa çalışdıqlarına baxmayaraq, o, telefon zənglərinə cavab vermir və özü də telefon əlaqəsi yaratmır. Hal-hazırda isə müraciət edərək, işə çıxmadığı gü nlərin ödənişini tələb edir. Yazılanları nəzərə alaraq, xahiş edir ki, lazımı ölçü götürülməsi üçün sərəncam verilsin. Azərbaycan Güləş Federasiyasının 01 fevral 2019-cu il tarixli məktubu ilə təsdiq olunur ki, müəssisədə həmkarlar ittifaqı yaradılmamış, İddiaçı həmkarlar ittifaqının üzvü olmamışdır. İddiaçı 29.06.2018-ci il tarixdə X6 Xidməti 2 saylı region üzrə X5 verdiyi izahatda yanvar, fevral, mart və aprel aylarının əmək haqqını almadığını, may ayının əmək haqqını natamam nəğd şəkildə aldığını, may ayının sonuna kim işə getdiyini, o vaxtdan sonra getmədiyini bildirmişdir. Ona maddə ilə işdən çıxaracaqlarını bildirdiklərindən son haqq-hesabı almamış işdən çıxmaq barədə ərizə yazmayacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi 05.07.2018-ci il tarixdə sist emə daxil edilmişdir. Azərbaycan Güləş Federasiyasının 2 saylı region üzrə X5 ünvanladığı 19.07.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı və digər işçilərin son haqq hesablarının ödənilməsi hazırda federasiyanın maddi imkanlarının xaricindədir. İddiaçının işdən çıxarılması ilə bağlı əmrdə əmrin verilməsi üçün əsas kimi işçinin üzrsüz səbəbdən işə çıxmaması göstərilmişdir. Cavabdeh tərəfin də əsas dəlili məhz işçinin üzrsüz səbəbdən işə çıxmaması ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçinin üzrsüz səbəb olmadan bütün iş günü işə gəlməməsi işəgötürənə hüquq verir ki, əmək müqaviləsini ləğv etsin. Əmək Məcəlləsinin 72-ci maddəsi işçinin işə çıxmamasını üzrlü hesab edən halları dəqiq müəyyən etmişdir-işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi. Digər hallarda işə çıxma üzrlü hesab olunmur. İşçinin əmək haqqının vaxtında ödənilməməsi səbəbindən bu barədə işəgötürənə məlumat vermədən işə çıxmamağa əsas ola bilməz. Qüvvədə olan Əmək Qanunvericiliyi işçiyə pozulmuş hüquqlarının müdafiəsi üçün müxtəlif üsullar seçməyə imkan verir. İddiaçı da bunlardan birini seçərək X5 müraciət etmiş və müvafiq orqan səlahiyyətlərindən istifadə edərək qanuni tədbir görmüşdür. Cavabdeh tərəf iddiaçının 16 aprel 2018-ci il tarixdən işə çıxmadığını bildirir, iddiaçı isə həmin tarixdə işə çıxdığını, hətta may ayı üçün əmək haqqının ona ödənildiyini etiraf edir. May ayı üçün əmək haqqının iddiaçıya ödənilməsini cavabdeh tərəf də etiraf edir. Deməli iddiaçının aprel ayından işə çıxmaması təsdiq olunmur. İ ddiaçı istər iddia ərizəsində və istərsə də, X5 müraciətində 2018-ci ilin yanvar, 2018-ci ilin fevral, 2018-ci ilin mart, 2018-ci ilin aprel ayının əmək haqları, 4 il üçün istifadə edilməyən məzuniyyət günlərini tələb etmişdir. Heç bir müraciətində iddiaçı iyun ayında işə çıxması və həmin ay üzrə əmək haqqı tələb etməmişdir. İddiaçı 06 iyun 2018-ci il tarixində X6 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş, 29.06.2018-ci il tarixdə onun izahatı alınmış və işə çıxmadığını təsdiq etmişdir. İşdən çıxma əmri 05.07.2018-ci il tarixdə verilmişdir. Deməli işdən çıxana qədər iddiaçının bir ay beş gün işə çıxmaması öz təsdiqini tapır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən k eçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin 195 saylı əmrinin ləğv edilməsi və İddiaçı işə bərpa edilməsinin və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin rədd edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının üzrsüz səbəbdən işə çıxmaması əsası ilə işdən azad olunması əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin 2018-ci ilin yanvar, fevral, mart və aprel aylarının əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödəncin ödənilməsi hissədə təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Dörd ayın əmək haqqı və dörd il üçün məzuniyyət pulunun verilməməsi tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, cavabdeh tərəf də, həmin faktın mövcudluğunu mübahisələndirmədiyindən bununla bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və işə baxan birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Ona görə cavabdehin həmin hissə ilə bağlı şikayəti əsaslı deyildir. Məhkəmə kollegiyası həmçinin iddia tələbin in mənəvi zərərin və əmək haqqlarının verilməsinin gecikdirilməsinə görə ödəncə iddia tələbinn rədd edilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsində nəzərdə tutulan ödənc əmək haqqının işəgötürənin təqsiri üzündən baş verdiyi halda tətbiq olunan cər imə məbləğidir. Apellyasiya instansiyası məhkəməsi tələbin bu hissəsi ilə bağlı qeyd etmişdir ki, əvvəla, əmək haqqının vaxtında verilməməsində işəgötürənin təqsirli olması halının sübuta ehtiyacı var. X4 bununla bağlı işəgötürənin barəsində inzibati protokol tərtib etməsi belə bir sübut kimi qəbul edilə bilməz. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati protokol tərtib etmişdir. Həmin norma işçinin əmək və məzuniyyət haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi ilə bağlıdır. İşçinin əmək haqqının vaxtında ödənilməməsinin səbəbləri ilə bağlı hallar həmin materiallarda araşdırılmamışdır. İşdə olan “Azərbaycan Güləş Federasiyası” X1 görünür ki, təşkilat güləş üzrə idman klublarının və komandalarının könüllülük, üzvlər inin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, güləş idman növünün Azərbaycan Respublikasında inkişafını və əlaqələndirilməsini təmin edən, əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilmiş gəliri üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Federasiya üzvlük haqqı, fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, dövlət tərəfindən idmanın inkişafına ayrılan vəsaitlər və digər qanunvericiliyə zidd olmayan maliyyə mənbələrindən maliyyələşir. Cavabdeh təşkilatın əmək haqqının gecikdirilməsi ilə bağlı təqsirinin sübuta yetirilməməsi və eləcə də, təşkilatın gəlirlərinə dair məlumatlar fonunda qeyd olunmalıdır ki, işə baxan məhkəmə cərimə məbləği ilə bağlı hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Digər tərəfdən iddiaçı mənəvzi zərər məruz qalması ilə bağlı tələbi əsaslandıra bilməmiş, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 195 saylı əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqının ödənilməsinin rədd edilməsi hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə bu hissədə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamın ın, qərarının) məzmununu müəyyən edən Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə görə əmrdə başqa məlumatlarla yanaşı əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə isə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrin in (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Göstərilən məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edi lə bilər. Belə ki, işçinin işə üzrlü səbəb olmadan gəlməməsi barədə norma Əmək Məcəlləsinin 72-ci maddəsində öz əksini tapmışdır. Cavabdeh təşkilatın verdiyi əmrin hüquqi əsası kimi isə Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmiş və əmrdə həmin maddəyə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilməsi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi Məcəllənin qeyd edilən maddəsi iki hissədən ibarətdir: 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmalıdır. Cavabdeh əmrin hüquqi əsas kimi 70-ci maddənin “ç” bəndinin birinci hissəsinə istinad etmiş, lakin əmrin faktiki əsası kimi 70-ci maddənin “ç” bəndinin ikinci hissəni, yəni Məcəllənin 72-ci maddəsində sadalanan hallarda göstərilmiş işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozulması hallarından biridir. Bundan başqa Əmək Məcəllənin 187.1-c i maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh tərəfindən iddiaçı barəsində inztizam tənbeh tədbiri kimi 70-ci maddənin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən ondan izahat alınması, yaxud onun izahat verməkdən imtina etməsi də iş materiallarından müəyyən edilmir. Digər tərəfdən işdən müəyyən edilir ki, iddiaçı tərəf iddiaçının işə çıxmaması cavabdeh təşkilatın onu işə buraxmaması ilə bağlı olduğunu göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının öz istəyi ilə işə çıxmadığını, cavabdeh təşkilatdan işə çıxmadığı aylar üzrə əmək haqqı tələb etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaç ının işə çıxmaması halı ilə bağlı qeyd etmişdir ki, iddiaçının may ayından sonra işəgötürənin təqsiri ucbatından (işə buraxılmaması) işə çıxmaması halını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən sübutetmə yükünü iddiaçının üzərinə qoymuş, lakin iddiaçının bu izahatını işin digər halları ilə qarşılıqı yoxlamamış, iddiaçının göstərdiyi digər halların, yəni ona əmək haqqı və məzuniyyət pulununu ödənilməməsinin iş materialları ilə təsdiq olunmasına, bu barədə cavabdeh təşiklat barədə inzibati xəta haqqında protokol tərtib edilməsinə, həmin hərəkətlərinə görə işəgötürənin iddiaçıya qərəzli münasibət göstərməsinin istisna olunmamasına, onun işə buraxılmamasının mümkünüyünə əhəmiyyət v erməmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsonə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi iddia tələbinin 195 saylı əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və və məcburi işburaxmaya görə əmək haqının ödənilməsinin rədd edilməsi hissələrdə qanuni və əsaslı sayıla bilməz. Ona gö rə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-205/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin 05.07.2018-ci il tarixli 195 saylı əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və və məcburi işburaxmaya görə əmək haqının ödənilməsinin rədd edilməsi hissələrdə ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar