Məhkəmə qərarları › İş №2(102)-4817/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4817/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4817/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilidən çıxarılma) 05.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsində olan tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6076/2021 nömrəli, 2 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Artyomneft NQÇİ-nin 1270 nömrəli 2 avqust 1990-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri, S.Vurğun küçəsi, ev 6, döngə 5, yaşayış sahəsi 20.86 kv.m olan 2 otaqlı 6 nömrəli mənzilin əsas kirayəçisi X1 vəfat etməsi ilə əlaqədar mənzilin maliyyə şəxsi hesabı oğlu İddiaçı adına dəyişdirilmişdir.

2. X8 ilə Cavabdeh birgə nikahlarından 7 oktyabr 2011-ci il təvəllüdlü X9 və 17 iyun 2013-cü il təvəllüdlü X5 doğulmuşdur.

3. Azərbaycan Respublikası Bakı şəhəri MKTD Pirallahı rayon MKTB 159 saylı MKİS tərəfindən verilmiş 201 nömrəli 5 may 2018-ci il tarixli arayışa əsasən X3, X7, X10 və X11 Bakı şəhəri, ünvan 3-da qeydiyyatdadırlar.

4. Pirallahı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X6, X4 və X2 qarşı istif adə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. X8 ilə Cavabdeh aralarında olan rəsmi nikah qeydi 25 dekabr 2018-ci il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaq 1 mətbəxdən ibarət özbaşına tikilidən (bundan sonra – mübahisəli tikili) çıxarılması barədə qət namə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(094)-432/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh mübahisəli tikilidən çıxarılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2021/2020 nömrəli mülki iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Etibar Nəbiyev (sədrlik edən v ə məruzəçi), Raqib Qurbanov və Aida Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-664/2021 nömrəli mülki iş üzrə 19 aprel 2021ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Elşad Şamayev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 3 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli tikili özbaşına tikili olduğuna görə mübahisə edən tərəflərin həmin tikiliyə heç bir hüququ yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən məhkəmə qətnaməsinin hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik olmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya insta nsiyası məhkəməsi Artyomneft NQÇİ-nin xx.xx.1990-cı il tarixli Sərəncamına istinad etsə də, onun məzmununda göstərilənlərə diqqət yetirməmişdir. Həmin sərəncama əsasən isə Bakı şəhəri, S.Vurğun küçəsi, döngə 5, 6 saylı mənzilin əsas kirayəçisi X1 vəfat etməsi ilə əlaqədar mənzilin maliyyə şəxsi hesabı oğlu İddiaçı adına dəyişdirilmişdir. Belə olan halda, mübahisəli mənzilin özbaşına tikili olmadığı, iddiaçının həmin mənzilin kirayəçisi olduğu görünür.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi özünün yarımçıq formada qeyd etdiyi normaların tələblərinə əsasən cavabdehin iddiaçının ailə üzvləri sırasına daxil olmaması qənaətinə gəlsə də, göstərilən normalarından göründüyü kimi, digər qohumların, əmək qabiliyyəti olmayan himayədə olanların, müstəsna hallarda digər şəxslərin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kimi sayılması üçün hallar da əksini tapmışdır. Bunlara kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslər də aiddir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaya etirazı və məhkəmə iclaslarında verdiyi izahatlarından görünür ki, o, aliment tələbindən imtina etdiyinə görə keçmiş həyat yoldaşı ilə barışıb, həmin evə köçürülmüşdür. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli tikiliyə iddiaçının razılığı ilə köçüb-köçmədiyini, hansı əsaslarla, hansı vaxtdan həmin evdə yaşamasını araşdırmadan tərəflər arasında yaranmış hüquq münasibətlərinə hüquqi qiymət verməmişdir.

19. Məhkəmə öz möv qeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6076/2021 nömrəli mülki iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Şeyda Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli tikili iddiaçı tərəfindən özbaşına inşa olunmaqla, onun faktiki sahibliyində və istifadəsində olmuş, cavabdeh həmin tikiliyə iddiaçının iradəsinə zidd olaraq özbaşına daxil olmuş və orada məskunl aşmış, nəticədə iddiaçı həmin tikiliyə faktiki sahiblikdən özbaşına məhrum edilmişdir. Bununla da, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.

22. Cavabdehin mübahisəli tikiliyə hansı şəraitdə daxil olması ilə əlaqədar tərəflərin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin ora özbaşına daxil olduğunu bildirsə də, cavabdeh bunun iddiaçının razılığı ilə olduğunu göstərmiş və bu dəlilini onunla əsaslandırmışdır ki, həmin vaxt iddiaçının oğlu tərəfindən onun azyaşlı qızına qarşı edilmiş əxlaqsız hərəkətlə bağlı o polisə müraciət etdiyindən, onun şikayətini geri götürməsi məqsədilə iddiaçı və ailə üzvləri onu həmin tikiliyə köçürmüşlər.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Pirallahı RPŞ tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanm asının rədd edilməsi haqqında» 2 dekabr 2019-cu il tarixli qərar qəbul edilərkən tərəflər arasında hər hansı barışıq olmamış, cinayət işinin başlanması tərəflərin barışığı əsasında deyil, cinayət hadisəsinin olması sübuta yetmədiyindən rədd edilmişdir. Qərardan görünmüşdür ki, cavabdehin keçmiş qaynanası Venera Ağayeva izahat verərkən söz-söhbət olmasın deyə, cavabdehin tələbi ilə yaşadıqları otaqların qapısını ayırmışlar. Göründüyü kimi, polis tərəfindən aparılan həmin araşdırma zamanı tərəflər arasında barışıq olmamış, tərəflər cavabdehin 2 otaqdan ibarət digər tikiliyə köçürülməsi barədə deyil, onların yaşadığı otaqların qapılarının ayrılması barədə razılığa gəlmişlər.

24. Tərəflər arasında münasibətlərin pis olduğu və cavabdehin şikayəti əsasında iddiaçının ailə üzvləri barədə polisdə araşdırma getdiyi vaxtda iddiaçının öz razılığı ilə cavabdehi yaşadığı 1 otaqlı tikilidən çıxararaq daha yaxşı şəraitli 2 otaqlı evə köçürməsini məhkəmə işin hallarına, tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlərin xarakterinə uyğun hesab etməmişdir. Məhkəmə kollegiyası cavabdehin mübahisəli tikiliyə iddiaçının razılığı və xəbəri olmadan özbaşına daxil olması ilə bağlı iddiaçının dəlilini əsaslı hesab etmişdir.

25. Cavabdehin ona ödənilməli olan aliment borcundan imtina etməsi müqabilində ona mübahisəli evə köçürüb yaşamasına icazə verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin razılaşma cavabdehin hazırda özbaşına olaraq girib yaşadığı 2 otaqlı tikilidən deyil, bundan əvvəl yaşadığı 1 otaqlı tikiliyə köçüb yaşaması ilə bağlı olmuşdur.

26. Məhkəmə öz mövqeyini A zərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 165.1, 166.3, 180.1, 180.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozuld uqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

31. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

32. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

33. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dai r sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməlidir.

43. İş materiallarına əlavə edilmiş Pirallahı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətn aməsindən görünür ki, Cavabdeh həmin iş üzrə 2 otaqlı mənzildə yaşamasını iddia edərək həmin mənzilə köçürülməsini xahiş etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin tələb təmin edilməmişdir.

44. Cavabdeh iddia etməsinə görə iddiaçının oğlu Şamil Ağayevlə boşandıqdan sonra evə köçürmə tələbinin rədd olunmasına baxmayaraq iki otaqlı özbaşına tikiliyə köçürülmüş, o, isə bununla əlaqədar məhkəmə qətnaməsi ilə iddiaçının oğlu Şamil Ağayevdən iki uşağının saxlanılması üçün onun xeyrinə tutulmalı olan alimentdən imtina etmişdir.

45. İşin 125-126-cı səhifələrində olan Pirallahı Rayon İcra və Probasiya şöbəsinin 14 sentyabr 2018-ci il tarixli qərarından və Cavabdeh ərizəsindən görünür ki, o, həqiqətən də Şamil Ağayevlə barışmasını əsas göstərməklə sonuncudan qanuni qüvvəyə minmiş məh kəmə qətnaməsi ilə hər ay tutulması qət edilmiş 272 manat məbləğində alimentdən imtina etmiş və bununla əlaqədar icra sənədi icra olunmadan məhkəməyə qaytarılmışdır.

46. Cavabdeh alimentdən imtina etməsi belə bir qənaətə gəlməyə əsas verir ki, onun mübahisəli iki otaqlı özbaşına tikiliyə köçürülməsi iddiaçı və onun oğlunun razılığı ilə olmuşdur.

47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən konfliktli vəziyyətdə olması ilə əlaqədar onların barışmasının və iki otaqlı özbaşına tikiliyə köçürülməsinin inandırıcı olmaması barədə nəticəyə gələrkən nəzərə almamışdır ki, tərəflər arasında yaranmış konflikt əgər barışıq yolu ilə həll edilmiş olmasaydı cavabdeh alimentdən imtina etməzdi.

48. Göstərilən vəziyyətdə mübahisəli özbaşına tikilinin nikaha qədər inşa edilməsi barədə məhkəmənin gəldi yi nəticə iddianın təmin edilməsi üçün əsas verməmişdir.

49. Kollegiya hesab edir ki, cavabdeh mübahisəli özbaşına tikiliyə ümumi razılaşma ilə köçdüyündən, apellyasiya instansiyası məhkəməsinin köçmənin özbaşına olması barədə gəldiyi nəticə əsaslı olmamışdır.

50. Apellyasiya instansiyası məhkəməsi əsas kimi Mülki Məcəllənin 164.1 və 165.1ci maddələrinin qüvvəsini tətbiq etməklə iddianı o zaman təmin edə bilərdi ki, cavabdeh mübahisəli tikiliyə sahibin iradəsinə zidd olaraq özbaşına köçsün və onu sahiblikdən məhrum etsin.

51. İşdə bunu təsdiq edən mübahisəsiz sübutlar olmadığından, kollegiya qanunun həmin normalarının tətbiq edilməklə cavabdehin evdən çıxarılmasını əsassız sayır.

52. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum e dilə bilməz.

53. İşdən görünür ki, cavabdeh iddiaçının oğlu ilə nikaha girdiyi 2010-cu ildən ünvan 2 ünvanda yaşamış, həmin müddətdə iki uşağı olmuş və mübahisə predmeti olan yaşayış sahəsindən yeganə yaşayış yeri kimi istifadə edir.

54. Cavabdehin başqa daimi yaşayış yerinin olması işdən görünmür.

55. Göstərilən vəziyyətdə cavabdehin mübahisəli tikilidən çıxarılması üçün qanuni əsaslar olmadığından, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir.

56. Kollegiya qeyd edir ki, Cavabdeh istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi yaşayış sahəsi iddiaçıya sosial kirayə müqaviləsi əsasında məxsus olan evlə bağlı olduğundan, həmin tələbin rə dd olunmasına dair Pirallahı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi hazırkı iş üzrə iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6076/2021 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh Cingiz qızının Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 2 otaq, bir mətbəxdən ibarət özbaşına tikilidən çıxarılmasına dair İddiaçı iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar