Məhkəmə qərarları › İş №2(102)-4820/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4820/2022

06.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4820/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmağa görə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(106)-1045/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 3 ay müddətinə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Universitetin xx.xx.2019-cu il tarixli əmri ilə müqavilənin müddəti 3 ay uzadılmışdır. Tərəflər müqaviləni ləğv etmədikləri üçün əmək müqaviləsi eyni müddətə bir neçə dəfə uzadılmışdır.

2. Cavabdeh (bundan sonra –cavabdeh) xx.xx.2021-ci il tarixli, 1/07 №-li əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən xx.xx.2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rektor vəzifəsini icra edən Natiq İbrahimov tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli 1/07 №-li əmrin qanunsuz hesab edilərək ləğv olunması və əvvəllər işlədiyi Cavabdehndə mühafizəçi işinə bərpa edilməklə məcburi işburaxma müddətinə görə əmək haqqının tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin dekabr ayının ortalarında xəstələnmiş və Lənkəran rayon Mərkəzi Xəstəxanasına müraciət edərək orada ondan analiz götürülmüşdür. Sonradan ona bildirmişlər ki, onda koronavirus aşkar edilib və o, evdən kənara çıxa bilməz. Bununla d a o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ev şəraitində karantinə alınmış, polislər qapısının qarşısında qalıb, onu evdən çölə çıxmağa qoymamışlar və o da işə gedə bilməmişdir. 05 yanvar 2021-ci il tarixdə o, rəisi Azər Əliyevə zəng edərək artıq sağaldığını bildirmiş və nə vaxt növbəyə çıxacağını soruşduqda, Azər Əliyev onun işdən çıxarıldığını bildirmişdir. O, iş yerinə getmiş və xəstəlik vərəqəsini Cavabdehndə təqdim etməsinə baxmayaraq onu işə buraxmayaraq əmək kitabçasını ona vermişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh rektor vəzifəsini icra edən Natiq İbrahimov tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli 1/07 №-li əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən 05 yanvar 2021-ci il tarixdən son haqq-hesabı ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə əsasız olaraq xitam verilmişdir. Baxmayaraq ki, işlədiyi dövr ərzində həmişə işdə olmuş, heç vaxt xəbərdarlıq belə almamış, ona tapşırılan işləri layiqincə və vicdanla yerinə yetirmiş, işində heç vaxt qüsur olmamışdır. Lakin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ev şəraitində karantinə alındığı üçün işə gedə bilməmiş, bütün bunlar nəzərə alınmadan onunla Universitet arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş yerindən ona 2020-ci ilin dekabr ayına görə əmək haqqı və xəstəliyinə görə pul ödənilməmişdir. Onun himayəsində 3 azyaşlı uşağı var və evdə ondan başqa heç kim işləmir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, işlədiyi müddətdə əmək müqaviləsinin şə rtlərini pozsa da, bunu rəsmiləşdirməmişlər. 04 yanvar 2020-ci il tarixdə sınaq müddətinin başa çatması ilə əlaqədar Cavabdeh rektor vəzifəsini icra edən Natiq İbrahimov tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli 1/07 №-li əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən 05 yanvar 2021-ci il tarixdən son haqq- hesabı ödənilməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, həmin əmr tam qanuni və əsaslıdır.

6. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-955/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia təmin edilərək, Cavabdeh rektor vəzifəsini icra edən Natiq İbrahimov tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli 1/07 №- li əmrin ləğv edilməsi, İddiaçı Cavabdehndə mühafizəçi vəzifəsinə bərpa edilməsi, ona 05 yanvar 2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh 05 yanvar 2021-ci il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun olmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuş hallardan hər hansı biri mövcud olmamışdır. İddiaçının tutduğu mühafizəçi vəzifəsi daimi xarakterə malik olan vəzifə olduğuna görə işəgötürən tərəfindən onunla müddətli əmək müqaviləsi bağlanması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinin pozulması ilə həyata keçirilm işdir. Cavabdeh ilə İddiaçı arasında 04 oktyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 04 oktyabr 2019-cu il tarixdən 04 yanvar 2020-ci il tarixədək 3 ay sınaq müddəti müəyyən edilməklə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Belə olan halda sınaq müddəti 2021-ci ilin yanvar ayının 4-də deyil, 2020-ci ilin yanvar ayının 4-də başa çatmış olur və əmək müqaviləsinin müddəti 2020-ci ilin yanvar ayının 4-dən deyil, 04 oktyabr 2019-cu il tarixdən hesablanmalı və növbəti illərin oktyabr ayında başa çatmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 45, 47,68, 69,70,73,74,75, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiy ası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1907/21 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İddiaçı və Nüsrət Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edib ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehlə əmək münasibətində olmuş iddiaçının tutduğu mühafizəçi vəzifəsinin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi x arakterə malik olması qabaqcadan bəlli olduğundan əmək müqaviləsinin müddətli bağlanması qanunun imperativ normasının tələblərinə zidd olmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bundan başqa tərəflər arasında xx.xx.2019-cu il tarixdə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilsə də, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr qeyri iş günləri sayıldığından müddətli əmək müqaviləsində göstərilən 3 aylıq müddətin qurtardığı gün qanunu n tələbinə görə xx.xx.2021-ci il hesab edilmişdir. Tərəflər arasındakı müddətli əmək müqaviləsinin müddəti, müddətin bitdiyi həmin tarixdən xx.xx.2020-ci il tarixədək, həmin tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən isə xx.xx.2021-ci il tarixədək uzadılmış hesab olunduğundan, iddiaçı ilə olan müddətli əmək müqaviləsinə müddəti qurtarmadan xitam verilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 45, 47, 73.1, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhk əməsi) 2(102)-646/22 nömrəli iş üzrə 2 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.

15. Kassasiya instansiyasının mövqeyinə görə apellyasiya məhkəməsi iddianın əsaslı olması barədə mövqeyini iki arqumentlə əsaslandırmışdır: 1) iddiaçının tutduğu mühafizəçi vəzifəsinin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olması qabaqcadan bəlli idi; 2) Tərəflər arasındakı müddətli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış hesab olunduğu halda müqaviləyə müddət qurtarmadan xitam verilmişdir.

16. Kollegiya bu mövqeləri əsaslı saymayaraq qeyd etmişdir ki, əvvəla istinad olunan əsaslar bir-birini təkzib edir. Belə ki, birinci əsasda müqavilənin müddətsiz bağlanmasına işarə edildiyi halda, ikinci əsasda müqavilənin müddətli bağlandığı qənaətinə gəlinmişdir. Başqa sözlə, əgər məhkəmə tərəflər arasındakı müqavilənin müddətsiz bağlandığını hesab edirsə, həmin müqavilənin müddətinin xx.xx.2021-ci ildə bitməsi ilə bağlı əsaslandırma ziddiyyətli görünür.

17. Bundan başqa, məhkəmə iddiaçının tutduğu mühafizəçi vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olmasının qabaqcadan bilinməsinə görə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə istinad etmişdir. Həmin normaya əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstə rilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. ƏM-nin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normaların məzmunundan göründüyü kimi, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı varsa işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür.

18. İş materiallarından görünür ki, iddiaçı, cavabdeh təşkilatda fasiləsiz olaraq 5 ildən artıq müddətə işləmiş və əmək müqaviləsi müddətsiz hesab edilən işçi deyil. Tərəflər arasında bağlanmış əmək müqaviləsi işçinin və işəgötürənin razılığı əsasında 3 ay müddətinə - xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək bağlanmış, sonradan da eyni müddətə uzadılmışdır. Buna baxmayaraq apellyasiya məhkəməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndini hazırkı mübahisəyə tətbiq etməmiş, həmin normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş halları arasında uyğunluğa (və ya uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmamış, həmin normanı hansı səbəbdən nəzərə almadığını və tətbiq etmədiyini əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə, əmək müqaviləsində göstərilən 3 aylıq müddətin qurtardığı günü xx.xx.2020-ci il hesab etməsini belə əsasland ırmışdır ki, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr qeyri iş günləri sayıldığı üçün tərəflər arasındakı əmək müqaviləsinin müddəti ilk dəfə xx.xx.2020-ci ildə deyil, xx.xx.2020-ci ildə bitmişdir. Məhkəmə bu xüsusatla bağlı ƏM-nin 8-ci maddəsinin 1ci və 4-cü hissələrinə istinad etmişdir. Həmin normalara görə Əmək Məcəlləsi ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Cavabdeh təşkilat kassasiya şikayətində bildirmişdir ki, 2020-ci ilin 4-6 yanvar tarixlərinin qeyri-iş gününə düşməsi müddətin uzadılmasına əs as vermir, yalnız müqavilənin xitamının rəsmiləşdirilməsinin növbəti iş günündə həyata keçirilməsi üçün əsas ola bilərdi. İş materialları ilə müəyyən olunur ki, ilkin bağlanmış müqaviləyə 2020-ci ilin yanvar ayında xitam verilmədiyinə görə, belə bir rəsmiləşdirməyə zərurət olmamış, müqavilənin müddəti Əmək məcəlləsinin 73.1-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək uzadılmış hesab edilmişdir.

19. Kollegiya nəzərə almışdır ki, işəgötürən tərəfindən qeyri-iş gününə təsadüf edən xx.xx.2020-ci ildə əmək müqaviləsinin (müddətinin bitməsinə görə) ləğvi ilə bağlı hər hansı bir rəsmiləşdirmə aparılmamışdır. Əksinə həmin tarixdən əvvəl, yəni xx.xx.2019-cu ildə Cavabdeh 1/165 nömrəli əmri ilə İddiaçı 2020-ci ilin yanvarın 4-də müddəti bitən əmək müqaviləsi 3 ay uzadılmışdı r. Bu hesabla müqavilənin uzadılıdğı son müddət olan xx.xx.2021-ci il tarixi də qeyri-iş günü olduğundan, onun ardınca gələn ən yaxın iş günü kimi xx.xx.2021-ci ildə mübahisələndirilən əmr verilmişdir. Belə olan halda, əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci ildə bitməsi barədə mövqe əsaslı sayıla bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1045/22 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi iddiaçı ilə olan müddətli əmə k müqaviləsinə müddəti qurtarmadan, müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuz olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edərək qeyd etmişdir ki, işəgötürən tərəfindən qeyri-iş gününə təsadüf edən xx.xx.2020-ci ildə əmək müqaviləsinin (müddətinin bitməsinə görə) ləğvi ilə bağlı hər hansı bir rəsmiləşdirmə aparılmamışdır. Əksinə olaraq həmin tarixdən əvvəl, yəni xx.xx.2019-cu ildə Cavabdeh 1/165 nömrəli əmri ilə İddiaçı 2020-ci ilin yanvarın 4-də müddəti bitən əmək müqaviləsi 3 ay uzadılmışdır. Bu hesabla müqavilənin uzadıldığı son müddət olan 04.01. 2021-ci il tarixi də qeyri-iş günü olduğundan, onun ardınca gələn ən yaxın iş günü kimi xx.xx.2021-ci ildə mübahisələdirilən əmr verilmişdir. Belə olan halda, əmək müqaviləsinin müddəti nin 07.01. 2021-ci ildə bitməsi barədə mövqe əsaslı sayıla bilməz.

18. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 8.1, 8.4, 45.4, 47, 73.1 və MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh işçinin əmək münasibətlərinə xitam verilməsi istiqamətində saxtakarlığa yol vermiş, ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına kölgə salmışdır. Hələ üstəlik məhkəmələrdə nümayəndəsi və vəkilinin köməyi ilə ədalət mühakiməsini çaşdırmağa çalışmış, özünün xe yrinə qanunsuz qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanunsuz, əsassız olmaqla vəzifədən sui-istifadə deməkdir. Apellyasiya Məhkəməsi Kollegiyası Əmək Məcəlləsinin 3.3 və 45.1 maddələrinin tələblərini düzgün tətbiq etmişdir. Adları qeyd edilən maddələrin məzmunundan başa düşülür ki, həmin maddələrin düzgün tətbiq edilməsi tələbi imperativ qaydada qanunun özündə öz əksini tapmışdır. Cavabdeh Əmək qanunvericiliyinin tələblərini düzgün yerinə yetirməmiş, işçinin əmək müqaviləsinə qanunun tələblərinin pozulması ilə xitam vermişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

21. M addə 8, hissə 1 və

4. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

22. Maddə 45, hissə

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

23. Maddə 45, hissə

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

24. Maddə 45, hissə

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

25. Maddə 45, hissə

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

26. Maddə 45, hissə

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

27. Maddə Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

28. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

29. Maddə 73, hissə

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

30. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

31. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

32. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun poz ulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

33. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün həmin müqaviləyə xitam verilməsi barədə işəgötürənin əmri qanuni olmuşdur.

44. Kassasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır.

45. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən qeyri- iş gününə təsadüf edən xx.xx.2020-ci ildə əmək müqaviləsinin (müddətinin bitməsinə görə) ləğvi ilə bağlı hər hansı bir rəsmiləşdirmə aparılmamışdır. Əksinə olaraq həmin tarixdən əvvəl, yəni xx.xx.2019-cu ildə Cavabdeh 1/165 nömrəli əmri ilə İddiaçı 2020-ci ilin yanvarın 4-də müddəti bitən əmək müqaviləsi 3 ay uzadılmışdır. Bu hesabla müqavilənin uzadıldığı son müddət olan 04.01. 2021-ci il tarixi də qeyri-iş günü olduğundan, onun ardınca gələn ən yaxın iş günü kimi xx.xx.2021-ci ildə mübahisələdirilən əmr verilmişdir. Belə olan halda, əmək müqaviləsinin müddətinin 07.01. 2021-ci ildə bitməsi barədə mövqe əsaslı sayıla bilməz. Odur ki, hazırda iddiaçının dəlilləri əsassız hesab olunmalıdır.

46. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 47 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il i tarixli, 2(106)-1045/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar