Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4821/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, X9, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə köçürülmə və cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “maddi zərərin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üz rə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, X13 və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağayeva X1 Mehriban Əziz qızına qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh6, Cavabdeh3, X10, Cavabdeh4 və Cavabdeh5 da cavabdehlər qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, cavabdehlərin həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, habelə Cavabdeh1 evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun əvəzinə kommunal xərclərə görə ödədiyi pulun əvəzi qismində 300 manatın İddiaçı xeyrinə tu tulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı X5 saylı evə köçürülməsi, Cavabdeh6, Cavabdeh3, X7, Cavabdeh4 və Cavabdeh5 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd olunması ilə bağlı hissəsinin ləğv edilməsi və həmin hissədə də ilkin iddianın təmin olunması; Cavabdeh1 şikayət verərək qarşılıqlı iddia tələbinin təmin edilmədiyi, eləcə də İddiaçı evə köçürülməsi ilə bağlı hissədə qətnamənin ləğv olunması, ilkin iddia tələbinin həmin h issədə rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər M.Məmmədov, X.Sarıyev, H.Həmidov) 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə həmin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsi müvafiq hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan X5 X11 Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin özünün evə istifadə hüquqlarının itirilməsi və İddiaçı evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişdir. X5 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 28.12.2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 30.12.1995-ci il təvəllüdlü Cavabdeh4 ilə bi rlikdə X5 saylı evə hüquqları tanınmış, Cavabdeh3, Cavabdeh4 və onun həmin evə köçürülmələri qət edilmiş, qətnamə qüvvəyə minərək icraya yönəldilmiş, o, sözügedən evə köçürülmüşdür. Bu baxımdan onun mübahisəsi gedən evə istifadə hüququnun olmasının yenidən sübut edilməsinə ehtiyac yoxdur və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədiyindən birinci instansiya məhkəməsinin onunla bağlı gəldiyi nəticə qanunsuz olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə X5nın apellyasiya şikayəti təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) 24 may 2019-cu i l tarixli qərarı ilə X5nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. X15 apellyasiya şikayəti əsasında təkrar baxılarkən Yasamal Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsindən Cavabdeh4 və Cavabdeh3 da birgə apellyasiya şikayəti vermiş, şikayətlərini X5nın şikayəti ilə bənzər məzmunda əsaslandırmaqla qətnamənin özlərinin evə istifadə hüquqlarının itirilməsi və İddiaçı evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X5 qızı, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X5 saylı iş üzrə 13 oktyabr 2017-cı il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə və onu mübahisələndirilən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh3, X13 və Cavabdeh4 və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın X7, X6 və Cavabdeh3 X5 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair hissəsinin və İddiaçı həmin evə köçürülməsinə dair hissəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ABŞ-ın Şimalı mərkəzi Kollecinin İngi lis dili İnstitutunu bitirmiş, ABŞ, İllionis, X3 X4 proqramın bakalavr dərəcəsinə qəbul olunmuşdur. 2017-ci ilin qış semestrinin əyani şöbəsinə qeydiyyatdan keçmişdir. (03 yanvar 2017 05 mart 2017) və 2017-ci ilin yaz semestrinin əyani şöbəsinə qeydiyyatdan keçmişdir (27 mart 2017- 07 iyun 2017). 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2-ci bəndinə əsasən, işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində başqa yerə gedən vətəndaşların yaşayış sahəs i daha uzun müddət saxlanır. Cavabdeh4 qanunla müəyyən edildiyindən daha uzun müddət X5 saylı evdə yaşamaması onun başqa yaşayış məntəqəsində əyani təhsil alması ilə əlaqədar olduğundan yaşayış sahəsi daha uzun müddət saxlanır. Yasamal Rayon Məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 30 dekabr 1995-ci il tarixdə anadan olmuş qızı Cavabdeh4 ilə birlikdə X3saylı evə hüquqları tanınması və onların X3saylı evə dair istifadə hüququna malik olması müəyyən edilərək həmin əsasa görə göstərilən evə köçürülmələri müəyyən edildiyindən, göstərilən məhkəmə qətnaməsi hazırda da qanuni qüvvədə olmaqla işdə iştirak edən şəxslərə aid olduğundan L.Abbasovanın, Cavabdeh4 və Cavabdeh3 mübahisəli evə istifadə hüquqlarının olması faktı yenidən mübahisələndirilə bilməz v ə həmin fakt yenidən sübut edilməməlidir (AR MPM-nin 82.3-cü maddəsi). Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, Yasamal Rayon Məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş L.Abbasovanın, Cavabdeh4 və Cavabdeh3 X3saylı evə dair istifadə hüququna malik olmasına dair göstərilən faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil kassasiya şikayətinin m əzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X5 saylı ev əvvəllər X2 adlı şəxsin mülkiyyətində olsa da, 01.08.1931-ci il tarixdə Dövlət mənzil fonduna keçmiş və sonradan Cavabdeh1 atasına ayrılmış, onun ölümündən sonra, Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 saylı 11.04.1987-ci il tarixli qərarına əsasən evə dair icarə müqaviləsi mərhumun arvadı Cavabdeh5 ilə bağlanılmış, Cavabdeh5 17.12.2001-ci il tarixdə vəfat etmiş, bundan sonra evə onun övladları X5(İddiaçı əri, Cavabdeh1 isə qardaşı) və Cavabdeh1 sahiblik etmiş, X527.07.2004cü il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, sonuncu, mübahisəsi gedən evə köçmüş, o və Cavabdeh1 həm sözügedən evdə, həm də digər yerlərdə yaşamış, sonradan onların arasında evlə bağlı mübahisə y aranmış, Bakı Apellyasiya Məhkəməsinin 13.12.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı evə (yaşayış sahəsinə) istifadə hüququ tanınmışdır. Cavabdeh3 Sərvər Ağayevlə 29.03.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan Lalə və Cavabdeh4lar dünyaya gəlmiş, onların nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.05.2004-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin məhkəmənin 28.12.2004-cü il tarixli qətnaməsi ilə isə, Cavabdeh3 30.12.1995-ci il təvəllüdlü Cavabdeh4 ilə birlikdə X5 saylı evə hüquqları tanınmış, Cavabdeh3, Cavabdeh4 və onun həmin evə köçürülmələri qət edilmişdir. Cavabdeh3 və Cavabdeh4 Yasamal Rayon Məhkəməsinin 28.12.2004-cü il qətnaməsi əsasında mübahisəsi gedən evə pasport qeydiyyatına alınmış, lakin nə onlar, nə də X5 (Abbasova) oraya köçürülməmiş (orada yaşamam ış), Cavabdeh3 təxminən 2013-cü ildə ailə quraraq X5 daimi yaşamaq üçün getmiş, X5 isə ailə həyatı quraraq ər evinə köçmüşdür, X5nın (Abbasovanın) Yasamal RPİ-nin 27-ci PB-də 18.06.2019-cu il tarixdə verdiyi izahata görə o, anası Mehriban və bacısı Ləman sözügedən evdə (X5 saylı evdə)15 ilə yaxındır ki, yaşamırlar. İşin müəyyən olunan həmin halı, yəni apellyatorların uzun müddətdir mübahisəsi gedən evdə yaşamadıqları Yasamal Rayon Məhkəməsinin 28.12.2004-cü il qətnaməsi ilə təsdiq olunur, həmin işə baxılarkən Cavabdeh3 bildirmişdir ki, X5onları Səbail rayonu ərazisində yerləşən evə köçürmüş, sonradan X5 saylı evə qayıtmaq istəsələr də, onları evə buraxmamışlar (iş səh. 304). Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 60 saylı MKİSnin məktubunda da apellyatorla rın mübahisəsi gedən evdə yaşamadıqları göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. Bu mənada kollegiya hesab etmişdir ki, nə Cavabdeh3 ailə qurub ABŞ-a gedərkən, nə Cavabdeh4 onunla birlikdə həmin ölkəyə, nə də X5nın ailə qurub ər evinə gəlin köçərkən mübahisəsi gedən evə gəlmək niyyətində olduqları inandırıcı deyildir və onlar bu yaşayış sahəsi ilə ba ğlı qaldıqlarını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Göstərilən meyarlar nəzərə alındığında apellyatorlar mübahisəli evdən daimi yaşamaq üçün (Cavabdeh3 və X5 ər evinə ərlərinin ailə üzvü kimi, Cavabdeh4 isə başqa ölkəyə yaşamaq üçün) köçüb getmişlər və köçüb getdikləri vaxtdan itirilmiş hesab olunan istifadə hüquqları bərpa oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsi ndə digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Məhkəmə kollegiyası hesab edir ki, kassatorların mübahisəsi gedən evə köçürülmələri barədə məhkəmə qətnaməsi olmasına və oraya pasport qeydiyyatına alınmalarına baxmayaraq onların həmin evə bu müddət ərzində köçməməsi və orada yaşamaması, Cavabdeh3 təxminən 2013-cü ildə ailə quraraq qızı Ləmanla birlikdə X5 daimi yaşamaq üçün getməsi, X5nın isə ailə həyatı quraraq ər evinə köçməsi onların mübahisəli evdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getməsini təsdiq etdiyindən keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların hazırki işdə mövcud olduğunu göstərir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassatorların mübahisəli mənzilə istifadə hüququnun tanınma sı barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin olması həmin qətnamə ilə tanınmış istifadə hüququnun sonradan başqa əsaslarla itirilməsinə mane ola bilməz. Həmçinin Cavabdeh4 hazırda xaricdə təhsil alması onun anası ilə birlikdə 2013-cü ildə X5 köçənədək mübahisəli evdən istifadə etməməsinə görə hüququnun itirilməsi üçün maneə törətmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin araşdırılmış hallarına uyğun olmaqla əsaslıdır. Kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsas ən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh3, X13 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4821/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4821/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver