Məhkəmə qərarları › İş №2(102)-4821/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4821/2021

07.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4821/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi mülkiyyətdə olan evdən qanunsuz yaşayan şəxslərin çıxarılması və evin boşaldılaraq əməli istifadəyə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2020-ci il tarixli, 2(105)-533/2021 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmi ş kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Pirəkəşkül kəndi, B.Quliyev küçəsində yerləşən 12 saylı ev İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı iddiaçı aldıqdan sonra cavabdehlərdən mülkiyyətində olan evi tərk etməklərini tələb etsə də, cavabdehlər mənzildə yaşamaqda davam etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı şəxsi mülkiyyətdə olan evdə qanunsuz yaşayan şəxslərin çıxarılması və evin boşaldılaraq əməli istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh kimi yazılmış “Cavabdeh4” cavabdeh “X3” kimi qəbul etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlunun, Cavabdeh3, X2, Cavabdeh5 və həmin evdə yaşayan digər sakinlərin azyaşlı uşaqları və əmlakları ilə birlikdə ona məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi, B.Quliyev küçəsində yerləşən 12 saylı evdən çıxarılmaları və həmin evin boşaldılaraq onun əməli istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev ünvan 1 ünvanında yerləşməklə, üzərində mülkiyyət hüquqları onun adına qeydə alınmış və adına RX seriyalı, ******* nömrəli çıxarış da verilmişdir. Evi onun mülkiyyətçisi olmuş X1 29 mart 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən almış, lakin o, sonradan bu evi boşaldaraq ona təhvil vermədiyi üçün aralarında məhkəmə mübahisələri yaranmış, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 30.11.2017-ci il tarixli yekun qərarına əsasən onun bu evdən çıxarılması barədə iddiası üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və 26.11.2019-cu il tarixdə Abşeron rayon İcra şöbəsinin icra məmurları Ə.Əmirovun həmin evdən çıxarılması barədə qətnaməni icra edərkən həmin evdə onun qohumları olan başqa şəxslərin- cavabdehlərin uşaqları ilə birlikdə yaşadıqlarını müəyyən etmiş və bu barədə akt tərtib olunmuşdur. Halbuki, evi alan zaman onlar bu evdə yaşamamışdırlar. Hazırda isə bu şəxslər ona mə xsus olduğunu bilsələr də, könüllü olaraq evi boşaltmırlar.

4. Abşeron Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlunun, Cavabdeh3, X2, Cavabdeh5 və həmin evdə yaşayan digər qohumları azyaşlı uşaqları və əmlakları ilə birlikdə İddiaçı məxsus Abşeron rayonu, Pirəkəşkül kəndi, B.Quliyev küçəsində yerləşən 12 saylı evdən çıxarılması, həmin ev boşaldılaraq iddiaçının istifadəsinə verilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehlərin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə ca vabdehlər maneçilik törədir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehlərin iddiaçının evində yaşamaları qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır. 6.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən digər sakinlərin çıxarılması tələbi onun özünün izahatında bildirdiyi kimi, cavabdehlərin və onların qohumlarının çıxarılması kimi nəzərdə tutmuşdur. Ona görə də məhkəmə iddia tələbindəki “sakinləri sözünün cavabdehlərin qohumları” kimi nəzərə alınmasını iddia tələbində daha əsaslı və anlaşılan hesab etmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 60-cı maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansi yası məhkəməsindəki icraat

8. Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2020-ci il tarixli, 2(105)-533/2021 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdehlərin həmin mənzilə istifadə hüququ rəsmiləşdirilməmişdir. Hazırda onların mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmla k üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalmaları, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri

12. Cavabdeh5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi cavabdehlərin iştirakı olmadan keçirilmiş və qətnamə qəbul edilmişdir. Abşeron rayonu, Pirəkəşkül kəndi, B.Quliyev küçəsində yerləşən 12 saylı ev İddiaçı Əlirza qızının mülkiyyətində olsa da hal-hazırda cavabdehlər mübahisəli evdə yaşayır. Maddi imkanları zəif olduğu üçün ayrı bir evə çıxa bilmirlər. Mübahisəli evdən çıxsalar da, gedəcəkləri bir yer yoxdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh5 məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuş, yalnız iddiaçı tərəfin iza hatını nəzərə almaqla və qanunvericilik normalarını sadalamaqla kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 16.Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnu n anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqd an sui-istifadə olmasın 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya i nstansiyası məhkəməsi aktı Cavabdeh5 aid hissədə mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ normasının məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.

25. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mül ahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

26. Kassasiya kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, 03 mart 2021-ci il tarixli məhkəmə iclası cavabdehlərin iştirakının təmin edilməsi məqsədilə təxir ə alınmış və bu barədə kassatora lazımi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

27. Kassasiya kollegiyası hansı halları əsas götürdüyünü əsaslandırdığından cavabdehlərin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalmaları, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüq uqundan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçının haqlı olması ilə bağlı gəldiyi qənaətlə razılaşır. 28.Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh5 məhkəmə müdafiəsi hüququnun kobud şəkildə pozulduğunu, yalnız iddiaçı tərəfin izahatının nəzərə alınmaqla və qanunvericilik normalarının sadalanmaqla kifayətlənildiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.

29. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 30.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2020-ci il tarixli, 2(105)-533/2021 saylı qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar