Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4823/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı X1 vəkili X3 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12074/2018 nömrəli iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin (hakim Teymur Qurbanov) 12 sentyabr 2018-ci il tarixli, 2(002)-2869/2018 saylı qətnaməsi ilə İd diaçı İKB Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ünvan-dən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İKB Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan-dən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 16 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən ünvan-ə tələb yönəldilməklə cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. Əmlaka dair İddiaçı İKB-nin mülkiyyət hüquqları 17 iyun 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mənzil bankın mülkiyyətinə keçsə də, cavabdehlər həmin evdə yaşamaqda davam edirlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi kollegiyasının 11 dekabr 2018-ci il t arixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. mülki Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara, tam, hərtərəfli və obyektiv baxmamışdır. Tərəflərin izahatları: İddiaçı X1 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hü quqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 16 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 13791 ABŞ dolları əsas borcun, 2848 ABŞ dolları faiz borcunun, 138 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 16777 ABŞ dolları (Azərbaycan manatı mə zənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumu məbləğindən 32 manatın İddiaçı İKB-nin xeyrinə tutulması, Cavabdeh1 məxsus ünvan ilkin satış qiymətinin 28000 manat müəyyən olunmaqla ixtisaslaşdırılmış açıq hərracdan satılması və borcun ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ İddiaçı İKB-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh1 tutulması, mənzilin satışından əldə edilmiş məbləğ İddiaçı İKB-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 ünvan-ə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İşdə olan 02.05.2018-cı il tarixli, seriya RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan İddiaçı İKB AS C-nin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Qaradağ rayon MKTB-nin 28 yanvar 2015-ci il tarixli arayışına əsasən, ünvan-də Cavabdeh1, Cavabdeh2 və X2 qeydiyyatda olmaqla yaşayırlar. Mübahisəli ev iddiaçı bankın mülkiyyətində olduğundan sonuncuların mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olsa da, həmin yaşayış sahəsi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsi istiqamətində açıq hərraca çıxarılmış, nəticədə iddiaçı onu əldə etmiş, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. «İpoteka haqqında» Qanunun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və y a mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb olunaraq baxış keçirilmiş Bakı şəhəri Qaradağ rayonu məhkə məsinin icraatında olmuş 2(002)-4955/2015 saylı mülki işin materiallarına əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 mülkiyyətçi kimi mənzili ipoteka müqaviləsi üzrə aldığı kreditin qaytarılması üçün ipoteka qoymuş, digər Cavabdeh2 notariat qaydasında təsdiq olunmuş ərizə ilə ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür. İpoteka qoyulmuş əmlak qətnamənin icrası qaydasında iddiaçının mülkiyyətinə keçmiş, lakin cavabdeh tərəf ən geci bir ay ərzində mənzili tərk etməmişdir. Eyni zamanda, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 16 noyabr 2015-ci il tarixli qətnaməsindən göründüyü kimi, cavabdehlərin ipoteka predmeti olmuş mənzildən istifadə hüquqlarına da xitam verilmişdi r. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanuni əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məh kəmə təqdim edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra olunmamasını ölkədə baş vermiş devalvasiya və maddi çətinliklərdə əlaqədar olmasını göstərmişdir ki, həmin məsələlərə də artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir (həmin dəlillər hazırki iş üzrə iddianın predmeti ilə uzlaşmır). Apellyasiya instansiyası məhkəməsi formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası nın 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12074/2018 nömrəli iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4823/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4823/2019
24.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver