Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4823/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və üçüncü şəxs X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(105)-1226/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdehin qızı X2 1999-cu ildə nikaha girmiş və bu nikahdan 3 uşaqları doğulmuşdur. Lakin hazırda onların nikahları pozulmuşdur. İddiaçı ilə cavabdehin qızı birgə nikahda olan vaxt Abşeron rayonu Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Evin üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Lakin iddiaçı tərəfindən işə əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 15 dekabr 2006-cı il tarixli, 04 saylı qərarına əsasən X3 600 manata 1000 kv.metr torpaq sahəsi satılmışdır. 10 iyun 2020-ci il tarixli, AR-İİ 063303 saylı etibarnamə ilə X5 ona ayrılmış 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsinə dair özəlləşdirmək üçün sənədlər toplamaq, bu sahəyə dair müavfiq sənədlər almaq və aldıqdan sonra oraya sərəncam vermək və s. səlahiyyətlərini İddiaçı vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı evdən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı ev onun mülkiyyətindədir və öz vəsaiti hesabına tikilmişdir. Qayınanası Cavabdeh keçən il həmin evə qonaq kimi gəlmiş, lakin bir daha evdən çıxmamışdı r. İddiaçının evdən çıxma tələbinə əməl etməyən cavabdeh ailədaxili münaqişələrin yaranmasına səbəb olur və iddiaçının öz mülkiyyət hüquqlarını həyata keçirməyinə imkan vermir. Son aylar cavabdeh ümumiyyətlə iddiaçının həmin fərdi yaşayış evindən istifadəsinə maneələr törədir.
4. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsi ilə (sədrlik edən C.Səfiyeva) iddia təmin edilmiş, Cavabdeh İddiaçı aid olan Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı tikilidən çıxarılması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhr um edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.
6. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan həmin yaşayış evi İddiaçı məxsus olduğundan, Cavabdeh həmin fərdi yaşayış evindən istifadə hüququ verilmədiyindən və ya belə bir hüquqa malik olmadığından iddia tələbi əsa slı olmaqla təmin edilməli və Cavabdeh Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı tikilidən çıxarılmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(105)-1226/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(01 2)-744/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki halda, Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abdullayev küşəsində, dalan 2 ünvanındakı 5 otaqlı fərdi yaşayış evinə dair İddiaçı kommunal xərclər ödəməsindən, onda 10 iyun 2020-ci il tarixli, AR-İİ 063303 saylı etibarnamənin olması faktından, yəni hüquqdan sui-istifadə etməsi Cavabdeh güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verilməmişdir. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini 10.11.2020-ci il tarixdə rəsmi qaydada almışdır. Bundan sonra həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayətini 10.12.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayət i geri qaytarılmışdır. Bu qərardaddan şikayət etməyən cavabdeh 06.01.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi üçün 10 manat dövlət rüsumu ödəyərək, Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayətini 12.01.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Beləliklə, 1) apellyasiya şikayəti aidiyyəti məhkəməyə ünvanlanmamışdır; 2) apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması ilə və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə olmadan verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh və üçüncü şəxs X2məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir.
15. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edil ə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzi fələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə tə crübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiy a şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının və onun vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
24. Belə ki, baxılan mübahisə mənzil hüququ ilə bağlıdır və iddia tələbi mənzil hüququnu tənzimləyən müddəalar əsasında həll olunmalıdır.
25. Mənzil hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 3-cü hissəsində neqativ formada ifadə olunaraq (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Ağalarovun ş ikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli qərarı) göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
26. Həmin maddənin İİ hissəsi mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin ikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1-ci maddəsinə görə mənzil hüququ dedikdə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqlar başa düşülür.
28. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, ha belə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizli kləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
29. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43cü maddəsində müəyyən edilmiş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquq larla təmin olunur.
30. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi dedikdə, hər kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.
31. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmu ş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
32. Bu cür müdafiə üsullarından biri kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.
33. Bu normalar baxımından işin halları araşdırıldıqda görünür ki, iddiaçının yaşadığı mənzil özbaşına tikinti olmasına baxmayaraq, onun həmin torpaq sahəsindən istifadə üzrə ilkin sənədlər vardır. Tam legitimliyi müəyyən olunmasa da, iddiaçı bu sənədlərə əsaslanmaqla, evə gözlənilən hüquqlara ümid edir. Lakin cavabdehin evdən fasiləsiz istifadə etməsinə əsas verən hər hansı sübut təqdim olunmamışdır. Cavabdehin evdən çıxarılması t ələbinə hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi tam aydın deyil. İddiaçının cavabdehdə evdən istifadə etməsinə güvən yaradan rəftarı, iddiaçının öz mənzilindən qanunla nəzərdə tutulmuş hüquqlarına xələl gətirəcək dərəcədə əsas sayıla bilməz.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, torpaq sahəsi və ev iddiaçı və cavabdehin qızının iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, cavabdeh də bir neçə müddətdir ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır.
35. Nəzərə alınmalıdır ki, əmlaka hər hansı maraq onun hüquqi əsasları baxımından qanuni sayıla bilər. Əvvəla cavabdeh yaşadığı Masallı rayonun Qızılağac kəndindən gəlib mübahisəli yaşayış sahəsində yaşamasını iqtisadi maraqla deyil, qızını iddiaçının zorakı hərəkətlərindən qorumaq məqsədi ilə əlaqələndirib.
36. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 09 aprel 2021-ci il tarixli, 2(105)-1226/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.