Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4824/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3780/2019 nömrəli iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Ra yon Məhkəməsinin (F.X.Mirzəyev) 29 noyabr 2018-ci il tarixli, 2(007)4259/2018 nömrəli qətnaməsi ilə ərizəçinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsi, ərizəçinin 16 yanvar 1984-cü il tarixdən 1994-cü il martın sonuna qədər Naxçıvan Avtonəqliyyat Müəssisəsinin Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) 2(103)-3780/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(007)-4259/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 6 yanvar 1984-cü il tarixdən 1994-cü ilin martın sonuna qədər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Avtonəqliyyat Müəssisəsinin Taksimotor Parkında taksi maşınının sürücüsü işləmişdir. Bu barədə müvafiq arxiv arayışı almışdır. Lakin əmək vəzifələrinin icrasını əks etdirən əmək kitabçasını itirmişdir. Buna görə də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən 126.95 manat məbləğindən artıq məbləğdə pensiya pulu hesablanmır. Taksi sürücüsü işlədiyi Naxçıvan Avtonəqliyyat Müəssisəsinin Taksimotor Parkı 1994-1995-ci illərdə ləğv edildiyindən orada işlədiyini təsdiq edən əmək kitabçasının dublikatını almaq mümkün deyildir. Göstərilənlərə əsasən, onun 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin martın sonuna qədər Naxçıvan Avtonəqliyyat Müəssisəsinin Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA Ş İKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3780/2019 nömrəli iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxsl ər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3780/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, kassasiya şikayəti təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, ərizəçi 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin martın sonuna qədər Naxçıvan Avtonəqliyyat Müəssisəsinin Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsi faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, 6 yanvar 1984-cü il tarixdən 1994-cü ilin martın sonuna qədər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Avtonəqliyyat Müəssisəsinin Taksimotor Parkında taksi maşınının sürücüsü işləmiş, bu barədə müvafiq arxiv arayışı almış, lakin əmək vəzifələrinin icrasını əks etdirən əmək kitabçasını itirmiş və buna görə də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən 126.95 manat məbləğindən artıq məbləğdə pensiya pulu hesablanmır. İş materiallarında olan 28.11.2007-ci il tarixli 14/890 nömrəli arxiv arayışından görünür ki, ərizəçi 16 yanvar 1984-cü il tarixdə 03 nömrəli əmrlə taksi maşınına sürücü qəbul edilmiş, lakin işdən çıxma əmrinə rast gəlinməmişdir. Əmək haqqı cədvəllərində 1984-cü ilin yanvar ayından 1994-cü ilin mart ayı daxil olmaqla əmək haqqı alması sənədlərdə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nizami Rayon Şöbəsinin ərizəçiyə ünvanlandığı 20 iyun 2018-ci il tarixli 15/2855 saylı məktubunda göstərilir ki, ərizəçiyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən 7 il 7 ay 28 gün təşkil edərək fərdi hesabının sığorta hissəsində yığılmış 10460.03 manat kapitalına görə 126.95 manat hesablanaraq hər ay kart hesabına ödənilir. Təqdim olunan əmək stajı barədə arxiv arayışları əmək kitabçasında əksini tapmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 307.2.11-ci maddəsinə əsasən, məhkəmə q anunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, b elə qeydə alınma üçün əsasdır. Qanunvericiliyə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır. - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir. - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir. - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəy yən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəçinin 16 yanvar 1984cü il tarixdən 1994-cü ilin mart ayı daxil olmaqla Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Avtonəqliyyat Müəssisəsinin Taksimotor Parkında taksi maşınında sürücü vəzifəsində işləməsi 28.11.2007-ci il tarixli 14/890 nömrəli arxiv arayışı ilə təsdiq olunduğu halda onun taksimotor Parkında taksi maşınının sürücüsü işləməsi barədə ərizəyə məhkəmədə baxılmalı olmamasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 261.0 və 261.0.1 maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata xitam verilmə si işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığı və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunveriilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. İşin məhkəmədə baxılmalı olmaması işin ümumiyyətlə məhkəməyə aid olmadığını və məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə apellyasiya icraatı qaydasında baxılarkən prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən apelyasiya məh kəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin normaya əsasən isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3780/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4824/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4824/2019
09.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver