Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4825/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1268/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikay əti üzrə işə 26 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışması faktının müəyyən edilib təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(060)-3420/2022 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) ərizənin qismən təmin edilməsi, Ərizəçi 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
3. Ərizəçi apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Maraqlı şəxs də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(105)-2220/2022 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi)s, L.M.Məmmədova və T.O. Quliyev) Ərizəçi apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(060)-3420/2022 saylı qətnaməsi qismən ləğv edilmiş, Ərizəçi 2002-ci ilin may ayından 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktı müəyyən edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
6. Maraqlı tərəf kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1095/2023 nömrəli qərarı ilə (hakimlər A.Q.Hüseynov (məruzəçi), Ə.G.Nurməmmədov və Z.B.Babayev) kassasiya şikayəti qismən təmin edi lmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(105)2220/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(105)-1268/2023 saylı qərardadı ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.M.Süleymanova) apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi ə həmiyyətli faktın müəyyən olunması” tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilmiş və ərizəçiyə izah edilmişdir ki, qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə ərizəçi 2002-ci il may ayından 2009-cu il dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktının müəyyən olunmasını xahiş edir. Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsini işlədiyi barədə sənədləri əldə edə bilməməsi ilə əsaslandırmış, lakin müəyyən edilməsini xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, o cümlədən əvvəllər işlədiyi hüquqi şəxsin sənədlərin saxlanmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 01 iyun 2023-cü il tarixli məktubuna görə, xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) ləğv olunması və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin əvvəllər işlədiyi hüquqi şəxsin mövcud olması (hətta həmin şəxsin ləğv prosesində olması, yaxud fəaliyyətini müvəqqəti dayandırması) hazırkı ərizə üzrə xüsusi icraatın həyata keçirilməsini istisna edir. Belə olan halda hüquqi pozulmuş şəxs müvaf iq hüquqi şəxsə (onun idarəetmə orqanlarına və ya səlahiyyətli şəxsinə) müraciət edərək pozulmuş hüququnun aradan qaldırılmasını tələb etməli, zərurət olduqda isə müvafiq vəzifələrin həmin şəxslərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Lakin, hazırkı iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi barədə qənaətə gəlmək mümkün olmadığı halda birinci instansiyası məhkəməsi ərizəyə mahiyyəti üzrə qiymət verərək, yekunda ərizəni təmin etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1, 391-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
13. Ərizəçi (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iş üzrə icraatın davam edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2002-ci ilin may ayından 2009cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışmışam (müvafiq Şirkət Bakı şəhərində tikinti işləri aparırdı). Daha sonra İİ qrup əlillik dərəcəsi almışam (03 iyul 2014-cü ilədək). 2019-cu ildən hal-hazıradək X1 çalışıram. Bütün bu qeyd etdiklərim Əmək kitabçam və E-sosial saytından əldə etdiyim elektron arayışdan görmək mümkündür. Ancaq mənim güzəştli şərtlərlə 2006-cı ilə qədər olan illər əmək kitabçamda 17 il 7 aydan çoxdur. Yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyim illərin ə mək kitabçama yazılmamasının səbəbi “Azərkimya” İB-nın “Üzvisintez” zavodunun arxivindən əmək kitabçamın ala bilməməyim idi. Ərizəçi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə "xxxx" MMC-nin fəaliyyət göstərib göstərməməsi və ya ləğv edilməsi barədə məlumat alınması məqsədi ilə sorğu verilmişdir. Lakin, cavab olaraq bildirilmişdir ki, sorğu olunan orqanda bununla bağlı məlumat mövcud deyil. Daha sonra ərizəçi məhkəməyə vəsatət verərək tələb olunan məlumatların aidiyyəti dövlət orqanından (İN DVX MGBİ) "xxxx" MMC-nin fəaliyyəti barədə məhkəmə sorğusunun verilməsini xahiş etmişdir. Lakin, məhkəmə vəsatətə heç bir hüquqi qiymət vermədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdi r. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələbl ərinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1268/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab e dilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Ərizəçi, apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfində n mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
21. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. Ərizəçi, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, i ş üzrə icraata xitam vepilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, hazırkı iş üzrə ərizəçi 2002-ci il may ayından 2009-cu il dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi, xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsini işlədiyi Cəmiyyət ləğv olunduğu üçün, lazımı sənədləri başqa qaydada əldə edə bilməməsi ilə əsaslandırmışdır. Lakin, ərizəçi sözügedən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, habelə əvvəllər işlədiyi qeyd olunan Cəmiyyətdə sənədlərin saxlanılmamasını təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir.
24. Əksinə, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 01 iyun 2023-cü il tarixli arayışına görə, xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) ləğv olunması və hüquqi varisliyi barədə Qeydiyyat orqanında hər hansı məlumat aşkar edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb, ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, ərizəçinin əvvəllər işlədiyi hüquqi şəxsin, yəni "xxxx" MMC-nin mövcud olması (hətta həmin şəxsin ləğv prosesində olması, yaxud fəaliyyətini müvəqqəti dayandırması) hazırkı ərizə üzrə xüsusi icraatın həyata keçirilməsini istisna edir. Belə o lan halda hüquqi pozulmuş şəxs müvafiq hüquqi şəxsə (onun idarəetmə orqanlarına və ya səlahiyyətli şəxsinə) müraciət edərək pozulmuş hüququnun aradan qaldırılmasını tələb etməli, zərurət olduqda isə müvafiq vəzifələrin həmin şəxslərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Lakin, hazırkı iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi barədə qənaətə gəlmək mümkün olmadığı halda, birinci instansiyası məhkəməsi ərizəyə mahiyyəti üzrə qiymət verərək, yekunda ərizəni təmin etmişdir.
26. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hes ab edir ki, ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(105)-1268/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.