Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4826/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkiliVəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2018-ci il tarixli, 2(006)- *****/2018 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək,Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17567,67 ABŞ dolları əsas, 10735,04 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, xx xxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 339 ABŞ dolları məbləğində əldən çıxmış fayda, ümumilikdə 28841,71 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutulması, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ************* saylı xx xxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhər Nəsimi rayon ***************************** nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB ASC-yə olan borcunun ödənilməsi, satışdan əldə edilən pul vəsaiti qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) xx.xx.2019-cu il tarixli, 2(103)-***** /2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-*****/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin «tutmanın ************** saylı xx xxxxx 2015-ci il taixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayon ****************************** nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB ASC-yə olan borcunun ödənilməsi» hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi, tutmanın ********************* saylı xx xxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış e dən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayon ******************* nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 64000 manat olmaqla açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB ASC-yə olan borcunun ödənilməsi, Cavabdeh1 münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ər izəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17567,67 ABŞ dolları əsas, 11344,09 ABŞ dolları faiz borcu, 1594,64 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 30506,4 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ******************** küçəsində yerləşən 2 otaqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayış, 13.4 kv.m yardımçı sahədən ibarət ***** nömrəli evin ***** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, ***************** küçəsində yerləşən 2 ot aqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayış, 13.4 kv.m yardımçı sahədən ibarət **** nömrəli evin **** nömrəli mənzilinin satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, *************** küçəsində yerləşən 2 otaqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayış, 13.4 kv.m yardımçı sahədən ibarət **** nömrəli evin **** nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, *************** küçəsində yerləşən 2 otaqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayış, 13.4 kv.m yardımçı sahədən ibarət **** nömrəli evin **** nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı İKB ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17567,67 ABŞ dolları əsas, 10735,04 ABŞ dolları faiz borcu, 2038,72 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 339,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 30681,03 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 mana t xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, *************** yerləşən 2 otaqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayış, 13.4 kv.m yardımçı sahədən ibarət **** nömrəli evin ***** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, ******** küçəsində yerləşən 2 otaqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayış, 13.4 kv.m yardımçı sahədən ibarət ***** nömrəli evin **** nömrəli mənzilinin satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, *********** küçəsində yerləşən 2 otaqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayı ş, 13.4 kv.m yardımçı sahədən ibarət **** nömrəli evin **** nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, *********** küçəsində yerləşən 2 otaqlı, 41 kv.m ümumi, 27.7 kv.m yaşayış, 13.4 kv.m yardımçı sahədən ibarət ***** nömrəli evin ***** nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki,məhkəmə sübutlara qiymət verərkən araşdırmanı tam həyata keçirməmişdir. Belə ki, məhkəmə borcu müəyyən edə rkən yalnız iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır. Belə ki, işin faktiki hallarında da qeyd edildiyi kimi, Cavabdeh1 tərəfindən 8575 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ancaq nədənsə ödənilən məbləğin yalnız 4933 ABŞ dolları məbləğində vəsaiti əsas borcun silinməsinə yönəldilmişdir. Qalan 3642 ABŞ dolları məbləğində borc faiz borcundan silinmişdir. Halbuki edilən ödənişlər uzun müddətli fasilələrlə deyil, yaxın zaman aralıqlarında edilmişdir. Belə olduğu halda, 3642 ABŞ dolları məbləğində vəsaitin faiz borcunun silinməsinə yönəldilməsi olduqca əsassızdır. Belə ki, iddiaçı tərəf annuitet qayda tətbiq edərək, ödənişlərin edilməsi qaydasını müəyyən etmişdir. Belə ki, annuitet ödənişi -kreditə görə borcların geri qaytarılmasını aylıq bərabər məbləğli ödəniş üsulud ur, özündə həm hesablanmış faizi, həm də əsas məbləğ hissəsini əhatə edir. Onun özəlliyi ondadır ki, müddətin əvvəlində faizlərin məbləği daha böyükdür (onlar qabaqcadan ödənilir), əsas məbləğin ödənilən hissəsi isə az olur. Beləliklə, göstərilən qaydadan da aydın olur ki, iddiaçı tərəfin iddia etdiyi kimi, ödəniş edilərkən əgər həmin ödəniş aylıq ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdən azdırsa, bütün məbləğ faiz borcuna yönədilməməlidir. Yəni kreditor ödənilmiş məbləği proposianal qaydada bölərək həm əsas borca, həm də faiz borcuna yönəltməlidir. Lakin işin faktiki hallarından aydın olur ki, iddiaçı tərəf əsas və borcu silərkən qaydaları gözləməmiş faiz borcunu daha artıq silmişdir. Həmçinin qeyd edilməlidir ki, ödəniş cədvəli üzrə aylıq ödənişlərin ödənilməsinin stabilliyi pozulduqd an sonra cavabdeh tərəfindən 2175 ABŞ dolları ödəniş edilmişdir ki, həmin ödəniş də faiz borcundan silinmişdir. Göstərilənlərə əsasən onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili Vəkil1 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab e dir. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya icraatı zamanı cavabdeh tərəfin apelyasiya şikayətinin dəlillərini aydınlaşdırmaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməs i üçün qiymətləndirmə rəyi alınmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli ******** saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 30.018,14 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən əsas borc üzrə 17751,27 ABŞ dollar, faiz borcu üzrə 12266,77 ABŞ dolları müəyyən olunur. X2 xx xxxxx 2019-cu il tarixli rəyi ilə ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayon ******** küçəsində yerləşən **** nömrəli evin ***** nömrəli mənzilin bazar dəyərinin 64.000 olması müəyyən edilmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf tələb olunan borc məbləğinin düzgün hesablanmadığı göstərir, faiz və cəri mə borcunun tutulması hissəsində iddianın rədd olunmasını xahiş edir. Həmin dəlillərin aydınlaşdırılması üçün məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuş borc məbləği iddia tələbində göstərilən və tələb olunan borc məbləğindən artıq hesablanmışdır. Belə olan halda cavabdeh tərəfin göstərdiyi kimi borc məbləğinin daha az məbləğdə olması müəyyən olunmur. Apelyasiya kollegiyası hesab etmişdir ki, ipoteka (girov) müqaviləsi ilə təmin edilmiş öhdəliyin borclu tərəfindən lazımi qaydada icra edilmədiyi müəyyən olunduğuna görə tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Lakin qanunda nəzərdə tutulduğundan, ipoteka predmetinin ilkin satış qiyməti də müəyyən edilməlidir. L akin birinci instansiya məhkəməsi tələbin əmlaka yönəldilməsi məsələsini həll etsə də ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən isə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsini maddi hüquq normasının pozulması kimi qeyd edir və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin əmlaka yönəldilməsi hissəsində ləğv olunmalı olması nəticəsinə gəlinməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə mün asibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində də apelyasiya şikayətində olduğu kimi, borcun düzgün hesablanmadığını göstərsə də, iş materiallarından görünür ki, cavabdehin bu dəlili əsasında apelyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, əldə edilmiş ekspert rəyi ilə cavabdehin dəlili təsdiqini tapmamışdır. Hazırki halda da cavabdeh borcun düzgün hesablanmamasına dair hər hansı sübuta istinad edə bilməmişdir. Kasasiya yoxlaması zamanı isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqa vilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutman ın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti t əmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4826/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4826/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver