Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4826/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “törədilən maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1820/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsi, 1-ci döngə, 42 saylı torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. 2. ünvan 1 ünvanla Neftçilər küçəsi, 67-ci ev) Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı2-in (daimi yaşayış icazəsi № 0019250) mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, habelə həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkmələrinə mane olmamaq vəzifəsinin Cavabdeh üz ərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-94/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkməsinə mane olmamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126,14 (bir yüz iyirmi altı manat on dörd qəpik) manatın Cavabdeh tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr Xidmətinin hesabına keçirilməsi, ekspertiza tədq iqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 157.4, 170.1, 170.2, 171.1, 170.2, 171.1, 171.2, 176.2, 560 maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəm əsi) 2(103)-1820/22 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir
8. Apellyasiya instansiya məhkəməsi iş materiallarına, sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçılara məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qonşuluqda yerləşir. Həmin ərazinin relyefi yamac tiplidir, iddiaçılara məxsus torpaq sahəsi yamacın yuxarı hissəsində, cavabdehin istifadəsində olan torpaq sahəsi isə aşağı hissədə yerləşir. İddiaçılara məxsus torpaq sahəsinin üst qatı tökmə torpaq sahəsindən ibarət olduğundan orada torpaq sürüşməsi təhlükəsi vardır və bu məqsədlə həmin torpaq sahəsində bərkitmə işlərinin aparılması zəruriliyi mövcuddur. Həmçinin müəyyən edilmişdir ki, bu məqsədlə inşa edilməli olan istinad divarının bir hissəsi iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə düşsə də, digər hissəsi həmin sahədən kənarda, yəni cavabdehin istifadəsində olan əraziyə düşür. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi artıq inşa edilmiş, lakin həmin divarın bəzi hissələri cavabdehin istifadəsində olan torpaq sahəsinə tərəf əyilərək uçma təhlükəsi yaranmışdır. Nəhayət, araşdırılan sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların tikmək istədikləri istinad divarının inşa edilməsi üçün səlahiyyətl i dövlət orqanları tərəfindən zəruri icazələr alınmamış, həmin tikilinin layihəsi bu orqanlar tərəfindən təsdiq edilməmişdir. Əksinə, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 18 fevral 2022-ci il tarixli, 0079 nömrəli qərarı ilə inşa edilən istinad divarının tikintisinin dayandırılması qərara alınmışdır.
9. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmamasının yoxlanılmasından ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbinin faktiki halları iddianın qa nuni əsası kimi istinad edilən Mülki Məcəlləntin 157.4-cü maddəsinin tələblərinə uyğun olmamışdır.
10. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməsi üçün əsaslı olmamışdır. Lakin işə baxmış birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış və işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bununla da həll edilməli məsələ ilə bağlı səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmadığından apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 157.4, 464.1, 560.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
12. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia konkret mövcud olan istinad divarı ilə bağlı deyil, ümumiyyətlə ETSN-nin müvafiq sənədinə əsasən məqsədəmüvafıq hesab edilmiş istinad divarının çəkilməsinə mane olmamaq vəzifəsinin qoyulması ilə bağlı olmuşdur; faktiki tikilməkdə olan istinad divarının tikintisinin dayandırılması ilə bağlı inzibati orqanın qərarı yalnız iddiaçılardan biri barəsindədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 1
4. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır.
28. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın ın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
29. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
30. Məhkəmə işin düzgün həlli üçün ön əmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
31. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
32. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüqu qi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər.
35. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1820/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.