Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-483/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ, mənzildən istifadə hüququ, mülkiyyətçinin dəyişməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4000/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fe vral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 89A, mənzil 4 (bundan sonra - mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) anasının mülkiyyətində olmuş, xx.xx.2020-ci il tarixdə anası öldükdən sonra vərəsəlik qaydasında mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır.
2. Cavabdeh2 iddiaçının anasının qohumu, Cavabdeh1 sonuncunun arvadıdır. Cavabdehlər iddiaçının anasının razılığı ilə 2000-ci ilin əvvəllərində mübahisəli mənzilə köçmüşlər və hal-hazıradək orada yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh2 və Ca vabdeh1 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2000-ci illərin əvvəlində anası müvəqqəti yaşamaları üçün mənzili qohumları olan cavabdehlərə vermişdir. Əvvəllər digər yaşayış yeri, olduğu üçün cavabdehləri narahat etməyib, indi özünün mənzilə ehtiyacı olduğundan cavabdehlərin mənzildən çıxmalarını tələb etsə də, onlar imtina etmişlər. Bu da onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-848/2022 nömrəli iş üzrə 2 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edi lmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən, iddiaçının razılığı olmadan mübahisəli yaşayış sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, cavabdehlər yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil iddiaçıya təhvil verilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konsti tusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.1, 157.2, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişlər.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli mənzil Cavabdeh2oviçin anasının vəsaiti hesabına alınmışdır. Atası və anasının münasibəti pis oldugundan anası öz adına ev almaq istəməmiş, bunun səbəbi gələcəkdə birgə nikah dövründə alınmış əmlakın bölgüsünün qar şısını almaq olmuşdur. Bütün qohumlar bilir ki, evi onun anası alıb. Evdə pasport qeydiyyatları yoxdur. Sonradan anası mənzili öz adına keçirmək istəsə də buna iddiaçının anası razı olmamışdır. Hazırda da həmin evdə yaşamağa davam edirlər. Hesab edirlər ki, mübahisəli mənzil Mehmanın anası tərəfindən alındığından həmin mənzildə yaşamaq hüquqları vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onların həmin mənzildə uzun müddət yaşadıqları, onların həmin mənzilə istifadə hüquqları tam araşdırılmamışdır. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları qətnamədə əsaslandırmamış, tamamilə əsassız və qeyri-qanuni qət namə qəbul etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4000/2022 nömrəli iş üzrə 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, cavabdehlər apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehlər apellyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmişlər və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları qətnamədə əsaslandırmamış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 13, İ hissə. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29, İ və İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
17. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə
18. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir ş ərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi
23. M addə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər
24. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər
25. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır
26. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
27. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahə sindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı 28. 2000-ci ilin sentyabrın 1-dən sonra yaşa yış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarı
29. Bir sıra digər hüquqlar kimi Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ da mütləq deyil və qanunla məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü mad dəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Bununla yanaşı mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
30. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı
31. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştira kçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxı lması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2oviç tərəfindən tam mübahisələndirildiyindən və şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Bir sıra digər hüquqlar kimi Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ da mütləq deyil və qanunla məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).
42. Bununla yanaşı, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin m ümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (§ 29-31).
43. Qüvvədə olan qanunvericiliyə əsasən Konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qaydalar, habelə qanunla müəyyən edilmiş qaydada yaranan mənzildən istifadə etmək hüquqları Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
44. Baxılan iş üzrə iddiaçının özünün bildirdiklərinə və işin mübahisə olunmayan hallarına görə mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının anası 2000-ci illərin əvvəllərində mənzili müvəqqəti yaşamaları üçün qohumları olan cavabdehlərə vermişdir və mübahisə yarananadək cavabdehlər həmin mənzildə y aşamışlar.
45. Göründüyü kimi cavabdehlərin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayınadək yarandığı üçün MPM-in 217.2-ci maddəsinə (§ 35) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə (§ 28) əsasən həmin münasibətlər qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə (§ 23-27) tənzimlənir.
46. Lakin işə baxmış məhkəmələr MPM-in 88-ci maddəsinə əsasən (§ 34) işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qüvvədən düşmüş Mənzil Məcəlləsinin tətbiq edilməli olan mənzildən istifadə hüququnun yaranması və həmin hüququn itirilməsi ilə bağlı normalarını mübahisəyə tətbiq etməmişlər.
47. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab ed ir ki, iddiaçının yeni Mülki Məcəllənin qüvvədə olduğu xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etməsi əvvəlki mülkiyyətçinin sağ olduğu dövrdə yaranmış istifadə hüquqlarının avtomatik xitamı üçün əsas deyil. Çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Göründüyü kimi qanunverici əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olduğu hallarda mülkiyyət hüququnun başqa şəxsə keçməsini əşyaya olan digər əmlak hüquqlarının xitamı əsası kimi müəyyən edir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəli r ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.