Məhkəmə qərarları › İş №2(102)-483/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-483/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-483/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5136/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı

1. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-06/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən, yəni İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, 1148,2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 930.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi və qeyri-yaşayış sahəsinin likvid dəyərinin 920.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2045/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1 76/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" QSC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh ”Capitals Auction” MMC tərəfindən keçirilmiş “xx.xx.2022-ci il tarixli, 91 saylı hərracın nəticələrinin (protokolunun) ləğv olunması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, icra sənədinə əsasən AR ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyes trindən Çıxarışa əsasən yüklülüyü xx.xx.2012-ci ildə qeydə alınmış, İsmayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0.1148 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 2 mərtəbəli 1148.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 920.000 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 105255/22- 452 saylı sifariş məktubu ilə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 91 nömrəli protokol əsasında real dəyərindən çox ucuz qiymətə dəyərləndirilmiş və satılmışdır. Hərracın keçirilməsinin yeri və vaxtı barəsində ona lazımi qaydada məlumat verilməmişdir. Hərracın təşkil olunması və keçirilməsi ilə bağlı zəruri olan q anuni prosedurlar düzgün aparılmamışdır. Heç kimin iştirakı olmadan qeyri-qanuni formada əmlakı ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Baxmayaraq ki, onun ödənilməli borcu ümumilikdə 289.575 ABŞ dolları, yəni 492.277 manat olmuş, ipoteka saxlayana 586.500 satılmışdır. Halbuki məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onlara olan borcu ilə əmlakın dəyəri arasında olan 94000 manat pulu ayrıca hesaba qoymadan, bu barədə məlumat vermədən bir başa protokol tərtib edərək borcdan xeyli miqdarda artıq dəyərə malik olan əmlakını tələbkara vermiş, bu protokol əsasında əmlakı dəyəri ödənilmədən tələbkarın mülkiyyətinə keçmişdir. Halbuki tələbkar tələb olunan məbləği ödəməli və hüquqlarına hörmətlə yanaşmalı idi. Qeyd olunan məbləği ödəyə bilmədiyi halda qanunverciliklə nəzərdə tutulmuş qay dada imtina etməli idi.

4. Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaya etiraz ərizəsi təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində hərrac prosesindən məlumatsız olması və əmlakın dəyərinin bazar qiymətinə uyğun olmamasını və artıq qalan məbləğin ona ödənilməməsini qeyd etmişdir. İsmayıllı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 105255/22-45-2 saylı sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac keçirilmişdir. Təqdim edilmiş icra vərəqəsindən də göründüyü kimi əmlakın satış dəyəri öz əksini qanuni qüvvəsini almış icra vərəqəsində qeyd edilmişdir. Qanuni qüvvəsini almış icra vərəqəsində qeyd edilmiş dəyər ilə həmin əmlak hərraca çıxarılmışdır. Məhkəmə gedişatı ərzində əmlakın ilkin satış dəyəri ilə bağlı narazılıq olsa idi, yuxa rı instansiya məhkəməsinə müraciət edilə bilərdi. Hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci ildə “525-ci” qəzetində elan verilmiş və bildirişlər tərəflərə göndərilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. İkinci hərracın vaxtı xx.xx.2022-ci il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetdə elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Göründüyü kimi ipoteka saxlayan artıq qalan məbləğin ödənişini həyata keçirməli idi. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, proses sual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1229/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd etmişdir ki, iddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyaların dəyərinin az olması ilə bağlıdır. Bununla əlaqədar məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qər arında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə daşınmaz əşyaların dəyəri müəyyən edilmiş və onların açıq hərracdan satılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən q ətnamə dəyişdirilmədən saxlanmışdır. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əmlakın satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenid ən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin e-2(005)-1229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbi Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə təmin edilməmiş və bu da onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə formal mülahizələrdən çıxış etmiş, işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə qətnaməsində dəfələrlə qeyd olunmuşdur ki, hərracın keçirilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixində onun tərəfindən guya şəxsən imzalanaraq qəbul edilmişdir. Halbuki həmin müddətdə o, Naxçıvanda müalicə sanatori yasında müalicədə olub, nə hərracın keçirilməsindən nə də bildirişlərdən xəbəri olmamışdır və həmin bildirişlərdə göstərilmiş imzalar isə ona məxsus deyildir. X5 borcu 289575 ABŞ dolları, yəni 492.277 manat olmuş, lakin hərrac təşkilatı qanun pozuntusu edərək, ona heç bir artıq qalan məbləği ödəmədən əmlakını ipoteka saxlayana 586.500 satılmışdır. Məhkəmə proseslərində xüsusilə qeyd olunmuşdur ki, 94.223 AZN ona verilməli olan pulun bank tərəfindən qanunsuz olaraq mənimsənilmiş və saxta yollarla rəsmiləşdirilərək cinayət yolu ilə ələ keçirilmişdir. Çünki onun mülkiyyətində olan daşınmaz əmlakın son hərrac qiyməti (586.000 manat) ilə məhkəmə tərəfindən qət edilən borcu (49.227 manat) arasında 94.223 manat onun hesabına ödəniləndən və ya depozitə qoyulandan sonra hərrac baş tuta bilərdi. Lak in məhkəmə bunu cavabdehlərdən tələb etsə də əmlakı bankın balansına keçdikdən sonra artıq qalmış və ona qaytarılmalı 94.223 AZN pul məbləği ilə bağlı hissəyə aydınlıq gətirmədən, açıq-aşkar edilmiş qanun pozuntusunu görməzlikdən gələrək bu haqsızlığı müdafiə etmiş və onun bir vətəndaş kimi hüquqlarının pozulmasında kobud səhvə yol verərək qətnamə qəbul etmişdir. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiya və Qanunları ilə nəzərdə tutulan hüquqları və azadlıqları pozulmuşdur. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün apellyasiya məhkəməsinə müraciət etmək qərarına gəlib. Birinci instansiya məhkəmə iclasında iştirak edərək bildirmişdi ki, o heç bir yerdə heç bir sənədə imza atmayıb. Sonradan öyrənib bilib ki, onun adından hərrac bildirişlərinə imza edilmişdir. Onun Cavabdeh2a olan borcu 289.575 ABŞ dolları, yəni 492.277 manat olmuş, lakin hərrac təşkilatı qanun pozuntusu edərək, ona heç bir artıq qalan məbləği ödəmədən əmlakını ipoteka saxlayana 586.500 manata satılmışdır. Məhkəmə proseslərində xüsusilə qeyd olunmuşdur ki, 94.223 AZN ona verilməli olan pul bank tərəfindən qanunsuz olaraq mənimsənilmiş və saxta yollarla rəsmiləşdirilərək cinayət yolu ilə ələ keçirilmişdir. Çünki onun mülkiyyətində olan daşınmaz əmlakın son hərrac qiyməti (586.000 manat ilə) məhkəmə tərəfindən qət edilən borcu (49.227manat) arasında 940223 manat onun hesabına ödəniləndən və ya depozitə qoyulandan sonra hərrac baş tuta bilərdi. Qanunun bu hissəsində də göstərildiyi kimi hərracın pozuntuları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və əsaslandırılmış formada olsa da iddia ərizəsi təmin edilməmişdir. Lakin məhkəmə bunu cavabdehlərdən tələb etsə də əmlakı bankın balansına keçdikdən sonra artıq qalmış və ona qaytarılmalı 94.223 AZN pul məbləği ilə bağlı hissəyə aydınlıq gətirmədən, açıq aşkar edilmiş qanun pozuntusunu görməzlikdən gələrək bu haqsızlığı müdafiə etmiş və onun bir vətəndaş kimi hüquqlarının pozulmasında kobud səhvə yol verərək qətnamə qəbul etmişdir. Ona hərrac barədə sifarişli məktub ilə heç bir bildiriş göndərilməmiş, əmlakın alış qiyməti tamamilə ödənilməmişdir. Bundan başqa, daşınmaz əmlak ipoteka qoyulduqdan sonra ipoteka saxlayanın razılığı ilə yenidən qurma işləri aparılmış və bu konstruktiv dəyişikliyin ümumi həcmi 3086,76 kv.metr təşkil edir. Onun məhkəmədə verdiyi izahatlar, yəni imzanın saxtalaşdırılaraq çəkilməsi ilə bağlı dedikləri və ona verilməli olan hərracdan artıq qalan 94.223 AZN pul əsas faktlar əsaslı formada araşdırılmamış qanunda da göstərildiyi kimi məhkəmə müstəqildir və hətta ekspert rəyinin təsdiq edilməsi məhkəmə üçün məcburi deyildir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5136/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), F.Babayev və C.Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətin in dəlilləri ondan ibarətdir ki, hərracın xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin edilməsi ilə bağlı bildirişlər ona çatdırılmamış, bu səbəbdən hərracın keçirilməsi vaxtından xəbəri olmamışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253 nömrəli bildirişdən görünür ki, İsmayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0,1148 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 920.000 manat müəyyən edilmişdir.

13. Xəbərnamənin sürətindən də görünür ki, Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253 nömrəli bi ldirişi İddiaçı yaşayış yeri olan İsmayıllı rayonu, İsmayıllı kəndində olan ünvanına göndərilmiş, bildiriş ünvana çatdırılmışdır.

14. Həmçinin Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253-1 nömrəli bildirişdən görünür ki, İsmayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0,1148 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 782.000 manat müəyyən edilmişdir.

15. Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253-1 nömrəli bildiriş iddiaçının ünvanına çatdırılmış, 12 avqust 2023-cü il tarixdə X1 (iddiaçının oğlu) tərəfindən xəbərnaməyə imza edil məklə qəbul edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 MMC tərəfindən keçirilən hərraclarla bağlı “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 124 (5930) nömrəli və xx.xx.2022-ci il tarixli, 139 (5945) nömrəli tirajlarında elan verilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hərrac təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirərək ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İş materialında olan xəbərnamə qəbzdən də müəyyən olunur ki, birinci bildiriş ünvana çatdırılmışdır. Həmin xəbərnamədə M.Məhərrəm qeyd edilərək imza çəkilmişdir. Apellyasiya baxışında iddiaçı tərəf həmin imzanın ona məxsus olmadığını bildrimiş və xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən vəsatət təmin edilməmişdir.

18. İcra sənədindən görünür ki, iddiaçının oğlu X1 da icra sənədi üzrə borclu olmuşdur. Ona da bildiriş göndərilmişdir.

19. O cümlədən, iş materialında olan xəbərnamə qəbzdən müəyyən olunur ki, ikinci bildiriş də ünvana çatdırılmışdır. Qəbzdən müəyyən olunur ki, məktubu iddiaçının oğlu X1 qəbul etmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki Cavabdeh1 MMC hərracın keçirilməsinə dair mediada elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərmişdir. Göndərilən məktublar ünvana çatdırılmışdır. Həmin məktubun ipoteka qoyan tərəfindən şəxsən alınması mütləq şərt deyil. Göründüyü kimi məktub ünvana göndərilmiş və çatdırılmışdır.

21. İddiaçının şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, borcun 492.277 manat olma sına baxmayaraq əmlak 586.500 manata satılmış və qalıq pul bank tərəfindən ona qaytarılmamışdır.

22. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd etmişdir ki, 02 sentyabr 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan müəyyən olunur ki, daşınmaz əmlakın ilkin satış qiyməti 920.000 manat olmuşdur. Daşınmaz əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə 586.500 manata satılmışdır. İpoteka saxlayan tərəfindən qiymət fərqinin iddiaçıya qaytarılmaması hərracın nəticələrin ləğv edilməsi üçün əsas ola bilməz.

23. Apellyasiya şikayətinin digər dəlili də ondan ibarət olmuşdur ki, iddiaçı ipoteka saxlayanın razılığı ilə yenidənqurma işləri aparmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi sonuncu də lil də hərracın nəticələrin ləğv edilməsi üçün əsas ola bilməz.

25. Bütün dəliləri nəzərdən keçirən məhkəmə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil-X2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5136/2023 saylı qətnaməsinin ləğv edilməsi və şikayətində qeyd edilənlərin araşdırılması üçün işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının istinad etdiyi maddi hüquq normasını düzgün tətbiq etməmişd ir. Belə ki, iddiaçı hərracdan xəbərsiz olmuşdur. Bu isə hərracın etibarsızlığına səbəbdir. Hərrac təşkilatının göndərdiyi poçt göndərişinin kimin tərəfindən əldə edilməsinin heç bir önəmi yoxdursa qanunverici hansı səbəbdən məhz ipoteka saxlayana bu bildirişin göndərilməli olduğunu imperativ şəkildə göstərib. Məhkəmə Kollegiyası bu halı nəzərə almamışdır. Məhkəmə Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatəti rədd edərkən onu kifayət qədər əsaslandırmamışdır. Belə ki, Məhkəmə Kollegiyası qərardadında qeyd edir ki, vəsatətdə ekspertizanın keçirilməsinin iş üçün əhəmiyyəti qeyd edilməmişdir. Halbuki, dəfələrlə proses gedişatında və apellyasiya şikayətində qeyd edilmişdir ki, hərrac bildirişləri ipoteka saxlayana çatdırılmamışd ır. Çatdırılmış olsa idi ipoteka qoyan kimi İddiaçı hərracda iştirak edərdi və Birinci hərracın baş tutmaması bəhanəsi ilə ilkin satış qiyməti 15% aşağı düşməzdi. Nəticədə əmlakın satış qiyməti 920.000 manatdan 586.500 manata düşmüşdür. Lakin ipoteka qoyan bildirişi almış olsaydı və hərracda iştirak edə bilsəydi həmin əmlak İkinci hərracda da 920.000 manata satışa çıxacaq, alıcısı olmasaydı ipoteka saxlayana 586.500 manata yox 690.000 manata təklif ediləcəkdi. Məhkəmə Kollegiyası isə 103.500 manatlıq fərqi iş üçün əhəmiyyətli saymır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

31. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

32. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

33. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

34. Maddə 414.4. H ərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

35. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.

36. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu

37. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

38. Maddə 42.1. Hərracın təşkilatç ısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiyməti nin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

39. Maddə 43.4 İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

40. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi x ərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

41. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələn dirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, k assasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

51. Belə ki, hazırda iddiaçı, mülkiyyətində olan İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, 0,1148,2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsi olan xx.xx.2022-ci il tarixli, 91 saylı protokolun ləğv olunmasını iddia etmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253 nömrəli bildirişdən görünür ki, İsmayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0,1148 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair a çıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 920.000 manat müəyyən edilmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253 nömrəli bildirişi iddiaçının yaşayış yeri olan İsmayıllı rayonu, İsmayıllı kəndində olan ünvanına göndərilmiş və bildiriş ünvana çatdırılmışdır. Həmçinin hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş və ipoteka predmetinin satış qiyməti 15% aşağı qiymətlə 782.000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsinə dair xx.xx.2022ci il tarixli, 253-1 nömrəli bildiriş iddiaçının ünvanına çatdırılmış, 12 avqust 2023-cü il tarixdə iddiaçının oğlu tərəfindən xə bərnaməyə imza edilməklə qəbul edilmişdir. Eyni zamanda Cavabdeh1 MMC tərəfindən keçirilən hərraclarla bağlı “525-ci” qəzetinin xx.xx.2022-ci il tarixli, 124 (5930) nömrəli və xx.xx.2022-ci il tarixli, 139 (5945) nömrəli tirajlarında elan verilmişdir.

54. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının hərracın keçirildiyi dövrdə sanatoriyada olduğu üçün hərracın keçirilməsindən məlumatsız olması barədə dəlilini araşdırıb qeyd etmişdir ki, hərrac təşkilatçısı üzərinə düşən öhdəliyi yerinə yetirərək ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmiş və birinci bildiriş ünvana çatdırılmışdır.

55. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının oğlu X1 da icr a sənədi üzrə borclu olmuş və ona da bildiriş göndərilmişdir. Habelə mülki iş materiallarında olan xəbərnamə qəbzlə müəyyən edilir ki, ikinci bildiriş də ünvana çatdırılmış və məktubu iddiaçının oğlu X1 qəbul etmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki Cavabdeh1 MMC hərracın keçirilməsinə dair mediada elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərmiş və həmin məktublar ünvana çatdırılmışdır.

57. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, sözügedən məktubun ipoteka qoyan tərəfindən şəxsən alınması mütləq şərt deyil və sözügedən məktub ipoteka qoyanın yaşadığı ünvana göndərilmiş və çatdırılmışdır.

58. İddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən ipoteka predmetinin ilkin satış qiyməti 920.000 manat olmuş və təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə 586.500 manata Banka təqdim edilmişdir. Ona görə də ipoteka saxlayan tərəfindən qiymət fərqinin iddiaçıya qaytarılmaması, habelə iddiaçının ipoteka saxlayanın razılığı ilə ipoteka predmetində yenidənqurma işləri aparması hərracın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz. İpoteka predmetinin ilkin satış qiyməti isə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən apellyasiya şikayətinin bu dəlili də əsassızdır.

59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəl illəri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(103)-5136/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar