Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-483/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid qiyməti, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-143/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməs indən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 25.08.2016-cu il tarixli kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra - cavabdeh və ya borcalan) 84 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 100000 manat kredit limiti ayrılmışdır.
2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq, Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evin 2011-ci il 28 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış dır.
3. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK/82841/71/29 nömrəli kredit sazişinə əsasən, Bank borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 14999 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür
4. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)-3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, MK/82841/71/29 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 13381,88 manat əsas borc və 1330,21 manat faiz borcu olmaqla ümumilikdə 14712,09 manat borcun və məhkəmə xərci qismində 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)-3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinə və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 30 nömrəli fərdi yaşa yış evinə tutma yönəldikdən və onlar satıldıqdan bir ay ərzində Cavabdeh həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit borcunun qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir.
7. Məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın likvid satış qiymətinin müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməsi üçün qərardad qəbul olunmuş və "xxxx" MMC-nin verdiyi xx.xx.2023-ci il tarixli rəyə əsasən, ipoteka predmeti olan 0.05 ha torpaq sahəsinin likvid dəyəri 15000 manat, ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri isə 68000 manat müəyyən edilmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(125)-519/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3345/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasının Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti 15000 manat və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 68000 manat müəyyən edilməsi; Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)-3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra bir ay ərzində Cavabdeh çıxarılmaqla həmin tor paq sahəsi və fərdi yaşayış evinin boşaldılması; Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş sübutlar və dəlillər kifayət qədər əsaslıdır və bu baxımdan da iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 319.5, 319.6-cı, “İpoteka haqqında” Qanununun 39.3.3, 59.1, 59.3.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evində ondan başqa qohumları qeydiyyatda olmaqla yaşayırlar. Bundan başqa, ipoteka predmeti olan əmlakın dəyəri real və hazırkı bazar qiymətlərinə uyğun deyil. Əmlakın real dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilməlidir.
13. Cavabdehin apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin müəyyən olunması üçün iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli 3-16-16/2-10/9035-9/9210 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi daxilində yerləşən fərdi yaşayış evinin likvid dəyəri təqribən 58200 manat müəyyən edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-143/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhk əməsinin qətnaməsinin yoxlanılan, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilmədən saxlanılması və ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası öz mövqeyini iş materiallarında olan dəlil və sübutlara həmçinin təyin olunmuş məhkəmə ekspertizasının rəyinə əsasən əsaslandırmış, həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı alınmış əmtəəşünaslıq ekspertizsı rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin ipoteka predmetinin ilkin satış qiyməti həmin rəyə əsasən dəyişdirilə bilməz. Ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ümumi ilkin satış qiyməti 83000 manat müəyyən edilmiş və ipoteka saxlayan (kreditor) qətnamədən apellyasiya şikayəti verərək ipotekanın dəyərinin azaldılmasını məhkəmədən xahiş etməmişdir.
16. Kollegiya həmçinin qeyd etmişdir ki, ipoteka qoyan Cavabdeh ipoteka predmetinin real bazar dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğuna əsaslanaraq qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə ipoteka predmetinin dəyərinin məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən yüksək məbləğdə olubolmamasının araşdırılması təşkil etmişdir. Bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılması istisna təşkil edir. Məhkəmə kollegiyasının bu mövqeyi dispozitivlik prinsipindən qaynaqlanır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317.1, 319.1-ci; “İpoteka haqqında” Qanununun 38.2.2, 39.3.3, 59.3 və 59.4-cü; Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 119.1, 124.1, 217.3, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.1.2-ci maddələrinə həmçinin “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1 43/2024 saylı qətnaməsinin ləğv olunaraq, mülki işin yenidən hərtərəfli araşdırılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər aralarında bağlanmış kredit müqaviləsi üzrə cavabdehə ümumilikdə 14712,09 manat kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə əsas borc olan 14999.00 manatdan 6771 manat kredit pulu ölkədə gedən pandemiya dövründə banka ödənilmişdir. Bundan başqa ipoteka predmeti olan mənzildə cavabdehdən başqa onun yaxın qohumları qeydiyyatda olmaqla yaşayırlar və qətnamə ilə onların mənzil hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmədən ipoteka predmetinin qiymətinin müəyyən olunması üçün təkrar ekspertiza təyin olunmasını xahiş etməsinə baxma yaraq, onun vəsatəti təmin edilməmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü; Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.1-ci; Mülki Prosessual Məcəlləsinin 8.2, 8.3, 14.1, 14.2, və 14.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə on un pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haq qında” Azərbaycan Respublikası Qanunu
27. Maddə. 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
28. Maddə. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hall ara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, apelyasiya araşdırmasının predmeti yalnız ipoteka qoyulmuş evin qiyməti üzrə araşdırmadan ibarət olmuşdur. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən ipoteka predmetinin likvid qiymətinin müəyyən olunması üzrə araşdırma tam aparılmamış, işin hallarının tam və hərtərəfli araşdırılması barədə mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün göndərilməlidir.
32. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın likvid satış qiymətinin müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməsi üçün qərardad qəbul olunmuş və "xxxx" MMC-nin verdiyi xx.xx.2023-ci il tarixli rəyə əsasən, ipoteka predmeti olan 0.05 ha torpaq sahəsinin likvid dəyəri 15000 manat, ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri isə 68000 manat müəyyən edilmişdir.
33. Birinci instansiya məhkəməsi həmin qiymətlən dirmə əsasında ipoteka predmetinin ilkin satış qiymətini 68000 manat müəyyən etmişdir.
34. Lakin cavabdeh bu qiymətlə razılaşmayaraq apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi ekspertiza təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli 3-16-16/2-10/9035-9/9210 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri təqribən 58200 manat təşkil edir.
35. Buna baxmayaraq, cavabdeh ipoteka predmeti olan evin torpaq sahəsi ilə birlikdə qiymətinin 154500 manat müəyyən edilməsi barədə AECS Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabatını təqdim etmişdir. Göründüyü kimi cavabdehin təqdim etdiyi hesabatla müəyyən olunan qiymət, məhkəmələrin təşəbbüsü ilə keçirilən qiymətləndirmə hesabatlarında müəyyən e dilən satış qiymətlərindən kəskin dərəcədə (iki dəfədən də çox) fərqlənir. Eyni zamanda cavabdeh tərəfindən təqdim olunan hesabat aşıq-aşkar əsaslandırılmamış deyil, müqayisəli təhlilə əsaslanır və müqayisə üçün əsas olmuş əmlak bazarında oxşar əmlakların qiymətləri barədə məlumatlar əksini tapmışdır.
36. Lakin apelyasiya instansiyası məhkəməsi bu sübuta qiymət verməmişdir.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
38. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qət naməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndi).
40. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
41. Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
42. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata k eçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbə r tutaraq, qərara aldı Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 3 sentyabr tarixli 2(104)-143/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.