Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4831/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-3888/2019, hakim R.N.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 40.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2014/2020, hakimlər Ş.Ə.Məhərrəmova, M.Vəkil, E.Y.Şamayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanında yerləşən üç otaqlı ev ə görə verdiyi 40.000 manat pulun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və iddiaçı vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh1 Nərimanov rayonu Keşlə yük həyətində yaşadığı evin hesabına 3 otaqlı, sahəsi 75 kv.m, həyəti 18 kv.m olan evini iddiaçıya 40.000 manat satmış və həmin məbləği aldığını təsdiq edən qəbzi imzalamışdır. Göstərilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin evə dair tərəflər arasında əldə olunmuş razılaşma rəsmiləşdirilməmişdir. Tərəflər arasında m əzmun etibarı ilə alqı-satqı müqaviləsinin bağlandığını təsdiq edən yeganə sənəd iddiaçının 40.000 manat məbləğində pulu Cavabdeh1 verdiyini əks etdirən və hər iki tərəfin imzaladığı qəbzdir. Heç bir tərəf onlar arasında qeyd olunan razılaşmanın əldə olunmasını mübahisələndirməmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə ödədiyi 40.000 manat məbləğində pulun ona geri qaytarılmasını tələb edir, Cavabdeh1 isə qeyd olunan məbləğin ödənilməsi üçün ona 2020-ci ilin may ayına qədər möhlət verilməsini xahiş edir. Öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hal ları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, tərəflər arasında fərdi yaşayış evinin alqı-satqısı barədə razılaşma olsa da, notarial qaydada müqavilə bağlanmamışdır. Bu halda, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıdan 40.000 manat məbləğində pul alaraq varlanmışdır. Hazırki mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olan hesab edilməklə cavabdeh əldə etdiyi 40.000 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bi lməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4831/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4831/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver