Məhkəmə qərarları › İş №2(102)-4831/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4831/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4831/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məmmədov Vüqar Şahvələd oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4831/21 (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2(105)-64/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, övladları 01 yanvar 2004-cü ildə doğulmuş X1, 02 iyul 2006-cı ildə doğulmuş X2 və 28 yanvar 2012-ci ildə doğulmuş X3 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi, birgə nikah dövründə əldə etdikləri, bazar dəyəri 30.000 manat olan həmin evin tikintisinə sərf olunmuş vəsaitin ½ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edə n, hakim İ.Ə.Kərimli) iddia təmin edilərək, iddiaçının övladları 01 yanvar 2004-cü ildə doğulmuş X1, 02 iyul 2006-cı ildə doğulmuş X2 və 28 yanvar 2012-ci ildə doğulmuş X3 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi və Cavabdehla birgə nikah dövründə əldə etdikləri, bazar dəyəri 30.000 manat olan həmin evin tikintisinə sərf olunmuş vəsaitin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsi qət edilib. Cavabdeh və üçüncü şəxs Nərminə Məmmədova ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və E.M.Əhmədov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh və üçüncü şəxs Nərminə Məmmədova ayrı-ayrılıqda kassasiya şikayətləri verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qold man) kassasiya şikayətləri təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq n ormalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Belə ki, iddiaçı 02 mart 2004-cü ildə rəsmi nikah əsasında Cavabdehla ailə qurub və onların birgə nikahından 01 yanvar 2004-cü ildə Rəqsanə, 02 iyul 2006-cı ildə Namiq və 28 yanvar 2012-ci ildə Ömər adlı üç uşaqları doğulub. Gədəbəy Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və hər üç uşaq iddiaçının yanında saxlanılıb. İddiaçı, iddia ərizəsində Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən özbaşına tikili olan fərdi yaşayış evini keçmiş əri Cavabdehla birgə nikah dövründə ümumi gəlirləri hesabına inşa etdiklərini iddia etsə də, həmin ev və həm də evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə onun baldızı Nərminə Məmmədovanın adına q eydə alınıb və bu gün həmin qeydiyyat qüvvədədir. Mənzil qanunvericiliyinə görə iddiaçı üçüncü şəxs Nərminə Məmmədovanın ailə üzvü sayılmır, onun Cavabdehla aralarında olan ailə münasibətlərinə isə xitam verilib və onun yaşayış evinin mülkiyyətçisi sayılan üçüncü şəxs Nərminə Məmmədovadan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Ona görə iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil3 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və üçüncü şəxs Nərminə Məmmədova məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Resp ublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstər ilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddia tələblərinin təmin edilməsi üçün əsasların olmasını göstərsə də kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 02 mart 2004-cü ildə rəsmi nikah əsasında Cavabdehla ailə qurub və onların birgə nikahından 01 yanvar 2004-cü ildə Rəqsanə, 02 iyul 2006-cı ildə Namiq və 28 yanvar 2012-ci ildə Ömər adlı üç uşaqları doğulub. Gədəbəy Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və hər üç uşaq iddiaçının yanında saxlanılıb. Eyni zamanda işdən görünür ki, 09 oktyabr 2014-cü il tarixli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə üçüncü şəxs Nərminə Məmmədovanın adına qeydə alınıb. Eləcə də 24 yanvar 2019cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, mülkiyyətdə olan 0,01 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,5 kv.metr olan fərdi yaşayış evi mülki yyət hüququ üzrə üçüncü şəxs Nərminə Məmmədovanın adına qeydə alınıb. İşə əlavə edilmiş 12 noyabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 24 yanvar 2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 62,5 kv.metr olan fərdi yaşayış evi, 09 oktyabr 2014-cü il tarixli çıxarışa əsasən üçüncü şəxs Nərminə Məmmədovanın mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin plan və ölçü sənədinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir və həmin Çıxarışa əsasən üçüncü şəxs Nərminə Məmmədovanın mülkiyyətində olan torpaq sahəsində 1 tikili (fərdi yaşayış evi) mövcuddur. Göründüyü kimi iddiaçının üç övladı ilə köçmək istədiyi ev və evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının keçmiş əri Cavabdeh deyil, baldızı Nərminə Məmmədo vanın mülkiyyətindədir və bu gün də həmin mülkiyyət hüququna dair sənədlər qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı üçüncü şəxs Nərminə Məmmədovanın ailə üzvü deyil və hazırda sonuncunun mülkiyyətində olan evdən istifadə hüququ əmələ gəlməyib. Belə ki, işin mübahisə olunmayan hallarına görə iddiaçı üçüncü şəxs Nərminə Məmmədovanın deyil, Cavabdeh ailə üzvü olub və hazırda onların da ailə münasibətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən xitam verilib. Belə olan halda iddiaçının hazırki iddia tələbləri üçüncü şəxs Nərminə Məmmədovanın mülkiyyətində olan sözügedən evə münasibətdə təmin edilə bilməz. Çünki Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin tələblər inə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüq uqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. “Mülki Məcəllənin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında isə qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri eht iva edir. Ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilib. (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Göründüyü kimi iddiaçının üç övladı ilə birlikdə hazırda üçüncü şəxs Nərminə Məmmədovanın mülkiyyətində olan mübahisəli evə köçürülməsi üçün hüquqi əsası yoxdur və onun üçüncü şəxs Nərminə Məmmədovanın ail ə üzvü olması mülki iş materialları ilə təsdiq olunmur. Habelə ailə qanunvericiliyində baldızın keçmiş qardaşı arvadını və onun övladlarını saxlamaq vəzifəsi (aliment öhdəliyi) nəzərdə tutulamayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, hazırda üçüncü şəxs Nərminə Məmmədovanın mülkiyyətində olan evə və evin yerləşdiyi torpaq sahəsinə münasibətdə iddiaçının iddia tələblərini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Eyni zamanda, Abşeron rayonu, Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 05 fevral 2018-ci il tarixli arayışına görə iddiaçı ilə Cavabdeh birlik də inşa etdikləri ev Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşir. Habelə fərdi yaşayış evinin qazlaşdırılması barədə izahat və cizgilərdən, aktdan, Qaz İdarəsi ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli müqavilədən görünür ki, məhz sonuncu sözügedən evə qaz xəttinin çəkilməsi üçün Qaz İdarəsinə müraciət edib və sonuncu ilə onun arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanıb. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ramazan Quliyev ifadəsində göstərib ki, mübahisəli ev iddiaçı ilə Cavabdeh birgə nikahı dövründə inşa edilib. İddiaçının üç övladı ilə birlikdə uzun müddət həmin evdə yaşaması və ona məxsus əmlakların orada olması da mülki iş materiallari ilə istisna olunmur. Göründüyü kimi iddiaçı, sözügedən evi keçmi ş əri Cavabdehla birgə nikah dövründə ümumi qazancları hesabına inşa etdiklərini iddia etsə də, həmin ev və evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə baldızı Nərminə Məmmədovanın adına qeydə alınıb. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı ilk növbədə mübahisəli evin və evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ üzrə üçüncü şəxs Nərminə Məmmədovanın adına qeydə alınmasına əsas olmuş sənədlərin qanuniliyini ayrıca məhkəmə qaydasında mübahisələndirməli və həmin əmlaklar üzərində hər hansı hüququ tanındıqdan sonra hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməli idi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2(105)-64/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar