Məhkəmə qərarları › İş №2(102)-4834/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4834/2021

07.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4834/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(103)2179/2021 saylı qətnaməsindən İddiaçı tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli, 19.04.2018-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən ev İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh1 iddiaçının əmisinin arvadı, digər Cavabdeh2 iddiaçının əmisi oğludur (Cavabdeh1 oğludur). İddiaçının mülkiyyətində olan ev əvvəllər onun babasına məxsus olmuşdur. Babası evi iddiaçının atası Mikayıl Məqsəliyevə vəsiyyət etmiş, mülkiyyətçi öləndən sonra Cavabdeh1 əri Musa Məqsəliyev mirasdan imtina etmişdir. X4 1983-cü ildən, oğlu X5 1987-ci ildən ünvan 2 ünv anına qeydiyyatdadırlar və orada yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 ailəsi ilə birlikdə ünvan 3 ünvanında yerləşən evdən istifadə hüquqlarına 10.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, onların istifadə etdikləri evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mülk 01 avqust 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X1 mülkiyyətində olmuşdur. Atası 22 sentyabr 2017-ci il tarixdə vəfat etdikdən sonra həmin ev onun mülkiyyətinə keçmişdir. Ev onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər X2 və oğlu Cavabdeh2 ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin Bakı şəhərinin ərazisində mülkiyyətlərində evlərinin olmasına baxmayaraq onun mülkiyyətində olan evdə yaşamağı davam etdirirlər ki, bu da aralarında mübahisələrə və xoşagəlməz söz-söhbətə səbəb olur. Dəfələrlə mübahisələri müxtəlif məhkəmə instansiyalarında araşdırılmış və qərarlar qəbul olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər onun xüsusi mülkiyyətində olan evdən çıxmaq istəmirlər. Əksinə onun mülkiyyətində olan evin həyətində və zəbt etdikləri otaqlarda tikinti işləri aparırlar. Bu barədə dəfələrlə Bakı şəhəri Xəzər rayon Prokurorluğuna, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət olunaraq məlumat verilmişdir. Ancaq müraciətləri müsbət həll olunmamışdır.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(003)1089/2020 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat kompensasiya ödənilməklə ailə üzvləri ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair iddia təmin olunmamışdır.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 10.000 manat kompensasiya, onlara davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayi sədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. İddiaçı məhkəməyə sübut qismində həmin ərazidə kirayə haqqının 150 manat təşkil etdiyinə dair sübut təqdim etsə də, məhkəmə həmin sübutu mötəbər hesab etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışda ünvan 6 ünvanı və yaxın ərazidə faktiki 0,1 ha. torpaq sahəsi üzərində yerləşən zəif təmirli, 2 otaqlı, ümumi sahəsi təxminən 30,0 m² təşkil edən fərdi yaşayış evinin orta aylıq kirayə haqqının 150 manat təşkil etdiyi qeyd edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(103)-2179/2021 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.Hüseyn və E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(003)- 1089/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin 30 ildən artıq müddətdə mübahisəli evdə yaşadıqlarını, onlar tərəfindən bu müddət ərzində həmin evdə ayrı bir otaq və mətbəx tikildiyini, evin və həyətyanı sahənin təmiri üçün müəyyən xərclər çəkilməsini, bundan başqa Cavabdeh2 ailəli və bir uşağının olması faktını, habelə mübahisəli fərdi yaşayış evindən köçürüləcəyi təqdirdə Cavabdeh1 digər Cavabdeh2 ailə üzvləri ilə birlikdə təklif olan məbləğ müqabilində əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamalarının mümkünsüz olacağını nəzərə alaraq, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya ağlabatan və ədalətli deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında cavabdehlərə 15.000 manat məbləğində konpensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, onların istifadə etdikləri evdən çıxa rılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə sübut qismində cavabdehlərin 30 kv.m. ibarət mənzildən istifadə etmələrinə dair müvafiq sənədlər təqdim edilsə də, apellyasiya instansiyası məhkəməsi bu dəlilə də obyektiv hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək, iddia tələbini araşdırmamış və bunun üçün heç bir əsas olmadan tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəki lsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir.

15. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüq uqu İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.2. Yaşayış binasının tə rkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiy i üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlid ir.

25. Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir və işə baxmış məhkəmə mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsini tətbiq etmişdir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.

27. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti ü zrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

28. Eyni zamanda bir cəhəti nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqla rını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.

29. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli dir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir.

30. İşə baxmış məhkəmələr iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini yetərli saymamışlar. Lakin verilməli olan kompensasiyanın hansı məbləğdə olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Kompensasiya məbləğinin yetərl i olmadığına görə iddianı rədd edən, lakin yetərli kompensasiya məbləğini müəyyən etməyən məhkəmə qətnaməsi, həm əsaslılıq, həm də hüquqi müəyyənlik tələbinə cavab vermir. Çünki iddiaçı, tələbinin nəyə görə rədd olunmasının səbəbini, yəni ödəməli olduğu kompensasiyanın məbləğini qətnamədən müəyyən edə bilmirsə, mücərrəd hüquqi vəziyyətlə qarşılaşmış olur.

31. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini baza r qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

32. Lakin işdən görünür ki, birinci instansiyas məhkəməsi cavabdehlərə ödənilməli olan kompensasiya məbləğini müəyyən etməmişdir.

33. Bu halda işə baxan apellyasiya instansiyası məhkəməsi həmin məbləği özü müəyyən etməli idi. Çünki Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış e dir.

34. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.

35. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməs i mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

36. İşə baxmış apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinə kompensasiya məbləğinin artırılmasını təklif etmiş, iddiaçının nümayəndəsi kompensasiya məbləğinin maksimum 15.000 manat ola biləcəyini bildirmişdir. Cavabdehlər 15.000 manat kompensasiya məbləği ilə razı olmadıqlarını, son olaraq 60.000 manat məbləğində kompensasiyaya razı olduqlarını bildirmidir.

37. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi də ödənilməli olan kompensasiya məbləğini müəyyən etməmişdir.

38. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(103)-2179/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar