Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4835/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)-1334/2022 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hall arı İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borc alan Cavabdeh1 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz ödənilməsi şərtilə, 70.000 ABŞ dolları kredit verilib. Sözügedən kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 “a” binanın 4 otaqlı, ümumi sahəsi 75,15 kv.metr olan 114 saylı mənzilinin iddiaçının xeyrinə ipoteka qoyulmasına dair 15 aprel 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 öz mülkiyyətində olan və müqavilənin 3.1-ci bəndində göstərilən mənzili iddia çı ilə borc alan Cavabdeh1 arasında 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçı qarşısında ipoteka ilə yüklü edib. 16 aprel 2015-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “a” saylı evin 114 saylı mənzili iddiaçının xeyrinə 48 ay müddətinə ipoteka ilə yüklü edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə “əsas borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ilə məhkəməyə müraciət edərək, 15 aprel 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1”a” saylı evin 4 otaqlı, ümumi sahəsi 75,15 kv.metr olan 114 saylı mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı qarşısında 37.800 ABŞ dolları məbləğində əsas, 3.951,61 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun və 15 aprel 2019-cu ildən 01 may 2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 84 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın), cəmi 41.835,61 ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh2, X, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh9, Cavabdeh8, onların ail ə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, borclu Cavabdeh1 01 may 2019-cu il tarixə iddiaçıya əsas borcu 34.398,29 ABŞ dolları, faiz borcu 3.885,72 ABŞ dolları təşkil edir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2021-ci il tarixli ekspert rəyinə görə, borclu Cavabdeh1 15 aprel 2019-cu il tarixə iddiaçıya olan əsas borcu 37.800 ABŞ dolları, faiz borcu 3.938,89 ABŞ dolları və 15 aprel 2019-cu ildən 01 may 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 84 ABŞ dolları təşkil edir. Eyni zamanda, “X1 Mərkəzi” MMC-nin 27 may 2021-ci il tari xli rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “a” saylı evin 114 saylı mənzilinin bazar bazar dəyəri 119.400 manat, likvid dəyəri isə 103.000 manat təşkil edir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia qismən təmin edilərək, borclu Cavabdeh1la İddiaçı ASC arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 37.800 ABŞ dolları əsas, müqavilənin bitdiyi müddətə 3.938,89 ABŞ dolları faiz borcu, 4.137 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 45.875,879 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 “a” saylı evin 114 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 “a” saylı evin 114 saylı mənzilinin ilkin satış qiymətinin 103.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh1la iddiaçı arasında kredit müqaviləsi bağlanıb. Lakin, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin i lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranıb. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Məhkəmə qeyd olunan əsas və faiz məbləğlərini müəyyən edərkən, ekspert rəyini nəzərə alıb, lakin iddia tələbinin artırılması ərizəsində göstərilmiş 23 iyun 2021-ci il tarixdən başlayaraq faiz hesablanması tələbinə qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə əsaslı deyil. Belə ki, məhkəmə tərəfindən tutulan məbləğlər dəqiq hesablanmaqla məhkəmə qətnaməsində göstərilməlidir. Bu səbəbdən də, illik beş faiz olmaqla hesablanan faiz məbləği məhkəmə qətnaməsinin çıxarıldığı günədək müəyyən edilir. Cavabdeh kredit müqavi ləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, cavabdeh çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İpoteka qoyulmuş mənzilin satılmaması, münasibətlərə yeni mülkiyyətçinin daxil olmaması, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarş ısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtina etməsi halının baş verməməsi, mülkiyyətçi olmayan kreditorun baş verməməsi və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, həmin hissədə iddia təmin edilə bilməz. Bu baxımdan, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam vermədən onun mənzildən çıxarılmasını tələb etməsi, Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 269.1, 279, 295, 739.1, 319.1, 319.6, 439.1, 442, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, qətnamənin faiz borcunun tutulması və ipoteka predmeti olan mənzilin likvid dəyərinin müəyyən edilməsi hissədə ləğv edilib, həmin hissədə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalarının nəticələrinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandır ıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra e dilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsində göstəridir ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyə t daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti– qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 39.3.3-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hü quq normalarının tələblərini pozduğunu, kredit borcunun düzgün hesablanmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borc alan Cavabdeh1 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz ödənilməsi şərtilə, 70.000 ABŞ dolları kredit verilib. Sözügedən kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 “a” binanın 4 otaqlı, ümumi sahəsi 75,15 kv.metr olan 114 saylı mənzilinin iddiaçının xeyrinə ipoteka qoyulmas ına dair 15 aprel 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 öz mülkiyyətində olan və müqavilənin 3.1-ci bəndində göstərilən mənzili iddiaçı ilə borc alan Cavabdeh1 arasında 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçı qarşısında ipoteka ilə yüklü edib. 16 aprel 2015-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “a” saylı evin 114 saylı mənzili iddiaçının xeyrinə 48 ay müddətinə ipoteka ilə yüklü edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, borclu Cavabdeh1 01 may 2019-cu il tarixə iddiaçıya əsas borcu 34.398,29 ABŞ dolları, faiz borcu 3.885,72 ABŞ dolları təşkil edir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2021-ci il tarixli ekspert rəyinə görə, borclu Cavabdeh1 15 aprel 2019-cu il tarixə iddiaçıya olan əsas borcu 37.800 ABŞ dolları, faiz borcu 3.938,89 ABŞ dolları və 15 aprel 2019-cu ildən 01 may 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 84 ABŞ dolları təşkil edir. Eyni zamanda, “X1 Mərkəzi” MMC-nin 27 may 2021-ci il tarixli rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “a” saylı evin 114 saylı mənzilinin bazar bazar dəyəri 119.400 manat, likvid dəyəri isə 103.000 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiy ası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini, ekspertin rəyləri ilə razılaşmadığını, kredit borcunun düzgün hesablanmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşk il edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi həmçinin yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qi ymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)-1334/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4835/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4835/2022
11.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver