Məhkəmə qərarları › İş №2(102)-4836/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4836/2019

04.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4836/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili X3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ci il tarixli 2(103)12808/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Pirallahı rayon Məhkəməsinin (hakim R.Mustafayev) 11.09.2018-ci il tarixli 2(094)331/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh E saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 10.12.2018-ciiltarixli 2(103)-12808/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Pirallahı rayon Məhkəməsini n 11.09.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasıqət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh E saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun qızı X1 E saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsnii xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X4 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işi birtərəfli qaydada araşdırmış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi işlə əlaqədar şahidlərin dindirilməsinə dair şifahi formada vəsatətlə məhkəməyə müraciət etsə də, həmin vəsatət məhkəmə iclas protokolunda öz əksini tapmamışdır. 11.09.2018-ci il tarixdə protokolda Cavabdeh şəxsiyyəti müəyyən edilmi ş, o cümlədən şəxs məhkəmə iclasında iştirak etməsə də, onun guya iclasda verdiyi izahat və cavablar qanunsuz olaraq protokola daxil edilmiş, protokolda Cavabdeh proses iştirakçılarının sualının olub-olmaması qeyd edilmişdir. Məhkəmə baxışı zamanı sədrlik edən tərəfindən şikayətçinin vəkilinə və nümayəndəsinə sual ünvanlanmamasına baxmayaraq, guya sədrlik edənin suallarına verilmiş cavablar protokola əlavə edilmişdir. Bundan əlavə, mübahisə predmeti olmuş məsələ ilə bağlı mübahisə 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları əsasında deyil, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Belə ki, ilk iddia üzrə Cavabdeh 2010-cu ilin iyul ayında ailə həyatı qurmuş, özünə məxsus əmlakları da götürərək daimi yaşamaq üçün ərinə məxsus Dübəndi bağ massivinə köçmüşdür və bir daha mübahisəli mənzilə qayıtmamışdır. Səkkiz ildir ki, onun mübahisəli mənzillə əlaqəsi yoxdur və bununla da o, mənzilə olan istifadə hüququnu itirmişdir. Cavabdehin qeyd olunan mənzildə formal olaraq qeydiyyatda qalması ilk iddia üzrə iddiaçının mənzilə dair hüquqlarından tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Apellyasiya instansiyası məhkəməsi 01.10.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60.1, 87.2, 53.1, 54.1, 54.3-cü maddələrinin tələblərini nəzərə almamış, mübahisəni həll edərkən mübahisəli mənzilin kommunal xərclərinin Cavabdeh ödəməsini yetərli əsas kimi göstərmişdir. Lakin mübahisəli mənzilin maliyyə şəxsi hesabı ilkin iddiaçının keçmiş əri Min nən əsi nın adına, o vəfat etdikdən sonra Aleksandrın xalası Xnın adına, sonradan isə Aleksandrın anası, keçmiş qaynanası Nnın adına dəyişdirilmişdir. Qaynanası vəfat etdikdən sonra mənzilin şəxsi maliyyə hesabı heç kimin adına dəyişdirilməmişdir. Qeyd olunanlara əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ciiltarixli 2(103)-12808/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X4 kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında v əkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh E saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri, Pirallahı rayon məhkəməsinin 2(094)-500/2016 saylı 28 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, X2 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 7 saylı evin 18 nömrəli mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müb ahisə predmeti olmuş məsələ ilə bağlı mübahisə 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları əsasında deyil, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Qeyd edilən Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keç irilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar muəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri dai mi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı qərarının izahına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsini tətbiq edərkən məhkəmələr şəxsin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludurlar. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı irəli sürdüyü iddiaya münasibətdə subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vaci b əhəmiyyətə malikdir. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə al maq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmənin icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subye ktiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələ b etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı Cavabdeh yönəltdiyi tələblə bağlı iddiaçı ümumiyyətlə müvafiq subyektiv hüquqa malik şəxs deyildir. Belə ki, o qeyd olunan mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi deyil və onun özünün istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman hər hansı maddi və prosess ual hüquq normasının pozuntusuna yol verilməmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Cavabdehin apelyasiya şikayətində göstərilən hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh 1nın göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnamə sində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya kollegiyası məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh 1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuş, hətta məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, kassasiya şikayətinin göstərilən dəlili də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, göstərilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kass asiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ci il tarixli 2(103)-12808/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar