Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4837/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ciiltarixli, 2(103)-7124/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim K.Əsədov) 14.12.2017-ci il tarixli, 2(001)10760/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “razılaşma əsasında daşınmaz əmlakın alınması üçün verilmiş evin təmirinə və əlavə tikililərin inşasına xərclənmiş pulun qaytarılması” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, Cavabdeh 9000 ABŞ dollarının (ödəniş gününə olan məzənnəsi ilə) və 1500 manatın tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı 586 manat pulun tutularaq Cavabdeh ödənilməsi, iddia qaldırılması ilə bağlı ilk və qarşılıqlı iddialar üzrə iddiaçılar tərəfindən ödənilmiş 30 manat (cəmi 60 manat) dövlət rüsumunun iddiaçıların özlərin aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 16.07.2018-ciiltarixli, 2(103)-7124/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasıqət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “razılaşma əsasında daşınmaz əmlakın alınması üçün verilmiş evin təmirinə və əlavə tikililərin inşasına xərclənmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 09.06.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, hazırda ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin boşaldılıb təhvil verildiyi anda, qarşılıqlı icra qaydasında Cavabdeh ilkin ödəniş kimi ödədiyi 15000 manat və evin kosmetik təmiri, yenidənqurma işləri, evin həyətində inşa etdiyi tikililərin və həyətin işıqlandırılması, su çəninin quraşdırılması üçün xərclədiyi 11000 manat pulların cəmi olan 26000 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 7650 manat kirayə haqqının, 586 manat işıq pulu borcunun, 15000 manat əldən çıxmış faydanın, ümumilikdə 28236 manat pulun tutularaq Cavabdeh ödənilməsi barədə müvafiq qətnamə çıxarı lmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində hazırda ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin boşaldılıb təhvil verildiyi anda, qarşılıqlı icra qaydasında Cavabdeh ilkin ödəniş kimi ödədiyi 15000 manat və evin kosmetik təmiri, yenidənqurma işləri, evin həyətində inşa etdiyi tikililərin və həyətin işıqlandırılması, su çəninin quraşdırılması üçün xərclədiyi 11000 manat pulların cəmi olan 26000 manat pulun geri qaytarılması sözlərinin hazırda ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin boşaldılıb təhvil verildiyi anda, qarşılıqlı icra qaydasında Cavabdeh ilkin ödəniş kimi ödədiyi 9000 ABŞ dolları, 1500 manatın və evin kosmetik təmiri, yenidənqurma işləri, evi n həyətində inşa etdiyi tikililərin və həyətin işıqlandırılması, su çəninin quraşdırılması üçün xərclədiyi 11000 manat pulların cəmi olan 9000 ABŞ dollarının və 12500 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ilk iddia təmin edilərkən və apelyasiya instansiyası məhkəməsi eyni qərarı qüvvədə saxlayarkən sübut kimi iddiaçının ifadəsinə istinad etmiş, behin məbləği barədə araşdırma aparılmadan, sübut təqdim edilmədən onun yazdığı məbləğ məhkəmə tərəfindən təsdiq edilmişdir. İddiaçının avans formasında təqdim etdiyi pul məbləği tələb etmək hüququnun olubolmaması araşdırılmamışdır. Göründüyü kimi qətnamədə nə beh, nə avans məbləği aydınlaşdırılmamış, müəyyən edilməyən məbləğin qaytarılmalı olub-olmamasına hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı təqsirli hərəkətləri nəticəsində 17 aydan çoxdur ki, razılaşdırılmış mənzil onun tərəfindən nə alınmır, nə də təhvil verilmir. Bundan başqa, İddiaçı fərdi yaşayış evinin pulunu Cavabdeh vaxtında vermədiyi üçün satışdan əldə edəcəyi gəlirdən məhrum olmuş, nə də qaldığı 17 ay ərzində kirayə pulu verməyərək evi istismar etmişdir. Keçən müdətdə manatın dollara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində Cavabdeh əldə etməli olduğu gəlirdən məhrum olmuşdur. Belə ki, Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evini kirayə vermiş olsa i di, aylıq 450 manatdan hesablandıqda 7650 manat gəlirdən məhrum olmuşdur. İddiaçı həmçinin mülkiyyətçiyə kommunal borclarda yaratmışdır. İddiaçı evə görə vaxtında verməli olduğu pulu ödəmədiyi üçün, hazırda evlərin alqı-satqısı zəiflədiyi üçün, eyni zamanda manatın dəyəri aşağı düşdüyü üçün nəticə olaraq Cavabdeh əldə etməli olduğu gəlirdən məhrum olmuşdur. Məhkəmə tərəflər arasında olan razılaşmanı müqavilə razılaşması kimi qəbul etsə də, İddiaçı tərəfindən verilən avansı razılaşmanın tərkib hissəsi kimi qəbul etməmişdir. Halbuki, tərəf özü qeyd etmişdir ki, ilkin olaraq vəsait təqdim etmişdir. İddiaçının bu etirafı məhkəmə tərəfindən qəbul edilərək hüquqi qiymət verilməli olduğu halda bu hal ümumiyyətlə araşdırma predmetindən kənarda qalmışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməs i düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ciiltarixli, 2(103)-7124/2018 nömrəli qətnaməsinin ilkin idia ərizəsinin qismən təmin edilməsi hissəsində ləğv edilərək ilkin iddia tələbinin tam təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili R kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iş üzrə tərəflər arasında fərdi yaşayış evinin alqı-satqısına dar şifahi razılaşma olmuş və bu razılaşma əsasında İddiaçı evin pulundan 9000 ABŞ dolları və 1500 manat məbləğində pulu Cavabdeh vermiş və İddiaçı ailə üzvləri ilə birgə Cavabdeh məxsus fərdi yaşayış evinə köçərək yaşamağa başlasa da, evin pulundan qalan borcu Cavabdeh ödəməmişdir. Bundan sonra Cavabdeh mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birgə Cavabdeh məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Eləcə də Abşeron Rayon Məhkəməsinin 2(012)490/2017 saylı, 20.02.2017-ci il tarixli qətnaməsi liə təsdiq olunur ki, tərəflər arasında yazılı qaydada müqavilə olmamış, fərdi yaşayış evini almaq üçün 9000 ABŞ dolları və 1500 manat məbləğində pul verilmişdir. Apellyasiya kollegiyası işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanmalıdır. İddiaçı 7650 manat kirayə haqqı və 15000 manat əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddia ərizəsinin və eləcə də apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında fərdi yaşayış evindən istifadəyə dair kirayə müqaviləsi bağlanılmamış, işin hansı faktiki halına əsaslanaraq əldən çıxmış fayda hesablanması Cavabdeh tərəfindən nə qarşılıqlı iddia ərizəsində və ona əlavə edilmiş sübutlarda, nə də apellyasiya şikayətində göstərilməmiş, əldən çıxmış fayda şəklində 15000 manatın ona ödənilməli olmasını göstərsə də, əldən çıxmış faydanın nədən ibarət olması və bunun nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmə araşdırması zamanı işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmiş, qarşılıqlı iddia tələbinin rədd edilmiş hissələri üzrə apelyasiya qaydasında araşdırma aparılarkən haqlı olaraq tərəflər arasında kirayə müqaviləsi bağlanmadığı, həmçinin tələb edilən əldən çıxmış faydanın nədən ibarət olması və nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim edilmədiyi qənaətinə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri də işin qeyd edilən halları ilə bağlı olmuş, apelyasiya instansiyası məhkəməsi həmin hallarla bağlı düzgün mövqedə olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə ə sasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış ə sasa söykənir. Həmin Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ci il tarixli, 2(103)7124/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4837/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4837/2019
04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver