Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4837/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının Vəkil3, cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-426/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335H saylı bağ evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17.10.2018-ci ildə 169 nömrəli reyestr kitabının 16703 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(103)-7258/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X8 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası Sabunçu rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək Cavabdeh övladı 27.01.2017-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında y erləşən (özbaşına tikiliyə) evə köçürülməsi qət edilmiş və həmin qətnamədən narazı qalan cavabdeh X6 apellyasiya şikayəti təmin edilməyərək Sabunçu rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X9 və onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evindən və torpaq sahəsindən çıxarılması, evin ona təhvil verilməsi və cavabdeh tərəfindən əmlakına daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ona mülkiyyətçisi olduğu evə dair RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bir neçə il bundan öncə tanışı X7 ona müraciət edərək evsiz qalması səbəbilə müvəqqəti olaraq yaşaması üçün ona mülkiyyətçisi olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evində yaşamasına icazə verməsini xahiş etmişdir. İddiaçı onun xahişini nəzərə alaraq ona məxsus olan evdə yaşamasına icazə vermişdir. Müəyyən bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, tanışı həmin evə bütün ai ləsini, hətta gəlini Cavabdeh da köçürmüşdür. Daha sonra iddiaçı onların evdən çıxmalarını tələb etmiş və X7 ailəsi ilə birlikdə onun evindən çıxmışdır. Lakin onun gəlini hazırki iş üzrə cavabdeh bu günədək ona məxsus olan evdən çıxmamışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, X3 gəlini hazırki iş üzrə cavabdehlə onun oğlu arasında olan nikah da artıq pozulmuşdur. Lakin bütün bunlara baxmayaraq Cavabdeh iddiaçıya məxsus evdən çıxmayaraq onu öz şəxsi mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququdan məhrum etmişdir. Dəfələrlə cavabdehdən ona məxsus evi boşaltmasını tələb etsə də, tələblərinə məhəl qoymayaraq mülkiyyət hüququnu qanunsuz və əsassız şəkildə məhdudlaşdırmışdır. Hazırda cavabdeh bu qanunsuz hərəkətlərini davam etdirir. Bundan başqa cavabdeh ona öz əmlakına daxıl olma ğa və əmlakından sərbəst şəkildə istifadə etməyə maneələr törədir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Paşayeva, iş № 2(008)-895/2020) iddia təmin edilərək, Cavabdeh övladı X9 və onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evindən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17.10.2018-ci ildə qeydiyyata alınmışdır. İddiaçının tanışı X7 mübahisəli bağ evinə iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün öz ailə üzvləri ilə birlikdə köçmüş daha sonra iddiaçının tələbi əsasında həmin mənzili tərk etmişdir. X1 gəlini, yəni hazırki iş üzrə cavabdeh həmin bağ evini tərk etməmiş öz uşağı ilə yaşamağa davam etmişdir. Daha sonra Cavabdeh ilə yoldaşı X11 arasında münasibətlər pozulmuş cavabdeh mənzilə köçürülmə tələbi ilə bağlı X8 qarşı iddia qaldırmışdır. Sabunçu rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək Cavabdeh övladı 27.01.2017-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən (özbaşına tikiliyə) evə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam v ermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Əşya üzrə sahiblik hüququ faktiki məsələ olmaqla Mülki Məcəllənin 159-cu maddəsinə əsasən əşyaya faktiki sahiblik edən şəxs hesab olunur. Bu zaman o, ya əşyanın sahibi, ya da özgə əşyasının sahibi ola bilər (MM-nin 161ci maddəsi). Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evi üzərində heç bir sahiblik hüququna təsir edən sübutu mövcud deyil. Cavabdehin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsində yerləşən tikilidə iddiaçının razılığı olmadan yaşamaqda davam etməsi nəticəsində iddiaçı hal-hazıradək bağ evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Sabunç u rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanmasını qət edən Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(103)-7258/2018 saylı mövcud qətnamələrinə münasibət bildirərək hesab etmişdir ki, sözügedən qətnamələr üzrə tərəflər hazırki iş üzrə eyni tərəflər deyil və bundan başqa, qeyd olunan qətnamələrə əsasən Cavabdeh hazırki mübahisəli bağ evinə yox, özbaşına tikili statusuna malik olan ünvan 1 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Bu səbəbdən də sözügedən məhkəmə qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyətə malik ola bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsg əndərov və İ.Kərimli, iş № 2(103)-426/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(008)-895/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, əvvəla, işdən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh övladı 27.01.2017-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən (özbaşına tikiliyə) evə köçürülməsi qət edilmiş və həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə olan qətnamə ilə Cavabdeh övladı X9 və onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evindən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evinin İddiaçı təhvil verilməsi qət edilmişdir. İddia tələbi bu həcmdə (qaydada) təmin edilsə də iddiaçı qətnaməni mübahisələndirməmişdir (çünki, iddia tələbində torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması da tələb edilmişdir). Bu evlərin eyni ev olmasını tərəflər mübahisələndirməsə də, apellyasiya baxışında məhkəmə qərardadına əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16 mart 2021-ci il tarixli məlumatında qeyd edilmişdir ki, tədqiqat obyektinə texniki b axış keçirilmişdir. Mübahisəli torpaq sahəsi və üzərində inşa olunmuş bağ evi **********55-11301 reyestr nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan 335 H saylı bağ evidir. Müraciətdə göstərilən Musalan yaşayış massivi, ev 901/Z ünvan rekviziti və bu evə dair hər hansı bir sənəd təqdim olunmadığı üçün verilmiş sualların cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi, anlaşılan şəkildə verilməsə də qeyd olunan İdarənin məlumatında da cavabdehin vaxtı ilə məhkəmə aktına əsasən köçürüldüyü, iddiaçının isə hazırda onun çıxarılmasını tələb etdiyi evin, eyni ev olduğu təsdiq olunur. İkincisi, cavabdehin mübahisəli evə azyaşlı övladı ilə birgə köçürülməsinə dair hər üç instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Bu günə qədər də həmin evdə yaşayır. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, həmin ünvanda yaşayan keçmiş qaynatası ilə 12.12.2020-ci il tarixdə aralarında məişət zəmində münaqişə baş vermiş və cavabdeh xəsarət almışdır. İddiaçının isə 17.10.2018-ci ildə həmin evə və yerləşdiyi 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Lakin iddiaçının mübahisə predmeti olan evə mülkiyyət hüququnun qeydə alınması hazırki iddianın əsaslılığına dəlalət etmir. Üçüncüsü, apellyasiya baxışı zamanı da iddia tələbinin əsassız olması, iddiaçının hazırki iddianı irəli sürməklə hüquqlarından sui-istifadə etməsi öz təsdiqini tapdı. Belə ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq m əqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddiaçının hüquqdan sui-istifadə edərək, Cavabdeh ziyan vurmaq məqsədi ilə bu iddianı irəli sürməsi təqdim olunan sənədlərlə, o cümlədən apellyasiya şikayətinin bütün dəlilləri ilə təsdiq olunur. Belə ki, Cavabdeh keçmiş əri Zaur Zöhrabova qarşı azyaşlı övladı ilə birlikdə mübahisəli ünvanda inşa edilmiş özbaşına tikiliyə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və iddiası təmin olunmaqla yekun olaraq bu iddia kassasiya instansiyası məhkəməsi tərəfindən də təsdiq olunduqdan sonra düşünülmüş şəkildə planlaşdırılan hazırkı iddia ortaya çıxmış və iş üzrə bu cür qətnamə çıxarılmışdır. Əslində hazırkı iddianın ortaya çıxmasında məqsəd də hazırki iş üzrə Cavabdeh mübahisəli ünvandakı inşa olunmuş əvvəlcə özbaşına tikili olan, s onradan isə, hazırki işin predmeti olmasa da məlum olmayan səbəbdən iddiaçının adına qeydə alınmış evdən çıxarmağa nail olmaq olmuşdur. Bu isə Cavabdeh və azyaşlı uşağının hüquqlarını pozmaqla yanaşı, mənafeyinə də açıq-aşkar ziddir. Dördüncüsü, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin və vəkilinin gətirdiyi dəlillər inandırıcı və ağlabatan olmamaqla işin hallarına da uyğun deyildir. Çünki, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində göstərilən və cavabdeh tərəfin gətirdiyi bu dəlilləri təkzib edəcək hər hansı bir mötəbər arqument irəli sürmədi. Ona görə də, ədalət mühakiməsini həyata keçirən məhkəmə həqiqətə nail olunmasını təmin edərək həm işdə iştirak edən, həm də iştirak etməyən şəxslərin hüquqlarının və qanuni mənafeyinin qorunmasını təmin etməlidir. Bu həm d ə məhkəmənin dövlət və cəmiyyət qarşısında pozitiv öhdəliyinin icrası ilə bağlı olan bir məsələdir. Beşincisi, apellyasiya şikayətində göstərilən dəlillər hazırki iddianın hüquqdan sui-istifadə edilməklə, məhz Cavabdeh ziyan vurmaq məqsədilə iddiaçının və cavabdehin keçmiş əri və onun ailəsinin birgə mövqedən çıxış edərək irəli sürüldüyünü açıq-aşkar təsdiq edir. Belə ki, iddiaçının və cavabdehin keçmiş ərinin və onun ailə üzvlərinin bilərəkdən bu vasitədən istifadə edərək mübahisəli evdən Cavabdeh çıxarılmasına nail olmaları əlbətdə ki, onları məmnun etməyə bilməzdi. Əks halda, heç olmasa iddiaçı həm Cavabdeh mübahisəli evə vaxtı ilə köçürülməsinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrindən, eləcə də hazırki iddiasının tam həcmdə təmin olunmamasından apellyasiya şikayətləri verməli idi. Lakin bu cür qətnamənin onu “qane” etməsi, iddiaçının cavabdehin keçmiş əri və ailə üzvləri ilə vahid niyyətlə, bilərəkdən, məhz Cavabdeh hüquqdan sui-istifadə edərək ziyan vurmaq, daha doğrusu, sonuncunun mübahisəli ünvanda inşa olunmuş evə köçürülməsi ilə bağlı dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarının əhəmiyyətini heçə endirmək məqsədilə düşünülmüş şəkildə edilməsinin bariz nümunəsidir. Əgər bu cür olmasaydı iddiaçı həm digər iş, həm də hazırki iş üzrə bir dəfə də olsun məhkəmə iclaslarında iştirak edərdi, Cavabdeh mübahisəli evə köçürülməsinə dair qətnamələrin həqiqətən də mənafeyinə zidd idisə apellyasiya və ya kassasiya şikayətləri verə bilərdi. Çünki, həmin işdə də Cavabdeh keçmiş əri mübahisəli evin hazırki iş üzrə iddiaçıya m əxsus olduğunu apellyasiya şikayətində göstərmişdir. Ona görə də iddiaçı şəxsən məhkəmə iclaslarında iştirak edərək hazırki iş üzrə cavabdeh, digər işdə isə iddiaçı olan Cavabdeh dəlillərinə aydınlıq gətirməli idilər. Çünki, mülki dövriyyədə evində yaxud torpaq sahəsində yaşayanların yaxud oradan çıxmaq istəməyənlərin kimliyini öyrənmədən, onların orada yaşamaq istəmələrinin səbəblərini öyrənmədən və.s. məsələləri araşdırmadan bu cür iddiaları həqiqətən kənar təsir olmadan öz iradələri ilə irəli sürülməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o, özününkü olan əmlakdan kimlərinsə çıxmasını tələb edirsə, mütləq onu əvvəlcədən görmək istəyir, onunla mübahisəni məhkəmədən kənar sülh yolu ilə həll e tmək istəyir, bu baş vermədikdə isə məhkəməyə mübahisələri zamanı mütləq məhkəmə iclaslarında iştirak edib iddiasını nümayəndəsi və vəkili olsa da şəxsən müdafiə etmək istəyir. Çünki, insanın həyat tərzi də bunu tələb edir. Lakin İddiaçı bu istəklərin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən vicdanlı şəxs kimi mübahisəli evin həqiqi mülkiyyətçisi olması ümumiyyətlə inandırıcı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-426/2021 nömrəli iş üzrə 12 aprel 2021 -ci il tarixli qətnaməsinin tamamilə ləğv edərək, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, əvvəlki mübahisədə tərəflər X12 və Cavabdeh olmuşdur. Həmin dövrdə ev özbaşına tikili sayılmışdır. Əvvəllər də evin mülkiyyətçisi iddiaçı olmuş, sadəcə həmin dövrdə tanışı X5 evdə yaşamağa icazə verilmişdir. Şikayətə əlavə edilmiş orderin surətindən də göründüyü kimi iddiaçının atası X13 1990-cı ildə Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı torpaq sahəsini özəlləşdirmişdir. Atasının vəfatından sonra vərəsəlik hüququndan istifadə edərək 17.10.2018-ci il tarixdə evə mülkiyyət hüququnu təsdiq edən çıxarış almışd ır. Sabunçu rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli qətnaməsində cavabdehin Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evinə yox, ünvan 4 ünvanına köçürülməsi qət edilmişdir. Musalan yaşayış massivi ev 901Z ünvan rekviziti və bu evə dair hər hansı sənəd təqdim olunmadığı üçün Reyestr Xidmətinin ərazi idarəsi tərəfindən heç bir məlumat verilməmişdir. Bu haqda məlumat verilməsə də əsassız olaraq Bakı Apellyasiya Məhkəməsi cavabdehin köçdüyü evin hazırki mübahisəli ev olduğu qənaətinə gəlmişdir. Cavabdehin köçdüyü evin hazırki mübahisəli ev olduğu ilə razılaşaraq belə məhkəmənin mövqeyi düzgün deyildir. Belə ki, həmin dövrdə ev özbaşına tikili olmuş, hazırda isə rəsmi qaydada iddianın mülkiyyətindədir. Həmçinin tərəflər arasında heç vaxt qohumluq əlaqəsi olmamışdır. Cavabdehin iddiaçıya məxsus evdən çıxmaması aşkar surətdə İddiaçı mülkiyyət hüququnu məhdudlaşdırır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-426/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdehin vəkili X4 izahatında göstərmişdir ki, işə baxa rkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-426/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayəti iddiaçı tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması xahiş edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsasında yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmişdir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-426/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4837/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4837/2021
16.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver