Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4837/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Saatlı rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən, kənd təsərrüfatı təfinatlı 2.44 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilib və JN:008 saylı, 10 iyul 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən, mülkiyyətində olan 6.731,11 kv.metr torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı iddiasını onunla əsaslandırıb ki, onun və ailə üzvlərinin mülkiyyətində olan 2.44 ha torpaq sahəsinin 6.731,11 kv.metr hissəsini Cavabdeh müvəqqəti istifadəsinə veriblər. Hazırda həmin torpaq sahəsini özləri əkib-becərmək istəyirlər. Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsindən çıxmasını tələb etsə də, o, torpaq sahəsindən çıxmaqdan imtina edib. Cavabdeh isə öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin 6.731,11 kv.metr hissəsinin satın alınması, abadlaşdırılması və istifadəyə yararlı hala gətirilməsi üçün çəkilmiş 8.800 manat və 700 ABŞ dolları xərcin İddiaçı tutulub ona ödənilməsi, həmin məbləğin tutulması ilə onun 6.731,11 kv.metr torpaq sahəsindən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslan dırıb ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 2.44 ha torpaq sahəsi verilib. O, 2004-cü ildə həmin torpaq sahəsinin 6.731,11 kv.metr hissəsini İddiaçı mərhum ərindən 800 manat pulun müqabilində birdəfəlik satın alıb. Həmin pulu oğlu Rövşən Vəliyevin vasitəsilə 2004-cü ildə İddiaçı əri məhrum Xverib. Torpaq sahəsi yararsız vəziyyətdə olduğu üçün orada abadlıq işləri aparıb və ümumilikdə həmin torpaq sahəsinin alınmasına və abadlaşdırılmasına 8.800 manat və 700 ABŞ dolları xərc çəkib. Lakin, buna baxmayaraq İddiaçı qeyd olunan torpaq sahəsini ondan geri tələb edir. Saatlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, mübahisəli 2.44 ha torpaq sahəsinin 6.731,11 ha hissəsindən Cavabdeh qanunsuz istifadə sinin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Saatlı rayon AİK-nın 01 avqust 2000-ci il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən, kənd təsərrüfatı təfinatlı 2.44 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilib və JN:008 saylı, 10 iyul 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınıb. Ona görə də İddiaçı mülkiyyətçi kimi Cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılmasını və həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlı olub. Cavabdeh İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 6.731,11 kv.metr torpaq sahəsini onun əri X birdəfəlik satın aldığını, həmin torpaq sahəsində abadlıq işləri apardığını və bunun üçün ümumilikdə 8.800 manat və 700 ABŞ dolları xərc çəkməsini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.3, 152.1, 213.6, 157.2, 213.6-cı maddələrinin, Torpaq Məcəlləsinin 66.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov sədrlik edən, məruzəçi, İ.Əsədovvə və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Saatlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5, 157.2, 213.6-cı maddələrinin və digər maddi, prosess ual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri, ona etirazlar və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun sübut təqdim etmək və ekspertiza keçirilməsi barədə vəsatətini əsassız olaraq rədd edib. Belə ki, torpaq sahəsi uzun illər onun istifadəsində olub, həmin torpaq sahəsini öz mülkiyyəti kimi abadlaşdırıb. Torpaq sahəsinin yaxşılaşdırılması və istifadəyə yararl ı hala gətirilməsi üçün həmin əraziyə 1 maşını 50 manat olmaqla 50 maşın torpaq töküb. Torpaq sahəsinin hamarlanması üçün 2.000 manat xərc çəkərək oranı hamarlayıb. Həmin sahəyə 700 ABŞ dolları xərc çəkərək 1.000 metr qoruyucu kanal çəkib. Torpaq sahəsinə 1.000 manat xərc çəkərək 800 metr yol çəkib. Həmin torpaq sahəsinə 200 ədəd söyüd ağacı əkib və bütün bunlar cəmi 8.800 manat və 700 ABŞ dolları xərc çəkib. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almayıb. Kassasiya şikayətinə qarşı etiraz Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbi q edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şə xslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər; 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; 66.2-ci maddəsinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirili r; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 84.1-ci maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessu al qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməni n əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğ unu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, Saatlı rayon AİK-nın 01 avqust 2000-ci il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən, kənd təsərrüfatı təfinatlı 2.44 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilib və JN:008 saylı, 10 iyul 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvlərinin adlarına qeydə alınıb. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya mü qavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildik də mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər; 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; 66.2-ci maddəsinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 84.1-ci maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş ) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı mülkiyyətçi kimi Cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılmasını və həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlı olub. Digər tərəfdən, Cavabdeh İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 6.731,11 kv.metr torpaq sahəsini onun əri X birdəfəlik satın aldığını, həmin torpaq sahəsində abadlıq işləri apardığını və bunun üçün ümumilikdə 8.800 manat və 700 ABŞ d olları xərc çəkməsini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstəri lir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi həmçinin yuxarıda qeyd olunanl arı nəzərə alıb hesab edir ki, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(106)-2264/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul e
Məhkəmə qərarları › İş №2(102)-4837/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4837/2022
11.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver