Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4838/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, cavabdeh x1in Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(011)1816/2019 saylı qətnaməsi ilə (hakim N.Misirzadə) iddianın qismən təmin edilməsi, 6305,30 manat məbləğində əsas borc, 1017,05 manat məbləğində faiz borcu və 160 manat məbləğ ində cərimə, cəmi 7482,35 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun x1dən alınaraq x1-yə ödənilməsi, tələbin ünvan 1 mənzilinə yönəldilməsi, ünvan 1 mənzilinin ilkin satış qiyməti 57000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 7482,35 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun x1-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin x1dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1559/2019 saylı qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və T.Səmədov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 201 7-ci il tarixli, 2(011)-1816/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1559/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 637- SF/14 saylı kredit müqaviləsi üzrə 6305,30 manat əsas borc, faiz borcu 1017,05 manat, 1649,70 manat cərimə borcu olmaqla, cəmi 10621,75 manat məbləğində borcun, ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğ ində dövlət rüsumunun tutulması; həmin məbləğin girov qoyulmuş, x2 məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən gəlir hesabına x1-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə x1 arasında bağlanmış 29.08.2014-cü il tarixli 637-SF/14 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 22 faiz olmaqla, 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə x1in öhdəliklərinin icrasının təminatı kimi x1 ilə x1 arasında 29.08.2014-cü il tarixli 637-SF/14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə x2 məxsus olan ünvan 1 istifadədə olan 0.15131 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 9 mərt əbəli binada 48.14 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Borcalan tərəflər arasında bağlanmış 29.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Belə ki, cavabdeh 23.12.2016-cı il tarixinədək 29.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcdan 8618,61 manat, faiz borcundan 6053,92 manat ödəməli olduğu halda əsas borc üzrə 5694,70 manat, faiz borcu üzrə isə 3506,30 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət olunmasına, xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Həmçinin, cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1559/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Məmmədov Zamin Əli oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublika sı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan x1-nin Sahil filialı ilə cavabdeh x1 arasında bağlanmış 29.08.2014-cü il tarixli 637-SF/14 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 22 faiz hesablanmaqla 12000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh kredit məbləğini müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, i ddiaçı x1 ilə cavabdeh x1 arasında bağlanmış kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan kredit hesabı üzrə qrafikdə borclunun hesablanmış faizləri və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı x1 ilə cavabdeh x1 arasında bağlanmış 29.08.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, x2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində istifadədə olan 0.15131 ha ərazidə yerləşən 18 nömrəli, 9 mərtəbəli binada 48,14 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzil 29.08.2014-ci il tarixli 637-SF/14 saylı müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bün van 1 istifadədə olan 0.15131 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 9 mərtəbəli binanın, 48.14 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə x1in adına daşınmaz əmlakın dövlət reyestrində 503 nömrəli reyestr kitabının 46388 nömrəli vərəqində 04.12.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair 30.08.2016-cı il tarixli və 30.09.2016-cı il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarında olan 07.11.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 29.08.2017-ci il tarixinə 6305,30 manat əsas, faiz borcu üzrə 1017,05 manat və cərimə borcu üzrə 1649,70 manat borcu vardır. İş materiallarında olan məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi x3-yə həvalə olunmuş və həmin MMC-nin Bünvan 1 yerləşən 18 saylı binanın, 37 saylı mənzilinin bazar dəyərinin müəyyənləşdirilməsi üzrə 019/TB saylı, 17.04.2017-ci il tarixli hesabatla qeyd edilən mənzilin bazar dəyərinin 57000 manat məbləğində olması müəyyən olunmuşdur. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 7425 saylı, 16.10.2017-ci il tarixli rəyindən görünür ki, x1 tərəfindən x1-dən alınmış kredit vəsaiti üzrə banka olan borcu əsas borc üzrə 6306,34 manat, faiz borcu üzrə 906,35 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstə rməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predm eti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daş ıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xe yli dərəcədə məhrum olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehdən 6305,30 manat məbləğində əsas borc, 1017,05 manat məbləğində faiz borcu və 160 manat məbləğində cərimə, cəmi 7482,35 manat məbləğində kredit borcun tutulması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutara q məhkəmə kollegiyası Qərara aldı: x1in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4838/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4838/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver