Məhkəmə qərarları › İş №2(102)-484/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-484/2020

28.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-484/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(004)-6180/18) İddiaçı cavabdehlər “xxxx” MTK-ya və X1 qar şı “müqavilənin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair” iddiası təmin edilərək xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən 2 otaqlı, 101 kv. metr sahəli 114 saylı mənzilinə dair “xxxx” MTK-nin direktoru C.H.Alışov ilə alıcı X2 arasında bağlanmış 19.07.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən 2 otaqlı, 101 kv. metr sahəli 114 saylı mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 ape llyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, V.Həsənov və X.Sarıyev, iş № 2(103)-xx/19) apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X4 cavabdehlər “xxxx” MTK-ya və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu “xxxx” yaşayış massivində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 16-cı mərtə bəsində yerləşən 101 kv.m sahəsi olan 114 saylı mənzilə istifadə hüququnun tanınması, X3 ilə “xxxx” MTK arasında bağlanmış 19.07.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili F.Şirinov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz i ştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil F.Şirinovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, mübahisə predmeti ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 101,6 kv.m ümumi sahəsi olan 2 otaqlı 114 saylı mənzildir. İşdə olan sənədlərə əsasən həmin mənzilə dair “xxxx” MTK tərəfindən üç müqavilə bağlanmışdır: - birinci müqavilə 17.03.2010-cu il tarixdə X6 ilə; - ikinci müqavilə 19.07.2011-ci il tarixdə Cavabdeh2 ilə; - üçüncü müqavilə 26.04.2016-cı il tarixdə İddiaçı ilə; Sonuncu şəxslə, İddiaçı yəni ilə müqavilə birinci müqavilənin tərəfi olan Maqsud Kərimovun mənzildən imtina etməsi nəticəsində bağlanmışdır. Hazırkı işdə İddiaçı, “xxxx” MTK və Cavabdeh2 cavabdeh, Maqsud Kərimov isə müstəqil tələb irəli sürməyən 3-cü şəxsdir. İddiaçı iddiası cavabdeh “xxxx” MTK-ya və Cavabdeh2 qarşı yönəlməklə mübahisəli mənzilə istifadə hüququnun tanınması və Cavabdeh2 ilə “xxxx” MTK arasında bağlanmış 19.07.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədədir. Cavabdeh2 iddianı qəbul etməmiş, mənzili qanuni əsaslarla 19.07.2011-ci il tarixli müqavilə əsasında əldə etməklə pay haqqını 2011-2014-cü illər ərzində hissə-hissə ödədiyini, 2011-ci ildə mənzildə təmir işləri gördüyünü, həmin vaxtdan orada yaşadığını və mənzilin hazırda onun sahibliyində olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1 57.2, 157.8, 324, 337-ci maddələrini rəhbər tutaraq iddianı təmin etmiş, mübahisəli mənzilə dair Cavabdeh2 ilə “xxxx” MTK arasında bağlanmış 19.07.2011-ci il tarixli müqavilənin etibarsız hesab olunmasını və mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin “xxxx” MTK-nın üzərinə qoyulmasını qət etmişdir. Məhkəmənin qənaətinə görə mənzilə dair müqavilə ilkin olaraq 3-cü şəxs Maqsud Kərimovla bağlandığından sonradan onun razılığı olmadan 19.07.2011-ci ildə Cavabdeh2 ilə müqavilə bağlanması, mənzilin ona satılması mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə zidd olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və qətnamə çıxararkən Cavabdeh2 2011-ci ildən mübahisəli mənzildə təmir işləri aparmaqla orada yaşadığını, mənzilin həmin vaxtdan onun sahibliyində və istifadəsində olduğunu nəzərə almamış və qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozaraq iddiaçı tərəfindən irəli sürülməyən tələb üzrə qətnamə çıxarmış və apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi mübahisəli mənzilə istifadə hüququnun tanınması və Cavabdeh2 ilə bağlanmış 19.07.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə olsa da, məhkəmə həmin tələblərlə yanaşı mənzilin İddiaç ı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin “xxxx” MTK-nın üzərinə qoyulmasını da qət etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qanunun məna sına görə hakim iddia tələbindən yalnız o halda kənara çıxa bilər ki, bu, müstəsna hal kimi qanunda nəzərdə tutulmuş olsun. Qanun iddia tələbindən kənara çıxma dedikdə iddianın əsasının və ya predmetinindəyişdirilməsini nəzərdə tutmur. Digər tərəfdən, məhkəmə qanunda göstərilən müstəsna hallarda belə iddia tələbindən kənara çıxdıqda, bu barədə gəldiyi nəticəni qətnamənin əsaslandırıcı və nəticə hissələrində göstərməlidir. İddiaçı məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququna malikdir. İşdən göründüyü kimi, iddiaçı işə baxılarkən iddia tələbinin həcminin artırılması haqqında ərizə verməmiş, eləcə də məhkəmə qətnamənin əsaslandırıcı və nəticə hissələrində iddia tələbind ən kənara çıxmasını göstərməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işə baxan məhkəmə mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin “xxxx” MTK-nın üzərinə qoyulmasını qət edərkən mənzilin hazırda kimin sahibliyində olmasını, orada kimin yaşamasını aydınlaşdırmamışdır. İddiaçı mənzildə özünün yaşadığını bildirsə də, o, istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Əgər iddiaçı həqiqətən də mübahisəli mənzildə yaşayırsa, mənzil onun istifadə və sahibliyindədirsə, onda onun istifadə hüququnun tanınması barədə iddia qaldırması və məhkəmənin İddiaçı ilə MTK arasında hər hansı mübahisə olmadığı halda bu iddianı təmin edərək mübahisəli mənzilin onun istifadə və sahibliyinə verilməsi vəzifəsini MTK-nın üzərinə qoyması mülki prosessual qanunvericiliyin tələbl ərinə ziddir. Digər tərəfdən, mübahisəli mənzildə Cavabdeh2 yaşadığı müəyyən edildiyi təqdirdə onun mənzildən çıxarılması tələbi olmadan MTK-nın üzərinə belə bir vəzifənin qoyulması da qanunun tələblərindən irəli gəlmir və məntiqdən uzaqdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən İddiaçı tərəfindən hazırkı iş üzrə iddia qaldırılanadək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin buraxılıb-buraxılmadığı da tədqiq edilməli və qiymət verilməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 26.04.2017-ci il tarixdə mənzili aldıqdan sonra orada təmir işləri aparmağa başlamış və bu zaman Cavabdeh2 ilə bağlanmış 19.07.2011-ci il tarixli müqavilədən məlumatlı olmuşdur. Belə ki, Cavabdeh2 həmin müqaviləni özü ona gös tərmişdir. İşdən göründüyü kimi, İddiaçı hazırkı iş üzrə əqdin etibarsız hesab olunması barədə iddianı məhkəmədə 09.07.2018-ci il tarixdə, yəni bir ildən sonra qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti yox, əqdi mübahisələndirmək hüququ verən “kəsici” müddətdir və bu müddətin tətbiq olunması üçün ərizəyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz h əmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin, o cümlədən, “kəsici” müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə əqdin etibarsızlığı barədə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın n əticələrini də tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən mübahisələndirilən əqdin etibarsız hesab olunması üçün əsasların həqiqətən də mövcud olduğu qənaətinə gələrsə, bu zaman əqd üzrə alınanların geri qaytarılmasını nizama salan Mülki Məcəllənin 337.5-ci maddəsinin mübahisəyə tətbiq olunmasını da müzakirə etməli, həmin normanın mübahisəli hüquq münasibətinə tətbiqini mümkün saymadıqda isə bunu qanunla müəyyən olunmuş qaydada əsaslandırmalıdır. Məhkəmə kollegiyası habelə işə yenidən baxan məhkəmənin diqqətini apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi istinad etdiyi işin 161-ci vərəqində olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 25.07.2019-cu il tarixli məktununun məzmununa cəlb ed ərək qeyd edir ki, həmin məktubda mübahisəli mənzilə dair Maqsud Kərimovla bağlanmış birinci müqavilənin 64 000 manat dəyərində tikinti materialı əvəzinə bağlandığı, yəni həmin müqavilə bağlanarkən MTK-ya hər hansı pul vəsaiti ödənilmədiyi göstərilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsasən Mədət Mehdiyev cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin cinayət işinə məhkəmə baxışının başa çatıb-çatmadığını, həmin cinayət işində hazırkı mülki işdə iştirak edən digər şəxslərin də zərərçəkmiş, yaxud mülki iddiaçı kimi tanınıb-tanınmamalarını, mülki iddiaların təmin olunub-olunmadığını aydınlaşdırmalı və müəyyən edilən halların h azırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edib-etməməsinə qiymət verməlidir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verm əlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-ci il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar