Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-484/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ilkin iddia tələbinə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7238/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 1, 11 saylı mənzil mərhum X3 məxsus olmuşdur. 17 noyabr 2019-cu ildə vəfat etmiş, mübahisəli mənzil vərəsəlik qaydasında əri İddiaçı mülkiyyətinə keçmişdir. Mənzilin İddiaçı mülkiyyətində olmasına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən daşınmaz əmlakın Dövlət reyestrindən 01 sentyabr 2020-ci ildə Çıxarış verilmişdir. Cavabdeh 20 oktyabr 2019-cu il tarixdə mübahisəli mənzilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh 30 yanvar 2020-ci il tarixdə nikaha daxil olmuşlar, 14 iyul 2020ci il tarixdə onların arasındakı nikah pozulmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icr aat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxarılması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan nikah pozulduqdan sonra cavabdeh ona məxsus olan mənzildən çıxmamışdır. Cavabdehlə mübahisəli mənzildən istifadə hüququ barədə hər hansı razılaşma yoxdur. Daha sonra iddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzildən çıxarılması, cavabdehdən kirayə haqqı borcu kimi 3400 manat vəsaitin iddiaçının xeyrinə tutulması, cavabdehdən iddiaçıya məxsus olan televizor, paltaryuyan maşın, soyuducu, mebel əşyalarının üm umi dəyəri olan 1000 manat vəsaitin iddiaçının xeyrinə tutulması, iddiaçıya məxsus olan qızıl üzüyün dəyəri olan 1000 manat vəsaitin onun xeyrinə tutulması, cavabdehə və onun mərhum ilk həyat yoldaşı X3 məxsus iki əmək kitabçası, mənzilin mülkiyyət çıxarışı, nikah şəhadətnaməsi, valideynlərinin ölüm şəhadətnamələri, valideynlərinin medallarının cavabdehdən alınaraq iddiaçıya verilməsi, Xətai rayon İcra şöbəsinin icra məmuru Ülvi Əkbərlinin 05 avqust 2020-ci il tarixli qərarına və Xətai Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli icra sənədinə əsasən, 1375 manat ziyana görə pul vəsaitinin, 20 manat dövlət rüsumunun, 100 manat ekspertiza dəyərinin və Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 250 manat pul vəsaitinin, 20 manat dövlət rüsumunun cavabdehdən idd iaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında ünvan 2 ünvanına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bu mümkün olmadığı halda cavabdeh və mərhum arvadı X3 həmin mənzilə dair ödədiyi 36000 manatın İddiaçı alınıb iddiaçıya verilməsi, pulun ona verilməsi ilə onun mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin keçmiş mülkiyyətçisi nı uşaqlıq illərindən tanımışdır. Onlar eyni məktəbdə oxumuşlar. 2011-ci ilin aprel ayında söhbət əsnasında iddiaçı uyğun qiymətə torpaq sahəsi alıb ev tikdirmək fikrində olduğunu bildirdikdə ona v alideynlərindən qalmış mənzili satmaq istədiyini bildirmiş, iddiaçıya həmin mənzili almağı məsləhət görmüşdür. Tatyana həmin mənzili iddiaçıya 36.000 manata nisyə satmağa razılaşmışdır. İddiaçı 2011-ci ilin aprel ayından mənzilə köçüb yaşamağa başlamış, oktyabr ayında ilkin ödəniş olaraq 5000 manat vermişdir. Bütün danışıq və razılaşmalarda İddiaçı də iştirak etmişdir. Həmin vaxtdan başlayaraq onlar hər il oktyabr-noyabr aylarında Bakıya gələndə iddiaçı onlara razılaşdıqları kimi 4.000 manat vermişdir.13 noyabr 2018-ci il tarixdə onlar Bakıda olarkən iddiaçı yenə 4.000 manat pul vermişdir. Bundan sonra onun ödəniləcək 3000 manat borcu qalmışdır. Həmin vaxt Tatyana iddiaçıya etibarnamə verərək növbəti il gələrkən alğı- satqını rəsmiləşdirəcəklərini bildirmişdir. 13 oktyabr 2019-cu il tari xdə onlar yenidən Bakıya gəlmişlər. 20 oktyabr 2019-cu il tarixdə Tatyana iddiaçını cavabdeh İddiaçı iştirakı ilə mənzilə qeydiyyata saldırmışdır. İddiaçı qalan 3000 manat pulu da ödəmişdir. Bununla da o, razılaşdıqları 36000 manat pulu Tatyanaya tam olaraq ödəmişdir. Tatyana iddiaçıya müalicə olunacağını, daha sonra alğı-satqını rəsmiləşdirəcəklərini bildirmişdir. İddiaçı Tatyananı xəstəxanaya aparmışdır. O, Tibb Universitetinin Tədris Mərkəzində müalicə olunmuş, daha sonra əməliyyat olunması üçün Əfəndiyev Xəstəxanasına köçürülmüşdür. 17 noyabr 2019-cu ildə xəstəxanada vəfat etmişdir. Bu səbəbdən onlar mənzilə dair alğısatqını rəsmiləşdirə bilməmişlər. Bundan sonra iddiaçı yenə həmin mənzildə yaşamağa davam etmişdir. Cavabdeh İddiaçıya 16 yanvar 2020-ci ildə vəsiyyətnamə və etibarnamə ve rmişdir. Onlar 30 yanvar 2020-ci ildə nikaha daxil olmuşlar. Cavabdehin bacısı onların münasibətindən xəbər tutan kimi gəlib onu özü ilə məcburi apararaq nikahın pozulmasına nail olmuşdur. Cavabdeh yaxşı bilir ki, razılaşma ilə Tatyana mənzili nisyə iddiaçıya satmışdır və iddiaçı mənzilin pulunu tam şəkildə ödəmişdir. İddiaçı 2011-ci ildən həmin mənzildə yaşayır. Cavabdeh və X7 Respublikasında yaşamışlar və hər ilin oktyabr-noyabr aylarında Bakıya gəldikdə iddiaçı pulu onlara ödəmişdir. Tatyana bunları dəftərdə qeyd etmişdir və hər ikisi tərəfindən imzalanmaqla dəftər iddiaçının evində saxlanılmışdır. Cavabdeh İddiaçı sonuncu dəfə bacısı ilə evdən gedərkən həmin dəftəri də özü ilə aparmışdır. Cavabdeh bacısının təzyiqi ilə mənzilə dair alğı-satqını rəsmiləşdirməkdən imtina edir. Eyni zaman da cavabdeh iddiaçının mənzilə görə ödədiyi 36000 manatı da qaytarmır Daha sonra Əliyeva X1 Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına dair cavabdeh İddiaçı və X4 ilə aralarında olan razılaşmaya əsasən mənzilin nisyə satışı ilə əlaqədar onlara ödədiyi 36000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, pulun verilməsi ilə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz ifadəsində göstərmişdir ki, o poliklinikaya gedərkən orada İddiaçı mərhum həyat yoldaşı Tatyana ilə qarşılaşmışdır. ona ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilini satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qis mində çıxış edən X5 öz ifadəsində bildirmişdir ki, o, tərəflərin qonşusu olmuşdur. Onların yaxın münasibətləri olmamışdır. İki dəfə qonşusu olan Cavabdeh onda xahiş etmişdir ki, pulu Eldara və ya Tatyanaya versin. İki dəfə o pulu çatdırmış və onlar pulu verərkən dəftərə aldım deyə imza etmişlər. Pulun kirayə haqqı və ya hansısa başqa məbləğ olması ona məlum deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin (hakim Aygün Həsənova) 2(011)-701/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 1, 11 saylı mənzildən çıxarılması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mübahis əli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildə qeydiyyatının qalması və mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan həmin mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh kirayə haqqı borcu kimi 5465 manat vəsaitin İddiaçı xeyrinə tutulması hissəsini araşdıraraq belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Çünki iddiaçı cavabdehin 19 ayı əhatə edən kirayə borcunun olmasına istinad etsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə tə qdim edə bilməmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı Cavabdeh mübahisəli mənzildə yaşadığına görə kirayə haqqının ödənilməsini tələb etdiyi dövrün bir hissəsi də tərəflərin nikahda olduqları dövrü əhatə etmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh 30 yanvar 2020-ci il tarixdən 12 iyun 2020-ci il tarixədək rəsmi nikahda olmuşlar. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh mübahisəli mənzildə olan qeydiyyatının ləğv edilməsi hissəsinə qiymət verərək göstərmişdir ki, qeydiyyatın ləğv olunması tələbi məhkəmənin səlahiyyətlərinə aid deyildir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə olan halda, iddiaçıya izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq inzibati orqana müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qarşılıqlı iddia tələbi əsassız hesab edərək bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh mübahisəli evi nisyə alğı-satqı qaydasında əldə etdiyini, evin keçmiş mülkiyyətçisi Tatyananın onun uşaqlıqdan tanıdığı rəfiqəsi olduğunu, verilən və alınan məbləğləri kitaba yazdıqlarını qeyd etmiş, istinad etdiyi halları sübuta yetirmək üç ün məhkəməyə şahidlər dəvət etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən izahat vermiş X5 həqiqətən də iki dəfə Cavabdeh onun yanında qoyduğu pul vəsaitini Eldar və mərhum arvadı ya verməsini təsdiq etmiş, pulu verərkən onların kitaba aldım deyə qeyd etdiklərini bildirmişdir. Lakin bu pulun kirayə haqqı olaraq və ya başqa ödəniş olması barədə məlumatlı olmadığını bildirmişdir. Odur ki, məhkəmə istinad edilən şahidin ifadəsini iddianın təmin edilməsi üçün kifayət qədər mötəbər subut hesab etməmişdir. Çünki istinad edilən hal başqa sübutla və işin digər halları ilə təsdiq edilmir. Belə ki, iddiaçı Cavabdeh istinad etdiyi pulun alınıb verilməsini əks etdirən hesablamaların yazıldığı kitabı (dəftəri) məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, Cavabdeh faktiki olaraq mübahisəli mənzildə yaşasa da, həmin mənzilə dair hər hansı hüququnun olmasını, eyni zamanda mübahisəli mənzili almaq üçün qarşı tərəfə 36000 manat məbləğində pul vəsaiti ödəməsini sübuta yetirə bilməmişdir. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi 2019cu ildə vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun mübahisələndirilən ünvanda hansı əsaslarla 10 ildən artıq müddətə yaşamasını, 2011-ci ildə cavabdehin ev əşyalarını qonşulara paylamaqla mənzili ona nə üçün boşaldıb təhvil vermələrini, mənzilin keçmiş mülkiyyətçisi tərəfindən cavabdehin razılığı ilə mənzilə daimi qeydiyyata alınmasının səbəbini, həm keçmiş mülkiyyətçini n, həm də cavabdehin nə səbəbə ona etibarnamələr verdiklərini, cavabdehin onun adına vəsiyyətnamə yazmasının səbəblərini aydınlaşdırmamışdır. Tatyana onu mənzilə daimi qeydiyyata öz təşəbbüsü ilə salmışdır. Məhkəmədə Eldar özü də bu faktı təsdiq etmişdir. Kirayə yaşayanı heç vaxt mənzilə qeydiyyata salmazlar. Tatyana qalıq borcu olan 3000 manatı ondan aldıqdan sonra onu mənzilə qeydiyyata saldı və bildirdi ki, narahat olmasın. Tatyananın ölümündən sonra peyda olub mənzili ələ keçirmək niyyətinə düşən cavabdehin ögey bacısı Beraşvili Svetlananın təkidi ilə onun mənzildən çıxarılması barədə iddia qaldırılmışdır. Halbuki, o, 2011-ci ilin aprelindən çətinliklə qazandığı pulları Tatyana ilə cavabdehə vermişdir. Yaşadığı müddətdə mənzildə təmir işləri görmüşdür. Apellyasiya instansiyası məhkəməs ində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmı ş münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər 30.01.2020-ci il tarixdə nikaha daxil olmuş, lakin, tərəflər arasında bağlanmış nikah 12.06.2020-ci ildə pozulmuşdur. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığı müəyyən olunur. Cavabdeh mübahisəli mənzilə pasport qeydiyyatına düşərkən həmin mənzil mərhum T.Əliyevanın mülkiyyətində olmuşdur. 12.06.2020-ci il tərəflər arasında bağlanmış nikah pozulduğundan, Cavabdeh İddiaçı ailə üzvü hesab edilmir. Göründüyü kimi cavabdehin həmin mənzildən istifadə hüququ olmadığ ından o mübahisəli mənzildən çıxarılmalıdır. Belə ki, onun həmin mənzildə yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Ona görə də, məhkəmə ilk iddia tələbinin təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Cavabdeh mübahisəli mənzili mərhum T.Əliyevadan nisyə alğı-satqı müqaviləsi əsasında almasına istinad etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizə sini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə qeyd etmişdir ki, cavabdehin ona etibarnamələr və vəsiyyətnamə verməsi, mübahisəli mənzilə qeydiyyata düşməsi həmin mənzilin alğı-satqısının aparılmasına dəlalət edə bilməz. Cavabdeh qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində göstərmişdir ki, mərhum T.Əliyevaya pulun verilməsi dəftərdə qeyd olunmuşdur. Lakin həmin dəftər iddiaçı və bacısı tərəfindən götürülmüşdür. Cavabdehin bu dəlilləri inandırıcı sayılmır. Belə ki, məhkəmə iclasında Cavabdeh öz izahatında bildirmişdir ki, o, 2011-ci il tarixdən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Belə olan halda İddiaçı bacısı ilə birlikdə mübahisəli mənzilə gələrək dəftəri götürməsi ağlabatan deyildir. Cavabdeh (vəkil Nüma yəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Mad də
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə y aşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə mün asibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 de kabr 2014-cü il tarixli qərarı: “...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7238/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.