Məhkəmə qərarları › İş №2(102)-484/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-484/2023

06.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-484/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin geri qaytarılması, borc məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1542/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqa yıt Bələdiyyəsi ilə Aslan Quliyev arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, 6411 kv metr torpaq sahəsi Aslan Quliyevin icarəsinə verilmiş, Aslan Quliyev isə həmin torpaq sahəsindən istifadəyə görə hər il 769,32 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə icarə müddəti 15 il müəyyən edilmişdir.

2. X3 Zeynalov arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, Aslan Quliyev xx.xx.2006-cı il tarixli, JN-9199 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair dövlət aktına əsasən onun istifadəsində olan 6411 kv metr torpaq sahəsindən istifadə hüququnu cavabdehə satmışdır.

3. Mübahisəli torpaq sahəsi üzərində cavabdehin istifadə hüququ 15 il, yəni xx.xx.2021-ci il tarixədək dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.

4. Sumqa yıt Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən, bələdiyyə tərəfindən sahibkarlıq məqsədi ilə icarəyə ayrılmış və sahəsi 1 hektaradək olan torpaq sahələrinin illik icarə haqqının məbləğinin 2017-ci ilin yanvar ayının 1-dən 2 dəfə artırılması nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan maşın bazarı ərazisində yerləşən, sahəsi 6411 kvadrat metr təşkil edən torpaq sahəsindən istifadəyə görə bu günədək yaranmış 18720,12 manat əsas borcun, 6084,03 dəbbə pulunun, ümumilikdə 24804,15 manat pulun iddiaçının xeyrinə tutulması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması barədə qət namə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, maşın bazarı adlanan ərazidə yerləşən 6411 kv metr torpaq sahəsi istehsal və kommersiya sahələrinin tikintisi məqsədi ilə X2 ayrılmış və Sumqayıt Bələdiyyəsi ilə Aslan Quliyev arasında 01 mart 2006-cı il tarixdə 39 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin qüvvədə olma müddəti 15 il olmaqla 25 aprel 2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Daha sonra Aslan Quliyev 12 aprel 2006-cı il tarixli, JN- 9199 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə almışdır. 25 aprel 2006-cı il tarixdə Aslan Quliyev torpaqdan müvəqqəti istifadə hüququnu cavabdehə satmış, bununla da Aslan Quliyevin torpaq üzərindəki öhdəlikləri cavabdehə keçmişdir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə müddəti xx.xx.2006-cı il tarixdən 15 il müddətinə müəyyən edilmişdir ki, həmin müddət də xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu müddət ərzində cavabdeh bələdiyyə qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və torpaqdan istifadəyə görə icarə haqqını ödəməmişdir. Həmin icarə müqaviləsinə əsasər cavabdeh icarəsinə verilmiş hər 1 kv metr torpaq sahəsinə görə 0,12 manat olmaqla, illik 769,32 manat icarə haqqı ödəməli idi. 2017-ci ildən bələdiyyə qərarı əsasında torpaq icarə haqqlarının bazar qiymətləri ilə uyğunluq təşkil edilməsi məqsədi ilə torpaq icarə haqqlarının məbləğləri artırılmış və həmin artım əsasında 2017-ci il tarixdən cavabdehin istifadəsində olan torpaq sahəsinin h ər kvadrat metri 0,32 manatdan hesablanmışdır. Lakin cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etməmişdir ki, bunun da nəticəsində onun iddiaçıya 24804,15 manat icarə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edilsə də, cavabdeh bu günədək öz öhdəliklərini yerinə yetirməmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7696/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Cavabdehin nümayəndəsi qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir.

9. Cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.

10. Sumq ayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-2345/2022 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş, 18720, 12 manat əsas borc, 6084,03 manat dəbbə pulu, cəmi 24804,15 manat Cavabdeh tutulub Sumqayıt Bələdiyyəsinə bdənilməsi, Sumqayıt şəhəri, maşın bazarı adlanan ərazidən yerləşən 6411 kv metr torpaq sahəsinin cavbadeh Cavabdeh tərəfindən boşaldılaraq Sumqayıt Bələdiyyəsinə qaytarılması qət edilmşidir.

11. Məhkəmə qeyd etmişdir ki, Sumqayıt şəhəri, maşın bazarı adlanan ərazidən yerləşən 6411 kv metr torpaq sahəsi iddiaçı bələdiyyənin mülkiyyətindəir, cavbadehin həmin torpaq sahəsindən istifadəsi üçün müqavilə ilə müəyyən edilmiş müddət başa çatmış, tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Cavabdeh 15 ildən artıq müddətdir ki, mübahisəli torpaq sahəsi ndən istifadə etməsinə baxmayaraq icarə haqqı ödəməmiş, qanunla və müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnu bərpa etmək və torpaqdan istifadəyə görə müqavilə ilə müəyyən edilmiş icarə haqqını cavabdehdən tələb etmək hüququ vardır.

12. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə qeyd etmişdir ki, hazırkı iddia tələbi mülkiyyətçinin hüquqlarının pozulması ilə bağlı olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən hazırkı mübahisənni həllində iddia müddəti tətbiq edilə bilməz.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 462.1, 700.1, 706.1, 710 və 719.1-ci, Torpaq Məcəlləsinin 47.1 və 47.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4- cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə istifadə hüququ cavabdehə keçdikdən sonra onun tərəfindən həmin torpaq sahəsində qeyriyaşayış obyektləri inşa edilmiş və torpaq sahəsi tikililərlə birlikdə bu günədək onun istifadəsindədir. Bu müddət ərzində ona qarşı iddiaçı tərəfindən heç bir narazıçılıq və ya hər hansı bir etiraz olmamışdır. Lakin, 2021-ci ilin aprel ayında torpaqdan istifadənin müddəti başa çatdğı üçün o, müddətin uzaldılması ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə onun külli miqdarda b orcunun olmasını əsas gətirərək onunla yeni müqavilə bağlanmaqdan imtina etmişdir. Həmin imtinanı qanunsuz sayaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Ondan 2006-cı ildən hesablanmaqla icarə haqqı tələbi tamamilə qanunaziddir, Torpaq onun icarəsində deyil, istifadəsindədir. Torpaqdan istifadəyə görə haqq tələb oluna bilər.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1542/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə – sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir.

17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edən zaman icarə müqaviləsi A.S.Qul iyevin adına olmuş və o, cavabdehə ancaq istifadə hüququnu satmışdır. Odur ki, iddiaçı icarə haqqını cavabdehdən tələb etməkdə haqlı olmamışdır. İcarə haqqı icarə müqaviləsinə əsasən A.Quliyevdən tələb oluna bilər. Birinci instansiya məhkəməsi icarə haqqının tutulması hissəsində iddia tələblərini təmin edərkən maddi hüquq normasının pozuntusuna yol vermişdir, mübahisələndirilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında deyil, istifadə hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır ki, bu da itstifadə hüququ qeydiyyata alınmış torpaqlara görə icarə haqqının tutulmasını isttisna edir və Torpaq Məcəlləsinin 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir. Torpağa görə icarə haqqının cavabdehdən tutulması qənaətinə gələn birinci instansiya məhkəməsini n mövqeyi dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına uyğun olmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmşidir ki, cavabdehin istifadəsində olan torpaq sahəsindən çıxarılması üçün hüquqi əsaslar olmamışdır.

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 140-cı, Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 50.1, 54.2, 77.1, 88, 217.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmas ını xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış münasibətlərin kökündə fiziki şəxslə bağlanmış icarə müqaviləsi olmuşdur. Sonradan həmin icarə müqaviləsinə əsasən hüquqların müvəqqəti istifadə kimi qeydə alınması və başqasına keçməsi torpağın icarə əsasında verilməsinin mahiyyətini dəyişə bilməzdi və hüququ yeni əldə edən şəxsin icarə müqaviləsindən irəli gələn öhdəliklərin icrasında azad edə bilməzdi. Bələdiyyə torpaqları yalnız əvəzli olaraq icarəyə verilə bilər. Belə olan təqdirdə, Bələdiyyə torpağından 15 il ərzində əvəzsiz istifadə qanuna ziddir, hüququn istifadə kimi qeydə alınması Bələdiyyənin öz torpağının icarəsinə görə haqqını tələb etməkdən məhrum edə bilməz. Ona görə də, məhkəmə kollegiyasının bu əsaslarla icarə haqqı tələbini də rəd d etməsi qanunsuz və əsasız olmuşdur və cavabdehin öhdəliklərinin yerinə yetirilməsinin qarşısını almışdır.

21. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apellyasiya məhkəməsi torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə iddia tələbinin rədd olunmasını ümumiyyətlə əsaslandırmamış, həmin tələbin maddi hüquqi əsasının olmadığını qeyd etməklə iddiaç bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Bələdiyyə həm mülkiyyətində olan torpaq sahəsindən, həm də həmin torpaq sahəsindən digər şəxslərin istifadəsinə görə icarə haqqı almaqdan qannusuz olaraq məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdehin nümayəndəsi və vəkilil etiraz göndərərək kassasiya şikayətinin əsassız olması barədə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu dəlillər irəli sürmüş, kassasiya şikayətinin təmin olunmadan, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə

651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.

24. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

26. Maddə 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 27. 722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə

1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

37. Belə ki, iddia tələbinin torpaq sahəsinin boşaldılaraq Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi hissəsi ilə bağlı apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının əsas tələbi icarə haqqının ödənilməsidir, torpaq sahəsinin boşaldılması bu tələbin təmin olumasından asılıdır və torpaq sahəsinin boşaldılması tələbinin hüquqi əsası yoxdur.

38. Torpaq sahəsinin boşaldılması tələbinin rədd olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsin bu məsələni həll edərkən düzgün nəticəyə gəlməmiş, ümumiyyətlə tələbin rədd olunmasını əsaslandırmamış, iddia tələbinin əsaslarına hüquqi qiymət verməmişdir.

39. Torpaq sahəsinin boşaldılması və icarə haqqı tələbləri ayrı-ayrı tələblər olmaqda bolünməz deyildir, iddiaçı tərəfindən həm in tələblərin əsaslandırılmasının faktiki və hüquqi əsasları da fərqli göstərilmişdir. Torpaq sahəsinin boşaldılmasını cavabdehin torpaq sahəsindən istifadə müddətinin başa çatması, həmin müddətin artırılmasından iddiaçının imtina etməsi, müvafiq olaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun bərpası və müdafiəsi barədə dəlillər irəli sürülmüklə əsaslandılmış, Azərbaycan Respublikası Konstitusiyanın, Mülki Məcəllənin və Torpaq Məcəlləsinin müvafiq normalarına istinad olunmuşdur. Lakin apellyasiya məhkəməsi bu dəlillərin təkzib olunması, habelə iddiaçının istinad etdyi maddi hüquq normalarının tətbiq etməməsini səbəblərini göstərməmişdir.

40. İşdən görünür ki, cavbadehin torpaq sahəsindən müvəqqəti istifadə hüququnun vaxtı 01 mart 2021-ci il tarixdə (A.Quliyevlə bağlanmış To rpaq icarəsi haqqında müqaviləsi müddəti 15 ildir) başa çatır, ötən müddət ərzində cavabdeh torpaqdan istifadə ilə bağlı qanundan və müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir, bu səbəbdən də iddiaçı torpaqdan istifadə müddətinin uzadılmasından imtina etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin hallara hüquqi qiymət verməmiş, torpaq sahəsi üzərində cavbdehin hər hansı hüququnun qalmadığını diqqətdən qaçırmışdir.

41. İddia tələbinin icarə haqqı tələbinə aid hissəsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edən zaman icarə müqaviləsi A.S.Quliyevin adına olmuşdur, A.S.Quliyev cavabdehə icarə hüququnu deyil, torpaq sahəsindən istifadə hüququnu satmışdır, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi və müvafiq olaraq müqavilədən ə mələ gələn münasibətlər olmamış, ona görə də iddiaçı cavabdehdən icarə haqqını tələb etməkdə haqlı olmamışdır. Mübahisələndirilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında deyil, istifadə hüququ əsasında cavabdehin adına qeydiyyata alındığına görə iddiaçı cavabdehdən yalnız istifadəyə görə qanunvercilidə müəyyən edilmiş məbləğdə haqq tələb edə bilərdi. İstifadə hüququ qeydiyyata alınmış torpaqlara görə icarə haqqının tutulması Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsinə ziddir, torpağa görə icarə haqqının cavabdehdən tutulması qənaətinə gələn məhkəmənin mövqeyi dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına uyğun olmamışdır.

42. Həmin məsələ ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin torpaq sahəsindən istifadə hüququ nun qeydiyyata alınmasının əsası olmuş “Hüququn alqısatqısı haqqında” 25 aprel 2006-cı il tarixli müqavilənin və Torpaqdan müvəqqəti istifadə hüququnun 04 iyun 2006-cı il tarixdə dövlət reyestrində qeydiyyata alınması barədə Seriya RX ******* nömrəli Çıxarışın hüquqi nəticələri, həmin müqavilənin və çıxarışın cavabdeh üçün yaratdığı hüquq və vəzifələrin nədən ibarət olması işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya məhkəməsi tərəfindən həmin hallar müəyyən edilməmişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

43. İşdən görünür ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 0,6411 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə X1 müvəqqəti istifadəsinə verilmiş, sonuncunun həmin torpaq sahəsindən müvəqqə ti istifadə hüququ 12 aprel 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüququn alqı-satqısına dair 25 aprel 2006-cı il tarixli müqaviləyə əsasən, Aslan Quliyev 0,6411 ha torpaq sahəsindən istifadə hüququnu Cavabdeh satmış, cavabdehin müvəqqəti istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.

44. Aslan Quliyevin torpaqdan müddətli istifadə hüququ bələdiyyə ilə bağlanmış Torpaq icarəsi müqaviləsindən irəli gəlmişdir, onun toppağa münasibətdə hüquq və vəzifələri həmin müqavilə ilə müəyyən edilmiş həcmdədir, artıq olması istisna edilir. Cavabdeh mübahisənin predmeti olan torpaq sahəsinə olan hüququ isə Aslan Quliyevlə bağlanmış hüququn alqı-satqısına dair müqavilədən irəli gəlir, o, da həmin torpaq sahəsinə münasibətdə satıcı Aslan Quliyevdən artıq hüquqlara malik ola bilməz. Hüququn alqı-satqısı təkcə hər hansı bir əşyaya əvəzi ödənilməklə hüquqlar əldə etmək deyil, həmçinin həmin əşyaya dair vəzifələrə, öhdəliklərə malik olmaqdan ibarətdir.

45. Daşınmaz əmlakdan, o cümlədən torpaqdan istifadənin müxtəlif formaları vardır, icarə də əmlak kirayəsi olmaqla istifadənin bir növüdür. Torpaq icarəsi isə müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. (Torpaq icarəsi haqqında Qanunun 1-ci maddəsi).

46. Cavabbeh Cavabdeh 0,6411 ha torpaq sahəsinə hüququnun müvəqqəti istifadə kimi dövlət qeydiyyatına alınması həmin sahənin onun icarəsində olmasını aradan qaldırmır, əksinə icarəsində olmasını təsdiq edən haldır. Cavabdeh satıcı Aslan Quliyevlə iddiaçı Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 01 mart 2006-cı il tarixli 39 nömrəli Torpaq icarəsi müqaviləsindən irəli gələn hüquqlara malikdir və icarəçi kimi də müqavilədə göstərilən vəzifələr daşıyır.

47. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, sübutları tam, hərtərəfli, obyek tiv və əqrəzsiz araşdırmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1542/2022 nömrəli mülki iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar