Məhkəmə qərarları › İş №2(102)-484/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-484/2024

12.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-484/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-840/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 20 avqust 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 11 iyul 2010-cu il tarixdə X5 və 09 iyul 2011-ci il tarixdə X2 anadan olmuşdur.

2. Zərdab Rayon Məhkəməsinin 2(035)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahdan doğulan Elmir cavabdehin (atanın), Türkanə iddiaçının (ananın) himayəsində sаxlаnılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə 2 mərtəbəli ümumi sahəsi 400 kv-metr, yaşayış sahəsi 145 kv-metr olan 80 sot həyətyanı sahədə yerləşən evə azyaşlı uşağı xx.xx.2011-ci il t əvəllüdlü X3 ilə birlikdə köçürülməsi, evdən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsi, cehiz, toy hədiyyələrində birgə nikah dövründə əldə edilmiş əmlak payının naturada bölünməsi, mümkün olmadıqda onların dəyəri olaraq 18080 manat və ödənilmiş dövlət rüsumuna görə 120 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikahları pozulduqdan sonra özünə məxsus cehiz əşyalarını cavabdehdən geri ala bilməmişdir. Birgə nikah dövründə aldıqları dəyəri 15000 manat olan “QAZ-330232-216” markalı, **-BC-*** nömrəli 2008-ci il istehsalı olan yük avtomobili (bundan sonra – mübahisəli avtomobil) cavabdehdə qalmışdır. Hazırda yaşamaq üçün yeri yoxdur.

5. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, iz ahatında göstərmişdir ki, mübahisəli avtomobil iddiaçının razılığı ilə birgə nikah dövründə satılmışdır. Onların heç vaxt mal-qaraları olmamışdır. Olan mal-qara, habelə iddiaçının köçürülməsini tələb etdiyi ev valideynlərinə məxsusdur. Hazırda evdə anası, qardaşı və onların ailə üzvləri yaşayırlar. Özü isə ayrıca təsərrüfatda yaşayır.

6. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(035)-152/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Həsənquliyev) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus olan qiyməti 1750 (bir min yeddi yüz) manat 1 ədəd ümumi çəkisi 25 qram, Rusiya istehsalı, 585 əyarlı qızıl boyunbağı sep (tros); qiyməti 1400 (min dörd yüz) manat olan 1 ədəd ümumi çəkisi 20 qram, Rusiya istehsalı, 585 əyarlı qızıl qolbağ; qiymə ti 175 (yüz yetmiş beş) manat olan 1 ədəd ümumi çəkisi 2.5 qram, Rusiya istehsalı, 585 əyarlı qızıl üzük; qiyməti 490 (dörd yüz doxsan) manat olan 1 ədəd ümumi çəkisi 7 qram, Rusiya istehsalı, 585 əyarlı qızıl sırğa; qiyməti 245 (iki yüz qırx beş) manat olan 1 ədəd ümumi çəkisi 3,5 qram, Rusiya istehsalı, 585 əyarlı qızıl üzük və ya onların ümumi dəyəri olaraq 4060 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 120 manat, cəmi 4180 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıya hədiyyə edilmiş qızıllar onun iradəsindən kənar qaydada, qanunsuz olaraq onun ixtiyarından çıxarılmışdır. Bununla da iddiaçının qız ıllarla bağlı mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh məhkəmə iclasında qızıl əşyaları ilə bağlı iddianı qəbul etmədiyini bildirsə də, öz etirazını əsaslandıra bilməmiş, həmçinin sözügedən qızılların satıldığını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Qızılların iddiaçının iradəsinin ziddinə olaraq, cavabdehdə qalması və yaxud cavabdehin bildirməsinə görə iddiaçının iradəsindən kənar qaydada, onun ixtiyarından çıxarılması iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir və həmin mənafe iddiaçının qanunla qorunmalı olan mənafeyidir.

8. İddia tələbinin mübahisəli avtomobilin, birgə nikahları pozulduqdan sonra satılmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə prosesində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş alqı-satqı müqaviləsinə əsas ən avtomobil birgə nikah dövründə - xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən X1 üçün iddia bu hissədə rədd edilməlidir.

9. Məhkəmə iddia qalan hissədə də əsassız hesab edərək, rədd etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 34.1, 36.3, 36.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 153.1, 152.5, 157.2, 225.1, 225.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı ilə ailə quran zaman və birgə evlilik zamanı ona 25 qram çəkidə boyunbağı bağışlanmamış və ya alınmamışdır. Toyundan əvvəl S umqayıt şəhər bazarından ümumi dəyəri 1100 manat olan qızıl-zinət əşyaları alıb iddiaçıya bağışlamışdır. Hətta birgə evlilik zamanı iddiaçı özünə məxsus bir neçə qızıl-zinət əşyasının çox hissəsini satmış, birini isə əşya ilə dəyişmişdir ki, bunu qardaşı Tariyelin həyat yoldaşı X7 məhkəmədə şahid kimi dindirilən zaman ifadəsində iddiaçının iştirakı ilə təsdiq etmişdir. Ancaq birinci instansiya məhkəməsi buna münasibət bildirməmişdir. İddiaçı 29 iyun 2021-ci il tarixdə evdən çıxıb gedən zaman 3 ədəd qızılzinət əşyalarını özü ilə aparmışdır Bunu təsdiq edən şahidlər məhkəmədə dindirilməmişdir. İddiaçı qızıl-zinət əşyalarını evi tərk edib gedən zaman özü ilə aparmadığını subut edə bilməsə də, hakim ona köməklik edərək, qanunsuz qətnamə çıxarmışdır.

13. İddiaçı da apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, münasibətləri 2009-cu il oktyabrın 1-dək davam etmişdir. Bu münasibətə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdehlə xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək uşaqları ilə birlikdə həmin ünvanda yaşamışlar. Ötən müddət ərzində mülkiyyətçinin onların həmin evdə yaşamasına heç bir etirazı olmamışdır. Bu da onu göstərir ki, onların arasında razılıq olmuşdur. Razılığın notarial qaydada təsdiqlənməməsini isə onunla izah edilə bilər ki, həmin evə köçərkən evin hər hansı bir şəxsin mülkiyyətində olmasını təsdiq edən sənəd olmadığından, heç kimlə müqavilə bağlaya bilməzdi. Belə məlum olur ki, həmin yaşayış sahəsi hal-hazırda da daşınmaz əmlakın dövlət reye strində qeydiyyata alınmamışdır. Belə ki, iş materiallarında yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə heç bir sübut yoxdur. Yəni, onun həmin yaşayış sahəsindən istifadə hüququ vardır, məhkəmə isə mübahisə edilən qətnaməsi ilə onun həmin hüququnu həyata keçirməyinə imkan verməmişdir.

22. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh boşanma barədə verdiyi iddia ərizəsində və həmin iş üzrə məhkəməyə verdiyi izahatında iddiaçının xx.xx.2021-ci il tarixdən evdən getdiyini bildirmişdir. Mübahisəli avtomobil isə xx.xx.2021-ci il tarixdə (yəni, onlar faktiki olaraq ayrılandan sonra) satılmışdır. Yəni, onlar faktiki olaraq ayrıldıqdan sonra cavabdeh həmin avtomobili satmışdır və avtomobili hal-hazırda özü istifadə edir, avtomobildəkin payını verməmək üçün onu formal olaraq başqasının adına keçirmişdir. Mübahisəli avtomobilin satılmasına razılıq verməmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-840/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və V.Məlikov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış – mübahisəli avtomobilin dəyərinin bölünməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, avtomobilin dəyəri olan 15.000 manat pulun yarısı, 7.500 manat pul un cavabdehdən alınaraq, iddiaçıya verilməsi qət edilmiş, qətnamənin nəticə hissəsinin 2-ci abzasında cavabdehdən alınıb iddiaçıya verilməli olan qızıl-zinət əşyalarının siyahısından sonra yazılan “və ya” bağlayıcısının “qətnamə icra olunan vaxt mövcud olmasa” söz birləşməsinə dəyişdirilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı və cavabdehin nikahının pozulmasına dair Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə evdən çıxıb, ata evinə getmiş, həmin vaxtdan da orada yaşamışdır. Mübahisəli avtomobil isə xx.xx.2021-ci il tarixdə satılmışdır. Avtomobil iddiaçı və cavabdeh faktiki olaraq ayrı yaşadıqları zaman satıldı ğından iddiaçının həmin əmlakın satılmasına razılığının olması ehtimal edilə bilməz. Mübahisəli avtomobil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş avtomobilə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan mübahisəli avtomobil Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən bölünməli və həmin avtomobildə tərəflərin hər birinin payı bərabər hesab edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı mübahisəli avtomobilin alqı-satqısı ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilənin etibarsı zlığını mübahisələndirmədən, həmin alqı-satqıdan əldə edilmiş pulun bölünməsini tələb etmişdir. Hazırkı halda, avtomobilin satıldığı xx.xx.2021-ci il tarixdə tərəflər arasında nikah pozulmadığından həmin alqı-satqı nəticəsində əldə edilmiş pul da ər-arvadın ümumi əmlakının bölünməsinə dair maddi hüquq normalarına əsasən bölünməlidir. İddia ərizəsində birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələb edilsə də, birinci instansiya məhkəməsinin iclaslarında və apellyasiya baxışı zamanı iddiaçı izahat verərək, avtomobilin satışından əldə edilmiş pulun bölünməsini tələb etmişdir. Həmin əmlak üzərində ər-arvadın payı bərabərdir.

18. Mübahisəli avtomobilin satışından əldə edilmiş pulun məbləğinə gəldikdə isə, məhkəmə iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 4 sentyabr 2023-cü il tarixli, 011 nömrəli qiymətləndirmə rəyini mötəbər sübut hesab etmişdir. Həmin rəydə mübahisəli avtomobilin qiyməti 15.000 manat göstərilmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdeh də avtomobili hansı qiymətə satdığı barədə suala təxmini 14.000-15.000 manata satıldığı cavabını vermişdir. İddiaçının iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində də avtomobilin qiymətini 15.000 manat göstərdiyi nəzərə alındıqda, avtomobilin satışından əldə edilən pulun 15.000 manat olduğu müəyyən edilir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 225.1, 225.1, Ailə Məcəlləsinin 32.1, 34.1, 36.3, 36.4, 37.1-ci, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli avtomobilin dəyərini düzgün müəyyən etməyib. Məhkəmə bu faktı müəyyən edərkən "xxxx" MMC-nin qiymətləndirmə rəyini sübut kimi qəbul etmiş, yük avtomobilinin dəyərini müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. Eyni zamanda, həmin qətnamədə cavabdehin guya izahatında avtomobili təxmini on dörd-on beş min (14.000-15.000) manata satdığını deməsi qeyd olunsa da, əslində, cavabdeh belə bir izahat verməmişdir. Bu səbəbdən mübahisələndirilən avtomobilin dəyəri e kspertiza təyin edilməklə müəyyən olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşula rın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

27. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi

28. Maddə 32.1 və 32.3. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müst əqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir.

29. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehin kasasiya şikayəti (şikayətin dəlilləri) əsasında mübahisəli avtomobilin dəyərinin yarısını təşkil edən 7500 manat pulun cavabdehdən tutulması hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası işə şikayət həddində baxaraq hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulması halları müəyyən edilmir.

40. Kassasiya şikayətinin yeganə dəlili mübahisəli avtomobilin qiymətinin düzgün müəyyən edilmədiyi ilə bağlıdır. Bu məsələyə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

41. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsi mübahisəli avtomobilin qiymətini yalnız cavabdehin etirafı əsasında deyil, iddiaçının izahatları ilə üst-üstə düşən "xxxx" MMC-nin qiymətləndirmə rə yi əsasında müəyyən etmiş, cavabdeh tərəfindən məhkəməyə həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut və ya ağlabatan dəlil irəli sürülməmişdir.

42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

43. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-840/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - mübahisəli avtomobilin dəyəri olan 15.000 manat pulun yarısı, 7.500 manat pulun cavabdehdən alınaraq, iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar