Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1925/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mülkiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə manelərin aradan qaldırılması, mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: mülkiyyət hüququ, mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil3, Cavabdeh5, onun vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mülkiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə manelərin aradan qaldırılması, mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)-4339/2022 nömrəli qətnaməsindən Cavabdeh5 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən ünvan 1 saylı fərdi yaşayış evi paylı mülkiyyətdədir, evin mülkiyyətçiləri Quliyev X32, X16, Məmmədov X25 və Quliyev X13r. Həmin evin 4 otağının 1/3 hissəsi Quliyev X23, 1/3 hissəsi X7, 1/3 hissəsi Məmmədov X17, yaşayış sahəsi 7,72 kv.m, köməkçi sahəsi 1039 kv.m olan 1 otağı Quliyev X10 mülkiyyətində olmuşdur.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 374782 saylı çıxarışın surətinə əsasən ünvan 1 saylı fərdi yaşayış evinin 4 otağının 1/3 hissəsi Quliyev X23, 1/3 hissəsi X5, 1/6 hissəsi X1, 1/6 hissəsi X2, yaşayış sahəsi 7,72 kv.m, köməkçi sahəsi 1039 kv.m olan 1 otağı və “B” tikilisi Quliyev X10 mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının təmin edilməsi, həmin evin İddiaçı istifadə və sahibliyinə verilməsi, onun mülkiyyət hüquqlarını həyata keçirilməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 tərəfindən qoyulan maneələrin aradan qaldırılması, İddiaçı həmin üvanda olan fərdi yaşayış evinə köçürülməsinə və evin naturada bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsindəki 01 saylı fərdi yaşayış evinin 4 otağından 1/3 hissəsi iddiaçının mülkiyyətidir. Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd edilən fərdi yaşayış sahəsinin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı İddiaçı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 noyabr 2012-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. O, öz ailə üzvləri həyat yoldaşı X14, övladları X8, X21 və X6 ilə birlikdə həmin ünvanda qeydiyyatdadır. Hazırda cavabdehlər həmin paylı mülkiyyətə münasibətdə onun mülkiyyət hüquqlarını həyata keçirməyə və orada yaşamağına mane olurlar.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)- 4339/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında olan fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İddiaçı mülkiyyət hüququndan irəli gələn ünvan 1 ünvanında olan fərdi yaşayış evinin öz payına düşən hissəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin qadağan edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz paylı mülkiyyətinə olan evə köçürülməli və cavabdehlərin onun mülkiyyət hüququndan irəli gələn əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin digər hissəsini əhatə edən ünvan 1 ünvanında olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin qeyd edilən hissəsi mücərrəd xarakter daşıdığından təmin edilə bilməz.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 157.4, 213.1, 213.2, 215.1, 215.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)-4339/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş PX seriyalı ******* saylı çıxarışa istinad edərək mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsi 01 saylı fərdi yaşayış evinin hazırkı iş üzrə iddiaçı Quliyev X32, cavabdeh Quliyev X24 ilə yanaşı X16 və Məmmədov X17 ümumi paylı mülkiyyətində olduğunu qeyd etsə də, nədənsə sonuncuların əlavə cavabdehlər və yaxud üçüncü şəxs qismində işə cəlb edərək onların iştirakını təmin etməmişdir. Halbuki, mübahisəli fərdi yaşayış evində hal-hazırda yaşayanların böyük əksəriyyəti məhz mübahisəli fərdi yaşayış evinin işə cəlb edilməyin digər işi payçısının qohumlarıdır. Məhkəmə iddia tələbini qismən təmin etməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş PX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı paylı mülkiyyətçi olması ilə əlaqələndirsə də, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsindəki 01 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən və qüvvədə olan Rayon (şəhər ) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş ( Kitab № 228, səhifəsi № 14552, reyestr nömrəsi 30/1043 olan 10 aprel 1975-ci il tarixli ) Qeydiyyat Vəsiqəsi da mövcuddur. X19ndə mübahisəli yaşayış evinə paylar müəyyən edilmədən iki nəfərin hazırkı iş üzrə cavabdeh Quliyev X10 və onun məhrum anası, Hökumə Cəbrayıl qızının mülkiyyət hüququ öz əksini tapmışdır. X19 hazırkı iş üzrə iddiaçı Quliyev X32 və digər şəxslər tərəfindən heç vaxt mübahisələndirilməyib və hal-hazırda da qüvvədədir. Mübahisəli yaşayış evi demək olar ki, bir əsrə yaxındır ki, mövcuddur və orada çoxsaylı ailələr yaşamış, hal-hazırda da yaşamaqdadır. Orada yaşayan şəxslər fərdi yaşayış evinə çoxsaylı əlavə və dəyişiklik etmiş, köhnə tikilləri sökərək yeniləşdirməklə barəbər, əlavə tikililər də inşa etmişlər və bunun da nəticəsində evin texniki vəziyyəti, quruluşu demək olar ki tamamilə dəyişmişdir. Fərdi yaşayış evinin əvvəlki texniki quruluşundan əsər-əlamət qalmamışdır. Fərdi yaşayış evinin yerləşdiyi ərazi orada yaşayn ən azı 4 ailə tərəfindən yaşayış məqsədilə istifadə edilməkdədir. Belə olan halda, evin natural bölgüsü həyata keçirilmədən İddiaçı həmin evə köçərək orada hansı formada yaşayacağına və təsərrüfat aparacağına məhkəmə qətnaməsində aydınlıq gətirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh5 və onun vəkili Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı və onun nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi.
13. X3 və X15 apellyasiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
14. Payların naturada bölgüsünün mümkün olmasının aydınlaşdırılması üçün məhkəmənin qərardadına əsasən məhkəmə tikinti – texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4809 nömrəli ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evində konstruktiv dəyişikliklər edilməklə texniki parametrləri tamamilə dəyişdirildiyindən həmin fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Madə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır; Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edilsə də, şikayətin dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlı olduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Apellyasiya şikayətinin ilkin əsası qeyd olunan xüsusat araşdırılmış, X3 və X15 apellyasiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
22. Apellyasiya şikayətinin digər dəlili kimi irəli sürülən mübahisə predmeti olan mənzilə dair digər qeydiyyat vəsiqəsinin mövcud olması ilə bağlı da məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış, həmin evə dair bütün sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tələb olunaraq məhkəməyə təqdim edilmiş, lakin bu hal öz təsdiqini tapmamışdır.
23. İddia tələblərindən birini evin naturada böülnməsinin mümkünlüyü təşkil etdiyinə görə payların naturada bölgüsünün mümkün olmasının aydınlaşdırılması üçün məhkəmənin qərardadına əsasən məhkəmə tikinti – texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4809 nömrəli ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evində konstruktiv dəyişikliklər edilməklə texniki parametrləri tamamilə dəyişdirildiyindən həmin fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün olmamışdır.
24. Apellyasiya şikayətinin əsası kimi mübahisə predmeti olan evdən çox sayda insanın yaşaması və buna görə də iddiaçının həmin evə köçüb yaşamasının mümkün olmaması qeyd olunsa da, məhkəmə kollegiyası bu xüsusatla razılaşmayaraq qeyd edir ki, iddiaçı paylı mülkiyyətçidir, qeyd olunan hal şəxsin mülkiyyət hüququnun həyata keçirilməsinə mane ola bilməz və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)-4339/2022 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)- 4339/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev