Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-840/2023 19.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X5 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(035)-152/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X16 cavabdehin (atanın), xx.xx.2011-ci il təvəllüdlü X10 isə iddiaçının himayəsində sаxlаnılmışdır. Hal-hazırda cehiz əşyaları, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi və evə köçürülmə tələb edilir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cаvаbdeh X11 qаrşı iddiа ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə mürаciət edərək birgə nikah dövüründə 2 mərtəbəli ümumi sahəsi 400 kvmetr, yaşayış sahəsi 145 kv-metr olan 80 sot həyətyanı sahədə yerləşən evə azyaşlı uşağı xx.xx.2011-ci il təvəllüdlü X13 ilə birlikdə köçürülmələrinə, evdən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsini, cehiz, toy hədiyələrinin birgə nigah dövründə əldə edilmiş əmlak payını naturada bölünməsini, mümkün olmadıqda onların dəyəri olraq 18080 (on səkkiz min səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 120 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında iddiаçı X7 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun keçmiş əridir. Belə ki, cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları- xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Belə ki, iddiaçı onun xəyanət etdiyini düşünərək, onunla kobud rəftar etmiş və incitmişdir. Bu səbəbdən Zərdab Rayon Məhkəməsinin 2(035)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş birgə nikahından doğulan xx.xx.2010-cu il təvəllüdlü X16 cavabdehin (atanın), xx.xx.2011-ci il təvəllüdlü X10 isə onun himayəsində sаxlаnılmışdır. Nikahları pozulduqdan sonra özünə məxsus cehiz əşyalarını cavabdehdən geri ala bilməmişdir. Belə ki, qiyməti 1750 (min yeddi yüz) manat olan 1 ədəd ümumi cəkisi 25 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl boyunbağı sep (tros); qiyməti 1400 (min dörd yüz) manat olan 1 ədəd ümumi cəkisi 20 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl qolbağı; qiyməti 175 (yüz yetmiş beş) manat olan 1 ədəd ümumi cəkisi 2.5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük; qiyməti 490 (dörd yüz doxsan) manat olan 1 ədəd ümumi cəkisi 7 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl sırğa; qiyməti 245 (iki yüz qırx beş) manat olan 1 ədəd ümumi cəkisi 3,5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük; bir baş boğaz inək 650 (altı yüz əlli) manat; bir baş üç aylıq boğaz inək 700 manat; bir baş yanında altı aylıq balası olan inək 1370 manat; bir baş dörd aylıq balası olan inək 1200 manat; bir baş üç aylıq balası olan inək 1300 manat; bir baş altı aylıq balası olan düyə 900 manat; bir baş iki yaşında erkək dana 1680 manat; bir baş altı aylıq balası olan düyə 900 manat; bir baş iki yaşında erkək dana 1680 manat; bir baş bir yaş altı aylıq erkək dana 1500 manat; bir baş bir yaşında erkək dana 1200 manat; Birgə nikah dövründə aldıqları dəyəri 15000 manat “QAZ -330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobili cavabdehdə qalmışdır. Tələb etsə də, cavabdeh qızıllarını və əmlak payını qaytarmamışdır. Həmçinin hazırda yaşamaq üçün yeri yoxdur. Odur ki, himayəsində olan uşağı ilə birgə evə köçürülməsi təmin olunmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasında cаvаbdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş arvadıdır.Belə ki, iddiaçı ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibəti normal olmuş, lakin sonradan cavabdehin ailəyə münasibətinin dəyişdiyini hiss etmiş və ona məlum olmuşdur ki, cavabdeh başqa şəxslə mobil telefonla əlaqə saxlayır. Bu səbəbdən Zərdab Rayon Məhkəməsinin 2(035)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş birgə nikahından doğulan xx.xx.2010-cu il təvəllüdlü X16 onun, xx.xx.2011-ci il təvəllüdlü X10 isə iddiaçının (ananın) himayəsində sаxlаnılmışdır. Nikahları pozulduqdan sonra iddiaçı özünə məxsus cehiz əşyalarını özü ilə aparmış və bəzi qızıl-zinət əşyalarını satmışdır. Birgə nikah dövründə aldıqları “QAZ - 330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobili isə iddiaçının razılığı ilə birgə nikah dövründə satılmışdır. Mal-qaraya gəldikdə isə onların heç-vaxt mal– qaraları olmamışdır. Olan mal-qara isə onun valideyinlərinin olmuşdur. İddiaçının evə köçürülməsini tələb etdiyi ev onun valideyinlərinə məxsus evdir. Hazırda sözügedən evdə anası və qardaşı və onların ailə üzvüləri yaşayırlar. Özü isə ayrıca təsərrüfatda olmaqla ayrı yaşayır. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. Tərəflərin əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Bu səbəbdən Zərdab Rayon Məhkəməsinin 2(035)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X16 cavabdehin (atanın), xx.xx.2011-ci il təvəllüdlü X10 isə iddiaçının himayəsində sаxlаnılmışdır. İddiaçı iddia edir ki, nikahları pozulduqdan sonra iddiaçı ata evinə gedərkən özü ilə qızıl zinət əşyalarını, mal-qarasını aparmamış, birgə nikah dövründə aldıqları “QAZ -330232-216” markalı ** BC *** nömrəli qeydiyyat nişanlı olan yük avtomobilini nikahları pozulduqdan sonra cavabdeh tərəfindən satılmış və birgə nikah dövründə 2 mərtəbəli ümumi sahəsi 400 kv-metr, yaşayış sahəsi 145 kv-metr olan 80 sot həyətyanı sahədə yerləşən evə azyaşlı uşağı xx.xx.2011-ci il təvəllüdlü X13 ilə birlikdə köçürülmələrinə, evdən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. Ona görə də Səadət Hacıyeva hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
6. İşin məhkəmə gedişində müəyyən olunmuş təkzib edilməyən halı ondan ibarətdir ki, tərəflər ər-arvad olmuşlar və nişan-toy mərasimində iddiaçıya qiyməti 1 ədəd ümumi cəkisi 25 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl boyunbağı sep (tros); 1 ədəd ümumi cəkisi 20 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl qolbağı; 1 ədəd ümumi cəkisi 2.5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük; 1 ədəd ümumi cəkisi 7 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl sırğa; 1 ədəd ümumi cəkisi 3,5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük hədiyyə olaraq verilmişdir. Göründüyü kimi iddiaçıya hədiyyə edilmiş qızıllar onun iradəsindən kənar qaydada, qanunsuz olaraq onun ixtiyarından çıxarılmışdır. Bununla da iddiaçının qızıllarla bağlı mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuşdur.
7. Cavabdeh məhkəmə iclasında qızıl əşyaları ilə bağlı iddianı qəbul etmədiyini bildirsə də, öz etirazını əsaslandıra bilməmiş, həmçinin sözügedən qızılların satıldığını bildirsə də buna dair məhkəməyə izahat verməkdən savayı hər hansı bir sübut təqdim etməmişdir.
8. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən qızılların iddiaçının iradəsinin ziddinə olaraq cavabdehdə qalması və yaxud cavabdehin bildirməsinə görə iddiaçının iradəsindən kənar qaydada, onun ixtiyarından çıxarılması iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir və həmin mənafe iddiaçının qanunla qorunmalı olan mənafeyidir.
9. İddiaçı tərəflərin birgə nikah dövründə aldıqları “QAZ-330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobilini, birgə nikahları pozulduqdan sonra satdıqlarını iddia etsə də, lakin, məhkəmə prosessində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsinə əsasən “QAZ -330232-216” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili tərəflər birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən X2 müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.
10. İddiaçı habelə tərəflərin birgə nikah dövründə 2 mərtəbəli ümumi sahəsi 400 kvmetr, yaşayış sahəsi 145 kv-metr olan 80 sot həyətyanı sahədə yerləşən evə azyaşlı uşağı xx.xx.2011-ci il təvəllüdlü X13 ilə birlikdə köçürülmələrinə, evdən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsini, birgə nigah dövründə əldə edilmiş əmlak payını naturada bölünməsini iddia etsə də, lakin, məhkəmə prosesində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Zərdab RİHB-nin Alıcanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Zərdab rayon ikinci Alıcanlı kənd sakini Cavabdeh anası X8 məxsus təsərrüfatında qeydiyyatdadır və təsərrüfatda mövcud olan fərdi yaşayış evində yaşayır. Təsərrüfatda olan bütün daşınar və daşınmaz əmlaklar cavabdehin anası X8 məxsusdur. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.
11. İddiaçı habelə tərəflərin birgə nikah dövründə əldə etmiş bir baş boğaz inək 650 (altı yüz əlli) manat dəyərində, bir baş üç aylıq boğaz inək 700 mant dəyərində, bir baş yanında altı aylıq balası olan inək 1370 manat dəyərində, bir baş dörd aylıq balası olan inək 1200 manat dəyərində, bir baş üç aylıq balası olan inək 1300 manat dəyərində, bir baş altı aylıq balası olan düyə 900 manat dəyərində,bir baş iki yaşında erkək dana 1680 manat dəyərində, bir baş altı aylıq balası olan düyə 900 manat dəyərində, bir baş iki yaşında erkək dana 1680 manat dəyərində, bir baş bir yaş altı aylıq erkək dana 1500 manat dəyərində; bir baş bir yaşında erkək dana 1200 manat dəyərində olduğunu tələb edərək birgə nigah dövründə əldə edilmiş payların naturada bölünməsini iddia etsə də, lakin, məhkəmə prosesində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Zərdab RİHB-nin Alıcanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Zərdab rayon ikinci Alıcanlı kənd sakini Cavabdeh anası X8 məxsus təsərrüfatında qeydiyyatdadır və təsərrüfatda mövcud olan fərdi yaşayış evində yaşayır. Təsərrüfatda olan bütün daşınar və daşınmaz əmlaklar cavabdehin anası X8 məxsus olması bildirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir.
12. İddiaçı iddia ərizəsində cehiz əşyalarını tələb etsə də, məhkəmə iclasında cehizin nədən ibarət olması haqqında məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cehizə dair hissədə iddia rədd edilməlidir.
13. Zərdab Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(035)-152/2023 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia qismən təmin olunmuş, iddiaçı X4 məxsus olan qiyməti 1750 (bir min yeddi yüz) manat olan 1 ədəd ümumi cəkisi 25 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl boyunbağı sep (tros); qiyməti 1400 (min dörd yüz) manat olan 1 ədəd ümumi cəkisi 20 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl qolbağı; qiyməti 175 (yüz yetmiş beş) manat olan 1 ədəd ümumi cəkisi 2.5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük; qiyməti 490 (dörd yüz doxsan) manat olan 1 ədəd ümumi cəkisi 7 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl sırğa; qiyməti 245 (iki yüz qırx beş) manat olan 1 ədəd ümumi cəkisi 3,5 qram, Rusiya istehsalı, 585 əyyarlı qızıl üzük və ya onların ümumi dəyəri olaraq 4060 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 120 manat, cəmi 4180 manat cаvаbdeh X9 alınaraq iddiaçı X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 225-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34 və 36-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı İddiaçı ilə hazırkı Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tаrixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 131 № ilə qeyd edilmiş nikаhın pozulması və tərəflərin birgə nikahından doğulan xx.xx.2010-cu il təvəllüdlü X16 iddiaçının (atanın), xx.xx.2011-ci il təvəllüdlü X10 isə cavabdehin (ananın) himayəsində sаxlаnılması qət edilmişdir.
16. İşdə olan qızıl-zinət əşyaları üzrə mütəxəssis Ucar rayonunda yaşayan X17 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X3 iddia etdiyi ümumi cəkisi 20 qram, Rusiya istesalı, 585 əyyarlı, 1 ədəd qolbaq qiyməti 1400 manat, cəkisi 2.5 qram, Rusiya istesalı, 585 əyyarlı, 1 ədəd üzük qiyməti 175 manat, cəkisi 7 qram, Rusiya istesalı, 585 əyyarlı, 1 ədəd sırğa qiyməti 490 manat, cəkisi 3.5 qram, Rusiya istesalı, 585 əyyarlı, 1 ədəd üzük qiyməti 245 manat təşkil edir.
17. İşdə olan Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən “Qarışıq mallar“ mağazasının sahibi (satıcı) X18 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X3 1 ədəd Qızıl boyunbağı sep (tros) 25 qram, 585 əyarlı, Rusiya istehsalı qiyməti 1750 manat təşkil edir.
18. İşdə olan Zərdab RİHB-nin Alıcanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Zərdab rayon ikinci Alıcanlı kənd sakini Cavabdeh anası X8 məxsus təsərrüfatında qeydiyyatdadır və təsərrüfatda mövcud olan fərdi yaşayış evində yaşayır. Təsərrüfatda olan bütün daşınar və daşınmaz əmlaklar anası X8 məxsusdur.
19. İşdə olan məhkəmənin sorğusu əsasında Аzərbаycаn Respublikаsı Daxili İşlər Nazirliyi Baş X30 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-1/2- 297/2023 nömrəli məktubdan görünür ki, Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsinə əsasən “QAZ-330232-216” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən X1.
20. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlə onların arasında olan nikah xx.xx.2009-cu il tarixdə bağlanmış, yəni onların arasındakı münasibətlər 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Deməli, onların arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdehlə o isə xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək uşaqlarıyla birlikdə həmin ünvanda yaşamışlar. Ötən həmin müddət ərzində mülkiyyətçinin onların həmin evdə yaşamağına heç bir etirazı olmamışdır. Bu da onu göstərir ki, onların arasında razılıq olmuşdur. Razılığın notarial qaydada təsdiqlənməməsini isə onunla izah edə bilər ki, o həmin evə köçərkən evin hər hansı bir şəxsin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sənəd olmadığından o heç kimlə müqavilə bağlaya bilməzdi. Belə məlum olur ki, həmin yaşayış sahəsi hal-hazırda da daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmamışdır. Belə ki, iş materiallarında yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması barədə heç bir sübut yoxdur. Yəni, onun həmin yaşayış sahəsindən istifadə hüququ vardır, məhkəmə isə mübahisə edilən qətnaməsi ilə onun həmin hüququnu həyata keçirməyinə imkan verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.3-ci maddəsinin ikinci cümləsinə əsasən də yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
22. Zərdab rayon Məhkəməsinin 2(035)- 16/2022 saylı, 21 01.2022-ci il tarixli bizim nikahımızın pozulmasına dair qətnaməsindən isə görünür ki, cavabdeh boşanma barədə verdiyi iddia ərizəsində və həmin iş üzrə məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o xx.xx.2021-ci il tarixdə evdən çıxıb, ata evinə getmiş, həmin vaxtdan da orada yaşayır. Hazırki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-1/2-297/2023 nömrəli məktubdan görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən "QAZ-330232- 216” markalı ** BC *** dövlət qeydiyyatı nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə (yəni, onlar faktiki olaraq ayrılandan sonra) Cavabdeh tərəfindən X1. Yəni, onlar faktiki olaraq ayrıldıqdan sonra cavabdeh həmin avtomobili satmışdır. (həmin avtomaşını hal-hazırda cavabdeh özü istifadə edir. Yəni, cavabdeh avtomobildəki onun payını verməmək üçün onu formal olaraq başqasının adına keçirmişdir) İddiaçı izahatında göstərmişdir ki, "QAZ- 330232-216" markalı ** BC *** dövlət qeydiyyatı nişanlı avtomobili guya ki, onun razılığıyla satılmışdır. Lakin bu razılığı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə onun bu izahatını sübut kimi qəbul etmiş və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır.
23. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0351- 152/2023 nömrəli qətnaməsinin onun iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi və onun iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
24. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı Səadət Hacıyeva ilə ailə quran zaman və birgə evlilik zamanı ona 25 qram çəkidə olan boyunbağı bağışlamamışdır, nə də ki almamışdır. Toyundan əvvəl Sumqayıt şəhər bazarından ümumi dəyəri 1100 manat olan qızıl-zinət əşyaları alıb iddiaçıya bağışlamışdır. Hətta birgə evlilik zamanı iddiaçı özünə məxsus bir neçə qızıl zinət əşyasının çox hissəsini satmış, birini isə əşya ilə dəyişmişdir ki, bunu qardaşı Tariyelin həyat yoldaşı X22 məhkəmədə şahid kimi dindirilən zaman ifadəsində təsdiq etmiş, iddiaçının üzünə söyləmişdir. Ancaq birinci instansiya məhkəməsi buna münasibət bildirməmişdir. İddiaçı 29 iyun 2021-ci il tarixdə evdən çıxıb gedən zaman 3 ədəd qızıl-zinət əşyalarını özü ilə aparmışdır Bunu təsdiq edən şahidlər məhkəmədə dindirilməmişdir. X12 iddia ərizəsində göstərdikləri şişirdilmiş çəkini və qiymətin təsdiq edilməsi üçün məhkəmə hakiminin köməkçisi qızıl-zinət əşyalarının satışı ilə məşğul olan sahibkarların yanına gedib onlardan iddiada göstərilənlərə uyğun qram və qiymət yazmağı xahiş etmişdir. Bu isə subut edir ki, birinci məhkəmə instansiyası iddianın təmin edilməsinə maraqlı olmuşdur. Səadət Hacıyeva qızılzinət əşyalarını evi tərk edib gedən zaman özü ilə aparmadığını subut edə bilməsə də hakim ona yaxından köməklik edərək qanunsuz qətnamə çıxarmışdır.
25. Ona görə də, Zərdab rayon Məhkəməsinin 26 aprel 2023-ci il tarixli, 2(035)- 152/2023-nömrəli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
28. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək öz verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh izahat verərək öz verdiyi apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsas ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
32. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 23 iyul tarixli qərarı ...qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ərarvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 222.1-ci mаddəsinə əsаsən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. İddiaçı Zərdab Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(035)-152/2023 nömrəli qətnaməsini onun iddiasının təmin olunmamış hissəsində, cavabdeh isə tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş “QAZ -330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobili ilə bağlı hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 24-cü bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, həmin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 21-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Zərdab rayon ikinci Alıcanlı kəndində yerləşən, iddiaçının 2009-ci ilin avqust ayında gəlin köçdüyü mübahisəli fərdi yaşayış evi cavabdehin anası X8 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə cavabdehin anası X6 həmin evə gözlənilən mülkiyyət hüquqları olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci mаddəsinin tələbinə görə hazırki iş üzrə mənzilə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 20 avqust 2009-cu il tarixdə, yəni 2009-cu ilin oktyabr ayından öncə yarandığından Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarının tələbinə əsasən hazırki işə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kollegiya qeyd edir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin anasının rəsmi mülkiyyətində olmasa da, sonuncunun həmin evə gözlənilən mülkiyyət hüququ olmuşdur, bundan başqa evin cavabdehin anasının rəsmi mülkiyyətində olmamasının onunla iddiaçı arasında evə istifadə hüququ haqqında yazılı razılaşma bağlanmasına əngəl olmasını təsdiq edən hər hansı sübut və ya dəlil də mövcud deyildir. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
38. Məhkəmə kollegiyası iddiaçının iddiasının digər təmin olunmamış hissələri ilə bağlı apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək həmin hissəylə bağlı birinci instasniya məhkəməsinin bu qətnamənin 11-12-ci bəndlərində göstərilmiş əsaslandırmaları və gəldiyi nəticə ilə razılaşır.
39. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 22-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır. Belə ki, iddiaçı və cavabdehin nikahının pozulmasına dair Zərdab rayon Məhkəməsinin 2(035)-16/2022 saylı, 21 01.2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixdə evdən çıxıb, ata evinə getmiş, həmin vaxtdan da orada yaşamışdır. Hazırki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-1/2- 297/2023 nömrəli məktubdan görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən "QAZ-330232-216” markalı ** BC *** dövlət qeydiyyatı nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə (Cavabdeh tərəfindən X1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, mübahisələndirilən "QAZ-330232-216” markalı ** BC *** dövlət qeydiyyatı nişanlı avtomobil iddiaçı və cavabdeh faktiki olaraq ayrı yaşadıqları zaman satıldığından iddiaçının həmin əmlakın satılmasına razılığının olması ehtimal edilə bilməz. Əmlaklar əldə olunduğu zaman tərəflər nikah münasibətlərində olduqlarından Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Plenum Qərarı). Kollegiya həmçinin qeyd edir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş avtomobilə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan mübahisəli avtomobil Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən bölünməli və həmin avtomobildə tərəflərin hər birinin payı bərabər hesab edilməlidir. Ümumi əşya ər-arvaddan biri tərəfindən digərinin razılığı olmadan özgəninkiləşdirildikdə, digər tərəf (ər və ya arvad) həmin əqdi mübahisələndirmədən əqd əsasında əldə edilmiş vəsaitin aralarında bölünməsini tələb edirsə, bu, əqd bağlanarkən razılığı alınmayan tərəfin əqdi bəyənməsi mənasına gəlir və belə halda məhkəmə xidməti vəzifəsinə görə əqd bağlanarkən ərin (arvadın) razılığının alınmamasına istinad edərək, əqdin etibarsız olması barədə qənaətə gələ bilməz. Məhkəmə nəzərə alır ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyanın özgəninkiləşdirilməsinə dair əqdin onun tərəfi olmayan ərin (arvadın) razılığı (qabaqcadan verilmiş və ya sonradan bəyənməklə) ilə bağlandığı halda əqd əsasında əldə edilmiş vəsaitin (və ya həmin vəsait hesabına əldə edilmişlərin) bölünməsi (qaytarılması) tələblərinin qanuni əsaslan tərəflərin nikahda olub-olmamasından asılı olaraq fərqli ola bilər. Belə ki, əşya nikah dövründə özgəninkiləşdirildikdə əldə edilmiş əşyanın, o cümlədən pul vəsaitinin hüquqi rejimi ər-arvadın ümumi birgə mülkiyyəti hesab edildiyindən həmin iddia tələbinin qanuni əsasını ər-arvadın ümumi əmlakının bölünməsinə dair maddi hüquq normaları təşkil edir. Əşya nikah pozulduqdan sonra özgəninkiləşdirildikdə isə əqd bağlanarkən tərəflər nikahda olmadığından Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 31~ci maddələrinə müvafiq olaraq bu əqd əsasında əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Həmin vaxt artıq ər-arvadın ailə və təsərrüfat birliyi mövcud olmadığı üçün ümumi əmlak rejimi yaranmadığından, əqdin tərəfi olmayan ər və ya arvad həmin əqd əsasında əldə edilən vəsaitin (və ya həmin vəsait hesabına əldə edilmişiərin) birgə mülkiyyətçi kimi qanuna əsasən ona düşən hissəsini əsassız varlanma qaydaları çərçivəsində geri tələb edə bilər. Bu zaman məhkəmələr ər-arvadın ümumi birgə mülkiyyətində olmuş və sonradan özgəninkiləşdirilmiş əşyadakı paylarını müəyyən etməklə, həmin əşyanın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin qaytarılması tələbini həmin paya mütənasib olaraq təmin etməlidirlər. Çünki, əşyaya dair əqdi bağlamış tərəf həmin əqd üzrə əldə edilmiş vəsaitin qarşı tərəfin əşyadakı payına mütənasib hissəsi həcmində əsassız varlanmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddiada iddiaçı "QAZ-330232-216” markalı ** BC *** dövlət qeydiyyatı nişanlı avtomobilin alqı-satqısı ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığını mübahisələndirmədən, həmin alqı-satqıdan əldə edilmiş pulun bölünməsini tələb etmişdir. Hazırki halda, avtomobilin satıldığı xx.xx.2021-ci il tarixdə tərəflər arasında nikah pozulmadığından həmin alqı-satqı nəticəsində əldə edilmiş pul da ər-arvadın ümumi əmlakının bölünməsinə dair maddi hüquq normalarına əsasən bölünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələb edilsə də, birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında iddiaçı izahat verərək birgə nikah dövründə əldə olunmuş "QAZ-330232-216” markalı ** BC *** dövlət qeydiyyatı nişanlı avtomobilin satışından əldə edilmiş pulun bölünməsini tələb etdiyini bldirmişdir. Məhkəmə kollegiyası həmin əmlak üzərində ər-arvadın payının bərabər olduğu qənaətinə gəlmişdir.
40. Mübahisəli avtomobilin satışından əldə edilmiş pulun məbləğinə gəldikdə isə, iddiaçı məhkəmə kollegiyasına Magell MMC şirkətinin 4 sentyabr 2023-cü il tarixli 011 nömrəli qiymətləndirmə rəyini təqdim etmişdir ki, həmin rəydə mübahisəli avtomobilin qiyməti 15.000 manat göstərilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat vermiş cavabdeh də avtomobili hansı qiymətə satdığı barədə suala təxmini 14.000-15.000 manata satıldığı cavabını vermişdir. İddiaçının iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində də avtomobilin qiymətini 15.000 manat göstərdiyi nəzərə alındıqda, kollegiya avtomobilin satışından əldə edilən pulun 15.000 manat olduğu hesab edilməklə, həmin pulun iddiaçı və cavabdeh arasında bölünməsini məqsədəuyğun hesab edir.
41. Məhkəmə kollegiyаsı Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 222.1-ci maddəsinin tələblərini nəzərə alaraq hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində cavabdehdən alınıb iddiaçıya verilməli olan qızıl-zinət əşyaları “və ya onların ümumi dəyəri” söz bişləşməsinin “və ya” hissəsinin “qətnamə icra olunan vaxt mövcud olmasa” söz birləşməsinə dəyişdirilməsini zəruri hesab edir.
42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilməmiş “QAZ -330232- 216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobili ilə bağlı hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(035)-152/2023 nömrəli qətnaməsi iddianın təmin olunmamış birgə növründə əldə edilmiş “QAZ-330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobilinin bölünməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, “QAZ-330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobilinin dəyəri olan 15.000 manat pulun yarısı 7.500 manat pul Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Zərdab Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(035)-152/2023 nömrəli qətnaməsi iddianın təmin olunmamış birgə növründə əldə edilmiş “QAZ-330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobilinin dəyərinin bölünməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. “QAZ-330232-216” markalı ** BC *** nömrəli 2008-ci il istehsalı olan yük avtomobilinin dəyəri olan 15.000 manat pulun yarısı 7.500 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin nəticə hissəsinin 2-ci abzasında cavabdehdən alınıb iddiaçıya verilməli olan qızıl-zinət əşyalarının siyahısından sonra yazılan “və ya” bağlayıcısı “qətnamə icra olunan vaxt mövcud olmasa” söz birləşməsinə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.