Məhkəmə qərarları › İş №2(102)-4841/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4841/2022

06.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4841/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 və X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4841/2022 Açar sözlər: torpaq sahəsinin icarəsi, icarə müqaviləsinin ləğvi Bakı şəhəri 6 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 və X2 Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma, icarə haqqının və subsidiyaya görə alınmış pulun qay tarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-724/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağcabədi rayonu, Qiyamadınlı kəndi ərazisində yerləşən 3,55 ha torpaq sahəsi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmişdir.

2. Tərəflər arasında bağlanmış 12 aprel 2014-cü il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsinin 2,96 ha hissəsi hər il 300 manat olmaqla, 70 il müddətinə cavabdehə icarəyə verilmişdir. Sonradan cavabdeh iddiaçıların razılığı ilə torpağ ın qalan 0,59 ha hissəsindən də istifadə etməyə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın icarəyə verilməsinə dair 12 aprel 2014-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin 3,55 ha (2,59 ha +0,59 ha) torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, ödənilməmiş 2400 manat məbləğində icarə haqqının, istifadə olunmuş subsidiyanın əvəzi olaraq 1050 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İddiaçıları tələbi onunla əsaslandırmışlar ki, Ağcabədi rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 07 saylı qərarına əsasən onlara Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən 3,55 ha torpaq sahəsi və torpağın mülkiyyətə verilməsinə dair onlara JN 123 kod 60805028 nömrəli dövlət aktı verilmişdir. xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinin 2,96 ha hissəsini hər ili 300 manat olmaqla cavabdehə 6 il müddətinə, yəni 2020-ci ilə kimi icarəyə vermək barədə razılığa gəlmişlər və müqaviləni imzalamışlar. Latın qrafikalı əlifbanı bilmədikləri üçün müqavilədə nə yazılmasından xəbərləri olmamışdır. Cavabdeh müqavilələri onlara verməmiş, özü götürmüşdür. Cavabdeh həmçinin Dövlət Aktının əslini və subsidiya kartını da onlardan götürmüşdür. Hər il istifadəsində olan torpağa görə dövlət tərəfindən onların kartına 175 manat məbləğində subsidiya köçürülürdü. Müqavilə bağlandıqdan sonr a cavabdeh bildirmişdir ki, yaşadıqları daxalın yaxşılaşdırılmasına istifadə edə bilsinlər deyə icarə haqqını yekunda ödəyəcəkdir. Maddi imkanları yaxşı olmadığından və pulu xərcləyəcəklərindən ehtiyat edərək onlar cavabdehə inanmış və razılaşmışlar. Daha sonra cavabdeh qalan 0,59 ha torpaqdan da istifadə etməyə başlamış, onlar etiraz etdikdə isə yekunda əlavə 600 manat da ödəyəcəyini bildirmiş, onlar da cavabdehlə razılaşmışlar. 2020-ci ilin aprel ayında vaxt tamam olduğundan cavabdehdən icarə haqqını ödəməsini tələb etmişlər. Cavabdeh müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən yayınmışdır. Bundan sonra torpaqlarını geri qaytarmasını tələb etmişlər. Həmin vaxt cavabdeh torpağı 70 il müddətinə icarəyə verdiklərini bildirmişdir. Sonradan məlum olmuşdur ki, icarə müqaviləsində müddət 70 il göstərilmişdir. Halbuki onların arasında belə bir razılıq olmamışdır. Eyni zamanda aralarında bağlanmış müqavilə notariusda təsdiq olunarkən hüquq və vəzifələri, müqavilə bağlandıqdan sonra yaratdığı hüquqi nəticələr onlara tam izah olunmamışdır. Cavabdeh torpağa görə verilən subsidiyanı da alıb onlara heç nə verməmişdir. Aralarında yaranmış mübahisəni öz aralarında həll etmək istəsələr də, bu mümkün olmamışdır.

5. Cavabdeh izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini özbaşına tutmamış, həmin sahəni iddiaçılarla bağlanmış icarə müqaviləsinə əsasən istifadə etmiş və torpağa görə icarə haqqını İddiaçı1 vermişdir. İcarə müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanmış, ləğv edilməsi üçün heç bir əsas yoxdur.

6. Cavabdehin təqdim etdiyi şahid Dəmirov Balakişi Binnət oğlu cavabdeh in izahatına uyğun ifadə vermişdir.

7. Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci tarixli, 2(017)-82/2021 nömrəli qətnaməsi ilə (hakim E.B.Quliyev) iddia qismən təmin edilmiş, torpağın icarəyə verilməsinə dair Ağcabədi rayon Dövlət Notariat kontorunda bağlanmış 12 aprel 2014-cü il tarixli, reyestrdə 3M-247 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin ləğv olunması, Cavabdeh Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisində olan, JN 123 kod 60805028 nömrəli dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 və X2 mülkiyyətində olan 3,55 ha (2,96 ha + 0,59 ha) torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında torpağa dair icarə müqaviləsi müqavilə qanunv ericiliyin tələblərinə əməl olunmadan bağlanmış, tərəflərin hüquq və vəzifələri, müqavilənin yaratdığı hüquqi nəticələr lazımınca onlara izah olunmamışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə, 111-ci maddəsinə, Mülki Məcəllənin 139.1, 140, 146.2, 146.3, 152.1, 157.2, 324.1-324.6, 337.1, 340.2, 421.1-421.3, 424.2 və 424.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərə hüquq və vəzifələrin aydın şəkildə izah olunmaması barədə məhkəmənin əsaslandırması qanuni və əsaslı deyildir. Belə ki, müqavilədə tərəflərin hüquq və vəzifələri qeyd olunmuş və hər iki tərəf imzaları ilə bunu təsdiqləmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2021-ci il tarixli, 2(106)-1624/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər M.K.Həsənovdan və Z.A.Zeynalovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci tarixli, 2(017)82/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icarəçinin torpaqdan istifadə hüququ yaranmış olsa da, sözügedən icarə müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 707.1-ci maddəsinin tələblərinə əməl edilməmiş, icarə müqaviləsi qanunla müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçməmişdir. İddiaçılar tələbində icarə müqaviləsi bağlansa da, onlara heç bir icarə haqqının və müqavilədə nəzərdə tutulmuş digər ödənişin ödənilmədiyini bildirmişlər. Cavabdehin müqavilə şərtlərinin ziddinə olaraq icarə haqqını ödəmədiyi halda iddiaçılar müqaviləni dərhal ləğv etməklə icarə münasibətlərinə xitam verilməsini tələb edə bilər. Cavabdeh tərəf bütövlükdə torpağa görə 21000 manat məbləğində ödəniş etməklə icarə haqqını ödədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, bu halda icarə haqqının ödənildiyini sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür.

14. Daha sonra apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı həm də torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Bu tələb müqavilənin ləğvinə dair əsas tələbdən törəyir. İcarə münasibətlərinə xitam verildiyi halda iddiaçıların torpaq sahəsini cavabdehdən geri tələb etmək hüququ vardır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 421.1-421.3, 677.1.4, 686, 700, 707.1, 719.7-ci, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, müqavilə bağlanılarkən dövlət notariusu tərəfindən tərəflərə hüquqları izah edilmiş, iddiaçılar müqaviləni imzalamışlar. Cavabdeh torpağın icarə haqqını qabaqcadan tam olaraq, 21000 manat olmaqla iddiaçılara ödəmiş, sonradan isə torpağı yararlı vəziyyətə gətirilməsi və çoxillik bitkilər əkmək məqsədi ilə 20000 manat xərc çəkmişdir. İddiaçılar icarə haqqını əvvəlcədən aldıqları üçün 6 il ərzində ona qarşı heç bir pretenziya irəli sürməmişlər. İddiaçıların iddiaları ziddiyyətli olduğu halda, məhkəmələr bunu araşdırmamışlar.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(102)-5965/2021 nömrəli qərarı ilə (hakimlər: Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismə n təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2021-ci il tarixli, 2(106)-1624/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

19. Məhkəmə kollegiyası ilk olaraq hesab etmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqinin düzgünlüyünə hüquqi qiymət verməyərək, MPM-in 372.7-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçılar tələbini fərqli hüquqi nəticələr yaradan hallarla: müqavilənin etibarsız olması (müqavilənin bağlanmasında aldadılma və müqavilənin formasının qanunun tələblərinə uyğun olmaması) və eyni zamanda cavabdeh tərəfindən müqavilə şərtləri icra olunmadığı üçün müqavilənin ləğv edilməsi ilə əsas landırmış, nəticə olaraq müqavilənin ləğv olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar notarius tərəfindən hüquq və vəzifələri, müqavilənin hüquqi nəticələri barədə məlumatlandırmamış, bu zaman hüquqi əsas kimi MM-in 421 və 424-cü maddələri ilə yanaşı, Məcəllənin 337.1 və 340.1-ci maddələrinə istinad etmişdir. Yəni birinci instansiya məhkəməsi müqavilənin etibarsız olması və ləğv edilməsinə dair ziddiyyətli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin ziddiyyəti aradan qaldırmamış, əlavə olaraq icarə müqaviləsinin qanuna uyğun tərtib edilməməsini, iddiaçılara icarə haqqının və müqavilədə nəzərdə tutulmuş digər ödənişin ödənilmədiyi əsas gətirməklə, cavabdehin ape llyasiya şikayətini təmin etməmişdir.

20. Eyni zamanda müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisələndirilən müqavilə 12 aprel 2014-cü il tarixdə bağlanmış, hazırki iddia isə 10 sentyabr 2020-ci il tarixdə verilmişdir. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən göstərmişdir ki, sonuncu müqavilə ilə nəzərdə tutulmuş 70 ilin icarə haqqını birdəfəlik olaraq 21000 manat məbləğində qabaqcadan ödədiyini sübut edə bilməmişdir. Bununla belə, apellyasiya məhkəməsi iddiaçıların müqavilə bağlandığı tarixdən 6 il 5 ay keçəndən sonra iddia vermələrinə əhəmiyyət verməmişdir. Belə ki, icarə haqqı cavabdehin göstərdiyi qaydada birdəfəlik ödənilmədiyi sübut olunmasa da, ötən dövr üçün icarə haqqının müqavilənin 2-ci bəndinə uyğun olaraq ödənilib-ödənil məməsi iş üçün əhəmiyyət kəsb edir. Belə ki, iddiaçılar məhz həmin hala istinad edərək, müqavilənin ləğvini tələb etmişlər. Belə olan halda isə, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçılar bu müddətdə iddia irəli sürməmələrini MM-in 421.2-ci maddəsinə uyğun olaraq ağlabatan dəlillərlə əsaslandırmalıdırlar. Yəni ötən müddət üçün cavabdehin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmasının sübutetmə vəzifəsi məhz iddiaçıların üzərinə düşür.

21. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, həmin halın müəyyən edilməsi həmçinin iddianın MM-in 423.2-ci və ya 719.7-ci maddələrinin tətbiqi üçün əhəmiyyətlidir. Belə ki, Məcəllənin 423.2-ci maddəsi ümumi norma olaraq müqavilənin ləğvini tələb edən tərəfin bununla bağlı qarşı tərəfə qabaqcadan müraciət etməsini tələb edir ki, hazırki i şdə bununla bağlı sübutlar mövcud deyildir. Məcəllənin 719.7-ci maddəsində isə icarəçinin icarə haqqını 3 aydan çox gecikdirdiyi halda, icarəyə verənin müqaviləni ləğv etmək hüququ verilmişdir.

22. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 707.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 707.1ci maddəsində icarə müqaviləsi bağlanmamışdan əvvəl icarəyə verilən torpağın təsvirini tərtib edilməsi öhdəliyi həm icarəyə verənin və həm də icarəçinin üzərinə qoyulmuşdur. Apellyasiya məhkəməsi isə iddianı təmin edərkən tərəflərin qanunun həmin normasına riayət edilməməsini yalnız icarəçinin ziyanına şərh edilməli olmasını, habelə qanunun həmin normasına riayət edilməməsinin müqavilənin ləğvinə səbəb olmasını əsaslandırmamışdır.

23. Digər tərəfdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edildiyi və həmin qətnamə iddianın təmin olunmuş hissəsində cavabdeh tərəfindən mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə zidd olaraq apellyasiya baxışının hədlərini müəyyən etməmiş, rayon məhkəməsinin qətnaməsini tam yoxlayaraq, dəyişdirilmədən saxlamışdır. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmiş və nəticə ola raq həmin şəxslərin apellyasiya şikayəti vermək hüquqları məhdudlaşdırılmışdır

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 423.2, 707.1, 719.7, MPM-in 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4, 372.7, 416.1, 416.2, 418.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli və 28 dekabr 2011-ci il tarixli qərarlarına “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayən dəsi Dəmirov Balakişi Binnət oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh onun oğludur. İcarə müqaviləsi oğlu Cavabdeh adına rəsmiləşdirilsə də, icarə müqaviləsinin bağlanmasına dair İddiaçı1lə bütün danışıqlar onun özü tərəfindən aparılmışdır. 2014-cü ildə müqavilə bağlandıqdan sonra icarə haqqı ödənilməyib. Çünki müqavilədən əvvəl digər iddiaçıların yanında şəxsən onun özü tərəfindən İddiaçı1 70 illik icarə haqqı kimi 21000 manat pul verilib. Pulun verilməsi halının təsdiqi üçün sübutu yoxdur. İşləri məhkəməyə düşməmişdən 1 ay əvvəl İddiaçı1 onlardan icarə müqaviləsinin ləğvini və torpaqdan çıxmalarını tələb etmiş, hətta əraziyə polisləri də çağırmışdır. O isə icarə müqaviləsinin ləğv edil məsinə razı olmamışdır. Polislər məsələni aydınlaşdırdıqdan sonra məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir.

26. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-724/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Mayılov Samir (sədrlik edən və məruzəçi), İsmayılov Orxan və Mirzəyev Nüsrət) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-82/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi qismən, torpağın icarəyə verilməsinə dair Ağcabədi rayon Dövlət Notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli, reyestrdə 3M-247 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin ləğv olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, Ağcabədi rayon Dövlət Notariat kontorunda bağlanmış xx.xx.2014 -cü il tarixli, reyestrdə 3M-247 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçılar latın qrafikalı əlifbanı bilmədiklərini iddia etsələr də, onların hazırkı iddianı latın qrafikalı əlifba ilə tərtib etmələri onların bu əlifbanı bildirdiklərini təsdiq edir. Eyni zamanda mübahisəli müqavilədə icarəyə verilən torpağın sahəsi, icarə müddəti, icarə haqqı barədə məlumatlar sözlə yanaşı, rəqəmlə də icra olunmuşdur. Bu hal isə icarənin müqavilədə göstərilən müddətinin onlara bəlli olmadığı barədə iddiaçıların bildirdiklərinin işin hallarına uyğun olmadığını təsdiq edir.

28. Bundan başqa, müqaviləyə edilmiş qeyddən görün ür ki, notarius MM-in torpaq icarəsi haqqında müqavilələrə tətbiq edilən 700-704-cü maddələrinin məzmununu tərəflərə izah etmişdir.

29. Məhkəmə kollegiyası iddiaçıların bu dəlilləri üzrə ümumiyyətlə onu qeyd etməyi zəruri saymışdır ki, sadalanan halların mövcudluğu əqdin etibarsızlığına səbəb olmaqla, hazırkı iddianın təmin edilməsinə əsas deyil.

30. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri saymışdır ki, müqavilənin qeydiyyatdan keçməməsi tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi sayılmadığından hazırkı iddianın təmin edilməsinə əsas deyil.

31. İddiaçılar tələblərini eyni zamanda cavabdehin icarə haqqını ödəməkdən yayınması ilə əsaslandırmışlar. Cavabdehin nümayəndəsi müqavilə bağlandıqdan sonra icarə haqqı ödəməməsini, hələ müqavilə dən əvvəl 70 illik icarə haqqı kimi digər iddiaçıların yanında İddiaçı1 21000 manat pul verməsi ilə əsaslandırsa da, bu barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin müqavilədən əvvəl 70 illik icarə haqqı kimi digər iddiaçıların yanında İddiaçı1 21000 manat pul verməsi halı təsdiq olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin etirazı ilə bağlı qeyd etmişdir ki, müqavilədən əvvəl icarəyə veriləcək torpağın sahəsi, icarənin müddəti, icarə haqqı bəlli olmadığından cavabdehin mövcud olmayan və gələcəkdə bağlanması ilkin müqavilə ilə təminata alınmayan icarə müqaviləsi üzrə qeyri-müəyyən torpaq sahəsi barədə qeyrimüəyyən icarə müddəti üçün icarə haqqı ödəməsi ağlabatan deyil. Mübahisəli müqaviləyə icarə haqqının icarəçi tərəfindən müqavilənin bağlandığı tarixə ödənilməsi barədə q eydin yazılmaması, əksinə icarə haqqının hər il üçün ödənilməli olmasının göstərilməsi isə müqavilənin bağlandığı tarixədək icarə haqqının cavabdeh tərəfindən ödənilmədiyini təsdiq edir. Digər tərəfdən qanunvericiliyin tələbinə əsasən nə qədər ki, mübahisəli müqavilə bağlanmamışdır, cavabdehin iddiaçılara icarə haqqı ödəmək öhdəliyi də olmamışdır. Odur ki, cavabdehin öhdəlikdən kənar İddiaçı1 21000 manat pul verməsi halının təsdiq olunması başqa hüquqi nəticələrə səbəb olmaqla, hazırkı iddianın rədd edilməsinə əsas ola bilməz.

32. Məhkəmə kollegiyası iddiaçıların icarə müqaviləsi bağlansa da, cavabdehin icarə haqqını ödəməkdən yayınması barədə bildirdiklərinin cavabdehin izahatı ilə tamamlandığını nəzərə alaraq, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi nəticəsinə g əlmişdir.

33. Məhkəmə kollegiyası eyni zamanda onu qeyd etmişdir ki, cavabdehdən icarə haqqını ödəməsi vəzifəsinin icrasını tələb etmək hüququ iddiaçıların hüququ olduğundan, onların müqavilənin bağlanmasından iddianın verildiyi tarixədək 6 il ərzində cavabdehdən icarə haqqını ödəməsi vəzifəsinin icrasını tələb etməmələri, cavabdehin icarə haqqını ödəməsi olaraq dəyərləndirilə bilməz.

34. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri saymışdır ki, birinci instansiya məhkəməsi iddianın Ağcabədi rayon Dövlət Notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 3M-247 sayla qeyd edilmiş icarə müqaviləsinin ləğv olunması hissəsinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qət naməsi həmin hissədə apellyasiya qaydasında ləğv edilməli, cavabdehin öhdəliyini icra etməməsi, nəticədə iddiaçılara 6 ilin icarə haqqı borcu yaranması, bununla da iddiaçıların müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmaları tam təsdiq olunduğundan, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir.

35. Məhkəmə kollegiyası bununla yanaşı hesab etmişdir ki, cavabdeh müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə götürdüyü 2,96 ha torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borclu olduğundan, eləcə də özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olan iddiaçılara məxsus 0,59 ha torpaq sahəsi onun qanunsuz sahibliyində olduğundan, bunun la da birinci instansiya məhkəməsinin iddianın həmin hissəsi üzrə gəldiyi nəticə düzgün olduğundan, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, 385.1, 399.1, 421.2, 686, 719.7, 722.1-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişləri üzrə araşdı rma aparmamış, cavabdehin mülkiyyət hüququnu pozan məhkəmə aktı qəbul etmişdir.

39. Bundan başqa məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçılar icarə müqaviləsində göstərilən pulu notarial qaydada almış və uzun illər ərzində cavabdehə qarşı heç bir tələb irəli sürməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

41. Maddə 152 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

42. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

43. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticə sində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

44. Maddə 423.2 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

45. Maddə 707.1 İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır.

46. Maddə 719.7 Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.

47. Maddə 722.1. Müqavilə üzrə hü quq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Mülki Prossesual Məcəllə

48. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88 Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qi ymət vermir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə, eyni zamanda birinci kassasiya icraatı zamanı qoyulmuş göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

59. Cavabdeh kassasiya şikayətində göstərir ki, müqavilə bağlanarkən icarə haqqının dəyəri notariat kontorunda tam olaraq iddiaçı tərəfə ödənilmişdir. Lakin əvvəlki icaatlar zamanı bu məbləğin ödənildiyi təsdiq edən sübutların mövcud olması müəyyən olunmamış, hazırda da belə möhtəbər sübuta istinad olunmur ki, apellyasiya instansiyası məhkəməsi ona qiymət verməmişdir. Bu baxımdan apelyasiya instansiya məhkəməsinin cavabdehin öhdəliyini icra ed ilməməsi ilə bağlı mövqeyi düzgün olmuşdur.

60. Digər tərəfdən cavabdeh kassasiya şikayətində göstərir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onun mülkiyyət hüququnu pozur. Bu dəlillə bağlı isə qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi heç bir vaxt cavabdehin mülkiyyətində olmamışdır. Torpaq sahəsinin bir hissəsi ona icarə müqaviləsi əsasında verilmişdir. İddiaçı isə məhz müqavilədən irəli gələn öhdəliyini icra etmədiyi üçün ilkin olaraq müqavilənin ləğv edilməsi üçün cavabdehə və polis orqanlarına, bunun təmin olunmadığı təqdirə isə baxılan iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

61. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir

62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-724/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar