Məhkəmə qərarları › İş №2(102)-4842/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4842/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4842/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” ASC və Cavabdeh1 kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-735/2019, hakim F.X.Mirzəy ev) “xxxx” ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 38736.29 ABŞ dolları əsas borc, 30642.13 ABŞ dolları faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 69528.42 ABŞ dolları məbləğində borcun tutulması, tutmanınXXX yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və mənzilin hərracdan satışından əldə olunan vəsaitin hesabına "İddiaçı" İKB ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılm ası, həmin mənzilin boşaldılması və xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-463/2020, hakimlər Ş.Vəkil2, V.T.Həsənov, X.Ə.Sarıyev) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 37.627.20 ABŞ dolları əsas borc, 30642.13 ABŞ dolları faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 68.419.33 ABŞ dolları məbləğində borcunun iddiaçının xeyrinə tutulmas, tutmanın Cavabdeh2 məxsus olanXXX yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və mənzilin hərracdan satışından əldə olunan vəsaitin hesabına "İddiaçı" İKB ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilin ilkin satış qiymətinin 98.000 manat müəyyən edilməsi, tutma mənzilə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdehlərdən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətna mənin ləğv edilib faiz borcunun yenidən araşdırılması üçün işin yenidən apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə"İddiaçı" X1 Açıq Səhmdar Cəmiyyəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 10 dekabr tarixli kredit müqaviləsi üzrə 38736 ABŞ dolları əsas borc, 30642 ABŞ dolları faiz borcu və 1698 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 71077 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait he sabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmiş, ipoteka predmetinin ilkin satış qiymətini onun real bazar dəyərindən yuxarı müəyyən edilmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən borc məbləği düzgün müəyyən edilməmiş, vaxtında iddia qaldırılmaması nəticəsində faiz borcunun artmasına hüquqi qiymət verilməmiş, ipoteka predmeti olan mənzilin real bazar dəyəri aşağı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və cavabdehin vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri tə min edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdeh Valeh Əsədova 60 ay müddətinə illik 25% ödəmək şərti ilə 50900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq mənzil bankın xeyrinə ipotek a ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı borcluya ödəniş cədvəlində göstərilən müddətdə ödəniş edilmədiyinə, xəbərdarlıq edilməsinə baxmayaraq ödənişdən boyun qaçırdığına istinad edərək müqavilə şərtlərinə uyğun olaraq borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. İddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin banka olan borcu əsas borc üzrə 38736 ABŞ dolları, faiz borcu üzrə 30642 ABŞ dolları, cərimə borcu üzrə 1698 ABŞ dolları olmaqla ümumilikdə 71077 ABŞ dollarıtəşkil e dir. Apelyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixə mübahisələndirilən müqavilə üzrə borcu 68.583,31 ABŞ dolları (əsas borc-37.627,20 ABŞ dolları və faiz borcu üzrə-30.956,11 ABŞ dolları) təşkil edir. İddiaçı bank əsas və faiz borcu ilə bərabər, 1698 ABŞ dolları məbləğində cərimə ödənilməsi tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərə kətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından iddiaçı bank tərəfindən ödənilməsi tələb edilən 1698 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək borcludan tutulmalı olan dəbbə pulunun 150 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə nəticəyə gəlmişdir. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli g ələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Həm iddiaçı tərəf, həm də cavabdeh tərəf ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmamaqla qətnaməni həmin hissədə də mübahisələndirirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış xx xxxxx 2019-cu il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın dəyərinin 90.000 manat təşkil etdiyi mü əyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2019-cu il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın qiymətinin 98.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sonuncu qiymətləndirmə rəyi əsas götürülməklə əmlakın ilkin satış qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessu al hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar